Murad bəy - Qardaşım Elçibəy haqqında xatirələrim

Здесь есть возможность читать онлайн «Murad bəy - Qardaşım Elçibəy haqqında xatirələrim» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Qardaşım Elçibəy haqqında xatirələrim: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Qardaşım Elçibəy haqqında xatirələrim»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Əsər Türk dünyasının böyük oğlu, XX əsrin sonlarında Azərbaycan Xalq Hərəkatının lideri, Müstəqil Azərbaycan Cümhuriyyətinin yenidən bərpasının memarı, Azərbaycan Respublikasının Demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin 62 illik mənalı həyatına, onun anadan olduğundan son mənzilə yola salınana qədərki dövrü əhatə edən böyük qardaşı Murad Bəyin Elçibəylə bağlı qələmə aldığı bu dəqiq faktlara əsaslanan "Xatirələrim" adlı samballı əsəri Elçibəysevərlərin gələcəkdə yazacaqları əsərlərinə ilk dəqiq məmbə sayıla bilər.

Qardaşım Elçibəy haqqında xatirələrim — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Qardaşım Elçibəy haqqında xatirələrim», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Aprel ayı Əylisdə yaşayan qarabağlılar Pirdavdanlılardan kəndə gəlib atamızı bu il – yəni 1939-cu ilin yaylaq mövsümü qoyunlarını otarmasını, həm də quzuları otarmaq üçün özü ilə bir quzuçu gətirməsini xahiş etdilər. Atamız dedi ki, bir həftəlik razılıq verin qohumlarla məsləhətləşim, sonra razılıq verərəm. Bu minvalla gedib dayımla razılaşdı. Ondan sonra razılıq verdi. May ayında Əylis kəndinə gedib danışıq aparıb gəldi. Gələndən sonra evdə anama dedi ki: «Hazırlaşın, bu il yaylağa əylisli qohumlarla gedəcəyik. Ata-baba yaylaqlarımıza gedib kəndimizi, el-obamızı ziyarət edib, həm də yaylaqlanıb gələrik. Dünya ölüm-itimdi. Bəlkə bir də o yerlərə gedə bilmədik. May ayının axırına kimi hazırlaşın».

Bir neçə gündən sonra atamız hazırlaşıb Əylis kəndinə çobanlıq etməyə getdi. Özü ilə bərabər Mirbabanı da əmisi Miryəhyadan icazə alıb quzuları otarmaq üçün apardı. Beləliklə, may ayı qurtarmaq üzrə idi. Yaylağa qalxmaq vaxtı gəlib çatmışdı. Atamız gəlib kənddən qoyun-quzumuzu yığıb Əylisə apardı. Anama da dedi ki, uşaqlar məktəbi qurtaran kimi yığışın yola düşün. Məktəbdə oxuyan mən, qardaşım İbrahimdir. Almurad hələ məktəbə getmirdi. Onun yaşı çatmırdı məktəbli olmağa, altı yaşının içindəydi. Əbülfəz on bir aylıq idi. Yaşı tamam olmağa bir ay qalırdı.

İyun ayı gəlib çatdı. Dayım Ordubaddan gəlib yaylağa getmək üçün yol tədarükün hazırladı. Bizim üçün pal-paltar alıb gətirmişdi. Anama da parça, çit, arşın malı almışdı ki, özü tiksin, geysin. Yol azuqəsi üçün qənd, çay, pul verib İbrahimə dedi ki, gedib atımı tutub dağdan gətirərsən. Anan uşaqla ona minər. Atın yüyənini heç vaxt əlindən buraxmazsan ha. O biri atımızı da yükləyərsən, Almuradı da onun üstündə apararsan, Murad da sənə kömək edər.

Bir gündən sonra dayım bizimlə görüşdü, anamla öpüşdü, Əbülfəzi qucağına alıb qolları üstə qaldırıb atıb-tutdu. O üzündən bu üzündən öpüb anama verib dedi ki, uşaqdan muğayat ol, yol uzun yoldu, soyuğa-zada vermə. Xudahafizləşib öz işinə getdi.

Biz Əylisdən xəbər gözləyirdik. İyun ayının altısında xəbər gəldi ki, sabah yəni, yeddisində köç Əylisdən tərpənəcək. Bu il bizimlə kənddən İlyas Əligil də gedirdilər. Onların mal-qarasını aparmaq üçün Nüs-Nüsdən qohumları gəlmişdi. Biz də mal-qaramızı, axşamdan onların mallarına qatıb verdik ki, aparsınlar. Biz səhər gələcəyik. Belə də oldu. Səhər açıldı. Anam, mən, Almurad kənddə bir-bir qohumlarla görüşüb qocalarla vidalaşırdıq. Vida vaxtı bəzi qohumlar mənlə, Almuradın cibinə bir manat, üç manat pul qoydular. Dedilər ki, yolda konfetə verərsiniz. Onda bir, üç manat çox pul idi. Səhər-səhər bizi kənd əhli təmtəraqla yola saldılar. Hamı bir ağızdan deyirdi ki, uçastokdan muğayat olun, tezliklə görüşərik. Anam ata minib uçastoku qucağına alıb yola düşdük. Kənd uşaqları bizi kəndin kənarına kimi əl edib salamladılar. Bəzi balacalar uçastok-uçastok deyib qışqırırdılar. Biz öz yolumuza davam etdik.

Bir il bundan qabaq getdiyimiz yolla irəliləyirdik. Bu il getdiyimiz yol daha bizə tanış idi. Heç bir əziyyət sorğu-sual olmadan gedirdik. Mal-qara axşamdan getdiyinə görə, yollarda səs-küy yox idi. Günortaya yaxın biz gəlib Nüs-Nüs kəndinə çatdıq. Kəndin ən gözəl vaxtı idi. Bağlarda gilas yetişmişdi. Mal-qaranı gətirən bizdən qabaq gəlib çatmışdılar. Anasına demişdi ki, xalamgil indi gələcəklər. Lala xala tez samovarı qaynadıb hazır qoymuşdu. Süfrə salıb bizi gözləyirdi. Biz gəlib Lala xalagilin evinə çatdıq. Onların evi kəndin lap yuxarı başında idi. Lala xalanın bacısı Tavat xala da bizimlə bu il yol yoldaşı idi. Lala xala bizi qarşıladı. Hamımızı evə dəvət etdi. Hal-əhval tutandan sonra oğluna tapşırdı ki, atlara ot versin. Biz hamımız tökülüşüb çaydan axan təmiz su ilə əl-üzümüzü yuyub balkona keçdik. Anam Əbülfəzi mənə verib, dəstəmaz alıb günorta ibadətinə o biri otağa keçdi. Balkonda qalın döşək, döşəkçələr divar boyu düzülmüşdü. Hərə özünə münasib yerdə oturub çay içməyə başladı. Anam ibadətin qurtarıb gəldi. Uşağı qucağımdan alıb yuxarı döşəkçənin üstündə oturub uşağı da yanında yerə döşəyin üstünə uzatdı.

Oxuculara deyim ki, «Uçastok» çox sakit uşaq idi. Harda qoysan, orda sakitcə əlləri ilə oynayırdı. Bu şərtlə ki, mədəsi tox ola, çətin-çətin ağlardı. Çay-çörək yeyib içəndən sonra biz uşaqlar Lala xalanın oğlanları ilə bağda gilas yığmağa getdik. Bağdan gilas yığıb yol üçün balaca səbətləri doldurub gətirdik. Anam üçün də ayrı yığmışdıq. Dincəlib durub yolumuza davam etdik. Axşama kimi yol getməliydik. Düşərgəyə çatmaq üçün Güllü zəmiyə (fəhlə dərəsi) Ələngəz dağının ətəyinə çatmalı idik. Düşərgə orada yerləşirdi.

Bir daha oxuculara təkrar deməyimi, yazmağımı məsləhət görmürəm. Ona görə ki, bu yolumuzun düşərgələrini yuxarıda sizə xatırlatmışam. Getdiyimiz yollar, yaylaqlar, çaylar, kəndlər biz köçəri tayfaların – Ağqoyunlu dövlətinin tərkibində olub. Bizimkilər də Ağqoyunlu tayfalarının bir qolu kimi bu yerlərdə yaşayıb kənd salıb. Yarı oturaq, yarı köçəri həyatı keçiriblər babalarımız. Oxucularıma bildirmək istəyirəm ki, bu yerlərdə türk mənşəli xalqlar, tayfalar yaşayıblar. Tarixçilər bunu yaxşı bilərlər.

Qərəz Nüs-Nüs kəndindən yola düşəndə Lala xala dedi ki, siz gedin, mal-qara ilə işiniz olmasın. Bu axşam qalarlar, burda dincələrlər. Sabah tezdən verərəm, uşaqlar gətirib Güllü zəmidə sizə verərlər. Arxayın olun, yolunuzu rahat gedin.

Biz səs-küysüz yolumuza davam edib axşamüstü gəlib Güllü zəmiyə çatdıq. Hərə öz yerinə, yurd yerinə düşüb alaçığını qurub, rahatlandı. İndi yurd yerində bir canlanma var idi, gəl görəsən. Qoyun-quzunun mələrtisi, mal-qaranın böyürtüsü, biz köçərilərin bir-birini çağırması sanki Ələngəz dağının ətəklərindən axan su insan, heyvan ahənginə qatışıb, böyük bir orkestirin çıxartdığı melodiya səsinə bənzəyirdi.

Yuxarıda göstərdiyim düşərgədə bir neçə gün qaldıqdan sonra yolumuza davam edib, Ələngəz aşırımını aşıb «Buğukər» meşəsinə çatdıq. Qaranlıq dərə deyilən yerdə qaldıq. Burda qaldığımız vaxt həmişə olduğu kimi bu dəfə anam uşağı (uçastoku) götürüb, yaxınlıqdakı Buğukər pirinə ziyarət etməyə getdik. Bizlə bərabər bir neçə ailə də gedirdi. Bu dəfə uşaq çox idi, qurbanlıq da aparırdıq. Ağsaqqallar da çox idi. Əylisli qohumlar da bizimlə birlikdə idi. Qurbanlıq aparırdılar. Çox uzaq deyildi, 1 km olardı. Biz uşaqları içəri buraxmadıq. Qadınlar, körpə uşağı olanlar gedib ziyarət edib, çıxandan sonra ağsaqqallar girib ziyarət etdilər. Biz qurbanlıqları pirin başına dolandırdıq, gətirib orada olan, pirə qulluq edən mücavirə verdik. Kəsib hazırladı, öz payını götürəndən sonra kabablıq doğrayıb, verdi pirə gələnlərə. Meşədən odun yığıb biz uşaqlar ocağı çatdıq. Ziyarətə gələnlər hərə öz payını götürüb, şişə düzüb, kabab bişirdilər. Nahar vaxtı idi. İbadətini qurtaran qadınlar, kişilər gətirdikləri yeməklərdən yağ, pendir, şor, qatıq, çörək süfrə açıb, yeyib-içib bir də piri ziyarət edib, çıxırdılar. Bu dəfə anam, mən, Almurad, uşağı da (uçastoku) qardaşım İbrahim qucağına alıb, pirin içərisinə daxil olub, pirin başına fırlanıb, çölə çıxdıq. Hamı hazırlaşırdı getməyə. Anam pirdə ibadət edib, çıxıb gələndən sonra biz də yollandıq alaçığımıza.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Qardaşım Elçibəy haqqında xatirələrim»

Представляем Вашему вниманию похожие книги на «Qardaşım Elçibəy haqqında xatirələrim» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Qardaşım Elçibəy haqqında xatirələrim»

Обсуждение, отзывы о книге «Qardaşım Elçibəy haqqında xatirələrim» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x