Azərbaycan romantizmi və onun nümayəndələri haqqında ilk fikir söyləyən S.Hüseyn, A.Şaiq, C.Cabbarlıdan başlamış müasir tədqiqatçılara qədər hamının şərik olduğu bir fikir var: əski ədə biyyatla yeni ədəbiyyat arasında uçurum yaradan, epiqon poezi yanı kökündən yıxan, şeiri "Füzuli tilsimi" ndən ilk silkinib çıxa ran Sabirlə birlikdə Hadi və Səhhət oldu. Bu o deməkdir ki, epi-qonçuluğa qarşı mübarizədə, təzə şeirin ideya-estetik prinsipləri nin müəyyənləşməsində Azərbaycan romantizmi bir çox məsələ lərdə olduğu kimi tənqidi realistlərlə eyni mövqedən çıxış etmiş dir. 19-cu əsrin sonunda "təzə şeir" problemi ətrafında mübarizə lər məktəb və tərbiyəyə aid ədəbi nümunələrin meydana çıxmağı ilə nəticələndikdə "Həyat" qəzetində Abbas Səhhətin "Təzə şeir necə olmalıdır?" (1905) məqaləsi göründü. A.Səhhətin məqaləsi nin belə bir şəraitdə meydana çıxması yaranmış poetik nümunə lərə etiraz əlaməti, onlarla qənaətlənməməyin ifadəsi idi. Görü nür, şeirin inkişaf istiqaməti gənc şairi razı salmamışdı. O, deyi lənlərdən və yazılanlardan fərqli olaraq, şeirə yeni bir istiqamət vermək istəyirdi. Lakin məqalədə müəllifin nəzəri konsepsiyası aydın və konkret şəkildə ifadəsini tapmamışdır. Yəqin ki, şairin o zamankı dünyagörüşü, hələ yeni-yeni formalaşan ədəbi zövqü buna imkan verməmişdir. Lakin bütünlükdə məqalənin ruhun dan, məqsədindən ("ədəbiyyatımızın islahatı") aydın hiss olunur ki, şair epiqon poeziyaya düşmən münasibət bəsləyir. Bu da ora dan irəli gəlir ki, bədii sənətin həmin istiqaməti özünün real hə yati məzmununu itirmiş, saxta bir şeyə çevrilmişdi. Təsadüfi de yildir ki, şair məqalədə fikirlərinin ağırlıq nöqtəsini bu məsələ üzərinə salırdı. Müəllif yazırdı: "Şüəarayi-sabiqəmizin əşar və ədəbiyyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəd din sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bən zətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil." (28, II, 7)
Göründüyü kimi A.Səhhət "köhnə şeirin" əsas qüsurunu "in san üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədi" yində gör müşdür. Aydın görünən budur ki, şair şeirdən mərifət və ibrət dərsi verə bilməsini tələb edir. Şairi bağlı olduğu ənənədən qopa ran nə idi? Nə baş vermişdi ki, şair birdən-birə üzərində pərvəriş tapdığı köhnə şeirdən üz çevirmiş, ona qarşı hücuma keçmişdi? Axı, dünənə kimi o özü də zamanın ab-havasından uzaq şeirlər yazırdı. Səhhət 1905-ci ilə qədərki vəziyyətini 1911-ci ildə F.Köçərliyə yazdığı mənzum məktubunda belə təsvir etmişdi:
Bir zaman Nasehü Tərrah ilə Sabir bəndə,
Yaşayırdıq hamımız qəflət ilə fəxrəndə.
Birimiz mərsiyəguluqda böyük şair idi,
Birimiz sağərə mail, birimiz cananə.
Birimiz həcvdə Yəğma kimi çox mahir idi,
Laübali keçinirdi günümüz rindanə. (28, I, 161)
Səhhətin qarşı çıxdığı məsələlər aydın və konkretdir: mərsiyə-çiliyə, həcvə, həyati problemlərdən üz çevirib canana, meyə dair nəzm parçaları yazmağa etiraz! Bir zamanlar həvəslə qoşulduğu ənənəyə bu ədəbi "dönüklüyün", özünü inkarın (yaxşı mənada) başlıca səbəbkarı, əlbəttə, zaman özü, orta əsrlərin hələ də hökm sürən mənəvi-ideoloji, ictimai-siyasi mənzərəsini çilik-çilik edən qüdrətli 1905-ci il inqilabının gətirdiyi yeniliklər idi. Birinci rus inqilabının astanasında Abbas Səhhətin müzakirəyə qoyduğu bu məsələ tədriclə inkişaf edib xüsusi bir ədəbi konsepsiyaya çevri lir. Sənətkarın vətəndaşlıq mövqeyi məsələsi onun ədəbi görüşlə rinin təməlində dayanır. Şairin bütün yaradıcılığı bu ideyanı aşı lamağa çalışır. A.Səhhətin nəzəri mülahizələri bir çox qabaqcıl ro mantik şairlərin ədəbi manafestinə çevrilir. O, müxtəlif şairlər tə rəfindən daha da inkişaf etdirilir. Məhəmməd Hadi də A.Səhhə tin mövqeyində dayanaraq yazırdı: "İndi əsri cədiddir. Fikirlər, xəyallar da əski fikirlər, köhnə, qədim hisslər deyildir, tazə və ye ni fikirlərdir." (13) Eynilə Abdulla Şaiq də şairlərdən yazdıqları əsərlərlə "camaatımızın əhvali-ruhiyyəsində başqalıqlar törətmə yə müvəffəq" olmadıqları üçün şikayətlənirdi. (30, I, 123)
A.Səhhətin ədəbi görüşlərində diqqət yetirilməli bir incə cəhət də vardır. O da şairimizin "şüərayi-sabiqəmizin əşar və əbyatına" hörmətlə yanaşmasıdır. Diqqət etdikdə məlum olur ki, o heç də bütövlükdə klassik ədəbi irsimizə arxa çevirmir, onu inkar etmək mövqeyində dayanmırdı. A.Səhhətin, eləcə də bütün romantiklə rimizin klassik irsə bağlılığı, klassik şairlərimizə olan məhəbbət ləri onlar haqqında yazılmış az qala hər bir əsərdə göstərildiyin dən burada onları təkrar etməyə lüzum yoxdur. Bu, 20-ci əsrin qarşıya qoyduqu vəzifələr ilə şair arasında uçurum yaradan, sə nətkarları bir-birinin kölgəsinə döndərən qanun-qaydalara, bas-maqəlib ifadələrə, şablon bənzətmələrə etirazdır. 1905-ci il inqila bının oyatdığı yeni hisslər, yeni dünyagörüşü müqabilində "əski ədəbiyyatın" poetikasına, insanı darıxdıran, bezdirən, nəm qoxu yan hiss və fikirlərinə qarşı üsyandır. Hələ 19-cu əsrdə Avropa və rus romantikləri də ədəbiyyatda köhnə məzmun, darıxdırıcı hiss lər, poetik ştamplar əleyhinə çıxırdılar. Ədəbiyyatşünas N.Tomaşevski yazırdı: "Teatrın təsirli, fail olması üçün, madam dö Stal deyirdi ki, ağlağan sentimental pyesləri səhnəyə yaxın qoyma maq və ona yeni, mövzusuna görə vətəndaş qayəli repertuar ver mək gərəkdir." (133, 3)
1820-ci illərdə rus şairi Kyuxelbeker ironiya ilə poeziyada duy-ğusuzluqdan, eyni həyat lövhələrinin əsərlərdən əsərlərə keçmə sindən yazırdı. (125, 14)
1859-cu ildə Fet də Tutçevin fikrinə şərik çıxaraq poetik dur-ğunluqdan şikayətlənirdi: "Ay, arzu, qız! Cır-cındır! Hə, doğru dan da, onlar təkcə tənbəllərin ora-bura dürtüşdürmədiyi cır-cın dıra çevrilirdilər." (135, 148)
Yuxarıda gətirdiyimiz misallardan göründüyü kimi sənətdə köhnəliyə qarşı mübarizə bütün milli ədəbiyyatlarda olmuşdur. Bizim ədəbiyyatda M. F.Axundov tərəfindən epiqonçuluğa qarşı elan edilmiş "müharibə" 20-ci əsrin əvvəllərində tənqidi realistlər və romantiklər tərəfindən qalibiyyətlə başa çatdırıldı.
A.Səhhətin ədəbi-nəzəri görüşlərinin bədii ifadəsi olan əsərlər içərisində öz yaxın dostu, sabiq qələm yoldaşı Ağaəli bəy Nasehə yazdığı mənzum məktub mühüm yer tutur. Həmin məktubda "köhnə" və "tazə şeirə" münasibət, şairin vətən və xalq qarşısın da borcu, vətəndaşlıq mövqeyi kimi məsələlər aydınlaşdırılmış dır. Ədəbiyyatşünaslığımızda indiyə qədər bu şeirə nisbətən az fikir verilmiş, şairin nəzəri görüşlərinin tədqiqi baxımından geniş təhlildən kənarda qalmışdır. Halbuki "Tazə şeir necə olmalıdır?" məqaləsində hələ qısa tezis şəklində deyilən fikirlər bu mənzum məktubda bir az da əhatəli və sistemli şərhini tapa bilmişdir. Məktub göstərir ki, Səhhətin nəzəri görüşləri bir yerdə donub qalmamış, illər keçdikcə inkişaf edərək mükəmməlləşmiş, büllur laşmışdır.
Читать дальше