Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami

Здесь есть возможность читать онлайн «Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Azərbaycan şairi Nizami: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Azərbaycan şairi Nizami»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri 1941-ci ildə yazılsa da, nəşri gecikərək 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada yerləşən Milli Təhsil Nəşriyyatında gerçəkləşib. “Azərbaycan şairi Nizami” əsərini Azərbaycanda ilk dəfə pr.dr. Rüstəm Əliyev ixtisarla kiril qrafikalı əlifba ilə 1991-ci ildə Azərnəşrdə çap etdirib. Bu versiya isə orijinalı ilə tutuşdurularaq Əvəz Qurbanlının redaktəsində nəşrə hazırlanıb.
“Azərbaycan şairi Nizami” əsəri mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. Bu monoqrafiya başlanğıc, dörd fəsil, son söz və əlavələrdən ibarətdir. Əsərin birinci fəsli “Nizami kimdir” sualına verilən cavaba, ikinci fəsli “Xəmsə”nin tədqiqinə, üçüncü fəsli Nizaminin mövzularına, dördüncü fəsli isə bu böyük şairin irsində sənət və ideologiya məsələsinin araşdırılmasına həsr olunub. Rəsulzadə kitabın sonuna Nizaminin əsərlərində işlədilmiş türk sözlərinin lüğətini də əlavə edib. Bu kitab Nizami Gəncəvinin 880 illiyinə həsr olunur və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan şairi Nizami — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Azərbaycan şairi Nizami», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Azərbaycan hökmdar və şahlarının ehtiram və lütfkarlığını görüb, kitablarını onların adına bağlayan bir şairin Azərbaycan vətənpərvərliyində oynayacağı mənəvi rolun kiçik olmayacağı aşkar bir həqiqətdir. Hansı mənəvi varlıq və tarixi iftixar Azərbaycana Nizami xatirəsindən daha yüksək və dünyaya şamil olan bir dəyəri təmin edə bilər?

Nizami kimi bir mədəni dəyəri hansı azərbaycanlı vətənpərvərlik ənənəsi çərçivəsindən kənara çıxara bilər? Hansı yurdsevər və şüurlu bir azəri türkü Nizami ilə öyünməyə bilər?! 70

Nizami azərbaycanlıların yalnız məmləkətçilik deyil, milli duyğularını da oyandıracaq bir şəxsiyyətdir. Bu şəxsiyyətlə təkcə azərbaycanlılar deyil, bütün türklərin öyünmələri gərəkdir. Dilinin farsca olmasına rəğmən heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmış deyildir.

Kitabımızın müəyyən bölməsində təfsilatı ilə təkrar edəcəyimiz “gözəl ilə böyüyə türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan” deyən bir şairə hansı ağız “o, türk deyildir” deyə bilər?

Onun yaşadığı zaman və şəraitdə dilin əhəmiyyəti yox idi; əhəmiyyətli olan hissiyyat idi. Hiss baxımından isə Nizaminin türklüyünü isbat edən dəlillər bir deyil, minlərcədir.

X

NİZAMİYƏ BORCUMUZ

Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddərat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnika vasitəsilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə, öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və milliyyətçi türklərin vəzifəsi!

Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər, mövzu ilə bağlı qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilməməyimiz, nəticədə, istədiyimiz kamillik və dolğunluğa nail olmayıb, bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsində başlıca məqsəd türkdilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.

Kitabımızın bu məqsədə nail olduğunu bilmək bizim üçün bir sevinc qaynağı olacaqdır.

M.Ə.Rəsulzadə

Buxarest, 10.VIII.1941

BİRİNCİ BÖLÜM

NİZAMİ KİMDİR?

Mənəm sözə istiqamət verən,

Ona ta qiyamət, qiyamət verən.

Nizami

I

NİZAMİNİN TƏRCÜMEYİ-HALI

Çöldən, dərədən bütün ərənlər,

Lütf ilə mənə salam edərlər.

Qalsam eyi, gər ila nəhayət,

Qəbrim qılınır mənim ziyarət.

Nizami

Nizami Azərbaycanın qədim paytaxtlarından olan Gəncədə doğulub, yaşayıb və dəfn edildiyi üçün Gəncəli Nizami mənasında işlədilən Nizamiyi-Gəncəvi adıyla tanınmışdır 71.

Nizami “nami-müstəar” deyilən götürmə bir addır, əski sözlə desək, təxəllüsdür. Şairin əsl adı İlyasdır. Atası Müəyyəd oğlu Yusifdir. Anası şairin özünün qeyd etdiyi kimi “ Rəiseyi-Kürd” olub, Gəncədə yaşamış Azərbaycan kürdlərindən olan bir ailənin qızı olmuşdur. Onun adı məlum deyil 72. Qaynaqlarda qeyd olunmamışdır. Şairin ləqəbi Nizaməddin, künyəsi Əbu-Muhəmməddir. 73

Əski dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi Nizaminin də nə doğulduğu, nə də öldüyü tarix dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq təyin edilir. Şair 1141-ci ildə (hicri 535-ci il) anadan olmuşdur.

Nizami hələ uşaq ikən atasını, sonra isə anasını itirmişdir. O da tarixin bir “Dürri-yetimi”dir 74. Bu yetimin tərbiyə və bəslənməsini dayısı Xacə Həsən öz üzərinə götürmüşdür.

“Leyli və Məcnun” poemasının müqəddiməsində şair atası ilə anasından sonra dayısını da itirməyindən böyük kədərlə söhbət açmışdır.

Bəzi təzkirələrdə qeyd olunduğu kimi Nizami dayısının himayəsinə tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə keçmişdir. Bəzi rəvayətlərə görə bu Mütərrizi Nizaminin qardaşı deyil, ya xalası oğlu, ya da əmisi oğlu imiş. Necə olursa-olsun, uğradıqları fəlakətə baxmayaraq gənclər öz zamanlarına görə yüksək təhsil almış və yaxşı yetişmişlər. Mütərrizinin öz parlaq qəsidələri ilə klassik ədəbiyyatda önəmli yer tutması da dediklərimizi təsdiq edir. Onun Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə, qəsidə ədəbiyyatında şah əsər sayılmaqdadır 75.

Nizaminin yüksək təhsil alması onun əsərlərindən və müasirləri tərəfindən ona “Həkim” (böyük, bilici, müdrik – red .) ləqəbinin verilməsindən aydın görünür. XII əsrin məşhur irfan sahələrinin hamısından əsərlərində əlamətləri görünən bu ensiklopedik bilikli adamın İslam elmləri ilə yanaşı yunan fəlsəfəsinin bütün hissələri ilə yaxından tanış olub bəhrələndiyi heç bir şübhə doğurmur. “İskəndərnamə”də bütün tanınmış yunan filosoflarının hamısını danışdıran şair onların “dünyanın yaranışı” haqqındakı fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etmişdir. Bundan əlavə şair tarixə, dinlərə, hikmətə, həndəsəyə, riyaziyyata, astronomiyaya, sehriyyat və əsatirə dair geniş məlumata sahib olduğunu göstərmişdir. Əsərlərini təşkil edən canlı səhifələr zamanının əsl bir ensiklopediyasıdır.

Şairin musiqi aləmində geniş biliyə malik olduğunu Barbədin Xosrov Pərvizə çaldığı otuz mahnının ustalıqla hərəsini bir beytlə təsvir etdiyindən, ədəbiyyat sahəsində olan dərin məlumatını “Kəlilə və Dimnə”nin təmsillərinin qırxını qırx beytə sığışdıra bildiyindən, İslam elmlərinin dərinliklərinə vardığını Quran, hədis, İslam peyğəmbərinin tərcümeyi-halı və onun haqqındakı rəvayətlərdən bol-bol iqtibaslarından, astronomiya aləmində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməyindən öyrənirik. Həkimliyin, təbabətin mahiyyətini şair iki kəlmə ilə izah edir: “Nə az ye, nə də çox…” 76.

Əsərlərinə yazdığı müqəddimələrdən məlum olur ki, Nizami qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bilirmiş. O, öz poemaları üçün topladığı materialları adi və geniş yayılmış sadə qaynaqlardan deyil, qeyd edilmiş qədim dillərdəki məxəzlərdən dəqiq araşdırmalar vasitəsilə əldə etdiyini bizə anlatmışdır.

Nizaminin dövründə İslam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, o biri tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Allaha inanan, Peyğəmbərə bağlı dindar və sadiq bir müsəlman idi. O, İslam cəmiyyətini parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran, dar fanatizm, səbirsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. O, “İmam Əliyə böyük məhəbbət bəslədiyi kimi Ömərə sevgidən də xali deyildi” 77.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Azərbaycan şairi Nizami»

Представляем Вашему вниманию похожие книги на «Azərbaycan şairi Nizami» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Azərbaycan şairi Nizami»

Обсуждение, отзывы о книге «Azərbaycan şairi Nizami» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x