Abbasqulu Ağa Bakıxanov - Gülüstani İrəm

Здесь есть возможность читать онлайн «Abbasqulu Ağa Bakıxanov - Gülüstani İrəm» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2018, ISBN: 2018, Жанр: Исторические приключения, foreign_edu, Прочая научная литература, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Gülüstani İrəm: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Gülüstani İrəm»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

A. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə təsadüf olunurdu. A. Bakıxanov ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır.
Gülüstani-İrəm XIX əsrin birinci yarısında Azərbaycan tarixi haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün qiymətli bir qaynaq olacaq.

Gülüstani İrəm — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Gülüstani İrəm», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Beləliklə, indiki Şirvan məmləkəti Salyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbərsəran, Kürə, Samur nahiyəsi və İlisunun aşağı bir qismindən ibarətdir. Bunlar, ölkənin ən gözəl və ən geniş vilayətlərindəndir.

Qafqaz dağlarının böyük bir silsiləsi onun arasından üzü cənub-şərqə düşübdür ki, xoş havalı yaylaqları, otlaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır.

Əksəriyyət üzrə, dəniz və Kür çayı sahillərində geniş və məhsuldar çöllərdə bol taxıl zəmiləri, meşələr, bağlar və sair vardır. Dəniz kənarında olan bu ölkə, Rusiya və İran dövlətləri və müxtəlif Dağıstan tayfaları arasında olduğundan, ticarət işlərində də mükəmməl tərəqqi edə bilər.

Təqvimülbüldan [9] Məşhur ərəb tarixçisi Əbülfidanın əsəridir. Hicri 672-ci (=1273) ildə anadan olmuş və 732-ci (=1331) ildə vəfat etmişdir. Onun ən məşhur kitabları «Əlmüxtəsər fi-tarixülbəşər» ilə «Təqvimülbüldan» adlı əsəridir. müəllifi deyir ki, Şirvanı Sasani sülaləsindən olan Ənuşirəvani-Adil bina etmişdir, bu cəhətdən onun adı ilə tanınmışdır. «Ənu» ləfzi çox işlənmək nəticəsində atılmışdır. Bəziləri deyirlər ki, Şirvanın əsli Şirvand, yəni şir olan yer olub, sonra Şirvan olmuşdur. Moisey Xorenskinin [10] Moisey Xorenski – V əsr tarixçisidir. Qədim dövr tarixi yazan erməni müəlliflərindən ən görkəmlisi hesab olunur. Üç hissədən ibarət olan əsərində ən qədim dövrlərdən başlayaraq V əsrin birinci yarısına qədər ermənilərin tarixini sistematik surətdə yazmışdır. Onun bu tarix kitabı bir çox xarici dillərə, o cümlədən rus dilinə də tərcümə olunmuşdur. tarixində və Zendavesta kitabında Şerovaner deyə adlanır. Əmin-Əhməd [11] Əmin-Əhməd Razi – «Həft-iqlim» adlı məşhur əsərin müəllifidir. Bu əsər köhnə üzrə yeddi iqlimin (qitənin) məşhur şəhər və qəsəbələrini və hər iqlimdə yetişmiş olan adlı-sanlı adamları bildirir. Kitab, hicri 1002-ci (=1593) ildə yazılmışdır. «Həft-iqlim» adlı əsərində deyir ki, Şirvan, əvvəllərdə bir şəhərin, sonra isə bir ölkənin adı olmuşdur.

Çamçiyan [12] Çamçiyan – XVIII əsr erməni istorioqrafiyasının görkəmli nümayəndəsidir. Erməni və əcnəbi mənbələrdən istifadə edərək, erməni tarixini ta ilk dövrlərdən başlayaraq XVIII əsrin axırına qədər yazmışdır. Çamçiyanın «Ermənistan tarixi» bu əsəri, üç cilddən ibarət olaraq 1785-1787-ci illərdə Venesiya şəhərində çap olunmuşdur. «Ermənistan tarixində» Şirvan vilayətini Əğvan adlandırır və deyir ki, onunla Alan, yəni Dağıstan arasındakı sərhəd əvvəl Alğon səddi və sonra da, Dərbənd səddi olmuşdur.

Türkmən Həsən padşahın oğlu Sultan Yaqub hicri 892-ci (=1487) ildə ermənilərin xəlifəsi (baş keşişi) Simeona verdiyi fərmanda, Şirvanı Əğvan deyə adlandırmışdır.

Dağıstan vilayəti 42°-dən 44°-yə qədər şimal en dairəsi və 63°-dən 66°-yə qədər şərq uzunluq dairəsindədir. Şərq tərəfdən Xəzər dənizi ilə, şimaldan Terek çayı ilə, qərbdən Çərkəz və Os (Osetin) mülkü ilə, cənub-qərb tərəfdən Gürcüstanla və cənub-şərqdən Şirvanla məhduddur. Bu ölkənin şimal-şərq qismi gözəl yerlərə malik olub, yaşayış vasitəsinin bolluğu ilə məşhurdur Bu hissə, xüsusilə dəniz və Terek sahillərində, çayların bolluğu və gediş-gəlişin çoxluğu üzündən, əkinçilik məhsulatının zənginliyi və ticarət vasitəsinin genişliyi ilə tanınır. Buranın o biri dağlıq qismi, bəzi məhsuldar vadi və yaylaqlara malik olsada, ümumiyyətlə yaşamaq üçün çox çətin və məşəqqətlidir.

Bu vilayət Məsudinin [13] Məsudi – ərəb tarixçilərinin ən böyüklərindən biridir, hicri III əsrin axırlarında Bağdad şəhərində anadan olmuş və 346-cı (=957/8)ildə Misirdə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Mürucüzzəhhəb» adlı kitabdır. rəvayətinə görə, hicri 332-ci (=944) ildə aşağıdakı üç ölkədən ibarət olmuşdur:

1) Qaytaq– bura Dərbəndin şimal tərəfindədir. Hökumət mərkəzi Səməndər, yəni Tarxudur ki, onu Nuşirəvan bina etdirib. Səməndər Xəzər xaqanının paytaxtı olmuş idi. Lakin Səlman ibni Rəbiə buranı aldıqdan sonra, xaqan öz paytaxtını Atilə köçürdü. Səməndər əhalisinin çoxu xəzərlər, müsəlmanlar və yəhudilərdən ibarət olmuşdur…

2) Sərir (taxt) –Dərbəndin şimal-qərbində, üç mənzillik məsafədədir. On iki min ailədən ibarət olmuşdur. Sərir padşahı Filanşah adlanıb, nəsara (xristian) dinində idi. Bəzilərinin dediyinə görə, Sasani sülaləsindən olan Yəzdicird, ərəblər tərəfindən məğlub edildikdən sonra Xorasana getdi. O, öz qızıl taxtını başqa qiymətli şeylərlə bərabər Bəhram-Çubin nəslindən olan bir mənsəb sahibinə verərək, Cibali-Fəthə, yəni Qafqaza göndərdi. O da indi Sərir adlanan mülkü ələ keçirib öz nəslini tərk etdi. Nizaminin dediyinə görə, buranın Sərir adlanması Keyxosrovun taxt və tacından nəşət etmişdir; çünki bu taxt və tac burada bir mağaranın içində idi. Bəzilərinin dediyinə görə, bu ölkənin hakimləri qızıl taxt üzərində oturub hökm verdikləri üçün bu ölkəyə Sərir adı verilmişdir. Sərir hökmdarı rəiyyətini öz qulu hesab edərdi və dağlılar çöllülərə nisbətən daha şücaətli olduqlarından xəzərlər üzərinə basqın edərək onları qarət edərdilər. Səririn yaxınlığında Zirihgəran mülkü olub, hazırda Köbəçi adlanır. Əhalisi müsəlman, nəsara (xristian) və yəhudidir.

3) Dağlıq Qumuq– Səririn şimalında və Qaytağın qərbindədir. Əhalisi nəsaradır (xristiandır). Padşahları olmadığından öz rəislərinə itaət edərdilər. Çox məhsuldar və abad olan Alan ölkəsinə buradan gedərdilər. Kəndlər bir-birinə yaxın olduğundan, bir xoruz banlayanda bütün kəndlərin xoruzları banlardı. Alan padşahının ləqəbi Kərkərandac və ya Kərkəndac, arvadının adı isə Məğəs idi. Otuz min atlı qoşunu var idi. Babalarından biri Abbasilər xilafətinin birinci əsrində nəsara (xristian) dinini qəbul etdi. O vaxta qədər onlar atəşpərəst idilər. Hicri 320-ci (=932) ildə onlar nəsara (xristian) dinini tərk edib, Rum imperatorunun onlara göndərdiyi keşişləri ölkələrindən çıxarıb qovdular. Alan ilə Cibali-Fəth (Qafqaz) arasında, körpülü bir çay kənarında olan dağın başında bir qala vardır ki, Hisni-Babi-Alan (Alan qapısının qalası) adlanır. Dağdan keçmək ancaq buradan mümkün idi. Bu qala qalaların ən möhkəmi idi. Fars şairləri bunu çox tərif etmişlər. O, İsfəndiyarın əmrilə tikilmişdir.

Müslimə ibni-Əbdülməlik Qafqazın bir çox yerini itaəti altına aldıqdan sonra ərəb mühafizlərini bu qalada qoydu. Onlara Sərhəd boyunda olan Tiflis şəhərindən maaş və ərzaq göndərilirdi. Baba-Laziqə də Gürcüstan nahiyəsində olub, padşahı müsəlman idi. Alanın qərb tərəfində Kəşək mülkü Cibali-Fəthdən Pont dənizinə, yəni Qara dənizə qədər uzanıb gedir. Buranın əhalisi yaraşıqlı bir tayfadır. Burada tala adlanan və Misir qumaşından daha qiymətli olan bir qumaş toxuyurlar. Buradan Trabizona tacirlər dəniz vasitəsilə gedib-gəlirlər. Alanların hücumundan qorunmaq üçün dəniz kənarında qalaları vardır. Kəşək tayfası çox, lakin dağınıqdır. Əgər bunlar ittifaq etsəydilər hamıya qalib gələrdilər. Onların ölkəsinin o biri tərəfi Səbbüldan (yeddişəhər) ölkəsidir…

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Gülüstani İrəm»

Представляем Вашему вниманию похожие книги на «Gülüstani İrəm» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Baker Nicholson - A Box of Matches
Baker Nicholson
Richard Baker - The Shadow Stone
Richard Baker
Keith Baker - The Queen of stone
Keith Baker
Алистер Маклин - The Satan Bug
Алистер Маклин
Cəfərzadə Əzizə - Bakı-1501
Cəfərzadə Əzizə
Hüseynqulu Sarabski - Köhnə Bakı
Hüseynqulu Sarabski
Saryal İsmayıl - Bakı rüzgarı
Saryal İsmayıl
Alexander Stania - Icecore
Alexander Stania
Saša Stanišić - Orígens
Saša Stanišić
Отзывы о книге «Gülüstani İrəm»

Обсуждение, отзывы о книге «Gülüstani İrəm» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x