çıxıb gəzir, özünün də onlardan biri olmaq xəyalına düşdüyünü sonradan öyrəndiyimiz “millət vəkili”
və “hərbiçilərlə” görüşüb cib xərcliyi aldığı haqda basıb-bağlayardı. O qədər kasıb və bədbəxt gündəydi ki, çölə gedəndə ona əynimdən maykamı, ayağımdan ayaqqabımı çıxarıb vermişdim. O mənim alt paltarlarım, geyimlərim, ayaqqabımla getsə də haqqımda yalan-palan məlumatlar ötürürmüş… Onun ucbatından sorğu-sual elədilər, ifadə verdim, səbəbsiz yerə haqsızlıqlara qatlaşmalı oldum. Belə
vaxtlarda o da başqa dostlarımla birgə təəssüflənir, məni satanları söyüb-yamanlayırdı, hətta cəzası bitib çıxanda həbsxana qapısında ağlayaraq boynumu qucaqlayıb dedi: “Mən sənin kimi dostu bir də hardan tapacam…”
Çox keçməmiş, yəni üç gün sonra öyrənmişdim ki, məni satıb, həqiqətlə daban-dabana zidd yalanlar danışıb, həm məni zibilə salan, həm də bu işlərlə əlaqədar orqanları mənasız yerə məşğul edən
“xeyirxah”, maykamı, paltarımı, ayaqqabımı geyinən, azad olunanda da boynumu qucaqlayıb, “sənin kimi dostu mən bir də hardan tapacam?” – deyən həmin adam imiş.
Bu hadisədən sonra qətiləşdirmişdim ki, bir də heç kəsə inanmayım, insanın bu qədər alçalmağını görüb az qala hamıya düşmən kəsilmişdim. Təbii ki, belə fikirləşməyə haqqım yox idi, ancaq neynim, başqa cür düşünməyi bacarmırdım və bilmirdim ki, insanları necə tanımaq olar.
Başqa səbəblər də vardı…
Həbsxanada gündə ən azı bir bıçaqlanma hadisəsi baş verdi. Balıqçı Nəzirlər, Çamur Şevkətlər, Antepli Təkqol Həsənlər, Feriköylü İsmaillər, Konyalı Dəli Məhmədlər və onların tərəfdarları elə gün olmurdu ki, qumar və nəşə üstündə kiməsə tələ qurub namərdcəsinə vurdurmasınlar… Bəli, namərdlik eləyirdilər. Onların pulu vardı, bir də vardı pul üçün kimi gəldi bıçaqlayanlar…
Necati tapşırsa da, İzzətə “Sənə bir söz deyəcəm” – dedim: “Sənə bir söz deyəcəm, heç kəsə demə
ki, məndən eşitmisən”.
Üzümə maraqla baxırdı.
– Nazim gəlir, – dedim.
Elə bilirdim ki, o da mənim kimi sevinəcək, qalxıb boynumu qucaqlayacaq. Biganəliklə:
– Hansı Nazim? – deyə soruşdu.
2 Kira Kiralina – məşhur rumin yazıçısı Panait İstratinin ilk romanı 3 Maltız – kustar üsulla hazırlanan, əsasən Anadolu bölgəsində işlədilən soba növü 5
– Nazim Hikmət, əzizim”.
Eyni soyuqqanlıqla xəbər aldı:
– Nə vaxt?
– Nə vaxt? Bilmirəm… Katib mənə bu barədə bir sənəd göstərdi. Yaxşısı budur ki, kim soruşsa de ki, katibdən eşitmişəm.
Çiyin atdı.
– Sən sevin, mənim nəyimə lazımdı?
Təəccübləndim. Deməli, Nazim Hikmətin gəlişinə sevinməyənlər də ola bilərmiş.
Onun kitab oxumasına mane olmayıb, üst mərtəbədəki kameralara – Sarıyerli Emin bəyin kamerasına təpildim. Emin bəy cibgir idi və İstanbul həbsxanasında Nazimlə tanış olmaqları barədə
vaxt-bivaxt danışmışdı, dəqiq bilmirəm, ya şahmat, ya da dama oynamağı xoşlayarmışlar… Badam gözlü, qaraşın, ucaboy Emin bəy cəhrayi rəngli şapkasını sağ qaşının üstünə basıb, kameranın qapısının ağzında, qaynayan quru lobyanın rəngli suyunu süzürdü…
– Sənə bir xəbər deyəcəyəm, amma… – deyib içəri girdim.
– De görək…
– Məndən eşitməmisən.
– Yaxşı.
– Nazim Hikmət gəlir.
– Doğrudan?
– Vallah.
Ayağa qalxdı. Şapkasını geri itələyib dedi:
– Düz deyirsən?
– Yalan deyənin atasına lənət. Bayaq prokurorluğun sənədlərindən oxudum. Sinir iltihabından əziyyət çəkirmiş…
Emin bəy həyəcandan bir az özünü itirdi:
– Ey qoca, Nazim.
Və onunla İstanbul həbsxanasındakı günlərini xatırladı. Bütün bunları vaxt-bivaxt dinləmiş, az qala əzbərləmişdim. İstəyirdim ki, Emin bəy söhbətini tez bitirsin, gedib başqalarını da “müjdə”ləyim.
Çox keçməmiş, haradasa bir-iki saat içində xəbər həbsxananı başına götürmüşdü: “prokurorluğun bir sənədində yazılıb ki, Nazim Hikmət gəlir”.
Necati dedi:
– Ayə sənin dilində söz qalmırmış ki…
Və beləcə söhbətə başladıq:
– Şeirlərimizi oxuyarıq.
– Yox əşi, biz yazan guya şeirdi?
– Səninkilər yenə yaxşıdır.
– Sənin şeirlərin də pis deyil.
– Mən heç məktəbə də getməmişəm.
– Mən də orta məktəbi bitirə bilmədim.
– Sən yenə çox oxumusan, əski əlifbanı bilirsən… Bəs mən?
– Dözümsüzdü…
– …
– …
– Heç onun şeir oxumağına qulaq asmısan?
– Asmışam. O şeir oxuyanda insanın üzü dalğalanır. “Həm də bilirsənmi, o ağlayan uşağı qucağına götürsə, uşaq kiriyər”.
– Mən də belə bir hadisə eşitmişəm: Guya çayxanaya girib, özü də belə babat bir çayxanaya, təbii ki cibiştanı da pulla ləbaləb… Yaxınlaşıb ən kasıb adama və deyib: “… bax, bu mənim pullarım, sən də
çıxart pullarını görək!”
6
O adam da çaşqın halda çıxardıb cibindəki qəpik-quruşunu. “Sənin pulun niyə azdır?” – deyib Nazim. Həmin adam boynunu büküb susub. Nazim deyib: “Gətir pullarımızı bir yerə qoyub, sonra dədə malı kimi bölək”. Pullarını bir yerə qoyub, sonra da bölüblər”.
– …
* * *
Həftələr keçdi. Havalar soyumuşdu. Bu səhər hava yenə tutqun idi… Nəcati hövlnak içəri girib dedi:
– Bir az əvvəl Nazim Hikməti gətirdilər.
Həmişəki kimi dəftərxanada cinayət hadisələri sıralanmış qeydiyyat dəftərlərinin içində itib-batmışdım. Bircə onu bilirəm ki, qələm əlimdən düşdü…
– Həbsxana rəisinin yanına apardılar, ona sənin haqqında danışdım. “Gəl, yəqin indilərdə çıxar”, –
Necati dedi.
Qolumdan tutub dartdı. Elə həyəcanlıydım ki, elə bil yer-göy başıma fırlanırdı. Beynimdə
“Simavna Kadısı oğlu”ndan4, “Benerci”dən5, “Cakonda”dan6 misralar dolaşır…
Necati onun həbsxana idarəsinin beton dəhlizdəki əşyalarını göstərdi: dama-dama bir çula bürmələdiyi yataq dəsti, meşini köhnəlmiş iki çamadan, bir çanta… Deməli, o da bizim kimi sadə
insandı, şeirdən başqa şeylər, fani nəsnələr haqqında da düşünür, onun da yataq dəsti, çamadanı, çantası var.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.