Murad bəy - Qardaşım Elçibəy haqqında xatirələrim

Здесь есть возможность читать онлайн «Murad bəy - Qardaşım Elçibəy haqqında xatirələrim» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Qardaşım Elçibəy haqqında xatirələrim: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Qardaşım Elçibəy haqqında xatirələrim»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Əsər Türk dünyasının böyük oğlu, XX əsrin sonlarında Azərbaycan Xalq Hərəkatının lideri, Müstəqil Azərbaycan Cümhuriyyətinin yenidən bərpasının memarı, Azərbaycan Respublikasının Demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin 62 illik mənalı həyatına, onun anadan olduğundan son mənzilə yola salınana qədərki dövrü əhatə edən böyük qardaşı Murad Bəyin Elçibəylə bağlı qələmə aldığı bu dəqiq faktlara əsaslanan "Xatirələrim" adlı samballı əsəri Elçibəysevərlərin gələcəkdə yazacaqları əsərlərinə ilk dəqiq məmbə sayıla bilər.

Qardaşım Elçibəy haqqında xatirələrim — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Qardaşım Elçibəy haqqında xatirələrim», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Hələ kolxoz qoyun-quzusu yaylağa gəlib çıxmayıb. Bu gün qoyun-quzunu yaylaqdan aşağıda yol enən yerdə saxlayıb sabahısı Xəlil yurduna qalxacaq idik. Ona görə ki, qoyunu birdən-birə gətirmək olmaz. Xəstələnə bilər (qızdırar). Qaranlıq düşdü. Hərə öz mal-qarasını yığıb buzovları ayırıb ağıla buzovxanaya salıb rahatlandılar. Alaçıqlarda zəif işıqlar görünürdü. Çıraqlar yanırdı. Alaçıq qabağında ocaqlar yanırdı, alovlanırdı. Kimi çay qoyur, kimisi xörək bişirirdi. Anam, mən, Almurad ocağın yanan alovunda isinirdik. Tez-tez it hürən tərəfə baxırdıq, birdən atamız gələr. Ancaq qaraltılar başqa adamlar idi. Anam bizə «durun yerinizi düzəltmişəm, yatın, kişi sabah günorta gələcək» dedi. O gedib Almuradla bir yerdə qucaqlaşıb yatdı. Almuradın 5 yaşı var idi.

Sabah açıldı, anam durub inəkləri sağıb kolxozun naxırına qoşub naxırçıya tapşırdı. Buzovları mən götürüb başqa səmtə örüşə ötürüb gəldim. Gedib dərədən çaydanları su ilə doldurub gətirdim. Anam ağırlaşmışdı, hər işdə ona kömək edirdim. Çay-çörək yeyib ipi götürüb odun dalınca getdim. Xəlil yurdunda odun yoxdur. Südlü xörəyi bişirmək üçün qurudulmuş qanqal qurusu, gəvən qurusu yığıb gətirdim. Günorta oldu, qoyun-quzu yurd yerinə, qoyun yatağına gəldi. Çobanlar da hazır qurulmuş alaçıqlarına gəlib dincəlmək, çay-çörək yeyib bir az uzanıb yatmaq, yuxularını alıb durub, sağılmış qoyunları yenə də örüşə aparıb qoyun-quzu arxaclarında gecələmək, sabahısı yenə də günorta bəriyə, sağın yerinə, alaçıqların yanına gəlməli idilər. Bu iş hər gün təkrar olunurdu. Bu işləri atamız da hər gün təkrar edirdi.

Ayın 20-i oldu. Seçkilər günü yaxınlaşırdı. Yaylağa çıxan bütün maldarlar yaylaqdaydı. Kənddən gəlib təpənin üstünə bir ağac basdırıb üstünə bir lövhə vuruldu. Orada yazılmışdı: «Hamı seçkilərə». Günlər gəlib keçdi, 23-ü oldu. Günortadan sonra maldarlar atla, qalanlar isə piyada kəndə yola düşdülər. Tək-tük qoca arvadlar, bir də yaşı çatmayan uşaqlar qaldılar.

Anamın ağrıları başladı. Məni tez qonşu alaçıqda olan Bənövşə qarını çağırmağa göndərdilər. Dedim ki, anam xəstələnib, səni çağırır. Qarı tez başa düşdü: «Gəlirəm, bala, gəlirəm». Yaylaqda bir neçə qadın qalmışdı. Onlar sübh tezdən inəkləri sağıb seçki məntəqəsinə getməli idilər. Bunlar Hacı Xanım, Xanzeynəb, Mənsumə, Güləbətin xala idi. Onlar da eşidib gəldilər. Mənlə Almuradı Hacı Xanım xalanın qızı Mələk öz alaçıqlarına apardı. Orada qaldıq. Yer salıb üstümüzə yorğan örtüb dedi ki, siz yatın. Biz yata bilmirdik. Mələk bacı dedi ki, eşiyə çıxmayın, it sizi tutar. Biz də yorğanı başımıza çəkib yatdıq. Mən tez-tez oyanıb Mələk bacıya, yatmış yerinə baxırdım. O tez-tez çölə çıxıb qayıdırdı. Səhərin açılmasına az qalırdı, ay işığıydı. Hər yer dümağ idi. Torağaylar oxumağa başlayırdı. Gözəl bir səhər açılmışdı. Mələk bacı bir də alaçıqdan çölə çıxdı, tez qayıtdı və dedi ki, mən bərk yatmışam. Üstümüzdə olan yorğanı tərpətdi, yavaşca səslədi: «Murad, Almurad». Mən özümü yuxululuğa vurub dinmədim. O bir də yorğanı çəkib yavaşca səslədi. Yavaş səslə deyirdi ki, yatmış uşaqlar oyanmasın. Pıçıltı ilə «Qardaşın oldu, muştuluğumu ver» dedi. Yerdən dik atıldım, Almurad da oyandı. Mələk bacı dedi ki, indi ora getmək olmaz, bir-iki saatdan sonra sizi evinizə apararam.

Özü gedib-gəlirdi. Biz qapıda yatan qara köpəkdən qorxub çölə çıxmırdıq. Səhər açıldı. Sağıcı qadınlar inəkləri sağıb səs verməyə getməyə hazırlaşırdılar. Mal-qaranı örüşə ötürüb getmişdilər. Biz də yuxudan durub paltarlarımızı geyinib oturmuşduq. Mələk bacını gözləyirdik. Mələk bacı gəlib bizə «bir az da gözləyin, sizi alaçığınıza aparacam» dedi. Alaçıqlar bir-birindən çox da uzaq deyildi. Arasındakı məsafələr 150 metr olardı. Sağıcılar səs verməyə yola düşmüşdülər.

Gün hər yerə yayılmışdı. Obada bir anam, iki də qoca qarı qalmışdı. Qalan cavan oğlan-qızlar 15–16 yaşlılar idi. Mələk bacı bizi – Almuradın əlindən tutub, mən də yanınca öz alaçığımıza gəldik. Bənövşə qarı bizi qapıda qarşılayıb dedi: «Dayanın». İçəri keçib uşağı, çağanı qucağına alıb bizi içəri çağırdı. Alaçığın yarısında pərdə asılmışdı, Uşağı mənim, sonra da Almuradın qucağına qoydu. Anam yorğan-döşəkdə uzanmışdı. O bizi yanına çağırıb dedi: «Çörək-çay yeyib-içibsiniz, ya yox». Biz də bir ağızdan «Bəli. Mələk bacı verib yemişik» dedik. Anamı hər ikimiz öpüb ayağa durduq. Dedi gedin eşikdə oynayın. Bənövşə qarı vedrəni verib dedi ki, get su gətir. Daha arxa su gəlirdi. Qaçıb arxdan su gətirdim.

Saat 10–11 olardı. Uşaqlar gəlib dedilər ki, kənddən adam gəlir. Alaçıqların sol tərəfində bir qaya var idi. Vəlinin dərəsinə baxırdı. Oradakı yola dərədən enən yer deyilirdi. Qayadan baxanda ora görünürdü. Kənddən gələn adamlar görünürdü. Balaca uşaqlar çığırardılar: «Kənddən adam gəlir, kənddən adam gəlir». Birinci axşam – dünən səs verməyə gedən adamlar gəlirdilər. Gələnlər balaca uşaqları təbrik edir, onlara məntəqədən aldıqları konfetləri paylayırdılar. Onlar uşağın anadan olmasını məntəqədə eşitmişdilər. Hamı bir-birini muştuluqlayırdı. Qədirqulu kişiyə, kolxoz sədri dayım Fərrux kişiyə göz aydınlığı verdilər.

Seçki komissiyasının sədri tez iki adam ayırıb bir balaca qutu möhürlü iki bülleten ayırıb bu adamlara verib siyahıda adları olan iki nəfərin vərəqəsini də verib dedi: «Tez Xəlil yurduna gedin, səs versinlər, qutunu gətirin». Bunlar Bənövşə qarı, Mehrinisə bacıdır. Onlar da birinci səs verənlərlə bir yerdə gəlib çıxdılar. Bənövşə qarı onları qarşıladı. Gələn adamlar Murad kişi, bir də cavan oğlan Ağaqulu idi. Mələk bacının dayısı və onlar atdan düşüb qutunu özlərində saxlayıb bülletenləri qarıya verib dedilər: «Biri sənin, biri də Mehrinisə xalanın. Bura da qol çəkin». Bənövşə qarının savadı yox idi. Barmağını mürəkkəbə basıb vərəqəyə vurdu. Anam adını yazmağı bacarırdı. Adını yazıb vərəqəni onlara verib bülletenləri isə qutuya saldılar. Uşaqlar alaçığın yanına toplaşan camaatla birlikdə «uçastok, uçastok» deyib qışqırırdılar. Ancaq ağıllarına gətirmirdilər ki, 57 il bundan sonra «uçastok» deyənlər bütün Azərbaycan – böyüklü-kiçikli «Elçibəy, Elçibəy» deyib qışqıracaqlar. Bənövşə qarı qutunu gətirənlərə öz alaçığında çay-çörək verib yola saldı. Biz uşaqlar onların dalınca «uçastok, uçastok» təpəndə onlar gözdən itənəcən qışqırdıq.

Artıq səsverməyə gedənlər qayıtmaq üzrə idi. Onlarla Qədirqulu kişi də var idi. Saat 2–3 olardı. Günortanı keçmişdi. Gələnlərdən balacalar muştuluq alırdılar. Qədirqulu kişi xurcundan atın üstündə olan balaca səbətdən uşaqlara gilas paylayırdı. O biri kişilər hərəyə iki-üç konfet verdi. Bənövşə qarı Qədirqulu kişini alaçığın qabağında qarşıladı. Təbrik edib içəri girib uşağı tez götürüb sonra ona içəri girməyə icazə verdi. Uşağı onun qucağına verib xeyir-dua elədi. Sonra uşağı alıb pərdənin dalında yatağında yatmış anama verdi. Qarının icazəsi olmadan alaçığın həndəvərinə kənar adam buraxmırdı. Öz ailəmizdən başqa. Bir neçə gündən sonra kənddən kolxozda təsərrüfatda qalıb işləyən ağsaqqallar öz ailələrini görməyə gəlmişdilər. Onlardan Mirismayıl, Miryəhya, İldırım, Əbdürrəhman, Mədət və başqaları var idi. Onların hamısı Pirdavdandan olan (qaçqınlar) ağsaqqallar idi. Atamızı-anamızı təbrik etdilər.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Qardaşım Elçibəy haqqında xatirələrim»

Представляем Вашему вниманию похожие книги на «Qardaşım Elçibəy haqqında xatirələrim» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Qardaşım Elçibəy haqqında xatirələrim»

Обсуждение, отзывы о книге «Qardaşım Elçibəy haqqında xatirələrim» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x