Kamal Abdulla - Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi

Здесь есть возможность читать онлайн «Kamal Abdulla - Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Ramiz Rövşən: ""Köhnə dostum Kamalın bu yeni romanı (onun öz sözüylə desək, “romanabənzər”i), məncə, təxminən iyirmi il bundan əvvəl məşhur “Yarımçıq əlyazma” ilə başlayan romanlar silsiləsinin son, yekun kitabıdır"".
Tehran Əlişanoğlu: ""Kamal Abdullanın romana daxil etdiyi “tanış və yad sonsuz lüğət” anlayışı və bu ətrafda düşüncələri, mənimcə, dahiyanədir…""
Azər Turan: ""…tanış sonsuz lüğətdə (bəlkə də, yaddaşın alt qatında) var olan sevimli qəhrəmanları pyedestaldan aşağı, hamının yanına düşürmək Kamal Abdullanın kredosu olub. Özü demişkən, bu, çox təhlükəli idi.
Elnarə Akimova: ""Linqvistik yöndən baxsaq, müəllif orta əsrlərin özünəməxsus ifadə tərzi, dil stixiyası, emosional siqlətini qorumaqla oxucunu oğuz-azəri stixiyasını bütün ruhu ilə hiss etməsinə nail olur…""
Kamal Abdulla: ""Bu roman Laokoona inanan Troya haqqındadır"".

Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Vaqif Nəsib (Yazıçı, tənqidçi):Romanı (romanabənzər deyil) olduqca bənzərsiz üslubda yazılmış psixoloji əsər hesab edirəm. Uzaq əsrlərin Laokoon xəstəliyinə tutulmuş bu günün bir Troya atlısının Firəngiz adlı bir qıza qarşı etinasızlıq mücadiləsi dünən və bu gün mənzərələriylə röya və çin şəkildə davam edir. Oxucusunu öz maraq məcrasına salıb, mübahisəli Troya atının tərkində bu günlərə kimi gətirib çıxarır. Əsər tarixi və müasir əsərləriylə nəsr meydanımızda at oynatmış bir müəllif qələmindən çıxmış. Ona görə əvvəlindən axırına kimi hər şey yazıçı səviyyəsiylə, yüksək peşəkarlıqla həllini tapmışdır.

Bu əsərdə maraqlı olan həm də nədir?.. Məsələ bundadır ki, ilk baxışdan qəliz görünən, az qala, oxucunu ürküdə bilən Laokoon adı çox keçmədən öz mənasını aydınlığına çıxarır. Etinasızlıq rəmzi olduğunun hayını-harayını salır. Elə hər şey də buradan başlayır. Əsər məcrasını, yunan, Troya abidələrinin yanından alıb, bu günlərlə, onun gerçəkləriylə bədii cənginə başlayır. Qəhrəmanı, yeni əsəri üzərində işləyən Vaqif ilişib qaldığı Laokoon kəlməsindən, həm də gerçək həyatındakı etinasızlığından özünün xilasına çalışır.

Elnarə Akimova (Ədəbiyyatşünas, tənqidçi):E.Lenort XIX əsrdə qədim karel-fin nəğmə və rəvayətlərini epos modelində uyğunlaşdırıb epik mətnin bütövlüyünü yaratmışdı. “Kalevala” adlanan bu epos arxaik folklor formalarının birləşməsindən yarandı əslində. Fin oxucusu, fin insanı da “Kalevala” qəhrəmanlarının, orada söylənən hadisələrin gerçək varlığına inandı. Niyə? Çünki bu eposla xalq öz qutsal dəyərlərinə qayıtdı. Hər bir xalqın öz keçmişi, yaddaşı, qəhrəmanlıq tarixi ilə ünsiyyət yaratmağın yolu epos estetikasından keçir. Epos xalqın təşəkkül tarixi ilə bağlıdır, millətə özgüvənlik ruhunu, mifik keçmişlə bağlantı əminliyini təlqin edir. Bu mənada, Kamal Abdulla mətnlərinin daim bir predmeti olub: Yazıya, yaddaşa inam! Həm də burada söhbət hansısa folklor formalarının məcmusundan deyil, dünya dastan yaradıcılığının nadir nümunələrindən sayılan, oğuz bahadırlarının savaş salnaməsi olan “Kitabi-Dədə Qorqud” eposundan gedir.

…Əslində, Vaqif də əsərdə Laokoondur. Kitabla bağlı beynindən keçən fikirlər, qaranlıq boşluqların yaratdığı gərginlik, bunları kimləsə bölüşmək ehtiyacı və inanılmamaq qorxusu! Firəngizin ona inanması onda öz fikirlərini yəqinləşdirmək üçün gərək olur. Ona inanılmağı istəyir: “Vaqifin Firəngizdən bunu eşitməyə ehtiyacı vardı: “sənin sevdiklərini mən də sevdim. Mənim çiyinlərimdə pudluq daşlar var idi. İndi yoxdular. Onlar hara yox oldular?! Mən çəkisizəm. Mən azadam. Mənə elə gəlir ki, uçmaq istəsəm, uça bilərəm. Sən də mənimlə uça bilərsənmi”?!

Yazıçı Kitabdakı qaranlıq boşluqlara diqqət yönəldir: Təpəgözün özünü öldürməsini sui-qəsd, yaxud öz canına qıyması kimi mənalanması, Qısqanclıq – Banuçiçək-Basat məsələsi, Casus – Kafisin casusu. Kamal Abdulla manerasına sadiq qalaraq, yenə də oxucunu özünəməxsus ədəbiyyat dünyasının labirintinə salır. Mizanları istədiyi kimi qurur, müxtəlif passajlarda improvizələr edir. Faktiki olaraq, reallıqla mifoloji arasında sərhəd götürülür, bədii obrazla real şəxsin iç-içə keçdiyinin şahidi oluruq. Əsərdəki casus bölümü bunun sübutudur.

Əsərdə qəhrəmanın iki həyatı paralel şəkildə yaşanır. Yazıçı bu iki həyatı o qədər dərinlikdə mətnə tətbiq edə bilir ki, heç biri kölgə rolunu oynamır. Vaqifin anası, qardaşı ilə münasibətləri, sevgi həyatı, iş həyatı – hər biri əsərdə periferiya olmayıb, mərkəzçi status daşıyır. Eyni zamanda onun Kitab sevgisi, ona addım-addım yaxınlaşmaq, çözmək məramı da həmçinin. Yazıçı qəhrəmanın təkliyini tez-tez mərkəzə gətirir. İş prosesində olsa belə, içindəki yazı ilə baş-başa qalmış vəziyyətdədir. Hətta dəniz kənarında sevdiyi qadınla birlikdə keçirdiyi zamanın ürəkaçıcı olmaması, daha çox evə – düşüncələri ilə tək qalmağa, özünəqapanmağa can atması onun daxili aləminin sıxıntısını, mənəvi diskomfortunu maddiləşdirir.

Maral Yaqubova (Ədəbiyyatşünas, tənqidçi):Hər hansı bir müəllifin daha əvvəl yazdığı bir mətni, onun yazılma tarixçəsini başqa bir mətndə mövzuya çevirməsi ədəbiyyatımız üçün ilkdir. Fikirdən sözə, sözdən fikrə, poetik enerjidən dilə, dildən poetik enerjiyə gedən yollar nə vaxt üst-üstə düşür? Müəllif fikirdən sözə gedərkən özündən əvvəlkilərin getdiyi yolla gedəndə oxucu da artıq çoxdan hamıya məlum bu tapdanmış yolla sözdən fikrə qayıdır, ədəbiyyatsızlaşma başlayır. Müəllif fikirdən sözə yeni yollar salanda, yolları özü axtarıb tapanda, oxucusuna da sözdən fikrə aparan yollar yaratmaq şansı və imkanı verəndə hər şey dəyişir, ədəbiyyat yaranır. Oxucunu hermenevtik dolanbaclarda azdırmaq, labirintə salmaq, təhkiyə meşələrində gəzintiyə çıxarmaq, bir sözlə, ədəbiyyatı dilin qrammatik həbsxanasından xilas etmək hər mətnin işi deyil. “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi”nin oxucusu bilməlidir ki, Vaqif sirləri eləcəsinə açmağa gəlməyib, “oyun”u qaydalarına görə oynamalı!

Ədəbiyyatı həvəskarlıqdan bir-iki pillə yuxarıda dayanıb oxuyanların mətnə ünvanladığı suallar fərqli olur, onların mətni dəlik-deşik edərcəsinə təftiş etmək, söküb-yığmaq, mətni astar-üz etmək kimi “zalımca” vərdişləri var, ona görə zalımca deyirəm ki, bu “zülm”ə tab gətirməyən mətnləri əvvəlcədən bəlli aqibət gözləyir: yox olmaq! Bir mətni bu qədər təftiş etmənin məqsədi və niyyəti nə ola bilər, nəyi axtarıb tapmaq istəyirik? Yüzlərlə cavabın dönüb dolaşıb gəldiyi yer birdir: ədəbiyyat necə yaranır, oxuduğumuz mətnin arxasındakı böyük enerjini görmək, bəli, məhz görmək istəyirik. Bir mətn necə yazılır, bir mətn necə formalaşır, necə ərsəyə gəlir, təxəyyülün, bilginin, yaddaşın, həyat hadisələrinin, təəssüratların iştirak nisbəti necədir? “Laokoon, Laokoon….yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanında Vaqif hər şeyi etiraf edir: “Sanki sadə bir şey idi. O, öz sözünü başqasının, özü də reallıqda olmayan bir başqasının adından bu mətnə salmışdı…..Yad sonsuz lüğətdən gələnlər əvvəl-əvvəl ad şəklində, sonra söz şəklində, sonra da ideyalar, fikirlər şəklində bahar seli kimi gəlməyə başladılar və yavaş-yavaş onun tanış sonsuz lüğətlə yazılmış mətnlərinə dolub bu mətnləri onun özü üçün də bəzən tanınmaz etdilər.” Kamal Abdulla haqqında oxucuya məlum olan bilgilər, oxucunun təxmin etdiyi bilgilər və oxucunun heç bilmədiyi bilgilər (anılar və təəssüratlar) mətndə birləşir, Vaqif həm tanışdır (Kamal Abdullanın sözlərini “özününküləşdirir”, özünü bilərəkdən ifşa edir), həm də yaddır (təğyiri-libasdır, bu dəfə oxucu deyil, yazıçıdır, “Yarımçıq əlyazma”nın fiktiv müəllifidir). Kamal Abdullanın növbəti avatarı – ədəbiyyatın uydurma-qurma Vaqifi biz oxucularla “Yarımçıq əlyazma”nı ortaya çıxaran poetik enerjinin heç də sadə olmayan mətnləşmə yolçuluğunun hələ beyində yazılan mərhələsini paylaşır.

Mətanət Vahid (Ədəbiyyatşünas, tənqidçi):Kamal Abdullanın bütün mətnlərinə xas ümumi bir cəhət var: o, sözün içində gizli olan cövhəri görür, duyur və öz yazdıqları ilə artıq var olanı üzə çıxaran sərraf kimi hiss etdirir. Dastanda yazılmayanların oxunmalı və yazılmalı olduğuna inanan Vaqifin məqsədi Kitabın bətnində var olanı “kəşf etmək”, onlar əsasında uydurula bilənlərlə mətni tamamlamaqdır. Belədə o, bilərəkdən və ya bilməyərəkdən Dastanın ikinci müəllifliyinə iddia etmiş olur.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi»

Представляем Вашему вниманию похожие книги на «Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi»

Обсуждение, отзывы о книге «Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x