Vahid Çəmənli - Gözlərimin işığında. şerlər

Здесь есть возможность читать онлайн «Vahid Çəmənli - Gözlərimin işığında. şerlər» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Поэзия, на русском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Gözlərimin işığında. şerlər: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Gözlərimin işığında. şerlər»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Vahid Çəmənli son bir neçə ay ərzində yazdığı yeni şerlər toplusu ilə yenə də görüşünüzə gəlmişdir. Öz kitabını «Gözlərimin işığında» adlandıran müəllif, hər şerin üstündə gözlərinin nurunu qətrə – qətrə sərf etdiyinə, hər sözə, hər misraya böyük zəhmət sərf etdiyinə işarə edir.Vahid Çəmənli əmindir ki, bu şerlər kitabı oxucular tərəfindən sevinclə qarşılanacaq, sevilə – sevilə oxunacaq.

Gözlərimin işığında. şerlər — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Gözlərimin işığında. şerlər», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Nüvədiyə Üştübündən baxan dost,
Gözlərinin didəsinə qurbanam.
Düşmənlərə əsir olan bu kəndin
Xəzan düşən vədəsinə qurbanam.

O yamaclar ürəyimi oxlayır,
Güllərini yağı düşmən qoxlayır…
Mənim ayaq izlərimi saxlayır,
Dərəsinə, təpəsinə qurbanam.

Nüvədi kəndi Qulağıma dərdli gəlir avazı Qismətimdən necə olum irazı - фото 5

Nüvədi kəndi

Qulağıma dərdli gəlir avazı,
Qismətimdən necə olum irazı,
Mənsiz axıb yorğun düşən Arazın,
Dalğasına, ləpəsinə qurbanam.

Bir addımdı bu tayımdan o taya,
Namərd düşmən hasar çəkib araya…
Qanad açıb qonaydım bir qayaya,
Kəkliklərin nəğməsinə qurbanam.

Vətən, Vətən həsrətindən dağlıyam,
Vahidinəm, əli – qolu bağlıyam,
Bəlkə sənə ürəyimi yolluyam?
Həzin, həlim nəfəsinə qurbanam!

10.11.2018

Bİşmİşİk

Şair Adil Cəfakeşə həsr edirəm

Cəfakeşik, səfakeşik əzəldən,
Bir ananın qucağında bişmişik.
Dədəm Qorqud yurdumuza ad qoyub,
Dədə Qorqud ocağında bişmişik.

Söz bağında gül əkmişik təzə – tər,
Yoxlayırıq, qoxlayırıq hər səhər…
Gül üstünə səpələnən zərdi, zər,
Butasında, saçağında bişmişik.

Saz çalınır nəğmə deyir dodaqlar Gah allanır gah nurlanır yanaqlar Haqdan - фото 6

Saz çalınır, nəğmə deyir dodaqlar,
Gah allanır, gah nurlanır yanaqlar…
Haqdan yanır bizim eldə çıraqlar,
Sarı Aşıq işığında bişmişik.

Sən də Vahid bu işıqla alış, yan!
Bəxtəvərdi özünə dost qazanan…
Laçınımdan Ağdamacan uzanan
Al – əlvan göy qurşağında bişmişik…

12.11.2018

Bİr fəqİr şaİrəm…

Bir fəqir şairəm, hərdən yazıram,
Dünyanın dolaşıq kələflərindən.
Hər gün imtahana çəkir İlahim,
Məni çəkindirir çox nəflərindən…

Qartal tək səmada süzməyim gəlir,
Dərin dəryalarda üzməyim gəlir…
Hərdən özümdən də bezməyim gəlir,
Sıxılıb ömrümün çox səhvlərindən.

Köhnə günahlarım düşəndə yada,
İndidən alışıb yanıram oda…
Ay Vahid, payızım gətirir səda,
Qərib durnaların köç səflərindən…

12.10.2018

Sevda ram elədİ çox asan mənİ

Neçə ustadlardan dərsimi aldım,
Dərsini bitirən adam san məni…
Əlifdən başladım, leylidə qaldım,
Sevda ram elədi çox asan məni.

Qatladım kitabı qoydum bir yana,
Dedim, nəzər salım qoca cahana,
Baxmaqla nə səmər gələr insana?
Qınadı, danladı çox insan məni.

Dedim zikirdədir elmin açarı,
Oldum bir qəribə eşqin düçarı;
Gözlülər görməsin mən tək naçarı,
Nə dinən görmədi, nə susan məni.

Təbim bəxş elədi mənə çox kəlam,
Tikildi əlimlə neçə söz qalam.
İnana bilməzdim düzlərdə qalam,
Olmazdı dərd yıxan, qəm basan məni.

Vüqarın da təbi gəlirdi coşa,
Nə fayda, oxları çırpıldı daşa.
Hayıf, min yol hayıf belə qardaşa,
Həm yardan eylədi, həm dostdan məni.

Ay Vahid, ürəkdə olmasa təpər,
Eləməz köksünü dərdlərə sipər…
Gülün dövrəsinə çəkməyin çəpər,
Gözləyr o güldən bir dastan məni.

16.11.2018

Olur

Dedim, beşgünlükdü bu qoca dünya,
Üç günü dolaşıq, dumanlıq olur.
Qalır iki günü, – o da ya qismət,
Ya da müvəqqəti sultanlıq olur.

Oturdum cavanlıq taxtı – tacında,
Unutdum acısın, ehtiyacın da.
Keçdi, gözlərimi yumub – açınca,
Bilmədim, zamanı bir anlıq olur.

Nəyindən söz açım keçən illərin?
Gözəl sonalayan, seçən illərin…
Baxmadım dadına şirin dillərin,
Sandım, yaxşılığa yamanlıq olur.

Nə sözüm, söhbətim olmadı karım,
Nə sevdiyim gözəl olmadı yarım…
Qaldı ortalıqda quru vüqarım,
Onun da taleyi gümanlıq olur.

Ay Vahid, qəlbindən götür inadı,
Hicrandı sevginin o biri adı…
Getdi, damağımda qalmadı dadı,
Gül kimi gündüzüm qaranlıq olur…
12.11.2018

Dəlİ daş görəndə

Dəli daş görəndə qalarmı naçar?
Qızaran gözləri daşa tuşlanar.
Dəli daş götürsə, ağıllı qaçar,
Dəlinin daşları başa tuşlanar.

Zəhmətsiz nə zərçi, nə dərzi olar,
Aqilin ustaddan düz dərsi olar.
Hər bir avand işin bir tərsi olar,
Yayın da bir ucu qışa tuşlanar.

Özümü şux gördüm, canımı sulu,
Keçdim çox yolları gözüyumulu…
Axtardım, tapmadım düz olan yolu,
Karvan da sarbansız boşa tuşlanar.

Nədənsə, Vüqardan gəlmir səs – səda,
Allah, iraq olsun ondan qan, qada.
Şirin misraları düşəndə yada,
Yanaram, gözlərim yaşa tuşlanar.

Ay Vahid, az daşı dağı Arana,
Kimləri çıxarıb fikir bir yana?…
Aşıqin gözləri Haqqa, Qurana,
Zahidin gözləri aşa tuşlanar.
06.11.2018

Dünyanın…

Dedim, qəsd eləmə şirin canına,
Dərdini, sərini içib dünyanın.
Nəyi var, nəyi yox, duymaq çətindi,
Bu zalım dünyanın,
nəcib dünyanın.

Balı zəhər dadır, zəhəri baldı,
«Kalı dəymiş olur, dəymişi kaldı».
Kimə gözləri kor, dilləri laldı,
Kimə qılıncı var əcəb dünyanın…

Kimlərin üstündə əsdi nanə tək?
Kimlərə cirəylə verdi duz – çörək?
Kimlər sellərinə qərq oldu görək?
Kimlər körpüsündən keçib dünyanın?

Vüqardan nə xəbər soruram ondan,
Üzümə candərdi gülür yalandan…
Bəlkə əl götürüb buz qucağından,
Zərif gül bağına köçüb dünyanın.

Ay Vahid, dağ basır yüz əhli hala,
Sən saga çəkirsən, o çəkir sola…
Bir gün sən də durub düşərsən yola,
Boyuna boz qatma ölçüb dünyanın…

06.11.2018

Şərİət, Tərİqət, Mərİfət, Həqİqət

Gözümü açandan Allah adına,
Azan, oruc gördüm, ibadət gördüm
Bu yolun yolçusu olan hər kəsin,
Qəlbini, könlünü çox rahat gördüm.

Nə qədər əziyyət çəksələr, yenə,
Gördüm hər çətinə gərirlər sinə…
Elimdə, obamda İmam Hüseynə,
Dərin sevgi gördüm, məhəbbət gördüm.

Donmadı soyuqda, şaxtada, qarda,
Fidanlar gül açdı bir ilk baharda…
Haqqın aşiqidi dostum Vüqar da,
Onda hikmət gördüm, mərifət gördüm.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Gözlərimin işığında. şerlər»

Представляем Вашему вниманию похожие книги на «Gözlərimin işığında. şerlər» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Gözlərimin işığında. şerlər»

Обсуждение, отзывы о книге «Gözlərimin işığında. şerlər» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x