Müəllif kollektivi - Səməd Vurğun xatirələrdə

Здесь есть возможность читать онлайн «Müəllif kollektivi - Səməd Vurğun xatirələrdə» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Səməd Vurğun xatirələrdə: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Səməd Vurğun xatirələrdə»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitaba topladığımız xatirələr ustad şair Səməd Vurğunun həyat və yaradıcılığının bir çox qaranlıq tərəflərinə aydınlıq gətirir, bir çox əsərlərinin tarixçələrini dəqiqləşdirməyə, hətta naməlum əsərləri haqqında bilgi almağa imkan verir.
Xatirələri, əsasən, S.Vurğun haqqındakı “Qalacaqdır dünyada…” (1973) və “Mən ellər oğluyam” (1984) adlı xatirə kitablarından, müxtəlif mətbu orqanlardan və məcmuələrdən, eləcə də şairin ev-muzeyinin arxivindən, o sıradan muzeydə keçirilən tədbirlərin səs yazılarından götürülüb.

Səməd Vurğun xatirələrdə — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Səməd Vurğun xatirələrdə», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Atam öldü torpaq damda,

Özümsə dörd otaqdayam!

Bu, Səməd Vurğunun Xavər xanım Mirzəbəyova ilə evlənməsinin dördüncü ili idi. İlk övladı Yusifin üç yaşı vardı. Gənc və xoşbəxt bir ailə qurmuşdu. Onda artıq şan-şöhrətli şair idi, ilham dəryası aşıb-daşırdı. Səməd gecə-gündüz “Vaqif”i yazırdı. Yorulduğu zaman saz çalırdı, oxuyurdu. Bəzən də məni çağırıb keçmişlərdən və uşaqlıq, gənclik günlərimizdən söhbət açardı. O günlər, o illər əsəbi və həyəcanlı günlər, illər idi…

Azərbaycan xalqının namuslu oğulları – inqilabçılar, dövlət xadimləri, ədib və şairlər ağır həyat imtahanından keçirdilər… Nümayişlərdə, bayram təntənələrində, iclaslarda bəzi “şeytan balaları” Azərbaycan xalqının vicdan səsi olan yazıçıları, həm də kommunist və komsomolçu yazıçıları siyasi şübhə altına almağa çalışırdılar. Belə halları xatırlayarkən Səməd Vurğunun qaşları çatılar və dərin düşüncəyə dalardı.

Səməd Vurğunun yüksələn sənət qüdrəti, nüfuzu və ona qarşı olan xalq məhəbbətinə qısqanan “şeytan balaları” şairi yalançı millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxarmaq istəyirdilər. Mənəvi iztirab keçirən Səməd Vurğun əyilmək bilməyən iradə və xariqüladə bir cürətlə, məntiqi və təsirli danışıqları ilə əleyhdarlarının planlarını pozurdu. Bir dəfə onu hansı idarəyəsə çağırmışdılar. Deyəsən, 1937-ci- ilin payızı idi. Biz vəziyyəti götür-qoy etdikdən sonra indiki Nizami muzeyinin qarşısında ayrıldıq. Ayrılarkən Səməd məndən soruşdu. “A Qara, papiros pulum yoxdur, səndə pul varmı?”. Mən əlimi cibimə saldım və axırıncı üç manatı ona uzatdım. Səməd pula baxaraq:

Ayə, bu pul elə bil atamın üçlüyüdür, onun da cibində üç manatdan artıq pulu olmazdı, bu üçlük mənə düşəcəkdir, darıxma – dedi. Səməd Vurğun bir növ fatalizmə uydu, o üç manatlığa (guya atamızın üçlüyü kimi) özünün tilsimi kimi etiqad bağladı. İnsan dara düşdüyü zaman bəzən belə də olur.

Mən yatmayıb səhərə qədər Səmədi gözlədim. Nəhayət, səhər çay vaxtı Səməd gəlib çıxdı, işin gedişini müfəssəl surətdə danışdı və əlavə etdi ki, “onlar” mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar. Başa düşə bilmirlər ki, bu şeir mənim həyatımın və bütün yaradıcılığımın mənasıdır, rəmzidir. Yadında saxla! Mən kommunistəm, ona görə də mən özümü ən böyük internasionalist hesab edirəm. Mən bütün insanlara, bütün xalqlara və millətlərə səadət arzulayıram və bu yolda çalışıram.

Lakin bununla bərabər, məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır, ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili və şeiri mənim vicdan səsimdir, o mənim doğma anamdır. Əgər buna görə məni millətçi etmək istəyirlərsə qoy etsinlər. Bir gün gələr, tarix həqiqəti açar!

Sonralar Səmədi heç bir yerə sorğu-suala çağırmadılar. Lakin qələm dostlarının taleyi onu narahat edirdi. Səməd Vurğun ziddiyyətli düşüncələr içində hər gün, hər gecə qocalırdı. Məhz belə bir zamanda, od kimi yandıran iztirablar, daxili ürək çırpıntıları və tərəddüdlər içində o, “Vaqif”i yazdı. Səməd Vurğun öz taleyinə əvvəlcədən acıyaraq Vidadinin dili ilə deyirdi:

Şairdir, qəlbi var, şirin sözü var,

Böyük bir ölkənin onda gözü var.

O ölsə, dağlar da dil deyib ağlar

Əfv edin.. yaxşılıq qalır yadigar!

Səməd Vurun “Vaqif”i yazıb qurtardıqdan sonra bir müddət əsəri gizli saxladı. Bir dəfə dərdləşən zaman (bulvarda) mənə dedi: “Əgər məni aparsalar, sən tez mənim əsərimi götür və etibarlı bir yerdə gizlət. Əsərin yerini Xavər bilir. İşdi görsən ki, sən də şübhə altındasan, onda Ruqiyyəyə (mənim həyat yoldaşımdır) tapşır ki, əsəri etibarlı bir yerdə gizlətsin”. Sonra Səməd şair xəyallı gözlərini Xəzərin üfüqlərinə zilləyərək nə isə düşündü və mənalı bir tərzdə əlavə etdi ki, “Mənim qələmimi Yuskaya (oğlu Yusif) ver, kim bilir, mənim tamamlamadığım işi bəlkə o tamamladı”.

Belə ağır günlərdə Səməd Vurğun ən çox Hüseyn Cavidin və Mikayıl Müşfiqin taleyinə acıyırdı. O, Müşfiqi çox sevirdi, şairin istedadını və poeziyasını yüksək qiymətləndirirdi.

Mənim yaxşı yadımdadır, bir dəfə Azərbaycan Dövlət Universitetinin Kommunist küçəsindəki binasında şairlərlə görüş gecəsi keçirilirdi. Gecədə Səməd Vurğun və Müşfiq şeirlərini oxuduqları zaman, ağzına qədər dolu olan salon (o zamanlar şeir gecələri izdihama çevrilirdi) onları sürəkli alqışlarla qarşıladı. Müşfiq yəqin ki, öz taleyini qabaqcadan duyurmuş kimi – “Yazmaram, a dostlar, sizdən olmasam!” – deyə (şeirin ancaq bu misrası yadımda qalıb) atəşin bir şeir oxudu. Bu şeir daxili bir sədaqətin, saf vicdanın səsi idi. Ona görə Müşfiq xitabət kürsüsündən düşərək həyəcan içərisində Səmədə yanaşdı və onu qucaqladı. Onlar qardaş kimi öpüşdülər. M.Müşfiq qazandığı müvəffəqiyyətin təsiri altında “Səməd! Gərək ya mən yaranaydım, ya sən!” – deyə bir növ zarafat etdi. Səməd isə cavabında, “hər ikimizin yaranmamız daha gözəldir!” – dedi və onu yenidən qucaqladı.

Bir neçə gündən sonra M.Müşfiqin faciəsini eşitdik… Bu xəbər Səməd Vurğunu sarsıtmışdı. Həmin gün biz Kommunist küçəsilə aşağı enirdik, Səməd dərin düşüncələr içərisində idi, o ətraf aləmi tamamilə unutmuşdu, dinməz söyləməz addımlayırdı. Biz Sabir bağına çatdıqda Səməd Vurğun dayandı və mənim daha yaxşı eşidən sol qulağıma əyilərək rusca “Poqib velikiy talant!” – dedi. Səməd Vurğun ömrünün axırına qədər Müşfiqi unuda bilmirdi.

1938-ci ilin yazında və yayında Səməd Vurğun haqqında söz-söhbət yayılır və adamlar pıçıldaşırdılar. Belə dedi-qodular duyan və düşünən dostları dəhşətə gətirirdi. Səməd Vurğun isə qətiyyən sarsılmırdı, ədalətin təntənəsinə inanırdı. 1938-ci ilin avqust ayının ortalarında mən Kislovodskdan qayıtmışdım. Səməd Vurğun öz ailəsi ilə birlikdə orada qalmışdı. O yay Cəfər Xəndan da Səmədlə qonşuluqda olurdu. Mən Kislovodskdan qayıdan günün səhəri işə (V.İ.Lenin adına Pedaqoji İnstitut) gedən zaman İyirmialtılar bağının qarşısında böyük sənətkar H.Sarabski ilə rastlaşdıq. O, oynaq gözlərilə ətrafı yoxlaya-yoxlaya xəlvəti “nə xəbər var” – deyə soruşdu. Mən dedim ki sağlıq salamatlıqdır. Sarabski həyəcan içində “Məndən gizlətmə, Səməd hardadır?” – deyə təkidlə soruşdu. Mən onu inandırdım ki, Səmədi üç gün bundan qabaq Kislovodskda qoyub gəlmişəm. O, çox sevindi, gözlərinə sanki işıq gəldi, sifəti alışıb yanmağa başladı və pəsdən incə, məlahətli, ancaq ikimizin eşidə biləcəyimiz bir səslə Səmədin “Macəra” poemasından bir parça oxudu:

Yaxşı yadımdadır on beş il əvvəl

Özgə qundağında layla çaldığın.

Uzun saçlarını yolduqca hər əl

Qul kimi qolları bağlı qaldığın.

Yaxşı yadımdadır hər səhər erkən

Nehrə çalxadığın, qaymaq tutduğun…

H.Sarabski şadlığından ağladı.

Səməd Vurğunu o dövrün, keçici də olsa, xoşagəlməz çarpaşıqlarından xilas edən xalq nəfəsi, el məhəbbəti, bir də özünün səmimiliyi, mərdanəliyi, iradəsi və gələcəyə inamı oldu…

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Səməd Vurğun xatirələrdə»

Представляем Вашему вниманию похожие книги на «Səməd Vurğun xatirələrdə» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Səməd Vurğun xatirələrdə»

Обсуждение, отзывы о книге «Səməd Vurğun xatirələrdə» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x