Əzizə Şamil - Dissident sorağında (1956-1986)

Здесь есть возможность читать онлайн «Əzizə Şamil - Dissident sorağında (1956-1986)» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Прочая научная литература, История, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Dissident sorağında (1956-1986): краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Dissident sorağında (1956-1986)»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Tarix boyu toplum alışılmış qaydaların dəyişilməsini istəyənləri, fərqli düşünənləri, yenilikçiləri heç də xoş qarşılamamış, əksinə, onları susdurmağa çalışanların, cəzalandıranların tərəfini saxlamışdır. Sovetlər Birliyi dönəmində də belə olmuş, minlərlə insan iqtidarın yanlış siyasətinə etirazını bildirdiyinə görə cəzalandırılmış, haqlarında yanlış bilgilər yayılmış, həqiqət toplumdan gizlədilmişdir.
Sovetlər Birliyi çökdükdə arxivlər açılmış, gizlinlər ortaya çıx-mışdır. Varşavada yaradılan KARTA təşkilatı sosializm düşərgəsinin Doğu Avropa ölkələrindəki ictimai-siyasi baxışlarına görə təzyiq və təqibə məruz qalan insanları tanıtmaq məqsədilə “Dissident sözlüyü” ensiklopediyası hazırlamağı planlaşdırımışdır. “Dissident sözlüyü”nə materiallar hazırlamaq məqsədilə keçmiş sosialist respubliklarında və Sovetlər Birliyinin Avropa hissəsindəki respublikalarda işçi qrupları yaradılmışdır.
Kitaba “Dissident sözlüyü” Azərbaycan qrupunun hazırladığı və 1956 – 1986-cı illəri əhatə edən məqalələr daxil edilmişdir.

Dissident sorağında (1956-1986) — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Dissident sorağında (1956-1986)», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Əslində bu, formal və fiziki bəraət idi. Bu bəraət 1917-1955-ci illərdə siyasi səbəblərə görə həbs edilənlərin hamısını əhatə etmir və bəraət verilənlərin də çoxunun əsərlərinin nəşri, təbliği üzərindən qadağa qaldırılmırdı. Amma sözdə demokratiyadan, insan haqlarının qorunduğundan dəm vururdular. “Sovet Sosialist Respublikaları İttifaqı həbsxanalarında siyasi dünyagörüşünə görə tutulanlar yoxdur, ölkədə fərqli düşüncəlilər təqib olunmur” – deyərək bar-bar bağırırdılar. Köhnə idarəetmə bir az yumşaldılmış şəkildə davam etdirilirdi.

Ölkədə bir çaşqınlıq yaranmışdı. İdarəetmədə iştirak edənlərin hamısı şəxsiyyətə pərəstişdə iştirak etmişdi. Onları vəzifədən uzaqlaşdırmaq və ya yeniləri ilə əvəzləmək mümkün deyildi. Buna görə də, hakimiyyəti ələ almış qrup onlara rəqib ola biləcək partiya-sovet işçilərini cəzalandırırdı.

İosif Stalin öldükdən sonra Sovet Sosialist Respublikaları İttifaqı Daxili İşlər Naziri Lavrenti Beriya həbs edilmiş və minlərlə insanın ölümünün səbəbkarı kimi güllələnmişdi. Lavrenti Beriya ilə birlikdə çalışanların bir qismi onun yaxın silahdaşı və dostu sayılaraq “Beryanın bandası” adlandırılıb həbs edilmişdi. Həbs olunanlar haqqında kütləvi informasiya vasitəsilə rəsmi xəbər də yayılmışdı. İllərlə hökumətin dayağı, mətin komminist sayılaraq təriflənən, ənənəyə uyğun olaraq bu gün düşmən elan edilirdi. Düşmən elan edilərək həbs olunanlar sırasında aşağıdakı rəhbər işçilər də vardı:

Merkulov V.N. – Sovet Sosialist Respublikaları İttifaqı Dövlət Nəzarəti Naziri;

Kobulov B.Z.– Sovet Sosialist Respublikaları İttifaqı Daxili İşlər Nazirinin müavini;

Qoqlidze S.A.– Sovet Sosialist Respublikaları İttifaqı Daxili İşlər Nazirliyinin 3-cü idarəsinin rəisi;

Meşik P.Y.– Ukrayna SSR Daxili İşlər Naziri;

Dekanozov V.Q. – Gürcüstan SSR Daxili İşlər Naziri;

Vlodzimirski L.E. – Sovet Sosialist Respublikaları İttifaqı Daxili İşlər Nazirliyinin Xüsusi İşlər Üzrə İstintaq idarəsinin rəisi.

Azərbaycanda da vəziyyət çox gərginləşmişdi. Məğlubedil-məz sayılan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov İosif Stalinin və Lavrenti Beriyanın yaxın dostu kimi həbs edilərək güllələnmişdi. Döv-lət Təhlükəsizlik Komitəsi – DTK (Bu təşkilat dünyada Rus di-lində deyildiyi kimi, KGB şəkilində yazılır. Biz isə onu Azər-baycan Türkcəsindəki qısaltma şəkili ilə DTK yazacağıq), DİN (Daxili İşlər Nazirliyi) işçilərinin böyük bir qismi həbs edilmiş, işdən qovulmuş, kommunist partiyası sıralarından xaric edilmiş və müxtəlif təzyiqlərə məruz qalmışdı.

Partiya-sovet təşkilatlarında rəhbər vəzifə tutanların da bir qismi yaranmış vəziyyətdən istifadə edərək dövlət idarələrində milli kadrların sayının artırılmasına, Azərbaycan dilinin dövlət idarələrində işlək dilə çevrilməsinə çalışmış, hətta “vətənə xəyanət” suçu ilə ittiham edilərək Qazaxıstana, Qırğızıstana, Özbəkistana sürgün edilmiş Axısqa Türklərinin bir qisminin Azərbaycan Sovet Sosialist Respublikasına qayıdaraq burada yaşamalarına imkan yaratmışdı.

Nisbi yumşalma, partiya-sovet işçiləri, yaxın keçmişin DTK əməkdaşları arasında yaranmış çaşqınlıq gənclərin kiçik gizli dərnəklər yaratmasına, antisovet vərəqələr yazaraq yaymasına şərait yaratmışdı. Çox təssüf ki, bu dərnəklər haqqında nə xatirələr yazıldı, nə də DTK arxivlərində hansı sənədlərin olub-olmadığını bildik. Partiya-sovet, təhlükəsizlik işçiləri arasında çaşqınlıq yaransa da, mühafizəkar, öz işinə ürəkdən bağlı məmurlar həmişəki kimi vəzifə başında ayıq-sayıq dayanmış, həbsləri, təqibləri davam edirmişlər.

Hətta Hippokrat andı içmiş həkimlər belə psixi xəstəxanalarda işləyəndə DTK məmurlarının əmrlərini yerinə yetirmişlər. 1967-ci ildə siyasi baxışlarına görə DTK tərəfindən istintaqa cəlb olunmuş Rafiq Turabxanoğlu (Abdullayev) da psixi xəstəxanada “müalicəyə” göndərilmişdi. O, xəstəxanada “müalicə edilənləri”n vəziyyətindən söz açarkən yazır: “Adamlara verilən əziyyətdən xeyli sarsıldım. Ancaq nə edə bilərdim?”

Rafiq Turabxanoğlu qapalı psixi xəstəxanada “müalicə” olunanları bir neçə qrupa bölür və o qruplardan biri haqqında yazır: “…cüzi bir kontinget də qələm adamlarından ibarət idi. Belələrini yüksək dövlət adamlarını tənqid edən yazılar yazıb dost-tanış arasında yaydıqları üçün mə hsuliyyətə cəlb edir, tutarlı bir dəlil tapmayıb bir daha mətbuatda işləmək icazələri olmasın deyə bura gətirir, sonra da əqli cəhətdən şübhəli adam kimi azadlığa buraxırdılar ki, bir daha mətbuat üzü görməsinlər”.

1960-cı illərin sonu – 1970-ci illərin əvvəllərində sosialist və kapitalist ölkələri arasındakı münasibətlərin yaxşılaşması və NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-strateji tarazlığın yaranması beynəlxalq aləmdə “soyuq müharibə”dən gərginliyin zəiflədilməsinə doğru dönüş yaratmış oldu.

1970-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı ilə Almaniya Federativ Respublikası, Almaniya Federativ Respublikası ilə Polşa arasında müqavilələrin imzanlanması, 1971-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı, ABŞ, İngiltərə və Fransa arasında Batı Berlinə dair dördtərəfli sazişin, 1972-ci ildə Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikası arasında münasibətlərin normallaşması haqqında müqavilənin bağlanması gərginliyin zəiflədilməsinə güclü təkan verdi. Bu da Ümümavropa Müşavirəsinin hazırlanması və çağırılmasına şərait yaratdı.

1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının Ümumavropa Müşavirəsi keçirildi. Müşavirə iştirakçıları 10 əsas prinsipi rəhbər tutacaqları haqqında Yekun aktı imzaladılar. Bu sənəd Sovet Sosialist Respublikaları İttifaqında yaşayanlara da öz təsirini göstərdi.

Sovet Sosialist Respublikaları İttifaqı rəhbərliyi məcburiyyət qarşısında qaldığından, sözdə də olsa, dünya düzəninə uymağa çalışır, bəzi beynəlxalq sənədləri imzalayır, bu da insanların az bir qisminin də olsa, haqsızlığa etirazını açıq bildirməsinə səbəb olurdu. Lakin bu narazılıqlar ölkə mətbuatında, radio-tele-viziyalarında öz əksini tapmırdı. Xarici radiolar, “Azadlıq”, “Amerikanın səsi”, “Bi-bi-si” kimi radiolar Sovet Sosialist Res-publikaları İttifaqı və sosialist ölkələrində baş verənlər haqqında verilişlər hazırlayıb yayırdılar. Həmin radioların dalğalarının vu-rulması, eşidilməz edilməsi üçün Sovet Sosialist Respublikaları İttifaqında nə qədər güçlü cihazlar hazırlansa da, o dalğaların qarşısını tam almaq mümkün olmurdu.

Xarici ölkələrə turist səfərləri nə qədər məhdudlaşdırılsa da, turistlər və işlə bağlı xaricə ezamiyyətə gedənlər üzərində nəza-rət nə qədər gücləndirilsə də, onlar gördüklərini məhdud dairədə də olsa danışırdılar. Hakimiyyətdən, quruluşdan narazılığın mətbuata çıxması mümkün olmasa da, onun lətifələr şəkilində yayılmasının qarşısını almaq imkansız idi.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Dissident sorağında (1956-1986)»

Представляем Вашему вниманию похожие книги на «Dissident sorağında (1956-1986)» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Dissident sorağında (1956-1986)»

Обсуждение, отзывы о книге «Dissident sorağında (1956-1986)» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x