Murad bəy - Qardaşım Elçibəy haqqında xatirələrim

Здесь есть возможность читать онлайн «Murad bəy - Qardaşım Elçibəy haqqında xatirələrim» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Qardaşım Elçibəy haqqında xatirələrim: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Qardaşım Elçibəy haqqında xatirələrim»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Əsər Türk dünyasının böyük oğlu, XX əsrin sonlarında Azərbaycan Xalq Hərəkatının lideri, Müstəqil Azərbaycan Cümhuriyyətinin yenidən bərpasının memarı, Azərbaycan Respublikasının Demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin 62 illik mənalı həyatına, onun anadan olduğundan son mənzilə yola salınana qədərki dövrü əhatə edən böyük qardaşı Murad Bəyin Elçibəylə bağlı qələmə aldığı bu dəqiq faktlara əsaslanan "Xatirələrim" adlı samballı əsəri Elçibəysevərlərin gələcəkdə yazacaqları əsərlərinə ilk dəqiq məmbə sayıla bilər.

Qardaşım Elçibəy haqqında xatirələrim — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Qardaşım Elçibəy haqqında xatirələrim», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Anam daha durub öz işini görür, inəklərimizi sağır, sağılmış südlərdən məhsullar hazırlayırdı (yağ, pendir, şor, qurud və sair). O günlərdə dayım Fərrux (kolxoz sədri), qardaşım İbrahim gəldilər. Bənövşə qarı onları da təbrik etdi. Uşağı dayıma, sonra da qardaşım İbrahimə verdi. Onlar da uşağı sonra anama verdilər. Hal-əhval tutduqdan sonra anam qardaşına üz tutub dedi: «Qardaş, uşağın adını qoymaq lazımdır. Kötüyə salmaq lazımdır»? Dayım dedi: «Onda ağsaqqalları çağırıb yığın bura, ad qoyarıq». Qoyun gələndə mənə de.

Camaatın qoyun sürüsü bərəyə yaxınlaşdı. Hə, budur, qoyun sürüsü gəlir, get öz sürümüzdən keçən ilki qoçu tut gətir. İbrahim üç ililk qoçu alaçığın qabağına gətirdi. Ağsaqqallar hamısı ora yığışmışdılar. Miryəhya ağa duz alıb dua oxuyub üfürdü. Ver, qoç yalasın, dedi. Mirismayıl dayımıza dedi: «İndi qoçu kəs». Qoçu kəsdilər. Obada olanlar, uşaqlı-böyüklü hamı ora yığışmışdı. Ocaqlar, tonqallar alovlanırdı. Orada olan xalalar hamısı çalışırdı. Hərə öz işini görürdü. Ağsaqqallar içəridə döşənmiş döşəklərin üstündə oturmuşdular. Kolxozun sürüsü də gəlib çıxmışdı. Ağsaqqallar bir-bir kişini təbrik edirdilər. Dayım Fərrux ağsaqqallara üzünü tutub dedi: «Uçastokun adını indi qoyaq, yoxsa çörək yeyək sonra?» Miryəhya ağa dedi ki, adını sonra qoyarıq. Üzünü Mirismayıl dayımıza tutub dedi: «Sizin alaçıq yaxındır, dur Quran kitabını gətir bura». Gedib Qurani-Kərimi alaçığa gətirdi. Alaçığa girəndə hamı ayağa durdu. Miryəhya ağaya Qurani-Kərimi verdi. Kitabı aralayıb dedi: «Çox gözəl addır – Əbülfəzil Əbülfəz».

Hamı «adı-sanı ilə yaşasın, uzun ömürlü olsun» deyib süfrə başında əyləşdilər. Süfrədə ağartı məhsullarından hamısı var idi. Sonra süfrəyə kabab, soyutma ət yeməkləri gəldi. Kababı atamızın özü bişirirdi. Yeyib-içib hərə öz alaçığına dağılışdılar. Kəndə gedən də yola düşüb getmək istəyirdi. Dayım, İbrahimin gətirdikləri gilas, gilənar, tut vedrələrini orda olan fermaçılara payladı. Yola düşəndə uşaqlar yenə də onlar gözdən itənəcən dalınca «uçastok-uçastok» – deyib qışqırdılar.

Günlər-aylar gəlib keçirdi. Avqust ayı girmişdi. Otlar solmağa, taxıl zəmiləri yetişməyə başlayırdı. Yaylaqda hərə öz işinin dalınca gedirdi. Mən də anama kömək edir, hər gün su gətirir, çörək, süd bişirmək üçün odun, çır-çırpı yığıb gətirirdim. Almurad da 6-ya keçirdi. Orada anama kömək edir, anam bir yerə gedəndə uşağın yanında qalırdım. Gündə bir dəfə Mələk bacı gəlir, uşağın paltarını aparıb arxda yuyub gətirir, bu minvalla günləri başa vururduq. Mələk bacı anamın əmisi nəvəsi idi. Yaylaqda yeniyetmə qız o idi. 16–17 yaşa dolmuşdu. Rəfiqələri köçmüşdü. Leyla bacı, Kübra, Zabitə – bu il onlar yaylaqda yox idilər. Yeniyetmə oğlanlar da hazırlaşırdılar. Onlardan Əli, Salman, Mirhaşım, Bəşir, Əliabbas, Ağaqulu və başqaları. Onların hamısı tətildə olduğu üçün taxıl yığımı kampaniyasında kolxozda işləyirdilər. Sentyabr yaxınlaşırdı. Məktəb yaşlı uşaqlar kəndə bacı, qardaşla gedirdilər. Yaylaqda uşaqların səs-küyü azalırdı. Məni anam sentyabrın 10-a kimi yaylaqda saxladı.

Mən 2-ci sinifə keçmişdim. Uşaqlar, yaşıdlarım yaylaqdan getdikləri üçün mən də darıxırdım. Məktəbə getmək üçün ayın 10-da dayım yaylağa, fermaya baş çəkmək üçün və bacısını görməyə gəldi. Bacı-qardaş bir-biri ilə görüşəndən sonra soruşdu ki, «uçastok» necədir?» Anam tez uçastoku gətirib dayımın qucağına verdi dedi ki, bu da sənin uçastokun. Uşaq 3 aylıq idi. Artıq gülümsəyir, qığıldayır, əllərini oynadırdı. Dayım uşağın üzündən öpüb anama verdi. Anam dedi ki, gedəndə Muradı da apar, bir həftədir məktəbdən qalır. O da dedi ki, bəs sənə kim kömək edəcək? Anam da dedi ki, indi iş azalıb, özüm hər işi görəcəyəm. Yaxşı, onda hazırlaş. Bir həftədən sonra İbrahimi yollayacağam, gəlsin sizi köçürsün. Anam razılaşıb dedi ki: İbrahimi yolla gəlsin. Axşam üstü kəndə yola düşdük.

Sentyabrın 20-i anam yaylaqdan gəldi. Həmişəki kimi kənddə olan qohum-əqrəbalar anamla görüşüb xeyir-dua edib gedirdilər. Kənd əhli qışın gəlişi üçün hazırlıq işləri görür, anbarlara mal-qara üçün ot-saman, xəzəl yığırdılar. Mən də, qardaşım İbrahim də məktəbdən sonra anbarımıza qış üçün odun, çır-çırpı toplayıb bağlayırdıq. Mal-qara tövlələrə yığılırdı. Qoyun sürüləri arandan qışlağa gəlmişdi. Noyabr ayının axırları, dekabrın şaxtalı günləri gəlirdi.

1938-ci ili başa vurmaq üzrəydik. Yaxın günlərdə kolxozun bir illik hesabatı olmalıydı. Dayım hesabatına ciddi hazırlaşırdı. Kənddə söz-söhbət gəzirdi. Bu hesabatda Fərruxu kolxoz sədrliyindən çıxaracaqdılar. Hesabat günü gəlib çatdı. Dekabrın axırı idi. İki kənddən kolxozçular toplaşmışdı. Hər tərəfdə dəstə-dəstə kolxozçular pıçıldaşırdılar. Rayondan gələn ikinci katib bir dəstə sədrlə birlikdə «iclasa başlamaq olar» dedi. Hamı məktəbdəki kluba daxil oldu. İclasın sədri, katibi seçildi. Kolxoz sədrinə söz verildi. O bir illik hesabatını verib qurtaradan sonra kolxozçular danışdılar. Hamı sədrin yaxşı işləməyindən danışdı. Kolxozçular danışdıqdan sonra ikinci katib söz alıb danışdı. O sədrə razılıq edib dedi: «Partiya belə bir məsləhət görüb ki, Fərrux Əhmədovu şəhərdə (Ordubadda) başqa bir işlə təmin edəcək. Partiyanın bu məsləhətindən çıxmaq olmaz. Biz hamımız partiyanın sözünü yerinə yetirməliyik. Bundan sonra 1939-cu ilin yanvarın 1-dən kolxozun sədri sizin tanıdığınız partiya üzvü Yusifov Ağaları məsləhət görüb. Kim razıdır əlini qaldırsın».

Kolxozçular əl qaldırıb saldılar. Bununla seçki qurtardı.

Xatirələrimi oxuyan əziz oxucular. Mən öz xatirələrimdə qalan yaddaşımı sizin ixtiyarınıza verirəm. Bununla mən qardaşım Elçibəyin (uçastokun) anadan olma tarixini sizə tarixi faktla təqdim edirəm. Hər bir maraqlanan alim, tarixçilər bu tarixi faktlara müraciət etsinlər. Həyatı, doğumu haqqında mən burda xatirəmdə olanı-qalanı heç bir kənar söhbətləri göstərməmişəm. Nə yazmışam düzgün və həqiqətdir. Kənar adamlar heç vaxt ailə üzvlərindən, qardaşlarından artıq bilə bilməz. Ona görə xahiş olunur ki, burada yazılan, göstərilən faktlardan istifadə edin. Burada yazılan hər bir cümlədən, hər bir söhbətdən, siz tarixçilər, şairlər, yazıçılar bir roman, bir poema, şer, bir tarixi kitab yaza bilərsiniz. Mən qardaşı Murad nə jurnalistəm, nə yazıçıyam, nə tarixçi. Ona görə sizdən xahiş edirəm bu cümlələrdə mübtəda, xəbər öz yerində olmasa, bağışlayın. Hələlik bu qədər. Bunlar 1938-ci ilin xatirələri idi. 1939-cu ilin yaddaşda qalan xatirələrini yazmağa başlayıram. Siz oxuculara can sağlığı. Mənə də səbr allah təala əta etsin. Amin.

2004-cü il. Murad M. B.
* * *

1939–1940-cı il yanvar ayı keçmişdi. Dayım Fərrux Ordubad rayon şəhər yeməkxanalarının müdiri təyin edilmişdi. Atamız Qədirqulu kolxozun baş çobanı vəzifəsindən azad edilmişdi. Yeni gələn kolxoz sədri kolxozda yer dəyişmə kampaniyası aparırdı. Atamız fermada iştirak edir, həm də öz qoyunlarımızı saxlayırdı. Bahar ayları yaxınlaşırdı. Ətraf kolxozlardan təkliflər gəlirdi. Atamıza kolxoz çobanı olmağa hələ ki razılıq verilmirdi. Mart ayı gəldi. Bayram oldu. Novruz bayramımızı şənliklə keçirdik. Bütün ailə bir yerdə idi.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Qardaşım Elçibəy haqqında xatirələrim»

Представляем Вашему вниманию похожие книги на «Qardaşım Elçibəy haqqında xatirələrim» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Qardaşım Elçibəy haqqında xatirələrim»

Обсуждение, отзывы о книге «Qardaşım Elçibəy haqqında xatirələrim» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x