Əzizə Şamil - Dissident sorağında (1956-1986)

Здесь есть возможность читать онлайн «Əzizə Şamil - Dissident sorağında (1956-1986)» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Прочая научная литература, История, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Dissident sorağında (1956-1986): краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Dissident sorağında (1956-1986)»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Tarix boyu toplum alışılmış qaydaların dəyişilməsini istəyənləri, fərqli düşünənləri, yenilikçiləri heç də xoş qarşılamamış, əksinə, onları susdurmağa çalışanların, cəzalandıranların tərəfini saxlamışdır. Sovetlər Birliyi dönəmində də belə olmuş, minlərlə insan iqtidarın yanlış siyasətinə etirazını bildirdiyinə görə cəzalandırılmış, haqlarında yanlış bilgilər yayılmış, həqiqət toplumdan gizlədilmişdir.
Sovetlər Birliyi çökdükdə arxivlər açılmış, gizlinlər ortaya çıx-mışdır. Varşavada yaradılan KARTA təşkilatı sosializm düşərgəsinin Doğu Avropa ölkələrindəki ictimai-siyasi baxışlarına görə təzyiq və təqibə məruz qalan insanları tanıtmaq məqsədilə “Dissident sözlüyü” ensiklopediyası hazırlamağı planlaşdırımışdır. “Dissident sözlüyü”nə materiallar hazırlamaq məqsədilə keçmiş sosialist respubliklarında və Sovetlər Birliyinin Avropa hissəsindəki respublikalarda işçi qrupları yaradılmışdır.
Kitaba “Dissident sözlüyü” Azərbaycan qrupunun hazırladığı və 1956 – 1986-cı illəri əhatə edən məqalələr daxil edilmişdir.

Dissident sorağında (1956-1986) — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Dissident sorağında (1956-1986)», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Professor Cəmil Həsənlinin kitablarını, məqalə və çıxışlarını diqqətlə izləyirəm. Qaynaqlarla işləməyinə, faktları obyektiv dəyərləndirmək bacarığına həsəd aparır və onun yazılarından tərəddüdsüz istifadə edirəm. Tanıdıqlarıma da onun əsərlərini oxumağı və ondan qaynaq göstərməyi məsləhət görürəm. Onun 20-ci yüzildə Doğu Türküstandakı (Sintszyan (Sincan) Uyğur Muxtar Rayonu )milli azadlıq hərəkatı mövzusunda araşdırma apardığını bilir, səbirsizliklə həmin araşdırmanın kitab şəkilində nəşrini gözləyirdim, çünki Uyğurların folklorunu və ədəbiyyatını Azərbaycan oxucusuna tanıtmaq istəyəndə bir sıra çətinliklərlə üzləşmişdim. Çox üzülmüşdüm ki, nədən soydaşlarımızın tarixinə, dilinə, ədəbiyyatına indiyədək belə sayğısız qalmışıq.

Azərbaycan müstəqillik əldə edəndən sonra Uyğurlar haqqında bir neçə məqalə yazmışdım. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə 2011-ci ildə “Nurlan” nəşriyyatında çap etdirdiyim “Uyğur, Qaqauz, Quzey Qafqaz Türklərinin folkloru və ədəbiyyatı” kitabının bir fəsli Uyğurların folkloruna və ədəbiyyatına həsr olunsa da, oradakı milli mübarizədən də xeyli söz açmışdım. Xüsusən Sovet hökumətinin Doğu Türküstanda və Güney Azərbaycanda qurulmuş hökumətləri necə güdaza verdiyi haqqında bir neçə səhifədə müqayisələr aparmışdım. İçimdə bir nisgil qalmışdı ki, kaş bu mövzunu yaxşıca araşdırıb oxuculara təqdim edən ola. Allaha çox şükür ki, professor Cəmil Həsənli bu işi gördü.

Çayxanada gəlmişdən-getmişdən, Cəmil müəllimin kitablarından xeyli söhbət etdik. Milli azadlıq hərəkatı fəallarını yada saldıq. Cəmil müəllim bir zaman hazırladığımız “DS” ensiklopediyasına yazdığımız məqalələrin sonrakı taleyi ilə maraqlandı. Mən də vəziyyəti ona danışdım. Xahiş etdi ki, hazırladığımız məqalələrin surətini ona göndərim. “Göndərərəm” – deyə söz verdim.

Evə gəldikdən sonra Cəmil Həsənliyə verdiyim vədə əməl etmək istədim. Təəssüf ki, həmin məqalələrin elektron variantını da, kağıza çıxarılmış variantını da tapa bilmədim. “DS”-də işimizi başa çatdıranda materialları dövlət arxivlərindən birinə verməyi planlamışdım. Evdə materialları axtaranda əlyazmaları və topladığımız sənədlərin bir qismini tapdım. Lakin məqalələrin elektron variantını və kağıza köçürülmüş variantını tapa bilmədim.

Cəmil müəllimin yanında yalançı olmamaq üçün məqalələrin əlyazmalarını və bəzilərinin də makina yazılarını milli azadlıq hərəkatının öndərlərindən olan rəhmətlik Ağamalı Sadiqin gəlini, iş yoldaşım Sevinc Əfəndiyevaya verdim. Ondan xahiş etdim ki, məqalələrin Azərbaycan Türkcəsində olanlarını Ruscaya çevirsin, Rus dilində olanları da bilgisayarda yığsın, sonra hamısını birlikdə redaktə edib versin ki, kitab kimi tərtib edib Cəmil müəllimə verim. Sevinc xanım bu işi çox məmnuniyyətlə və təmənnasız görməyi boynuna götürdü.

Professor Cəmil Həsənli üçün materialları axtararkən bəzi yazışmalarımızı, məqalələrin neçə hazırlanması haqqındakı sənədləri də tapdım. Onları bir daha gözdən keçirdim. Kitabın yaranması səbəblərini ortaya qoyacağını nəzərə alıb onlardan da istifadə edərək yeni bir önsöz yazmağı lazım bildim. Məqalələr üzərində yenidən ciddi işləməsəm də, dissidentlərdən dünyasını dəyişdiyini bildiklərimin ölüm tarixlərini də verdim.

1993-cü ildə Xalq Cəbhəsi hakimiyyəti təhvil verdikdən sonra təşkilatın fəallarına qarşı təqiblər və təzyiqlər başlandı. Təşkilatın fəallarına qarşı qanunsuz həbslər, muvəqqəti saxlamalar, alçaltmalar, fiziki zorakılığa məruz qalmalar o yerə çatdı ki, polisin əlindən qurtaranların bir çoxu “Sovet dövründə belə qəddarlıqlar görməmişdik”, “Ermənilər bunlardan insaflıdır” – deyərək ya intihar etdilər, ya da mühacirətə getməli oldular. Bütün inqilablarda inqilabçılara divan tutulması haqqında çox oxumuşdum. “İnqilab öz balalarını yeyir!” ifadəsi də az qala zərb-məsələ çevrilmişdi. Uzun illər hakimiyyəti devirməyə, dəyişikliklərə can atanlar istəklərinə çatdıqda birgə mübarizə apardıqları insanları məhv etməyə başlayırlar.

Təqib və təzyiqlərə dözərək, vətəni tərk etməyənlər də oldu. Onların arasında mübarizəni davam etdimək istəyənlər işsizliklə, aclıqla, alçaldılmalarla üzləşdilər. Səfalətə, təqiblərə, təzyiqlərə dözməyib iqtidarın əl buyruqçusuna çevrilənlər də oldu. Bəziləri isə ölkənin demokratikləşdirilməsi naminə ictimai-siyasi fəaliy-yətlərini davam etdirmək üçün xarici təşkilatlardan qrant aldılar. Bu, çox perspektivli görünsə də, repressiyanın təzyiqi altında səmərəli nəticə vermirdi.

Həmin dövrdə ABŞ-ın Şərqi Avropa Demokratiya İnstitutunun prezidenti İrena Lasota Azərbaycana tez-tez gəlirdi. Elçibəyin tapşırığı ilə Arif Rəhimoğlu və dostları Azərbaycan Milli Demokratiya Fondunu yaratdılar. Fondun ilk prezidenti Arif Rəhimoğlu olsa da, az sonra o, Elçibəylə razılaşaraq bu təşkilatdan uzaqlaşdı. Mən isə təşkilatın təsis toplantısından əvvəl oradan uzaqlaşmışdım. Buna baxmayaraq, Arif Rəhimoğlundan sonra Azərbaycan Milli Demokratiya Fondunun işini aparan, Xalq Cəbhəsi fəallarından Ülvi Mürsəl oğlu Həkimovla tez-tez görüşürdük. Təşkilatın elə güclü iqtisadi bazası olmadığından Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin İçərişəhərdəki ofisinin iki otağında yerləşmişdi. Bir neçə bilgisayarı, faksları, üzçıxarma aparatları və s. vardı. Yəni texniki avadanlıqlar da çatışmırdı. Təşkilatı Ülvi Həkimovun fədakarlığı yaşadırdı.

1998-ci ilin avqustunda Ülvi Həkimov Polşadakı KARTA təşkilatının Şərqi Avropadakı sosialist respublikalarının dissidentləri haqqında ensiklopediya nəşr edəcəyini dedi. Həm də gileyləndi ki, onlara yardım edəcəklərini söyləyənlər indi sözlərinin üstündə durmurlar – 5 nəfər dissident haqqında məqaləni hazırlayıb göndərmək problemə çevrilib. Ülvi bəy KARTA-dan göndərilmiş məktubların bir neçəsini mənə verdi. Orada Azərbaycana 5 yer ayrıldığı halda, bizimlə qonşu olan Gürcüstana 45, Ermənistana 40, hətta əhalisi az qala Azərbaycandan beş dəfə az olan Estoniyaya 40, əhalisi və ərazisi təxminən Azərbaycandan 2,5 dəfə az olan Albaniyaya 40 yer ayrılmışdı. Bu ayrı-seçkilik məni narahat etdiyindən Ülvi bəyə məqalələri hazırlayıb göndərəcəyimi söylədim. Həmin vaxt Azərbaycan Milli Ensiklopediyasında işləyirdim. 5 məqalə hazırlamaqda o qədər çətinlik çəkməyəcəyimi düşünürdüm.

Ülvi bəy “DS”-nin Polşadakı qərargahı ilə aramızda vasitəçi oldu. Oturmağa otaq, yazmağa bilgisayar, əlaqə saxlamağa telefon, necə deyərlər, əldə bir manat pul olmadan işə başladım. Ülvi Həkimov bu işlərdə bizə yardım elədi. Polşadan internetlə göndərilən məktubları və təlimatları kağıza köçürüb mənə verirdi. Mənim əlyazma şəkilində cavablarımı Rus dilinə çevirtdirib göndərirdi.

Oradan məqalələri hazırlamaq üçün keçmiş dissidentlərə qələmhaqqı göndərdiklərini, lakin ciddi bilgi ala bilmədikləri haqqında giley məktubu da yazdılar. Təskinlik məktubu yazdım. Bildirdim ki, qələmhaqqı önəmli deyil, gördükləri iş önəmlidir, buna görə imkanımız daxilində gərəkli köməkliyi edəcəyik. Onlar da bizə “DS” üçün materialların necə toplanması, toplanan materiallar əsasında məqalələrin yazılması, yazılan məqalələrin quruluşu və rəyə verilməsi haqqında təlimat göndərdilər.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Dissident sorağında (1956-1986)»

Представляем Вашему вниманию похожие книги на «Dissident sorağında (1956-1986)» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Dissident sorağında (1956-1986)»

Обсуждение, отзывы о книге «Dissident sorağında (1956-1986)» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x