Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami

Здесь есть возможность читать онлайн «Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Azərbaycan şairi Nizami: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Azərbaycan şairi Nizami»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri 1941-ci ildə yazılsa da, nəşri gecikərək 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada yerləşən Milli Təhsil Nəşriyyatında gerçəkləşib. “Azərbaycan şairi Nizami” əsərini Azərbaycanda ilk dəfə pr.dr. Rüstəm Əliyev ixtisarla kiril qrafikalı əlifba ilə 1991-ci ildə Azərnəşrdə çap etdirib. Bu versiya isə orijinalı ilə tutuşdurularaq Əvəz Qurbanlının redaktəsində nəşrə hazırlanıb.
“Azərbaycan şairi Nizami” əsəri mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. Bu monoqrafiya başlanğıc, dörd fəsil, son söz və əlavələrdən ibarətdir. Əsərin birinci fəsli “Nizami kimdir” sualına verilən cavaba, ikinci fəsli “Xəmsə”nin tədqiqinə, üçüncü fəsli Nizaminin mövzularına, dördüncü fəsli isə bu böyük şairin irsində sənət və ideologiya məsələsinin araşdırılmasına həsr olunub. Rəsulzadə kitabın sonuna Nizaminin əsərlərində işlədilmiş türk sözlərinin lüğətini də əlavə edib. Bu kitab Nizami Gəncəvinin 880 illiyinə həsr olunur və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan şairi Nizami — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Azərbaycan şairi Nizami», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Nizamiyə aid bu qələm təcrübəsinə şairin 800-cü ildönümü münasibətilə girişilmişdir. Çox ehtimal ki, bu ildönümü sahibinin milliyyəti də bir sıra münaqişələrə səbəb olacaqdır və kitaba verdiyimiz “Azərbaycan şairi” adı onu “İran şairi” kimi tanıyanlardan bir qismində etiraz olmasa da, adət etdiklərinin pozulmasından irəli gələn bir narahatlıq hissi doğuracaqdır.

Fəqət nə etməli: dünya nəhənglərinin adları ətrafında millətlər arasında çəkişmə yeni bir şey deyildir. Həm də başqalarının yanlış alışqanlıqlarını pozmamaq üçün Azərbaycan öz təbii haqqından niyə vaz keçməlidir ki?! Əslində, bu mübahisədə iki millət və ya cəmiyyətin münasibətlərini korlayacaq bir cəhət də yoxdur; əksinə, həmin millət və cəmiyyətlər iki tərəfə mənsub edilən şəxsiyyət ətrafında daha çox birləşmiş və anlaşmış olurlar.

Məşhur elm və irfan adamlarının milliyyətləri haqqında mübahisələr Avropa üçün də yad deyildir. Orta əsrlərdə latın dili bütün avropalılar için ortaq bir elm dili idi. Bütün millətlərin ziyalıları əsərlərini bu dildə yazardılar. Milli oyanış və mədəni müstəqillik qazanıldığı dövrdə isə ortaq latın dili dövrünə aid tanınmış mədəniyyət adamları, milli mənsubiyyətləri baxımından qızğın mübahisələrə səbəb olmuşdur.

Qərbdə və Şərqdəki bu iki hadisənin kökü birdir. Latın dilində yaradılmış Avropa elmi xristianlıqla birləşmiş bütün qərblilərin milliyyət və irq təəssübü güdmədən yaratdıqları bir dəyər olduğu kimi ərəb elmi də eynilə müsəlman toplumunda birləşmiş şərqlilərin ələ gətirdikləri bir sərvətdir.

Tarixin müəyyən qanunauyğun inkişafından kənara çıxan bu hadisəni elmi şəkildə anlatmaq istəsək, fikrimizi bu cür xülasə edə bilərik:

Ümmət dövründə milliyyət və irq ayrılığına əhəmiyyət verilmədiyi üçün çox da axtarılmayan “mədəniyyətdə ortaqlıq payı” milliyyət dövründə aranmağa başlanmış və hər millət islam mədəniyyət və irfanında öz yetişdirdiyi şəxsiyyətlərin xidmətlərini müəyyənləşdirməkdən bir zövq duymuşdur.

III

ŞƏRQ İSLAM MƏDƏNİYYƏTİNDƏ AZƏRBAYCANIN ROLU

Müəyyən millət və xalqdan olanların islam mədəniyyətinin inkişafındakı yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi bölgələrin bu xüsusdakı əhəmiyyətini göstərmək isə daha qədimdir.

Türk olmaları etibarı ilə azərbaycanlıların islam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri olduğu kimi bir Şərq islam məmləkəti olmaq üzrə də Azərbaycanın bu işdə önəmli bir rolu vardır.

Türkcədən başqa əsərlərini yalnız ərəbcə və farsca yazmış olan azərbaycanlı tanınmış şəxsiyyətlərin bir siyahısı yazılarsa, böyük bir cild olar. M.Ə.Tərbiyətin “Azərbaycan alimləri”nə ayırmış olduğu çox qısaldılmış cildi belə 400 böyük səhifədən artıqdır 6. Təkcə bunu qeyd etmək qeyd etmək yetər ki, islamdan əvvəlki qədim dövrlərə aid məşhurlarla 7Qərbin təsiri ilə islam dünyasında başlayan yeni oyanış dövrünə aid şəxsiyyətlərdən 8başqa təkcə Nizami və çağdaşları üzərinə gerçək təsir göstərən və onlardan təsirlənən dövrlərdə yetişmiş mədəniyyətə xidmət edənlərin azərbaycanlı olanları belə həm sayı, həm də əhəmiyyəti baxımından diqqətəlayiq bir yer tuturlar.

Bunlardan bir neçə önəmlisini burada qeyd etmək istərdik. Beləliklə, Şərq İslam mədəniyyətinin hər sahəsində Azərbaycanın tutmuş olduğu yerlə bağlı ümumi bir təsəvvür yaranar.

Hicrətdən sonra 421-ci ildə (miladi X əsr) doğulmuş Xətib Təbrizi 9ərəb ədibləri və dilçiləri arasında çox önəmli bir mövqe sahibidir. O, ərəb ədəbiyyatının əsas kitablarından bir çoxunu şərh etmiş və aydınlatmışdır.

Hicri 458-ci ildə vəfat etmiş (X əsrdə yaşamış) Mərzban oğlu Əbülhəsən Bəhmənyar“müəllimi-əvvəl” Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. O, ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dillərinə də çevrilmişdir 10.

Hicri VI əsr münəccimlərindən Fəridəddin Şirvaniotuz illik əməyin məhsulu olan astronomik təqvimləri ilə məşhurdur 11.

VIII əsrdə yaşamış Bakılı Əbdürrəşidərəb coğrafiyaçıları arasında dəyərli bir müəllif kimi tanınır 12.

Yenə VIII yüzillikdə yaşamış Əbdülqadir Marağayimusiqidəki biliyi, bu sahədə yazdığı əsərləri və etdiyi yeni ixtiraları ilə tanınmışdır.

IX əsrin tanınmış təbiblərindən Şirvanlı Şükrüllahöz ixtisası ilə yanaşı başqa elmlərə aid əsərləri ilə də məşhurdur 13.

Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şam-Qazani 14də azərbaycanlıdır.

Memarlıq, kaşı sənəti, nəqqaşlıq və gözəl yazı (xəttatlıq-kalliqrafiya) kimi sənətlərdə də azərbaycanlı sənətkarların yüksək səviyyəli əsərlərinə Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda indi də rast gələ bilirik.

Təbrizdəki Göy məscidin 15kaşıkarlıq sənəti baxımından qazandığı şöhrət uçuntuları üzərində araşdırmalar aparan mütəxəssislər tərəfindən yekdilliklə təsdiq olunur. Naxçıvanda Azərbaycan Atabəylərinin tikdirdikləri Möminə xatun türbəsi 16yüksək səviyyəli bir sənət abidəsidir. Azərbaycan memarlarından S.Ə.Dadaşov və M.Ə.Hüseynovun “Bakı akropolu” dedikləri Şirvanşahlar zamanından qalma “Şaşal” 17üstündəki saraya aid binalardan ən məşhuru “Divanxana”nın ağ daş üzərində işlənmiş oymaları və tikilişindəki memarlıq özünəməxsusluğu ilə zövq və sənət əhlini heyran qoymaqdadır 18.

XIV əsr şairi Arif Ərdəbili Şirvanda şah Axsitandan qalma bir qaladan bəhs edir ki, divarlarında qoyulmuş incə quruluşlu gözəl heykəllərdən fontan şəklində sular axarmış. İstər bunları, istərsə də Bakıdakı memarlıq abidələrini birnəfəsə təsvir edən şair “Fərhad oğulları”nın bu əsərlərinə, gerçəkdən, heyrətləndiyini bildirir 19.

İran nəqqaşlığının ən məşhur ustadı Kəmaləddin Behzadın müəllimi Pir Seyid Əhmədtəbrizlidir. Bu şəxs ilxanilərdən rəssamlıq və sənətkarlıqla yaxından ilgilənən Əbu Səidin zamanında yetişmiş Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baqi-Şimalikimi məşhur Azərbaycan rəssam və nəqqaşlarındandır 20. Teymurilərdən Hüseyn Bayqaranın zamanında Heratda Əlişir Nəvainin himayəsi və nəzarəti altında çalışmışdır. “Teymurilər dövrü miniatürçülüyü” adı ilə məşhur nəqqaşlıq məktəbinin yaradılmasında rolu olmuşdur 21. Həmin məktəbin bəlli ustadlarından, əski əlyazmalarını nəfis əsərləri ilə bəzəyən məşhur miniatürçülərdən Ağa Mirəkdə təbrizlidir 22. Nəvainin zamanında Heratda çalışmış təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu şəxs sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin xidmətinə keçmişdir 23. Sultan Üveys Cəlariilə oğlu Sultan Əhmədöz dövrlərinin sayılıb-seçilən rəssamlarından olmuşlar 24. Təbrizli Əbdülhəyrəssam Sultan Üveysin tələbəsi və oğlu Əhmədin ustadıdır ki, sonradan Teymur tərəfindən Səmərqəndə aparılmışdır. Azərbaycanlılardan nəqqaş Xacə Qiyasəddin, rəssamlar KəmaliMirzə Əlininadları da tanınır. İlxanilər dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan nəqqaşlıq və rəssamlıq sonradan azərbaycanlı türklərin əlinə keçmişdir 25.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Azərbaycan şairi Nizami»

Представляем Вашему вниманию похожие книги на «Azərbaycan şairi Nizami» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Azərbaycan şairi Nizami»

Обсуждение, отзывы о книге «Azərbaycan şairi Nizami» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x