Seyid Cəfər Pişəvəri - Zindan xatirələri

Здесь есть возможность читать онлайн «Seyid Cəfər Pişəvəri - Zindan xatirələri» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Zindan xatirələri: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Zindan xatirələri»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Oxuculara təqdim olunan “Zindan xatirələri” adlı xatirələr toplusu S.C.Pişəvərinin 1930-1941-ci illərdə “Qəsr-Qacar” zindanında həbsdə olduğu illərdəki müşahidə və qeydlərindən ibarətdir. Xatirələrdə Rza şah zindanındakı ağır və dözülməz həyat, məmur özbaşınalıqları, günahsız insanlara verilən əzab və işgəncələr oxucuya çatdırılır.
Xatirələr keçən əsrin 30-cu illərində İranda mövcud olan siyasi mühiti, Rza şah diktaturasının törətdiyi saysız-hesabsız cinayətlərin bir hissəsini öyrənmək baxımından önəmlidir.

Zindan xatirələri — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Zindan xatirələri», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать
S.C.Pişəvəri zindan xatirələrinin 6müqəddiməsində yazır: “…Qəsrin dastanı kədərli, dəhşətli, eyni halda oxunmalıdı. Təəsüflər olsun ki, mövcud vasitələrlə bu dastanı bütövlükdə təsvir etmək mümkün deyil 7. Biz bu xatirələrdə, onların bəzi yerlərini nəzərə çatdırmaqla qənaətlənmişik. Eyni halda hadisələri hekayə kimi şərh etsəydik, çox uzun və yorucu ola bilərdi. Buna görə də müvəqqəti həbs və istintaq günlərini qeyd olunan tərzdə qələmə alıb, qalan məsələləri isə ayrı-ayrı mövzular kimi qeyd edəcəyik. Bizcə, bu üslub ilə həm xatirələr yorucu olmaz, həm də oxucu istədiyi bölməni asanlıqla tapıb istifadə edə bilər. Buna görə də, qeyd etdiyim yazıdakı səpki və eləcə də, yeri gəldikcə qədim lüğət və ibarələrdən istifadə etmək müəllif üçün məcburi bir hal olmuşdur. Çünki qədim lüğətlərin yerinə yaxşı adət etmədiyim təzə sözləri işlətmək üçün lüğət kitabına baxsaydıq, ehtimal ki, cümlələrin yazılmasında süni hallar meydana gələrdi və xatirələr dəyərsiz bir hala düşərdi. Hər halda, mən bu yazını kitab hesab etmirəm. Müntəzəm bir xatirə və ya qeydlər də deyil. Bu yazılar, sadəcə olaraq gördüyüm hadisələrin təsvirindən ibarətdir. Burada yazılmış imla və mətləbləri olduğu kimi şərh etmək sahəsində də bir çox nöqsanlara yol verildiyini etiraf etməliyəm. Oxucu da yaddan çıxarmamalıdır ki, o, on bir il zindanda qalmış bir adamın yorğun və sarsılmış beyninin məhsulunu nəzərdən keçirir”.

S.C.Pişəvərinin yuxarıdakı sözləri bizə əsas verdi ki, xatirələrin orijinalına bir daha nəzər salaq və oradakı imla səhflərinə, çətin anlaşılan sözlərə, cümlələrə diqqət yetirək. Bu zaman müəllifin yazı üslubuna, zindandakı olaylara münasibətinə, şəxsi fikir və mühakimələrinə azacıq belə toxunmamağa çalışdıq.

On il 6 ay “Qəsr-Qacar” zindanında siyasi məhbus kimi yatan S.C.Pişəvərinin ilk istintaqı 1930-cu ilin yanvarından başlasa da 1940-cı ilin martın 3-dək davam etmişdir.

O, “dövlət əleyhinə olan və ona qarşı təbliğat aparan partiyaya üzv olmaqla, rejim əleyhinə məqalələr yazıb, cəmiyyətdə narazılıq yaratmaqda təqsirləndirilmişdir”. S.C.Pişəvəri isə ona qarşı qurulmuş çoxsaylı “Divan məhkəməsində” irəli sürülən heç bir ittihamı boynuna almamışdır.

Ölkənin təhlükəsizliyinə və istiqlaliyyəti əleyhinə fəalliyyətdə suçlanan, Cinayət Məcəlləsinin 1-ci və 5-ci maddələri ilə 10 il həbsə məhkum edilmiş S.C.Pişəvərinin son istintaqı 1318-ci ilin isfəndin 12-də (1940-cı il martın 4-də) olmuşdur.

Son istintaqda ittihamçı Əhməd Asim, Təhlükəsizlik İdarəsindən Həsən Səmii, Polis idarəsindən Məhəmmədəli Aştiyani, “vəkil” Hüseyin Şəhidi iştirak etmişlər. Əvvəl müttəhimə (S.C.Pişəvəriyə) özü haqqında danışmağı əmr etmişlər (kimdir, nəçidir, harada anadan olub, ailə tərkibi, savad dərəcəsi, keçdiyi həyat yolu, həbsə alınma səbəbləri və s.). S.C.Pişəvəriyə son sözünü demək icazəsi verilir. O, üzünü onu istintaqa çəkənlərə tutaraq deyir 8:

“Heç bir dəlil sübut olmadan mən günahsızı 10 ildir həbsdə saxlayırlar. Gördüyünüz kimi mən bu müddətdə bu günə düşmüşəm… cavanlığımı əldən verdim!…”.

Özümü müdafiə etmək niyyətim yoxdur. Fəqət ədalətli hökm çıxarmağınızı istəyirəm”. Sonra yenə vərəqdəki əvvəlki sorğu-sual təkrarlanır:

– Adın?

– Mir Cəfər.

– Soyadın?

– Pişəvəri.

– Atanın adı?

– Mir Cavad.

– Doğulduğun il?

– 1313 (hicri).

– Hazırda neçə yaşın var?

– 47.

– Yaşadığın mənzilin sahibi?

– Moid Əl-Məmalik.

– Yaşadığın son adres?

– Tehran, Bəxşe Həsənabad, Çaharrahe Vezarəte Cəng, İntixabiyyə küçəsi(nömrə yoxdur).

– Ailə həyatın?

– Həyat yoldaşım Məsumə Rəhmani, oğlum Dariyuş Mircəfər oğlu.

– Həbsə alındığınız tarix?

– 6 dey, 1309-cu il (dekabr 1930).

– Həbsə alınma səbəbi?

– Kommunistlik, rejim əleyhinə olmam, İran əleyhinə xaricilərlə əlaqə, dövlətə qarşı olanlarla əməkdaşlıq etmək və s…

Həbs müddəti qurtarmasına baxmayaraq istintaqın müddəti yenidən uzadılır.

Növbəti son istintaq isə 1 ordibeheşt 1319-cu ildə (aprel 1940) yenidən davam etdirilir.

Həbsin müddəti artıq qurtardığına görə S.C.Pişəvəri 2 ordibeheşt 1319-cu ildə (1940-cı il 23 iyun) həbsdən azad olsa da, 3 il müddətinə Kaşan şəhərinə sürgün edilir.

S.C.Pişəvərinin istintaq zamanı onu mühakimə edənlərə ideoloji xətt haqda verdiyi cavabları diqqəti cəlb edir. Bu sual-cavabdan bəzi parçaları oxucuların da diqqətinə çatdırmağı vacib saydıq.

“Sual:

– Siz yenə kommunist əqidəsində qalırsınızmı?

Cavab:

– Əvvəlcə demişəm, indi də deyirəm, xeyr, daha mən bu əqidədə deyiləm.

Sual:

– Səbəbi nədir?

Cavab:

– Əvvəllər kommunistlər və onların əqidəsi haqda mən yetərincə məlumata malik deyildim. Bu haqda 7-8 il mütaliə etdim və mənə sübut oldu ki, bu əqidənin İranda ayaq tutması çox tezdir. Kommunistlər fəhlə sinfinə arxalanırlar, onların dayağı bu sinifdir, bu sinif isə İranda yox dərəcəsindədir. Təsəvvür etmirəm ki, heç 100 il bundan sonra da fəhlələr bir sinif kimi formalaşıb ortaya çıxsın və cəmiyyətimizin əksəriyyətini təşkil edə bilsin. Digər tərəfdən, kommunistlər ateist olmalıdırlar, İran isə dindar və müsəlman ölkə olduğundan burada ateist olmaq mümkünsüz işdir.

Daha sonra mən Bakıda olarkən oradakı kommunist rəhbərlərin çoxunun Arazın bu tayından gələnlərə yaxşı münasibət bəsləmədiklərini, bizə inanmadıqlarını gördüm. Mühüm işlərdən və vəzifələrdən bizi kənar saxlayırdılar. Yeri gələndə təhqirdən belə çəkinmədiklərinin şahidi oldum. Bu yanaşma onların əvvəl dediklərinə zidd hərəkətlər idi. Bu, məni məyus etdi və tədricən onlardan uzaqlaşdırdı… Moskvadakı rəhbərliyin soyuq münasibəti məni lap ruhdan saldı…”

S.C.Pişəvəri 1319-cu il ordibeheştin 1-də (22 aprel 1940) son istintaqdan sonra həbsdən azad edilsə də, Kaşan şəhərinə sürgün olunur. Onun Kaşana sürgün olunması ilə bağlı doktor Salamulla Cavid xatirələrində yazır:

“…S.C.Pişəvəri, Məmi Nünəkərani (Dehqan) və mənim tanıdığım başqa yoldaşlarım uzunmüddətli həbsdən sonra Kaşana sürgün edilmişlər. Onları sağ-salamat görməyimə çox sevindim. Bizi burada da izləyirdilər… 9”

Mərkəzdən göstəriş alan Kaşan polisi və Təhlükəsizlik İdarəsinin rəisi S.C.Pişəvəri və onunla həmfikir olanlara burada da rahatlıq verməmişdi. Onları vaxtaşırı idarəyə çağırtdırır, sorğu-suala tutur, və onlardan şübhələndiklərini bildirir. Kaşandakı sürgün həyatı haqda S.C.Pişəvəri sonralar yazırdı: “…1319-cu ildə 10 illik həbsdən sonra Kaşana sürgün edildim. Bu sürgün mənə həbsxanadan da pis oldu. Lakin ruhdan düşüb məyus olmurdum. Bir xaraba həyəti olan evdə gün keçirirdim. Kimsə ilə söhbət etmək belə mənə qadağan olunmuşdu. Sürgün olunmuş yoldaşımın 10 yaşlı uşağı ilə belə salamlaşmağa, danışmağa icazə vermirdilər. Sürgündəki 22 nəfər yoldaşımla birgə məni yenidən həbs etdilər 10. Yalnız Şəhrivər hadisəsindən (müttəfiq qoşunlarının İrana daxil olmasından) sonra azad olub Tehrana yollandım”.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Zindan xatirələri»

Представляем Вашему вниманию похожие книги на «Zindan xatirələri» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Zindan xatirələri»

Обсуждение, отзывы о книге «Zindan xatirələri» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x