Vurğun Əyyub - Ədəbi həyat

Здесь есть возможность читать онлайн «Vurğun Əyyub - Ədəbi həyat» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Языкознание, Языкознание, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Ədəbi həyat: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Ədəbi həyat»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Vurğun Əyyubun bu kitabda toplanmış məqalələri istər mövzusu, istərsə də məzmunu baxımından yeni və orijinaldır. Hətta mən deyərdim ki, tənqidçinin bir çox yazıları ədəbi prosesə yeni bir üslub gətirdi. “Şeir təhlilləri” və “Hekayə təhlilləri” bölmələrində toplanan araşdırmalar həm forması, həm də məzmunu baxımından yeni idi. Doğrudur, Vurğun Əyyub özü də bu formanı türk ədəbiyyatşünası Mehmet Kaplandan götürdüyünü yazır. Ancaq Azərbaycan ədəbi mühitində bu formanının yeni olmasını heç kim dana bilməz. Özü də Mehmet Kaplanın təhlillərindən fərqli olaraq Vurğun Əyyubun təhlillərində bir sıra yeniliklər var.

Ədəbi həyat — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Ədəbi həyat», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Ş.Ağayarın “Şəkil” hekayəsinin Azərbaycan ədəbi prosesində çox populyarlaşmasının bir nədəni də Vurğunun bu hekayəni təhlil etməsi oldu. Tənqidçi hekayəni bir mətn olaraq bütün yönləri ilə təhlil edir, necə deyərlər, yumağın iplərini açdıqca hekayənin bədii mətnindəki alt qatların mahiyyəti üzə çıxır. Tənqidçi üçün burada hər bir cümlənin, hətta sözün belə özünün çəkisi vardır. Məsələn, hekayənin cəmi dörd sözdən ibarət “Babamı mən kor eləmişdim” ilk cümləsinin məna yükünün açılması sonrakı proseslər üçün də bir açar rolunu oynayır. Bu həm də hadisələrin sondan əvvələ gəlməsi və oxucunu sona doğru çəkən açar cümlə-fikir olaraq hekayənin əsasını təşkil edir. Tənqidçi yazıçının hekayə boyu Qarabağ savaşı barədə mesajlarını doğru oxuyur və yazıçının ustalıqlarını aça bilir.

Yaxud Fəxri Uğurlunun “Məryəmin oğlu” hekayəsini təhlil edərkən bir yazıçı kimi istedadının bu hekayəsində aydın şəkildə göründüyünü ədəbi-tənqidi arqumentlərlə açması onun nəzəri aspektləri doğru bəlirləməsindən irəli gəlir: “Yazıçılıq üçün üç mühüm keyfiyyətin vacibliyi ədəbiyyat araşdırıcıları tərəfindən dəfələrlə deyilib: yazıçı təhkiyəsi, dialoq qurmaq bacarığı və aydın, konkret, dəqiq, dolğun təsvir. Qalan şeylər – əsərin ideysı, kompozisiya, süjetin hərəkətliliyi, detal, təfərrüat və sairə – bunlar bu üç keyfiyyət olmadan ortaya çıxa bilmir və ya onlardan sonra gəlir, onların mükəmməliyyi şəraitində aydın ola bilir. “Məryəmin oğlu” hekayəsində də Fəxri maraqlı təhkiyəçi, aydın təsvir və dialoq qurmaq ustası olduğunu sərgiləmişdir”. Bu məqalədə də hekayənin bütün komponentləri ilə təhlilə cəlb edildiyini və yazıçının yaradıcılıq laboratoriyası haqqında son dərəcə sərrast fikirlər səsləndiyini görürük. Eyni fikri Elnaz Eyvazın “Qadın” hekayəsi barədə yazdığı məqalə ilə bağlı da demək olar. Bütün bunlar tənqidçinin çağdaş ədəbi prosesin bu görkəmli nümayəndələrinin yaradıcılığına verilən qiymətdir və ədəbi fikri də onların yaradıcılığına yönəltmək baxımından olduqca qiymətlidir.

Vurğun Əyyub klassik ədəbiyyatı da gözəl bilir və o dövrün tədqiqatçısı olmasa da, bir çox problemləri tutur və söz demək ehtiyacı duyurdu. Saatlarla Nəsimidən, Füzulidən qəzəllər deyir və təhlillər aparırdı. Əvvəldə qeyd etdiyimiz kimi, onun ilk addımları da Asif Əfəndiyevin “Estetika” klubunda məhz Füzulu yaradıcılığı ilə atılmışdı. Sonralar da Füzuli yaradıcılığına müracət etmiş və müxtəlif aspektlərdən təhlil etmək ehtiyacı duymuşdu. “Füzuli şeirinin elmiliyi”, “Füzulinin məcnunluğu” məqalələri də bu ehtiyacdan yaranmışdı. Tədqiqatçı bu araşdırmalarında Füzuli şeirinin elmiliyinin, Füzuli məcnunluğunun prinsip və xarakterlərini açmağa nail olur. Füzilinin məcnunluğu barədə gəldiyi nəticələr elmi prinsiplərə və arqumentlərə söykənir: “Məqaləmiz boyu örnək olaraq verdiyimiz beytlərdə məntiqi, həyati dəlillərə söykənən, real təcrübəyə əsaslanan poetik deyimlərlə, bədii obrazlarla qarşılaşan oxucu "Füzuli Məcnundan üstün aşiqdir" fikrini qəbul etməyə məcbur olur. Göründüyü kimi Füzuli dahi şair olmaqla yanaşı, həm də dahi aşiqdir. O, şairlikdə olduğu kimi, aşiqlikdə də birinciliyi heç kimə güzəştə getməmiş, inandırıcı bədii boyalar, müqayisə və mübaliğələrlə aşiqlər silsiləsinin önündə dayandığını göstərib sübut etmişdir. Füzuli məhəbbəti, sədaqəti, əzabkeşliyi Məcnunun əsarətindən, monopoliyasından qopararaq ona özünün möhürünü vurmuş, eşq aləmində özü də bir ad çıxarmışdır”.

Vurğun Əyyubun digər araşdırmaları da məsələnin qoyuluşu, təhlil prinsipləri, gəldiyi qənaətlər baxımından peşəkarcasına yazılmışdır. Bu məqalələrin bir neçəsi elmi simpoziumlarda məruzə kimi oxunmuş və dərc edilmişdir. Vurğun Əyyubun bu orijinal araşdırmalarına konfranslarda nə qədər böyük marağın şahidi kimi yazıları ilə yanaşı, özünün də emosional çıxışları daim onun məruzəsinə və özünə marağı artırmışdı.

Vurğun Əyyubun bu kitabında toplanmış məqalələri, araşdırmaları onun bir tənqidçi, ədəbiyyatşünas portretini yaratmış olur. Bir şəxsiyyət olaraq, həyatda və siyasətdə getdiyi yolu ədəbi həyatda da davam etdirmiş, daim yeni söz və fikir deməyə çalışmış, bir sözlə, necə varsa elə də görsənmişdir. İnanırıq ki, Vurğun Əyyubun bu kitabı ədəbiyyatşünaslığımızda öz dəyərini alacaq, ona istinadlar olacaq və gələcək araşdırmalar üçün yeni imkanlar açacaqdır.

Qeyd etdiyimiz kimi, Vurğun Əyyubun bu yazılarını mətbuat səhifələrindən və arxivindən toplamışıq. “Şeir təhlilləri” silsilə məqalələri üçün yazdığı. “Müəllifdən” başlığını olduğu kimi kitaba daxil etdik. Buraya ədəbiyyatşünaslığa məqalələrini daxil etməyə çalışdıq. Ancaq əminik ki, kitabdan kənarda qalan məqalə və araşdırmaları vardır. Zaman keçdikcə bunlar da üzə çıxacaq və oxuculara çatdırılacaq.

Müəllifdən

Əziz oxucu! Türkiyənin Qars Kafkas Universitetində çalışarkən [1] Vurğun Əyyub 2010-2012-ci illərdə Türkiyənin Qars şəhərində yerləşən Kafkas Universitetində dosent olaraq çalışmışdır. bir çox kitablarla tanışlıq imkanı əldə etdim. Bunların içərisində Mehmet Kaplanın “Şeir təhlilləri” adlı kitabı çox xoşuma gəldi. Kitabda hər şairdən bir-iki şeir örnək olaraq alınmış, həmin şeirlər hər cür ideoloji yanaşmalardan uzaq durularaq mətn baxımından araşdırılmışdı. Təssüfləndim ki, indiyə qədər Azərbaycan ədəbiyyatşünaslığında bu tipli araşdırmalar yoxdur. Ona görə də şeir sevənlərə, tələbələrə, gənc araşdırıcılara yardım olması üçün mən də Azərbaycan poeziyasının örnəkləri əsasında təhlillər aparmaq istədim. [2] Vurğun Əyyub öncə şeirlə başlamış, daha sonra isə hekayələr təhlil etmişdir. Hər iki təhlillər ilk dəfə ədəbiyyatşünaslığımızda onun adı ilə bağlıdır.

Bəllidir ki, hər hansı bir ədəbi nümunə yazılıb oxucunun ixtiyarına verildikdən sonra müəllifindən asılı olmayan bir müstəqil sənət obyekti olur. Oxucunun bu obyekti necə qavraması, ona münasibəti artıq müəllifdən asılı bir məsələ deyil. Oxucunun əsəri düzgün qavraması, ondan estetik zövq ala bilməsi üçün təbii ki, onun estetik, elmi baxımından araşdırılmasına ehtiyac yaranır. Bu halda oxucunun köməyinə ədəbiyyat araşdırmaçısı gəlir. Amma ədəbiyyat araşdırmaçısının vəzifəsi bədii nümunənin ətrafında dolaşmaq, ideoloji, siyasi qəliblərlə onun mövzusu, məzmunu üzərində subyektiv yorumlar yapmaq deyil, bədii mətninin ruhuna daxil olub gözəllik sirrlərini oxucuya anlatmaq, heç olmazsa, sezdirməkdir. Tənqidçinin əsas işi əsərin estetik dəyərini ortaya çıxara biləcək mətn təhlili olmalıdır. Mətn nədir? Hər hansı bir mövzunu, hadisəni anlatmaq üçün işlədilən kəlmə, deyim, cümlə, abzaslardan yaranan söz toplusu mətndir. Bu, Gəncə üsyanını anladan bir tarix mətni də, kəpənəklərin həyat tərzini incələyən bir bioloji mətni də, bir cinayəti təsvir edən istintaq mətni də ola bilər. Bədii mətn isə hər hansı bir duyğu, düşüncə, xəyal, hadisənin ədəbi bir biçimdə ifadəsindən yaranan söz toplusudur. Məzmun, forma, dil, üslub kimi dörd əsas ünsür üzərində dayanmadan ədəbiyyat tarixçiliyinin ümumi hökmləri ilə bədii mətnin ədəbi sirrini, estetik dəyərini ortaya çıxarmaq mümkünsüzdür. Mən də illərlə topladığım bilik, təcrübədən yola çıxaraq, məhz mətni əsas götürməklə hər hansı bir bədii əsərin estetik dəyərini anlamaq, araşdıra bilmək üçün oxuculara örnəklər vermək arzusu ilə bu təhlilləri aparmağa girişdim. Burada apardığım təhlillər mənim bir ədəbiyyat araşdırıcısı olaraq ayrı-ayrı şeirlər haqqında düşüncələrimdir. Bacardıqca ideolji ştamplardan, vulqar yanaşmalardan uzaq duraraq şeir mətnlərini təhlil etməyə çalışdım. Beləliklə, ilk olaraq XX əsr poeziyamızdan başlamaq istədim…

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Ədəbi həyat»

Представляем Вашему вниманию похожие книги на «Ədəbi həyat» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Ədəbi həyat»

Обсуждение, отзывы о книге «Ədəbi həyat» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x