Yaşar Bünyad - İblis busəsi

Здесь есть возможность читать онлайн «Yaşar Bünyad - İblis busəsi» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Историческая проза, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

İblis busəsi: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «İblis busəsi»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Yaşar Bünyadın “İblis busəsi” romanının mövzusu təlatümlü 80-90-cı il hadisələrinə və bu ağır dövrün min cür məhrumiyyətlərlə üzləşmiş talesiz insanlarına həsr olunub. Əsərin qəhrəmanı Rüfət üzləşdiyi əzablara qatlaşa bilməyərək Rusiyaya üz tutur. Yenicə dağılmış SSRİ-nin uçuqları altında qalan Rusiyada vəziyyət bütün possovet respublikalarındakının eynidir – xaos, diktatura, gücün və pulun hakimiyyəti, mənəvi dəyərlərin aşınması, hər şeyin, o cümlədən insan həyatının hərraca qoyulması… Rüfətin həm fiziki cəhətdən güclü olması, həm də genlə və kodla gələn bir sıra insani keyfiyyətləri belə onun bu çirkablar və cinayət çetesinə bulaşmasına mane ola bilmir. Əsər maraqlı hadisələr və gözlənilməz sonluqlarla zəngin olduğundan oxucunu buraxmır.

İblis busəsi — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «İblis busəsi», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

– Andreyy, it oğlu, silahını qoy yerə… it oğlu! Sənin ananı ağladacam… Qurd-quşa yem olacaqsız hamınız…

İşarə etdim ki, silahını yerə qoysun. Rəngi ağappaq ağarmış Andrey bir mənə, bir də leytenanta baxdı. Zabitin baxışlarıyla “tərkisilah olmağın məsləhətdir” işarə etməsindən sonra kalaşnikovu qurumuş kolun üstünə atdı.

“Nəsə etmək lazımdır? Nə, necə?..” Bir an, sadəcə bir göz qırpımı, məqam lazım idi ki, titrəyən barmağına təpər gəlsin… və bir maqazin güllə hansımızısa, bəlkə də hamımızı xəlbirə döndərsin. Bayaqdan beynimdə nə edəcəyimi götür-qoy edib, atacağım addımın əsarətində qalsam da, düşüncəmdə o anı geri çəkirdim, gücüm çatmayacağı təqdirdə Tanrıya dua edirdim ki, zamanı bir anlıq dayandırsın. Bu ki onunçun su içmək kimi bir şeydir?!

Qleb arxasını mənə çevirəndə leytenant riskli qərar qəbul edəcəyimi duydu. Axı silahsız da olsa, ona ən yaxın mən idim. Artıq düşünmək zamanı deyildi. Qəfildən üç-dörd addımlıq məsafəni birnəfəsə, arxadan pişik kimi şığıyaraq çiyninin üstündən qollarımı açıb sinəsinə dayadığı avtomatın korpusuna sarılıb geriyə qıvrıldım ki, qamarlayıb əlindən alım. Qleb mənim qəfil basqımdan necə karıxmışdısa şəhadət barmağını titəyə sıxmağıyla lüləsi göyə tuşlanan avtomatın havada şaqqıldaması bir oldu. İkimiz də qanrılıb yerə çırpılanda avtomatın kəməri çiynindən sivişib çıxsa da, arası kəsilmədən açılan son güllələr torpağın bağrını dəlib-deşsə də, qorxudan qıc olmuş barmaqları silahdan qopmurdu. Maqazindəki sonuncu güllə hansısa daşa dəyib vıyıldayanda uçurumun lap qırağında uzandığımızı gördüm. Ani bir hərəkətdən ikmiz də dərənin dibinə yumarlana bilərdik. Avtomatın kəməri sağ qoluma dolaşmışdı. Sol qolumla onu özümə tərəf sıxdım. Dərənin ətürpədici cazibəsini duydum. Qəzəb dolu gözlərim Qlebin ölü rəngli sifətinə zillənmişdi. Piyli cəmdəyi əsim-əsim əsirdi. Bilirdim, o indi daha çox mənə nifrət edirdi. Dişləriylə alt dodağını necə sıxmışdısa üç yerdən al qırmızı qan puçurlanırdı. ” Qurtardı… hər şey bitdi…” deyə gözlərimi qapayıb açdım, başımı qaldırıb dərəyə tərəf işarə etdim ki, yerində qımıldanmasın, yoxsa…

Bu bir anda oldu. Dirsəyimi torpağa möhkəm dirəyib, güclə dizləri üstə oturdum. Gözlərində işıq sönmüş, qətiyyətsizlik, kədər, məyusluq, bir az da qorxu öz rəngləriylə onun solğun sifətində dolaşırdı. Yəqin ki, ədavətə görə intiqam hissiylə çırpınan, gizlincə buna məqam gəzən, döyüş tapşırığı yerinə yetirərkən yoldaşına xəyanət edən bir sovet əsgərinin gələcək aqibətini acı-acı düşünür, bəlkə də bu qədər aciz və fərsiz oğul olduğunu özünə bağışlaya bilmirdi. Sanki bütün dünyadan iyrənirdi, həyatdan, ətrafındakılrdan, hər şeydən bezmışdı. Sulanmış göz qapaqlarının kənarında yığılıb qalmış iki damla duzlu göz yaşı bir göz qırpımına bənd idi ki, sıx, iri kipriklərinin arasından süzülüb tozlu yanağına düşsün. Birdən, aramızda “uzanmış” kalaşnikovdan barmaqlarını üzdü, var gücüylə sinəmdən itələyəyib boğuq və çox kədərli səslə “poşli vı vse…” deyib özünü uçurumun qucağına atdı… Hündür tranplindən arxası üstə hovuza tullanan üzgüçü kimi bunu o qədər cəld və gözlənilməz etdi ki, ona tərəf uzanan əllərim havadan asılı qaldı. Az qala onun arxasınca uçacaqdım.

Bir neçə saniyədən sonra Qlebin dibi görünməyən dərə boyu əks-səda verən vahiməli bağırtısı eşidildi: “Maa-m… aa…” Sanki dağlar da onun səsinə hay verdilər: ” Aaa……”

…Dərənin kənarında xeyli hərəkətsiz, quruyub qalmış leytenant ştabda canlı itki barədə necə məruzə edəcəyini götür-qoy edərkən, mən də gilli əfqan torpağını ovucumda sıxıb, indicə sal daşlara, şiş qayalara çırpınaraq parça-parça olmuş Qlebin qurd-quşa yem olacaq meyidini təsəvvürümdə canlandırır, özümü onun dəhşətli, dəhşətli olduğu qədər də mənasız ölümündə dostum Andreyə ömürlük şərik olduğumu düşünürdüm…

Görəsən həmin anda Andrey nə fikirləşidi – təəssüfmü edirdi, yoxsa sevinirdimi? Onun baxışlarında, simasında bunu sezdirə bilən heç bir işartı görə bilməmişdim. Mən isə o vaxt da, elə indi də düşünürəm ki, görəsən imkanlı bir məmur cılız, yarıcan oğlunu nəyə görə əsgərlikdən saxlatdırmayıb? Yıxılmasan bərkiməzsən deyimini sınaqdanmı keçirmək istəyib, bəlkə, “kimin uşağından artıqdır ki “ – fikirləşib? O doğurdan da, heç kimdən artıq deyildi! Heç olmasa sonradan bura düşdüyünü biləndə başqa hissəyə keçirtdirə də bilərdi. Deməli, qismət beləymiş. Ataların münaqişəsi, düşmənçiliyi kimisə qurbanlıq seçmişdi və bu qurbanlıq Qleb idi. Təkcə Qlebmi?..

Bir olan Allah da şahiddir ki, mən onu xilas edə bilməzdim.

Biz leytenantın əmrinə görə Qlebin yük torbasını, avtomatını götürüb xaraba kənddən uzaqlaşdıq; üzü yuxarı qalxdıqca başımız üstündə alışıb yanan günəşin çevrəsində halay quran quzğunlar, arxada uzanıb gedən ölüm dərəsində atıb getdiyimiz şıkara “qonaq” getməyə məqam gözləyirdilər…

* * *

…Mədət bir müddət susdu. Sonra heyrətini gizlətmədən dedi:

– Çox dəhşətli hadisədir. – Bir azdan əlavə etdi. – Sənin dostun isə bivec adama oxşuyur, vallah!

– Sən elə düşünürsən? – Soruşdum.

– Ayə, sən ona qardaşlıq etmisən, can yandırmısan, özünü oda atıb ölümün pəncəsindən almısan… o isə, nə səni axtarıb, nə də ki, evini tanıtdırıb. Özü də deyirsən vəzifəli, imkanlı kişinin oğluymuş… Belə də dostluq olar?

Mən sadəlövhlüklə cavab verdim:

– Yəqin iş-güc imkan vermib. Vaxtı olmub. Bəlkə də başında bir qəzyə var?

– Biz qafqazlılar başqayıq, vallah! Sadəlövüy. Hamını özümüz kimi görürük… Neçə il Saratovda yaşamısan, heç bir dəfə gəlib yanına? Ya da ki, çağırıb Moskvaya?

İstədim yalan deyəm ki, hə, gəlib, çağırıb… Sonra bir-iki gündür məni tanıyan Mədətin Andreyə qarşı sərt mövqe tutması özümü də çaşdırdı. İndi həmən sualları özüm özümə verdim ki, doğurdan da Andrey mənə qarşı niyə soyuq olub görəsən?

– Yox, – dedim, – gəlməyib. Moskvaya dəvət edirdi, amma mən getmirdim.

– Nə isə… – Boş fincanları götürüb mətbəxə keçəndə, – yerin hazırdı, – dedi, – get dincəl… Sabah gedib baxarıq, şto za druq?!..

Səhər açılmaq bilmirdi, yoxsa mən dan yerinin vaxtından qabaq sökülməsini istəyirdim? Həmişə beləydi, bir yerə getməyə hazırlaşanda gözümü yumub rahatca yata bilmirdim, səhəri diri açırdım. İndi lap narahatam, özüm də bilmirdim niyə. Mədətin dediyindən yaxında olur, lap yaxında… Moskva böyük şəhər də olsa, taparıq yəqin ki…

Heç özümdə bilmirəm onunla görüşə niyə can atırdım. Elə bil hansısa qüvvə məni onun dalınca salıb, axtar deyir, axtar… Görəsən o heç məni düşündümü? Axtardımı?.. Bəlkə də heç yadına düşməmişəm…

Mədət “Opel” ini işə salandan iyirmi beş dəqiqə sonra beşmərtəbəli “Monolit” binanın qarşısında maşını saxlayıb pəncərəni açıb başını çölə çıxardı, binanın tinindəki yazıya baxıb dedi:

– Hə, bura olmalıdır… – Hər ehtimala qarşı, bir cibindən çıxartdığı ünvan yazılmış kağıza, bir də divardakı lövhəyə baxıb sözünü başıyla təsdiqlədi. Sonra binaya zəndlə baxıb nəsə hesablayıb əlavə etdi: – İkinci giriş… Getdik.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «İblis busəsi»

Представляем Вашему вниманию похожие книги на «İblis busəsi» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «İblis busəsi»

Обсуждение, отзывы о книге «İblis busəsi» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x