Əli Şamil - Albaniya və Azərbaycandakı Albanlar

Здесь есть возможность читать онлайн «Əli Şamil - Albaniya və Azərbaycandakı Albanlar» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Albaniya və Azərbaycandakı Albanlar: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Albaniya və Azərbaycandakı Albanlar»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Avropanın güneyində, Adriatik dənizinin sahilindəki Albaniya dövləti ilə Qafqaz Albaniyasını 1100 ilə yaxın bir tarix ayırır. Adları oxşar olan bu ölkələrdə insanlar soyca bir-birinə bağlı olmasalar da görünüşlərində, davranışlarında bir yaxınlıq var. Balkanlardakı bir çox ölkələrlə müqayisədə Albaniyanın Azərbaycanla iqtisadi, siyasi əlaqələri zəifdir. Buna baxmayaraq 20-ci yüzildə Azərbaycanda albanlar yaşamış və ölkənin ictimai-siyasi həyatında izlərini qoymuşlar. Kitaba yol qeydlərim, Azərbaycanda yaşamış Nafiə Abid (Tanur), Əhməd Bedi Triniç, İsmail Farka haqqında bəhs edən məruzə-məqalələr daxil edilib.

Albaniya və Azərbaycandakı Albanlar — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Albaniya və Azərbaycandakı Albanlar», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

“Albaniya” sözünün latınca “alba” – yəni “yüksəkdə duran” sözündən yarandığını söyləyən araşdırıcılar da var. Milliyətcə alban olan böyük Osmanlı ensiklopediyaçısı Şəmsəddin Sami “Kamus-u Türk”də arnavut sözünün çiftçi-əkinçi mənasında olduğunu yazır.

Ərazisi 28 min 748 kvadratkilometir olan Albaniya batıdan dəniz vasitəsilə İtaliya ilə həmsərhəddir. İki ölkə arasındakı dənizin eni 70-100 kilometrdir. Ölkə əhalisinin 87 faizi albanlar, 1 faizi yunanlar olsa da Yunanıstan hökuməti həmişə bu bölgəyə qarşı ərazi iddiasında olub. Yunanlar 1912-ci ildə Osmanlı hökumətinə qarşı başladıqları savaşda Avropa dövlətlərinin yardımı ilə yeni qurduqları dövlətlərinə albanlar yaşayan bəzi bölgələri də qata bildilər.

Albaniyadakı dindar müsəlmanlar sünnilərə, bəktaşilərə bölünsələr də çoxluq təşki edirlər. Azlıqda qalan xristianlar isə pravoslav və katolik inanclıdırlar. Sosializm birliyi dağıldıqdan sonra vəhabilər burada özlərinə tərəfdarlar toplaya bilmişlər.

Albaniya dövlətinin başlanğıc tarixini 1190-cı ildə yaradılan Alber şahzadəliyindən hesablayırlar. Bölgə orta yüzillərdə müxtəlif dövlətlərin tərkibində olmuşdur. Avropa dövlətlərinin iqtisadiyyatı, sənaye potensialı, hərbi gücü artdıqca onlar yeni müstəmləkələr əldə etməklə yanaşı, tarixin ən güclü dövlətlərindən olan Osmanlı imperiyasını dağıtmaq üçün 20-ci yüzildə Balkanda milli zəmində toqquşmaları qızışdırmış, bu da getdikcə güclənərək müstəqillik uğrunda savaşlara çevrilmişdir. Albanlar da azadlıq əldə etmək, öz dövlətlərini yaratmaq ümidilə böyük həvəslə Osmanlı dövlətinə savaş açmışlar. Nəticədə Osmanlı orduları Balkanlardan geri çəkilməli olmuş, Albanların toplu şəkildə yaşadıqları bölgələr bir neçə yerə bölünmüşdür.

Tarixi ərazilərini itirmək hesabına da olsa 1912-ci il noyabrın 28-də Albaniya müstəqilliyini elan edir. Lakin bu o qədər də uzun sürmür. Yunanların və bolqarların hücumundan qorunmaq ümidilə daha güclü bir dövlətin – İtaliyanın himayəsinə sığınır. 1917-1920-ci illərdə İtaliyanın himayəsində olan Albaniyada 1925-ci ildə yeni bir dövlət qurulur. Baş naziri Əhməd Zoqo (1895–1962) olan bu dövlətin ömrü 1928-ci ilədək davam edir. 1928-ci ildə Baş Nazir Əhməd Zoqo özünü kral elan edir. Onun krallığı 1939-cu ilədək davam gətirə bilir.

1939–1943-cü illərdə faşist İtaliyasının və 1943-1944-cü illərdə faşist Almaniyasının əsarəti altında olan Albaniya 1944-cü ildə döyüşlərlə öz müstəqilliyinə nail ola bilir. Faşizmə qarşı mübarizədə Alban xalqının müxtəlif dünyagörüşlü insanları iştirak etsə də sonda Sovetlərdən yardım alan kommunistlər liderliyi ələ ala bildilər. Ənvər Xoca və Məmməd Şehununun rəhbərliyi ilə 1946-cı ildə Albaniya Xalq Demokratik Respublikası qurulduğu elan edildi.

Nisbi demokratiya uzun sürmədi. Sovetlər Birliyinin yardımı ilə Ənvər Xoca Albaniyada avtoritar bir idarəetmə yaratdı. Ölkədə hər şey onun adı ilə bağlandı. Onun diktator iddiasına, təkhakimiyyətliliyinə göz yumuldu, xalqa xilaskar, humanist, haqq-ədalət nümunəsi kimi tanıdıldı.

Ənvər Xoca (albanca adı və soyadı belə yazılır: Enver Halil Hoxha ) 1908-ci il oktyabrın 16-da Osmanlı imperiyasının Qirokastra şəhərində doğulub. Atası parça ticarəti ilə məşğul olan dindar bir müsəlman olub. Oğlunun təhsil alması üçün əlindən gələni əsirgəməyib. Albaniyada təhsilini başa vurduqdan sonra onu Fransadakı Monpeley Universitetində oxumağa göndərib. Universitetdə oxuduğu illərdə kommunist ideologiyasını mənimsəyib. Vətənə döndükdən sonra Albaniya Kommunist Partiyasının rəhbərliyinə daxil olub və onun birinci katibi vəzifəsinə yüksəlib. 1944-cü il oktyabrın 20-də Albaniya Milli Azadlıq Ordusu faşist Almaniyasının əsgəri birliklərini ölkədən çıxara bilib. 1944-cü il noyabrın 28-də Albaniya Demokratik Hökuməti qurulub və baş nazir vəzifəsinə Ənvər Xoca gətirilib. 1946-cı il yanvarın 10-da Albaniya Xalq Sosialist Respublikasının qurulduğu elan edilib və Albaniya Kommunist Partiyasının adı da dəyişilərək Albaniya Əmək Partiyası adlandırılıb.

Beləcə, sözdə demokratik bir ölkə kimi tanıdılan Albaniyanı 1946-ci ildən 1983-cü ilə kimi Ənvər Xoca təkbaşına idarə edib. Onun ölümündən sonra ölkənin iqtisadi, siyasi həyatındakı qüsurlardan danışanların sayı artıb. 1991-ci ilin martında Albaniyada ilk demokratik seçki keçirilib. Seçkilərdə ölkəni 40 il idarə edən Əmək Partiyası ilə yanaşı, müxalif Demokrat və Respublikaçılar Partiyaları da iştirak edib. Seçkilərdə Əmək Partiyası üstünlük qazanıb, hökumət qursa da iyul ayında baş vermiş tətildən sonra istefa vermək məcburiyyətində qalıb.

Yeni formalaşan parlament ölkənin adını dəyişərək Albaniya Respublikası elan edib. Tətildən sonra hökumət beş siyasi partiyanın nümayəndələrindən təşkil edilib.

Koalisiyalı hökumət ölkədə sabitlik yarada bilməyib. İqtisadiyyat iflic vəziyyətinə düşüb, quldurluq, soyğunçuluq, rüşvətxorluq və korrupsiya geniş yayılıb. 1997-ci il seçkilərindən sonra təşkil edilən hökumət ölkədəki qarğaşanın qarşısını almaq üçün ciddi addımlar atıb.

1998-ci ildə ölkədə yeni konstitusiya qəbul edilib. Bu konstitusiyaya əsasən gizli səsvermə ilə millət vəkillərinin 50 + 1 səsini alan namizəd 5 illiyə prezident seçilir. Albaniya Respublikası Məclisinin 140 deputatı var. Onlar da fəaliyyətlərini 15 daimi komissiyada və məclisin ümumi iclaslarında davam etdirirlər. Deputatlar dörd ildən bir seçilir.

2002-ci il seçkilərindən sonra təşkil edilən hökumət özündən əvvəlkilərin yolunu davam etdirib. İdarəetmədə bir sabitlik yaranıb. Lakin insanların güzəranında ciddi dəyişiklik baş verməyib. Albaniya Respublikası Avropa ölkəsi sayılsa da, insanların dolanışığı o qədər də yaxşı deyil. Əhali inkişaf etmiş dövlətlərdən alınacaq yardımları böyük ümidlə gözləyir. Keçmiş sosialist respublikalarında olan qüsurlar orada da mövcuddur.

Albaniya: bildiklərim, gördüklərim

Albaniyaya getməyə nədən can atırdım

2017-ci ilin oktyabrında Türkiyədə əməliyyat olunmağım elmi simpoziumlara getməyimə, səfərə çıxmağıma əngəl törətmiş, yazı işlərimi də ləngitmişdi. Axtarışlar aparmağa, yeni mövzular üzərində işləməyə halım qalmadığından köhnə yazılarım üzərində işləyir, onlar redaktə edir, nəşrə hazırlayırdım.

Albaniyadan aldığım bir məktub məni xeyli düşündürdü. Məktubu Dünya bəktaşilərinin baş dədəsi Edmond Brahimayın (İbrahimin albanca deyiliş şəkilidir. Ona çox vaxt rəsmi adı və soyadı ilə deyil, Mondi Baba deyə müraciət edirlər – Ə.Ş.) imzalamışdı. Bu 2018-ci il martın 20-də Tirana şəhərindəki Kutsal Sarayda keçiriləcək “Ənənə və müasirlik arasında İmam Əli dünyası” mövzusundakı simpoziuma dəvət idi. Mövzu ürəyimcə deyildi. Heç fikirləşməmişdim ki, belə bir mövzuda nəsə yazaram. Amma neçə illər idi ki, Albaniyaya getmək istəyirdim. İstəyimi reallaşdıra bilmədiyim üçün də çox üzülürdüm. Demək Albaniyaya getməyə şərait yaranmışdı. Odur ki, gücümü toplayıb araşdırmaya başladım.

Albaniyaya getmək istəyi sadəcə o yerləri gəzmək, görmək, yaxud alış-veriş etmək həvəsindən yaranmamışdı. Bu istək məndə 1998-ci ildən yaranmışdı. Polşada nəşr edilən “Dissident sözlüyü” ensiklopediyası üçün məqalələr hazırlayanda Albaniyalı İsmail Farkanın ömür yolu ilə tanış olmuşdum. DTK (KQB) ilə əməkdaşlıq etmək istəmədiyinə görə Albaniyanın Sovetlər Birliyindəki səfirliyinin referenti İsmail Farkanı qatarda vurub iflic etmiş, sonra da “şizofrenik” diaqnozu qoyduraraq psixi xəstəxanaya “müalicəyə” göndərmişlər. Taleyin qəribəliyinə bax ki, hadisələr Moskvada baş versə də o, 25 ildən çox Azərbaycandakı psixi xəstəxanalarda məcburi “müalicə” olunmuşdu.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Albaniya və Azərbaycandakı Albanlar»

Представляем Вашему вниманию похожие книги на «Albaniya və Azərbaycandakı Albanlar» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Albaniya və Azərbaycandakı Albanlar»

Обсуждение, отзывы о книге «Albaniya və Azərbaycandakı Albanlar» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x