Əli Şamil - Dastanlaşmış ömürlər

Здесь есть возможность читать онлайн «Əli Şamil - Dastanlaşmış ömürlər» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Историческая проза, История, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Dastanlaşmış ömürlər: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Dastanlaşmış ömürlər»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Rusiya Qafqazı işğal etsə də əhalinin müqavimətini tam qıra bilmədi. Azərbaycan türkləri arasında müstəmləkəçilərə qarşı mübarizənin ən geniş yayılmış forması qaçaqçılıq hərəkatı oldu. Qafqazın müxtəlif bölgələrində qaçaqlar 150 ilə yaxın hökumətə müqavimət göstərdilər. Təqib və təzyiqlərə baxmayaraq xalq onları sevdi, şəninə mahnılar qoşdu.
Bu kitabda da indiki Ermənistan Respublikası adlanan bölgədə və Naxçıvan Muxtar Respublikasında doğulub XIX-XX yüzilikdə qaçaqlıq və xalq sərkərdəliyi etmiş insanlardan və onlar haqqındakı rəvayətlərdən, mahnılardan söhbət açılır.

Dastanlaşmış ömürlər — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Dastanlaşmış ömürlər», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Yer, şəxs adları, qaynaq kitablar haqqında isə mötərizə içərisində göstərilən rəqəmə uyğun olaraq hər məqalənin sonundakı “qaynaqlar və notlar”da bilgi verdim. Səhifələrin ətək azısında, eləcə də məqalələrin sonunda qaynaq və notlarda bir dəfə verilən izahatları sonrakı səhifələrdə təkrarlamağa ehtiyac görmədik.

DEMƏYİN MEYDANNAN QAŞDI MİRZALI

Axtarış: On ilə yaxındı Mirzalı haqqında eşidirəm. Eşitdiklərim məni yeni adamlarla görüşməyə, Mirzalı haqqında daha çox məlumat toplamağa sövq edir. Şahbuz (1) rayonunda 1 1 İlçə, bəxş. az-az məclis olar orada Mirzalıdan söhbət getməsin. Həmişə də qocalar yaddaşlarından gileylənər, bəzən də ötən zəmanəni yamanlayarlar. Axı çarizmə, 2 2 Tezarlıq. xan-bəy üsul-idarəsinə qarşı vuruşan bir adam haqqında o vaxt danışmaq çox çətin idi.

Mirzalı haqqında söyləmlər yalnız yaddaşlarda yaşamışdır. Qocalar, qarılar bu dünyadan köçdükdə özləri ilə bərabər bildiklərinin bir çoxunu da aparmışlar. Bizim günlərə qədər gəlib çatan az-çox rəvayətlər isə bugünkü qocaların ata-babalarından eşitdikləridir. Belə qocaların, qarıların neçəsi ilə görüşüm? Onuiləmi, iyirmisiləmi bilmirəm. Əksəriyyəti də eyni rəvayəti, hadisəni müxtəlif çalarda, müxtəlif variantda xatırlayır. Odur ki, eşitdiyim rəvayətləri qruplaşdırmağa çalışdım.

Mirzalının yaxın qohumlarından olan Qara kişi Kolanı kəndində 3 3 Köy doğulsa da, 40 ildən artıqdır Naxçıvan (2) şəhərində yaşayır. Yaşı 80-i keçib.

Birinci rəvayət – xatirə və ya Qara kişinin dedikləri:

Kolanı (3) kəndi 3 tayfadı: qazaxlı, kolanı, gülümlü. Mirzalı qazaxlı tayfasındandır. Atamın dayısıdır. Mirzalıya qoşulmuş şerdə adı çəkilən Nənəş mənim doğmaca nənəmdir. Onu yaxşı xatırlayıram. Birinci erməni-müsəlman davasında sağıymış. İkinci erməni-müsəlman davasında ölmüşdü. Deyirlər, öləndə 150 yaşı varmış. Qardaşı haqqında yana-yana, kövrələ-kövrələ danışırdı.

«Böyük aclıq ili» camaat bərk aclıq çəkirmiş. Keşiş 4 4 Papaz. də Gömür (4) kilsəsinə çoxlu taxıl yığıbmış. Ətraf kəndlərin erməni və müsəlmanları keşişdən borc istəyirmiş, o da vermirmiş. Gözdüyürmüş qiymətlər qalxsın, baha qiymətə satsın Belədə Mirzalı bir neçə yoldaşı ilə kilsəyə hücum edir, keşişi dirəyə sarıyır, taxılı camaata paylayır. Buna görə də qaçaq düşür…

Mirzalının tutulmasına isə Molla Cəfər səbəb olur. Molla Cəfər bir cadu yazır. Onun təsirindən Qarabağda qaçaqlıq edən Mirzalı oradan bir günə Kolanıya gəlir. Tozanaq qar yağdığından izindən Mirzalının kəndə gəldiyindən xəbər tuturlar. Hökumət adamları onu tutmaq üçün kəndə gəlirlər. Atışma olur. Mirzalının atdığı güllə Molla Cəfərə dəyir, onu öldürür.

Deyirlər qubernat 5 5 Vali. da Mirzalının qoçaqlığından çox eşidibmiş. Ona görə İrəvandan (5) Əşrəf ağa və başqalarını Naxçıvana göndəribmiş. Tapşırıbbış Mirzalını vurmağa qoymasınnar, onu diri tutsunnar. Mirzalının gizləndiyi evə heç kim yaxın düşə bilmir. Qardaşı Ağanı dilə tutur, yarızor, yarıxoş Mirzalının yanına göndərirlər. Onunla danışıb, qollarını bağlayıb bayıra çıxarmağı tapşırırlar. Ağa deyilənlərə inanıb içəri girir. Qardaşının qollarını bağlayıb bayıra çıxaranda Molla Cəfərin qohumları Şəmi və Şəmşimalı xəncərlə onu doğruyur.

Müəllifdən: Yaşlı nəslin yaddaşında 19061907-ci illər birinci erməni-müsəlman davası kimi, 1918-20-ci illər isə ikinci erməni-müsəlman davası kimi qalıb. Buradan belə qənaətə gəlmək olar: Nənəş 1907-1917-ci illər arasında ölüb. Onun 150 yaşında ölməsini isə dəqiq fakt kimi qəbul etmək olmaz. Adətən yaşı yüzü keçən adamlardan söz düşəndə həmişə rəqəmin şişirdilməsinin şahidi oluruq. Nənəşin 150 yaşında öldüyü ilə razılaşsaq, onda doğum tarixi 1757-67-cı illər arasına düşür. Qoy Mirzalı da bacısından 10-15 yaş kiçik olsun. Lap 30-40 yaşlarında da qaçaqlıq etsin. Bu da 1822-ci ili keçmir. Rusiya isə İrəvan və Naxçıvan xanlığını 1828-də işğal edib. Mirzalı ilə bağlı söhbətlərdə adı çəkilən vəzifələr Rusiyanın Qafqazı işğalından sonra yaranıb. Bunlardan belə qənaətə gəlmək olar: Mirzalı 1820-30-cu illərdən öncə deyil, sonra qaçaqlıq edib.

İkinci rəvayət: – Bunu da Aşağı Qışlaq kəndində yaşı 80-ni keçmiş Əziz Mahmud oğlu danışdı:

– Quş Mirzalı cavanlığında cəld və zarafatcıl bir adam kimi ad çıxarıbbış. Bir gün quzu növbəsinə gedibbiş. Axşamüstü çöldə bir dovşan qaçır. Dovşan hansı tərəfə qaçırsa, Mirzalı qabağını kəsib qaytarır quzunun içərisinə. Bu minvalla dovşanı sürü ilə gətirir kəndə. Camaat çəpişini, quzusunu seçib aparmağa gələndə Mirzalı dovşanı göstərərək zarafatla deyir: – Bu çər dəymiş çəpiş kimindi? Qoymayıb bu gün bir az dincimi alım. Sabah onu çölə aparmayacam.

Yuxarı Qışlaqlı Abbasəli Abdullayev(6) Quş Mirzalı ilə bağlı rəvayətlərlə yanaşı, şerləri də yaxşı xatırlayır. Bu şerlərin biri Quş Mirzalının dilindən sevgilisinə müraciətlə söylənən gəraylıdır. Gəraylının bəzi misralarında vəzn və qafiyə pozuqluğu var. Gəraylıda deyilir:

Cavan ömrüm bada getdi,
Salmadı yar yada məni.
Fələk görün nələr etdi,
Yar gətirdi dada məni.

Ömrüm getdi hədər yerə,
Qan ağlar kim məni görə.
Dost gəlmədi bu dar günə,
Yar salmadı yada məni.

De, bu dərdə dözüm necə,
Dərdim bilən yoxdu bircə,
Can vermərəm yar gəlincə,
Cəllad çəksə dara məni.

İstər Abbasəli əmi, istərsə də Qışlaq, Kolanı, Biçənək, Remeşin (7) və başqa kəndlərdə Quş Mirzalını xatırlayan qocaların və qarıların əksəriyyəti onun ölümü ilə bağlı pərakəndə bir qoşmanı tez-tez xatırlayır. Qoşmanın belə geniş yayılmasının və yadda qalmasının səbəbi, bizcə, süjetli olması və orda bir çox şəxs adlarının çəkilməsidir. Qoşmada deyilir:

Çərşənbə günündə çıxdım səfərə,
İçdiyim şərbətim döndü zəhərə,
Qəfil gülləm dəydi Molla Cəfərə,
Deməyin meydannan qaşdı Mirzalı,
On arşın divarı aşdı Mirzalı.

Ağa qardaş qollarımı bağladı,
Şəmi vurdu, Şəmşimalı doğradı,
Nəsir ağa başa döydü, ağladı,
Deməyin meydannan qaşdı Mirzalı,
On arşın divarı aşdı Mirzalı.

Şerin misralarının başqa variantlarında deyilir:

Nənəş bacım birçəyimi oxşadı.

və ya

Eşidənnər deyir: ağlı zayıldı,
Görənnər deyir: quşdu Mirzalı.

Üçüncü rəvayət: Bunu da yaşı 100-ü haqlamış, Zərnətündə (8) böyüyüb boya-başa çatmış, hazırda Naxçıvan şəhərində yaşayan Fətulla Musayev (9) danışdı:

– Quş Mirzalı Kömür kilsəsini dağıdandan sonra xeyli qaçaqlıq edir. Mirzalının bir bacısı Məşədi Gilə Ağcabədi (10) rayonunun Qaravəlli kəndində yaşayırmış. Mirzalı Qaravəllidən bir günə Kolanıya gəlib çatmışdı. Onun belə qoçaqlığına mahnı qoşmuşdular. Yadımda bunnar qalıb:

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Dastanlaşmış ömürlər»

Представляем Вашему вниманию похожие книги на «Dastanlaşmış ömürlər» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Dastanlaşmış ömürlər»

Обсуждение, отзывы о книге «Dastanlaşmış ömürlər» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x