Əzizə Şamil - Dissident sorağında (1956-1986)

Здесь есть возможность читать онлайн «Əzizə Şamil - Dissident sorağında (1956-1986)» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Прочая научная литература, История, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Dissident sorağında (1956-1986): краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Dissident sorağında (1956-1986)»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Tarix boyu toplum alışılmış qaydaların dəyişilməsini istəyənləri, fərqli düşünənləri, yenilikçiləri heç də xoş qarşılamamış, əksinə, onları susdurmağa çalışanların, cəzalandıranların tərəfini saxlamışdır. Sovetlər Birliyi dönəmində də belə olmuş, minlərlə insan iqtidarın yanlış siyasətinə etirazını bildirdiyinə görə cəzalandırılmış, haqlarında yanlış bilgilər yayılmış, həqiqət toplumdan gizlədilmişdir.
Sovetlər Birliyi çökdükdə arxivlər açılmış, gizlinlər ortaya çıx-mışdır. Varşavada yaradılan KARTA təşkilatı sosializm düşərgəsinin Doğu Avropa ölkələrindəki ictimai-siyasi baxışlarına görə təzyiq və təqibə məruz qalan insanları tanıtmaq məqsədilə “Dissident sözlüyü” ensiklopediyası hazırlamağı planlaşdırımışdır. “Dissident sözlüyü”nə materiallar hazırlamaq məqsədilə keçmiş sosialist respubliklarında və Sovetlər Birliyinin Avropa hissəsindəki respublikalarda işçi qrupları yaradılmışdır.
Kitaba “Dissident sözlüyü” Azərbaycan qrupunun hazırladığı və 1956 – 1986-cı illəri əhatə edən məqalələr daxil edilmişdir.

Dissident sorağında (1956-1986) — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Dissident sorağında (1956-1986)», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Əli Şamil

Dissident sorağında (1956-1986)

Bu kitabı Vətəninin və millətinin işıqlı sabahı üçün mübarizə aparmış, bu yolda min bir əziyyət çəkmiş, uğrunda həyatını qurban verdiyi toplumdan isə tənə və təhqir görmüş, sağlığında qədri bilinməsə də, bugünkü nəslimizin qəhrəmanına çevrilmiş TƏMƏNNASIZ FƏDAİLƏRIN müqəddəs və narahat ruhlarına ithaf edirik.

Azərbərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin 1980 – 1988-ci illərdə sədri olmuş general Ziya Yusifzadənin 1999-cu ilin noyabrında ANS televiziyasındakı çıxışından:

Niyə sizin verdiyiniz məlumatlarda Azərbaycanda dissident olduğu göstərilmir? Halbuki ölkəni dissidentlər bürü-müşdür. Siz tərəfdənsə hər şey hamar və yaxşı göstərilir”.

Viktor ÇEBRİKOV, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri

(1950-ci ildə Dnepropetrovsk Metallurgiya İnstitutunu bitirən V.Çebrikov bir il sonra rayon partiya komitəsi sənaye şöbəsinin müdiri işləməyə başlamışdır. 1958-ci ildə şəhər partiya komitəsinin ikinci, 1961-63-cü illərdə birinci, 1964-67-ci illərdə vilayət partiya komitəsinin ikinci katibi işləmişdir. 1967-ci ildə onu Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbər işə göndərmişlər. 1982-ci ilin yanvarında birinci müavin, dekabrında isə sədr təyin edilmişdir. 1988-ci ildə Sov.İKP MK-ya katib və partiya komissiyasına sədr seçilmişdir. 1991-ci ildən sonra müğənni İosif Kobzona cangüdənlik etmişdir).

“DİSSİDENT SÖZLÜYÜ”NƏ MƏQALƏLƏRİ NECƏ HAZIRLADIQ

Kitabı gözdən keçirən oxucuların bəziləri dodaq büzərək “Eh, bunlar kimdir, nə iş görüblər ki, onlardan yazırlar, nədən onları xalq tanımalıdır?”, yaxud da “Mən (atam, babam) filan vəzifədə işləmişəm, Azərbaycanın talyeini həll etmişəm. Millət üçün çox işlər görmüşəm!”, “Məni (atamı, babamı) hamı tanıyırdı, amma bu adamları heç kim tanımırdı, onlar xalq üçün nə iş görə bilərdilər ki?!” “Bunlara heç salam verən belə yox idi, onlar kim idi ki!” deyənlər, irad bildirənlər olacaq.

Nə yolla olur-olsun pul qazanmağa, güzəranını yaxşılaşdırmağa can atan, vəzifə üçün hər cildə girənlər və onların övladları keçmişdə olduğu kimi, indi də vətən, millət üçün çalışanları əfəl, bacarıqsız, ağılsız sayırlar. Moskvanın göstərişləri o yana, müdirinin əmr və arzusunu qanundan üstün tutanların qaz vurub qazan doldurmaları, rüşvət almaq üçün minbir fırıldağa əl atmaları, vəzifə tutmaq üçün cilddən-cildə girdiklərini qürurla söyləyənlərin məclislərində otura, onların həvəslə etdikləri söhbətləri dinləyə bilmirəm.

Sovet dövründə müxtəlif vəzifələrdə çalışanların hamısı rüşvətxor, yaltaq, saxtakar, vətənini və millətini düşünməyənlər deyildi. Elə bir toplum formalaşdırılmışdır ki, təmiz və vətənsevər insanlar idarəetmənin müəyyən mərhələlərinə kimi irəliləyirdi. Oğru, rüşvətxor və fırıldaqçılar onlarla eyni idarədə, nazirlikdə, partiya aparatında işləyən düz, işgüzar adamlara da yuxarıdan aşağı baxır, onları da avam sayırdılar. Avam saydıqları adamlara möhtac idilər. Onlar olmadan iş görə bilmirdilər.

Sovet dövründə vəzifə pillələri ilə sürətlə irəliləyənlərin, orden-medallarla sinələrini bəzəyənlərin, aldıqları fəxri adlarla öyünənlərin bir çoxunun şöhrəti sabun köpüyündən düzəldilmiş dağa, təqib və təzyiyqlər altında olsa da, millətinin taleyini düşünən, onun üçün nəsə bir iş görməyə çalışanların əməlləri isə aysberqə bənzəyir. Biz adətən, Çingiz Abdullayevlərin, Cahid Hilaloğluların, Məhəmməd Biriyaların, İsfəndiyar Coşqunların, Tanqoların, Xəlil Rza Ulutürklərin, Asif Ataların, Safruhların, Əbülfəz Elçibəylərin və b. əməllərinin çox kiçik bir hissəsini görə bilirik.

Təqib və təzyiqlərin insanların taleyinə təsirinin mənzərəsini göz önünə sərmək üçün haqlarında məqalə yazdığımız 21 nəfərə aid kiçik bir statistikaya baxmaq yetərlidir. Çingiz Abdullayev, Tanqo (Tanrıqulu Əliyev), Sabir Yanardağ, Baycan Məhər-rəmov, Tofiq Vəndamlı və Nofəl Tahirzadə ailə qurub, ev-eşik, oğul-uşaq sahibi olmadan dünyadan köçdülər. Demək, altı mübariz, döyüşkən insanımızın nəsli kəsildi.

Məhəmməd Biriyanın (Bağırzadə), Asif Atanın, Safruhun, İsmail Farkanın, Nadir Ağayevin ailəsi dağıldı. Cahid Hilaloğlu (onun da nəslinin davamçısı olmadı), Əbülfəz Elçibəy, Əli Azərli, Asəf Kərimov çox geç evlənmək məcburiyyətində qaldılar.

Heyif ki, onların heç birinin ailə üzvləri xatirələrini yazmadı. Yalnız ağrı və acılara mətanətlə dözən Xəlil Rza Ulutürkün ömür-gün yoldaşı Firəngiz xanım xatirələrini yazıb “Xəlil Rza. Kədərimlə qol-boyun…” adı altında kitab nəşr etdirdi.

Bu sətirləri yazarkən Sovet dövründə gördüyüm sənədli bir film yadıma düşdü. Xəz dəri istehsalı üçün qurulmuş fermada çalışanlar qəfəsə uyğunlaşmayan, azadlığa can atan, baxıcılarına müqavimət göstərən vəhşi heyvanları döl verməyə qoymurlar. Onları tez öldürürlər. Qəfəsə alışanları cütləşdirib onlardan bala alırlar. Sanki onlar bu metodu müstəmləkəçilərdən, diktatorlardan öyrəniblər. Müstəmləkəçilər də elə bil köləliyə boyun əyməyənlərin nəsillərinin davam etməsini istəmirlər. Onları müxtəlif yollarla məhv edirlər. Qorxurlar ki, övladları da mübariz, döyüşkən olar.

Tarixin bütün dövrlərində vətənin və millətin xoşbəxt gələcəyi üçün mübarizə aparan yenilikçilər az olublar. Həmişə də onların fəallyyəti nə hakimiyyətdəkilər, nə də xoşbəxtliyi uğrunda mübarizə apardığı toplum tərəfindən xoş qarşılanıb. Buna baxmayaraq qarşıdurma həmişə olub. Toplumun inkişafına da bu qarşıdurmalar, ziddiyətlər təkan verib.

Azərbaycanın müstəqilliyə qovuşmasından 27 il keçsə də, Sovet rejiminə, müstəmləkəçiliyə, irticaya, mühafizəkarlığa və s. qarşı dirəniş göstərənlər layiqincə dəyərləndirilməyib. Onların bir hissəsi “dissident” adlandırılıb.

* * *

Sovet Sosialist Respublikaları İttifaqı çökməyə üz tutanda dissident termini tez-tez işlədilməyə başlandı. “Rus dilinin izahlı lüğəti”ndə dissident sözü belə açıqlanır: “ Диссидент(инакомыслящий) (лат. dissidens – “несогласный”) – человек, отстаивающий взгляды, которые радикально расходятся с общепринятыми. Зачастую этот конфликт личных убеждений с господствующей доктриной приводит к гонениям, преследованиям и репрессиям со стороны официальных властей”. [ Dissident(ayrı cür düşünən) (Lat. dissidens “razılaşmayan”) – ümumməqbul baxışlardan qəti şəkildə fərqlənən baxışları müdafiə edən adam. Çox vaxt şəxsi etiqadı ilə hakim doktrin arasındakı bu konflikt rəsmi hakimiyyətin zülm, təqib və cəzalandırmalarına gətirib çıxarır]

Onların baxışları rəsmi şəkildə müəyyənləşdirilmiş baxışlardan fərqlənir.

1950-ci illərədək Sovetlər Birliyində, sosialist ölkələrində və kommunist əqidəli insanlar arasında İosif Stalin (Cuqaşvili) böyük ideoloq, əvəzolunmaz idarəçi, uzaqgörən siyasətçi kimi təbliğ olunmuşdu. 1953-cü il Martın 5-də Sovet Sosialist Respublikaları İttifaqı Nazirlər Sovetinin sədri və Sovet İttifaqı Kommunist Partiyasının birinci katibi İosif Stalinin (Cuqaşvili) ölümü siyasi hakimiyyətdə bir çaşqınlıq yaratdı. Onu əvəz etməli olanlar yaxşı bilirdilər ki, ölkəni keçmişdəki kimi idarə etmək mümkün deyil, ciddi islahatlara ehtiyac var. Yeni və ciddi islahat isə rejimin məhvinə səbəb olardı. Buna görə də, 1956-cı ildə keçirilən Sovet İttifaqı Kommunist Partiyasının 20-ci qurultayında bütün çatışmazlıqlar İosif Stalin və onun komandasının adına yazıldı. Minlərlə insan bəraət alaraq həbsdən azad edildi.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Dissident sorağında (1956-1986)»

Представляем Вашему вниманию похожие книги на «Dissident sorağında (1956-1986)» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Dissident sorağında (1956-1986)»

Обсуждение, отзывы о книге «Dissident sorağında (1956-1986)» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x