Sübh çağı Xan (11) bağınnan yığdım üzümü,
Günorta Şahbulaqda (12) aşdım onun üzünü.
Danışırdılar ki, Mirzalı dəfələrlə həbsdən qaçıb. Qubernat da Mirzalının həbsdən qaçmasıynan çox maraqlanırmış. Bir gün eşidir ki, Mirzalını tutub İrəvan həbsxanasına gətiriblər. Özü durub onun yanına gəlir. Öyrənmək istəyir Mirzalı həbsxanadan necə qaçır. Qubernat Mirzalını bir neçə dustaqla birgə uca hasarlı, üstüaçıq həbsxana meydanında gəzintiyə çıxardıqlarını görür. Tərcüməçi vasitəsilə Mirzalıdan silahlı nəzarətçilərin, uca divarların olduğu bir yerdən necə qaça bildiyini xəbər alır. Həbsxananın naçalniki 6 6 Naçalnik (rus) – polis, jandarma komutanı.
və başqaları da qubernatın yanındaymış. Mirzalı gülümsəyərək: «Çox sadəcə» deyib, «qaçmağını» göstərir. Mirzalı geri çəkilib divara doğru qaçır. Ayağının birini yerə vurub sıçrayıb o birisini divarın bir metr ucalığına vurur. Yerə düşüb bir də geri çəkilir. İkinci dəfə qaçıb ayağının birini yerə vurduqda ikincisini bayaqkından xeyli yuxarı vurur. Üçüncü cəhddə Mirzalı sıçrayıb ayağını divarın adam boyundan çox uca yerinə vurur və əlini atıb divarın üstündən tutur. Bir anın içərisində qubernatın, naçalnikin və başqalarının gözü qarşısındaca divarı o üzə aşır. Keşikçilər bu tamaşadan ayılıb Mirzalının qaçdığını yəqinləşdirənə kimi o aradan çıxır.
Çayxanada söhbət:Bir payız günü Aşağı Qışlaq kənd çayxanasında ağsaqqalları yenə də Mirzalıdan söhbət etməyə sövq etdik. Fikirlər şaxələndi. Mübahisə qızışdı. 105 yaşlı Zal Rüstəm oğluhadisələrə daha obyektiv yanaşmağa, özündən kiçik və yaşıdı olan qocaların sözlərinə düzəliş verməyə çalışırdı. Qocalar deyəndə ki, Mirzalını Molla Cəfər cadu ilə bir günə Qarabağdan Kolanıya gətirdi. O, gülərək:
– Ay oğul, bunların sözünə inanma – dedi. – Mirzalı ilə Molla Cəfər bərk dost olub. Hökumət Mirzalını tuta bilmədiyini görəndə Kolanıdan, bizim kənddən və Yuxarı Qışlaqdan Mirzalıya yaxın olan 15 ailəni Sibirə (13) sürgün edəcəyini bildirir. Bu ailələr arasında Molla Cəfər və onun qohumlarının da ailəsi var imiş. Molla Cəfər də vəziyyəti məktub vasitəsilə Mirzalıya bildirir. Ona görə də Mirzalı bir payız günü – yerə yenicə qar düşəndə Kolanıya gəlir. Onu tutmaq istəyənnər düşünürlər ki, neyləyək-neyləməyək? Axşam olsa Mirzalı qaçıb aradan çıxacaq. Biçənəkli (14) Kəblə Mustafa da atıcılıqda ad çıxarıbbış. Naçalnik onu gətirdir ki, Mirzalını vursun. Mirzalı da uzaqdan Kəblə Mustafanı görən kimi işi başa düşüb onun tüfəngini vurur. Kəblə Mustafaya təzə tüfəng verib yenə Quş Mirzalının üstünə göndərillər. Bu dəfə Quş Mirzalı Kəblə Mustafanın özünü vurur. Şerdən göründüyü kimi, Mirzalı Molla Cəfəri qəsdən yox, təsadüfən vurmuşdu.
Mirzalının qaçaqlıq etdiyi vaxtı dəqiqləşdirmək istədikdə Zal Rüstəm oğlu dedi:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
İlçə, bəxş.
Tezarlıq.
Köy
Papaz.
Vali.
Naçalnik (rus) – polis, jandarma komutanı.