Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami

Здесь есть возможность читать онлайн «Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Azərbaycan şairi Nizami: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Azərbaycan şairi Nizami»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri 1941-ci ildə yazılsa da, nəşri gecikərək 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada yerləşən Milli Təhsil Nəşriyyatında gerçəkləşib. “Azərbaycan şairi Nizami” əsərini Azərbaycanda ilk dəfə pr.dr. Rüstəm Əliyev ixtisarla kiril qrafikalı əlifba ilə 1991-ci ildə Azərnəşrdə çap etdirib. Bu versiya isə orijinalı ilə tutuşdurularaq Əvəz Qurbanlının redaktəsində nəşrə hazırlanıb.
“Azərbaycan şairi Nizami” əsəri mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. Bu monoqrafiya başlanğıc, dörd fəsil, son söz və əlavələrdən ibarətdir. Əsərin birinci fəsli “Nizami kimdir” sualına verilən cavaba, ikinci fəsli “Xəmsə”nin tədqiqinə, üçüncü fəsli Nizaminin mövzularına, dördüncü fəsli isə bu böyük şairin irsində sənət və ideologiya məsələsinin araşdırılmasına həsr olunub. Rəsulzadə kitabın sonuna Nizaminin əsərlərində işlədilmiş türk sözlərinin lüğətini də əlavə edib. Bu kitab Nizami Gəncəvinin 880 illiyinə həsr olunur və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan şairi Nizami — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Azərbaycan şairi Nizami», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Başda Seyrəfi 26olmaqla Şərqin bir çox tanınmış xəttatları Azərbaycanda yetişiblər. Bunlardan Teymurun katibi olmuş Əmir Bədrəddinin əlilə yazılmış fərman və münşəat ( münşəat – yazılar, məktublar, sənədlər və s. – Ə.Q. ) Misirdə dövlət muzeyində qorunur. Yenə onlardan Baysunqurun kitabxanasının müdiri olmuş Cəfər Təbrizinin yazıları Heratın tarixi abidələrini bəzədiyi kimi Hindistanda da tanınmışdır 27. Nizami “Xəmsə”sinin 1431-ci ilə aid köhnə əlyazmalarından Leninqradda (indiki Sankt-Peterburq – Ə.Q. ) “Ermitaj” muzeyində saxlanılan nəfis nüsxə bu Cəfərin qələmindən çıxmışdır 28.

Baburilərdən (Moğollardan – R.Ə. ) Hindistan imperatoru Böyük Əkbərin Aqradakı memarlıq abidələrini bəzəmiş rəssamlar arasında da təbrizlilər vardır 29.

Osmanlı sultanları tərəfindən Bursa ilə İstanbulda tikdirilmiş memarlıq abidələrində də azərbaycanlı türk sənətkarların əsərlərini tapmaq mümkündür 30. Məsələn, Bursadakı məşhur “Yaşıl came”nin kaşılarının çox mühüm bir qismi təbrizli ustalar tərəfindən düzəldilmişdir 31.

Mücərrəd elmlər və maddi sənətlər sahəsi ilə yanaşı azərbaycanlıların təsəvvüf, fəlsəfə və ümumiyyətlə, fikir dünyasında Şərq İslam mədəniyyətinə son dərəcə önəmli faydası olmuşdur.

Sufiliyin şəxsiyyəti mübhəmliklər və mistik əfsanələrlə əhatələnmiş piri və Cəlaləddin Ruminin ilham qaynağı olmuş Şəms 32təbrizlidir. Eyni məktəbin klassik sirlərini izah edən məşhur “Gülşəni-raz” müəllifi Şeyx MahmudAzərbaycanın Şəbüstər qəsəbəsində doğulmuşdur 33. Yenə sufilərin tanınmış şəxsiyyətlərindən, hürufi təriqətinin məşhur banisi Şah Fəzlullah Nəimi 34də azərbaycanlıdır. Xəlvətilərin tanınmış mürşidlərindən şirvanlı Seyyid YəhyaBakıda məscid, mədrəsə və dərgah sahibi olmuş və orada da dəfn edilmişdir.

İranın məşhur didaktik şairi Sədi öz “Bustan”ında bakılı Baba Kuhidən 35iqtibas etmişdir.

Eyni zamanda Şeyx Sədi çağının tanınmış mürşidlərindən Şeyx Hümam Təbrizidən 36də faydalanmışdır.

Səlcuqilər və onlardan sonra İlxanilər zamanında Azərbaycanın ayrı-ayrı şəhərlərində İslam elminin hər sahəsində böyük alimlər yetişmişdir. İlxanilər zamanında Azərbaycanın tarix, coğrafiya, heyət (astronomiya – Ə.Q. ), tibb, fəlsəfə və başqa sahələrdə qlobal bir dəyərə malik olduğu professor Z.V.Toqanın istifadə etdiyimiz “Azərbaycan” məqaləsində təfsilatla qeyd olunmuşdur.

Ədəbiyyat sahəsinə gəlincə Azərbaycanın rolu daha böyük bir ölçüdədir.

Azərbaycan türklərinin klassik türk ədəbiyyatına Nəsimi, Həbibivə nəhayət, Füzulikimi tanınmış və böyük simalar verdikləri məlumdur 37. Azərbaycanlıların klassik İran ədəbiyyatındakı payları da önəmli bir dərəcədədir.

Azərbaycan başda gəncəli Nizami olmaqla İran ədəbiyyatına bir sıra məşhur adlar bəxş etmişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beyləqani, Əbülüla Gəncəvivə başqalarını qeyd edə bilərik.

Bunlar XII yüzilliyin şairləridir. Hələ onlardan əvvəl XI əsrdə şair və filosof Qətran Təbrizi vardır ki, o zamankı Azərbaycan hökmdarlarının həyat və fəaliyyətini nəzmə çəkmişdir.

Həmin dövrlərdə fars dili müsəlman Şərqində ədəbi və rəsmi bir dil hökmündə idi. Fars olmayanlar da əsərlərini bu dildə yazırdılar.

Amma təkcə bu dövrlərdə deyil, daha sonrakı əsrlərə aid İran şairləri arasında da Əhməd ibn Məhəmməd Təbrizi(XIV əsr) 38, Qasım Ənvar(XV əsr) 39, Sadıq Əfşar(XVI əsr) 40və Saib Təbrizi(XVII əsr) kimi İran ədəbiyyatının ön sıralarında yer alan bir çox azərbaycanlıları görürük. Bunlardan təbrizli olduğuna, xüsusilə, öyünən Saib 41fars ədəbiyyatının sonuncu ustadlarından ən qüdrətlisi kimi tanınır.

Çağdaş İran ədəbiyyatında da Azərbaycan türkü olan ədiblərin rolu önəmlidir. Bunlardan “Kitabi-Əhməd”in müəllifi Əbdürrəhim Talıbzadə, “Səyahətnameyi-İbrahim bəy”in müəllifi Hacı Zeynalabdin Marağayivə “Əxtər” qəzetinin yazarı Məhəmməd Tahirkimi simaları qeyd edə bilərik.

IV

TÜRK HAKİMİYYƏTİ ALTINDA FARS ƏDƏBİYYATI

XVIII əsrdə fransız olmayan avropalı yazıçılar da əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə, bu dil o çağlarda Avropanın böyük bir hissəsində ümumi idarə, elm və ədəbiyyat dili olmuşdur.

İslam Şərqində biz bu olayın bir bənzərini görürük: miladi X əsrlə XIII əsr arasında İslam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. İranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə, xüsusilə, türk ziyalıları uymuşlar. Beləcə onlardan qalan əsərlər də təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatı xəzinəsinin malı olmuşdur.

“Encyclopedie de L’Islam”da İran ədəbiyyatı haqqındakı məqaləsində Y.Bertels bu fikrə əsaslanaraq belə yazmışdır:

“Ön Asiyanın siyasi inkişafı yeni İran dilini, yəni farscanı danışıq dilləri farsca olmayan millətlər və xalqlar üçün ədəbi dil səviyyəsinə qaldırmışdır. Fars dili bu xalqlar üçün XVIII əsr Avropasındakı fransızca kimi yüksək hakim sinfi dili olmuşdur. Buna görə yeni İran ədəbiyyatını sözün geniş mənasında yalnız fars ədəbiyyatı kimi götürmək doğru olmaz. Bu ədəbiyyat İranın olduğu kimi Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır).

Görünür ki, İran ərəb istilasından yalnız siyasi cəhətdən qurtulmaq üçün deyil, mədəni baxımdan dirilmək və yüksəlmək üçün də türk qüvvət və zəkasından böyük ölçüdə faydalanmışdır.

Fars ədəbiyyatı yalnız türk saraylarında işlənməklə və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda türk millətindən olan şairlər tərəfindən də yaradılmışdır.

Tarixin bizə qəribə görünən bu olayı İslam Şərqinin mədəni inkişafını düzgün anlamaqdan ötrü üzərində xüsusi dayanılmalı bir mövzudur.

Yaxın Şərqin ərəb fütuhatı (fəth, istila – Ə.Q. ) nəticəsində islamlaşdırıldığı və dolayısı ilə ərəbləşdirildiyi məlumdur. Bu duruma qarşı mədəniyyət sahəsində ilk reaksiya farslar, sonra da türklər tərəfindən gəlmişdir. Halbuki yıxılan ərəb imperiyasının yerinə siyasi baxımdan farsların deyil, türklərin gəldiyi bir həqiqətdir.

Buradan bir sual doğur: nədən min ildən bəri İslam Şərqində hakimiyyət sürən sülalələr çox kiçik və önəmsiz istisnalarla həmin türklərdən olduğu halda klassik İslam türk ədəbiyyatının yaranışı fars ədəbiyyatının meydana gəlməsindən 3-4 əsr sonraya qalmışdır?

İslamiyyətdən sonrakı yeni fars dilinin ən böyük abidəsi “Şahnamə”dir. Yunanların Homerinə bərabər tutulan Firdovsi “İliada”ya bənzədilən bu şah əsərini Sultan Mahmud Qəznəvinin sarayında yazmışdır.

Qazanının gümüşdən, süfrə ləvazimatının da qızıldan olması ilə tanınan digər İran şairi Ünsüri bütün bu sərvət və şöhrətini həmin Sultan Mahmudun sayəsində qazanmışdır 42.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Azərbaycan şairi Nizami»

Представляем Вашему вниманию похожие книги на «Azərbaycan şairi Nizami» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Azərbaycan şairi Nizami»

Обсуждение, отзывы о книге «Azərbaycan şairi Nizami» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x