• Пожаловаться

Тариел Азертюрк: Где, когда и как родился мугам

Здесь есть возможность читать онлайн «Тариел Азертюрк: Где, когда и как родился мугам» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях присутствует краткое содержание. Город: Санкт-Петербург, год выпуска: 2017, ISBN: 978-5-9500170-2-5, издательство: Литагент Супер-издательство, категория: Прочая научная литература / music_dancing / на русском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале. Библиотека «Либ Кат» — LibCat.ru создана для любителей полистать хорошую книжку и предлагает широкий выбор жанров:

любовные романы фантастика и фэнтези приключения детективы и триллеры эротика документальные научные юмористические анекдоты о бизнесе проза детские сказки о религиии новинки православные старинные про компьютеры программирование на английском домоводство поэзия

Выбрав категорию по душе Вы сможете найти действительно стоящие книги и насладиться погружением в мир воображения, прочувствовать переживания героев или узнать для себя что-то новое, совершить внутреннее открытие. Подробная информация для ознакомления по текущему запросу представлена ниже:

Тариел Азертюрк Где, когда и как родился мугам

Где, когда и как родился мугам: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Где, когда и как родился мугам»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Книга предназначена для старшеклассников средних музыкальных школ, студентов и педагогов музыкальных колледжей, а также для студентов, доцентов и профессоров музыкальных академий, где преподаются секреты мугамов. Она представляет интерес и для широкого круга читателей.

Тариел Азертюрк: другие книги автора


Кто написал Где, когда и как родился мугам? Узнайте фамилию, как зовут автора книги и список всех его произведений по сериям.

Где, когда и как родился мугам — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Где, когда и как родился мугам», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема

Шрифт:

Сбросить

Интервал:

Закладка:

Сделать

Haradan gəlir bu səs? Hansı qərinələr, yüz illər, min illərdən baş alıb gəlməkdədir bu nəfəs? Bəlkə bu avaz, bu qiyam öz kökünü kahkəşanlı tariximiz yazılmış, ancaq xəbərimiz olmayan Ata Yurdumuz Babilandan alır? Günəş səmasında fazalarla baş verən partlayışların əksi deyilmi bu çaxnaşmalar, bu yanğılı partlayışlar?

Mixi Yazılı mətnlər üzərində son 22 illik gərgin araşdırmalar sübut edir ki - фото 5Mixi Yazılı mətnlər üzərində son 22 illik gərgin araşdırmalar sübut edir ki - фото 6

Mixi Yazılı mətnlər üzərində son 22 illik gərgin araşdırmalar sübut edir ki, onların dili türk dilidir. Musiqi kainatının bizim Günəş sisteminin də daxil olduğu “Saman yolunda” Ü.Hacıbəyli təyinatına görə 7 ( Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı Şiraz, Humayun ); dövrünün görkəmli elm, incəsənət və ədəbiyyat tədqiqatçısı olmuş, doğulduğu Şuşada ilk dəfə ədəbiyyat və xanəndələr cəmiyyətləri yaratmış, 20 kitab müəllifi, naşir Mir Möhsün Nəvvab (1863–1918) müşahidəsinə görə isə 12 ( Rast, Uşşaq, Busəlik, Hüseyni, İsfahani, Zəngulə, Rəhavi, Buzurq, İraq, Şadhiz, Nəva, Hicaz ) Muğam qalaktikası mövcuddur. Qədim yazılı dünyamızın araşdırmalarının nəticələri sübut edir ki, Musiqi kainatında onları yaradanlar mixi sistemli yazını gətirmiş ulu əcdadlarımızdır. Həm mixi yazılarının, həm də muğamın ilkin vətəni isə Babilandır. Təmiz türk sözlərindən yaranıb qədim ölkəmizin adı: Bab – babanın ixtisarlaşmış forması, İl – el, xalq və An – ölkə, məkan – Baba xalqın məkanı, yəni Ataerkil (Patriarx) xalqın ölkəsi. Məhz patriarx xalqın yaratdığı mixi, yaxud çivi, yaxud gil yazılara salınan Türk açarı çox sirli mətləbləri üzə çıxartdığı kimi, “Muğamın da haradan, necə və nə vaxtdan başlandığı, başlıcası, kimin olduğu” fenomenlərinə də cavab tapmağa imkan verir.

Eradan ən azı dörd min il qabaq inşa edilmiş və Ziqqurat adlandırılan məbədlərin qalıqlarına indiki İrakda rast gəlinir. Onların ən böyüyü Babilin ilkin paytaxtı olmuş Ur-Nammu adlı şəhərdə təqribən altı min il öncə ucaldılmışdır.

İlk eşidimdə qulaqlar üçün qəribə səslənən Ziqqurat, əslində, Azərbaycan türkcəsincədir:

Cıqqur və ya Cıqqır və At sözlərindən yaranıb. Yəni Səs at, Səs çıxar. Azərbaycan mənşəli Türkiyə professoru Seyfettin Altaylı özünün ”Azerbaycan Türkcesi Sözlüyü” (İstanbul, 1994) kitabında “cıqqırın” səs demək olduğunu yazır. Hamımıza bəllidir ki, bizdə “Cıqqırını – ” və ya “Cınqırnı çıxarma!” ifadəsi var və əsasən uşaq kirimədən ağlayan zaman valideynlər tərəfindən işlənir

CIQQUR AT MƏBƏDİ TƏKCƏ YERDƏKİ İNSANLA ONUN ALLAHI ARASINDA KÖRPÜ DEYİLDİ O - фото 7

CIQQUR AT MƏBƏDİ TƏKCƏ YERDƏKİ İNSANLA ONUN ALLAHI

ARASINDA KÖRPÜ DEYİLDİ. O HƏM DƏ MUĞAM MƏBƏDİ İDİ.

Bizim ulu əcdadlar da, onların sonrakı nəsilləri də, qüdsal saydıqları bu körpünü TARIN, UDUN, SAZIN, CAMIN, ZİLİN (Zurnanın), yəqin QAVAL və KAMANIN da müşaiyəti ilə ifa olunan muğam sədaları altında keçirdilər. Xəyalən Allahın ərşi-əlasına yüksəlirdilər. Bununla açıq nükəbbər (göylər) qarşısında günahlarını yuyur, təmizlənir, mənən paklanırdılar. Daxilən rahatlanaraq sabaha yeni ruh, yeni səbr, yeni məna dolu ülviyyətlə göz açırdılar…

Cıqqır At Səs at deməkdir. Guya akkadcadan “Hündürdə tikilən” kimi tərcümə olunan məbəd ona görə belə adlanırdı ki, onu insanların göylərə dua göndərəcəyi müqəddəs ocağı kimi inşa edirdilər. Sadəcə mixi işarələrdə bizə məxsus səslərə yer olmadığından, məbədin adını Ziqqurat oxuyub, ona da bir təhər dediyim anlamı verməyə çalışırlar. Məhz həmin məbədin divarında qətranlanmış xüsusi taxçadan tapılan mixi yazılı silindr bizə Uşşaq (Üşşaq kimi də yazılır) muğamı barədə yazılı məlumatı çatdırır. Deməli, məbəddən hələ minillər öncə də muğam oxunurdu, Cıqqur At məbədinin yaranmasına təkan verirdi. Yegipet piramidalarının, Kir və Lenin mavzoleylərinin memarlıq üslübuna təkan vermiş unutduğumuz bu Məbəd hələlikilk sədasını Cabbar əminin ifas ında eşitdiyimiz muğam sənətinin dərin köklərini indiyə qədər özülündə qoruyub saxlayb.

Xalq yazıçısı Anar özünün təhtəlşüur yaddaşı ilə sanki Cıqqur Ata işarə edir:

“Muğamat Şərqin, Cənubun səması, məhz inci-inci ulduzlarla süslənmiş Doğu-Güney asimanı altında ifa olunmaq üçün naqil edilmişdir”.

Xalq artisti Əlibaba Məmmədov isə “Muğamat bizim xalqa Allah vergisidir” deyir.

Hər ikisi ən böyük tarixi həqiqəti söyləyir. “Naqil edilmişdir” və “Allah vergisidir” ifadələri böyük bir tarixi Həqiqətin inikasıdır. Onları təsdiqləyərək biz də deyirik ki,

Muğamat xalqın təbiət möcüzələrinə və onları törədən qüvvələrə, həmçinin təkcə öz nəslini deyil, bütöv cəmiyyəti, yəni, həm də bir qandan olmayan ən müxtəlif tayfa konqlemeratlarını da ədalətlə idarə etmiş zadəgan (elit) türk nəsillərinə itihiaf olunmuş himnidir. Bu himn vasitəsilə o (əcdad), Rəbbə; Şəməşə-Şəmsə, yəni Günəşə; Od allahı Ahuraya; Şimşək, ildırım, dağuna (dağıtma) allahı Mərduka, Bahar, urzu və sevgi ilahəsi İstərə öz məhəbbətini izhar edirdi. Məhz həmin məbədin tavanından əks-sədayla ulularımız muğam üstündə göylərə səs atıblar, allaha dua-san göndəriblər, ona lütfi-kərəm ediblər. O, insanın bütün varlığı ilə paklığa can atımının bu həyati zərurətindən, cəmiyyətin dürri yoldakı axtarışlarının vacibliyindən, xalqın göylərə qovuşmaqla arzusuna çatmaq həsrətindən, onu əhatələmiş Təbiətdə mütləq baş verən obyektiv reallıqları və transformasiyaları dərk etməsindən yaranıb.

Muğam əcdad təfəkkürünün Təbiət fonunda baş verən təbii təkamülünün məhsuludur.

Onu əhatə edən mühitin musiqi dili ilə ifadə tərzidir.

Məhz buna görə də u avaz, u səs Təbiətin hər guşəsində yarana bilmir. Təbiət hadisələrinin inikası olan muğam özü bəzən İnanca çevrilirdi. Ulularımızın “Narahat etdiyimiz üçün keç günahımızdan, Ya Rəbb, Ya Barı, Ulu Yaradan! deyə-deyə, Allah qapısın ehtiyatla, xof içində çalmağın min illik ənənəsi azacıq modifikasiyalara vardırılsa da, bu günə kimi bütün konfessiya və dinlərdə saxlanılıb, yaşayır, fəaliyyət göstərir. İnsan insandı, “Dünya gör-götür dünaysı…”

Aşağıda şəklini verdiyimiz və üstündəki mixi yazılarının sirrini açdığımız silindr dediklərimizə sübutdur. Silindrdə hər biri 25 sətir olan ayrı-ayrı mövzuda iki mətn qazılmışdır. O müasir dövrdə tikilən tarixə qovuşacaq binaların özülündə gizlədilən və gələcəyə informasiya ötürən kapsul funskiyasını daşıyıb. Tam açmadığımız, ancaq məğzini ümumən anladığımız I mətnin sətirlərindən belə bəlli olur ki, yazı, Cıqqır At məbədini hansı ildə tikmək barədədir. Mətndə illərin təbii xüsusiyyətləri zodiaklara görə sadalanaraq qeyd edilir ki, məbədin hansı ildə tikilməsi vacib şərtdir ki, o əbədilik qala bilsin. Onun sirrlərini tam oxuya bilmədiyimiz üçün, hələlik çap eləmirik.

Читать дальше
Тёмная тема

Шрифт:

Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Где, когда и как родился мугам»

Представляем Вашему вниманию похожие книги на «Где, когда и как родился мугам» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё не прочитанные произведения.


Отзывы о книге «Где, когда и как родился мугам»

Обсуждение, отзывы о книге «Где, когда и как родился мугам» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.