Seyid Cəfər Pişəvəri - Zindan xatirələri

Здесь есть возможность читать онлайн «Seyid Cəfər Pişəvəri - Zindan xatirələri» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Zindan xatirələri: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Zindan xatirələri»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Oxuculara təqdim olunan “Zindan xatirələri” adlı xatirələr toplusu S.C.Pişəvərinin 1930-1941-ci illərdə “Qəsr-Qacar” zindanında həbsdə olduğu illərdəki müşahidə və qeydlərindən ibarətdir. Xatirələrdə Rza şah zindanındakı ağır və dözülməz həyat, məmur özbaşınalıqları, günahsız insanlara verilən əzab və işgəncələr oxucuya çatdırılır.
Xatirələr keçən əsrin 30-cu illərində İranda mövcud olan siyasi mühiti, Rza şah diktaturasının törətdiyi saysız-hesabsız cinayətlərin bir hissəsini öyrənmək baxımından önəmlidir.

Zindan xatirələri — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Zindan xatirələri», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Seyid Cəfər Pişəvəri

Zindan xatirələri

“Xatirə Ədəbiyyatı” silsiləsindən 41-ci kitab

TƏRTİBÇİDƏN

Həqiqi həyatda yaşanmış hadisələrin əksi olan memuar və xatirələr müəyyən bir dövrdəki durumu (siyasi, iqtisadi, mədəni, məişət və s.) öyrənmək baxımından ilk mənbə kimi çox önəmli və dəyərlidir. Bu baxımdan, oxuculara təqdim olunan Seyid Cəfər Pişəvərinin “Zindan xatirələri” kitabı 20-30-cu illərdə İrandakı siyasi mühitlə, “Qəsr Qacar” 1adlanan zindanda baş vermiş dəhşətli olayların bir qismi ilə tanış olmağımıza imkan verir.

Rza şah Pəhləvinin Qanlı diktaturasının tüğyan etdiyi illərdə (1925-1941) “Qəsr-Qacar” zindanı demokratik düşüncəli, vətənpərvər və milli qüvvələrin liderləri üçün cəza və ölüm düşərgələrindən ən amansızına çevrilmişdir. İranda və Güney Azərbaycanda demokratik və azad düşüncənin öndər daşıyıcılarından olan Seyid Cəfər Pişəvəri çoxda uzun olmayan 55 illik ömrünün 3920 gününü (10 il 6 ayını) məhz bu cəza və ölüm düşərgəsində – “Qəsr-Qacar” zindanının divarları arasında keçirməli olmuşdur.

S.C.Pişəvəri “Qəsr-Qacar” zindanında həbsdə olduğu illərdə bu dəhşətli cəza məkanının içərisində baş vermiş ağlagəlməz ağır və qanlı olayların bir qismini qeydə almış, azadlığa çıxdıqdan sonra onları “Zindan dəftərindən xatirələr” başlığı altında çap etdirmişdir.

Araşdırmalar, dostlarının 2onun haqqında yazdıqları və xatirələri göstərir ki, S.C.Pişəvəri təbiətcə sadə və təvazökar adam olmuşdur. O, yoldaşları və ictimaiyyətin nümayəndələri tərəfindən yerli-yersiz təriflənməyi, haqqında yazılar verilməsini istəmirmiş. Ona və yoldaşlarına zindanda verilən işgəncə və əzabları, şahidi olduğu haqsızlıq və zorakılıqları sonra qələmə alıb, oxuculara təqdim etməyin şəxsiyyətinin abardılması kimi qiymətləndirilməsini istəməyən S.C.Pişəvəri zindan xatirələrini bir müddət çap etdirmək istəməmişdi. Bu iş onun çoxdan tanıdığı “Dad” 3qəzetinin naşiri Ümüd Nurinin təkidi və məsləhəti ilə baş tutmuşdur. Zindan xatirələri əvvəl hissə-hissə “Simruq” imzası ilə “Zindandan Kaşanadək” başlığı altında “Dad” qəzetində, sonra isə “Ajir” də çap edilmişdir.

S.C.Pişəvəri özü haqqında yazmışdır ki, hansı vəzifə və məqamda olmasına baxmayaraq o, “özünü ağır və əzablı günlərin adamı” 4kimi hiss etmişdir. S.C.Pişəvərinin təvazökarlığından söhbət açan Azərbaycan Milli Hökumətinin zabiti, hərbi qərərgahın işçisi mərhum Bağır İmrani S.C.Pişəvərini xatırlayarkən deyirdi: “Bir gün bizə xəbər verdilər ki, sabah saat 11-də Pişəvəri Baş Hərbi Qərərgaha gələcəkdir. Biz təbii olaraq otaqlarda səliqə-səhman yaratdıq.

Səhəri saat düz saat 11-də ağaye Pişəvəri Qərərgaha gəldi. Onu qarşılayanlarla səmimi salamlaşdı. Divara vurulmuş üç portret: Səttarxan, Xiyabani və bir də Pişəvərinin öz portreti onun diqqətini çəkdi. O, bu otaqda kimin çalışdığını soruşduqda mən hərbi qaydada “Mən çalışıram, cənab Baş Ali Komandan”, – deyə cavab verdim. O, barmağı ilə Səttarxanın portretinə işarə edərək dedi: “Səttarxan Məşrutənin sərkərdəsi olmuşdur. O, İrana azadlıq gətirmək istəyirdi və bunun uğrunda da canını fəda etdi. Xiyabani isə mütəfəkkirdir, milli qiyama ləyaqətlə başçılıq etmiş və millətimizin azadlığı yolunda şəhid olmuşdur. Bəs bu sonuncu (o, öz portretinə işarə edərək) nə etmişdir? Sonra əlini çiynimə qoyaraq dedi: “Oğul, hər şey nəticə ilə ölçülür. Biz son nəticəyə çatanda mənim də portretimi asarsan. Xahiş edirəm, mənim portretimi oradan çıxart”. Mən isə onun buyuruğuna tabe olmaya bilməzdim".

S.C.Pişəvərini yaxından tanıyan, onun mübarizə və zindan yoldaşları olmuş Salamulla Cavid, doktor Ənvər Xamei, eləcə də “Ajir” qəzetinin çapında S.C.Pişəvərinin yaxın köməkçisi olmuş Kərim Kəşavəzr və bir çoxları S.C.Pişəvəri haqqında xatirələrində onu zəkalı, bilikli, mətin və mübariz olmaqdan əlavə, sadə, səmimi və təvazökar şəxsiyyət kimi xarakterizə edirlər. 5

* * *

S.C.Pişəvəri (Cavadzadə) Azərbaycan xalqının keçən yüzillikdə yetirdiyi görkəmli siyasi xadimlərdəndir.

Onun həyatının bütün mərhələləri xalqının azadlıq və inkişafına həsr olunmuşdur. O özü bunun haqqında yazmışdı: “Məni bu böyük və şərəfli yola çəkib gətirən azadlıq istəyim və birdə millətim haqqında düşüncələrim olmuşdur”. XX əsrin əvvəllərində mübarizə meydanına əvvəl bir maarifçi, sonra istedadlı jurnalist kimi qədəm qoymuş S.C.Pişəvəri sonrakı illərdə millətinin nicatı üçün ideoloji-siyasi yol axtarışına çıxaraq, əvvəl maarifçi-demokrat, sosial-demokrat, kommunist və sonda milli-demokrat, olmuşdur. O, ömrünü demokrat kimi də başa vurmuşdur. S.C.Pişəvəri istintaqa verdiyi izahatda kommunistliyi, onun ideologiyasını 10 il öyrənib, mütaliə etdikdən sonra bu ideologiyanın prinsiplərinin İranın milli zəmininə tətbiqinin mümkünsüzlüyünü dönə-dönə etiraf etmişdir.

S.C.Pişəvərinin başçılıq etdiyi firqəninin I qurultay (1945-ci il) materiallarında və qəbul edilmiş məramnanədə heç bir “izm”dən söhbət açılmır. Proletar diktaturasından, “Bütün ölkələrin proletarları birləşsin!” ənənəvi kommunist şüarından, sosializm, kommunizmdən, sinfi mübarizədən heç bir yerdə bəhs edilmir. S.C.Pişəvəri xatirələrində yazır: “… Bizim firqəmiz kommunist firqəsi deyildi… Biz elə edə bilməzdik ki, milli bir firqə olduğumuz halda birinci qədəmdə təbəqati (sinfi – Ə.R.) mübarizəni alovlandıraq. Bizim o günkü hədəfimiz Azərbaycanda milli-demokratik bir rejim vücuda gətirmək, dərəbəylik rejiminin rişəsini ortadan qaldırmaq və xalqı müasir mütərəqqi yola çəkməkdən ibarət idi. Ona görə kommunist və ya sosialist adını üstümüzə qoya bilməzdik.

S.C.Pişəvərinin dünyagörüşünün formalaşmasında və sabitləşməsində keçdiyi mübarizə yolunun təcrübəsi ilə yanaşı, onun 10 ildən çox “Qəsr-Qacar”dakı zindan həyatının, buradakı siyasi mühitin xüsusi rolu olmuşdur. Zindanda siyasi məhbus olarkən o, 10-15 ildə keçdiyi mübarizə yoluna tənqidi nəzər salır, olmuşları götür-qoy edir və çox ehtiyatla bu nəticəyə gəlir ki, onun vətəni üçün Arazın o tayındakı Sovet rejimi, kommunist rejimi yararsızdır. Onun bu haqda fikir və düşüncələrini təkcə istintaq materiallarından yox, həm də “Ajir” qəzetində çap etdirdiyi məqalələrdəki sətiraltı fikirlərdən, sonralar öz əli ilə yazdığı xatirələrdən, ən nəhayət, onunla bir zindanda (hətta bir il bir kamerada) yatmış və məsləkcə o zaman kommunist olan Ənvər Xameinin yazılarından da görmək olur. Sonralar S.C.Pişəvəri “Qəsr-Qacar”da keçirdiyi zindan illərini bir “məktəb” adlandırmışdı. S.C.Pişəvəri ağır zindan günlərində də qələmi yerə qoymamışdı. O, “Ədalət firqəsinin tarixi”, “Zindan xatirə dəftərindən”, “Cəngəl hərəkatı” və başqa bu kimi siyasi-tarixi səpkidə olan kitablarını, bir sıra başqa elmi, bədii, tənqidi yazılarını, həmçinin, “Nadirə” və “Məhinbanu” adlı romanlarını zindanda yazmışdı.

Onun “Zindan xatirələri” adlı yazı toplusunda Pəhləvi rejiminin amansızlığı, “Qəsr-Qacar” zindanındakı insan qatillərinin siyasi məhbusları dirigözlü məhv etməyə yönəldilmiş alçaq əməlləri məharətli jurnalist-yazıçı qələmi ilə qeydə almışdı.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Zindan xatirələri»

Представляем Вашему вниманию похожие книги на «Zindan xatirələri» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Zindan xatirələri»

Обсуждение, отзывы о книге «Zindan xatirələri» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x