Vurğun Əyyub - Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika

Здесь есть возможность читать онлайн «Vurğun Əyyub - Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Baki, Год выпуска: 2017, Жанр: Языкознание, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitaba müəllifin “Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)” adlı tədqiqatı, ədəbiyyatımızda romantizm və romantikanın problemlərinə işıq salan müxtəlif illərdə yazılmış məqalələri daxil edilmişdir. Burada toplanan əsərlər sovet dövrü ədəbiyyatşünaslığımızda romantizm və romantikanın taleyi ilə bağlı gedən bəzi mübahisələrə aydınlıq gətirmək, Azərbaycan romantizminin həqiqi qiymətini vermək cəhdi baxımından bu günün ədəbiyyatşünasları, tələbə və doktorantları üçün maraqlı görünə bilər.

Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать
Eyni dövrdə bir-birinin ardınca K.Talıbzadənin "Abbas Səhhət" (1955), A.Zamanovun "Abdulla Şaiq" (1956), Ə.Mirəhmədovun "Abdulla Şa iq" (1956) və "Məhəmməd Hadi" (1962), M.Cəfərin "Hüseyn Cavid" (1960), Y.İsmayılovun "Abdulla Şaiqin həyatı və yaradı cılığı" (1962) kitabları çap olunur. Bu kitablarda Azərbaycan ro mantizmi XX əsr ədəbiyyatımızın tərkib hissəsi olaraq, milli ədəbi-bədii irs baxımından araşdırılmışdır. Müəlliflər Azərbay can romantizminin və eləcə də romantik lirikanın, onun ayrı-ayrı nümayəndələrinin ədəbiyyatımızda tutduqları mövqeyi, bədii ideyaların inkişafında rollarını aydınlaşdırmağa çalışmışlar. On lar belə bir qənaətə gəlmişlər ki, A.Səhhətin, M.Hadinin, H.Cavidin, A.Şaiqin lirikası ziddiyyətli, nahamar inkişafına baxmaya raq, əsasən, xalq həyatı ilə nəfəs almış, zamanın irəli sürdüyü problemlərin bədii əksinə çevrilə bilmişdir. Muəlliflər romantik lərimizin lirikasında geniş əksini tapan "vətəndaşlıq kədəri" nin, nikbinliklə bədbinliyin əvəzlənməsini gələcəyə münasibətlərinin mahiyyəti, meydana çıxma səbəbləri ətrafında maraqlı fikirlər söyləmişlər. Ədəbiyyatşünaslar romantik sənətkarlarımızın (A. Səhhət, M.Hadi, A.Şaiq, H.Cavid) metod və üslubunu "fəal", "mütərəqqi", "mücadiləçi", «aktiv» romantizm kimi səciyyələn dirmişlər. Məhz bu əsərlər Azərbaycan romantizmi haqqında sonrakı tədqiqat əsərlərinin meydana çıxması üçün möhkəm zə min rolunu oynamışdır. Bütün müsbət cəhətlərilə yanaşı həmin əsərlərdə ciddi bir nöqsan da nəzərə çarpır. Tədqiqatçılar roman tik şairlərin bədii yaradıcılıqlarının təhlilində daha çox çılpaq dünyagörüşündən çıxış edərək sosioloji təhlilə üstünlük vermiş lər. Bu da onunla nəticələnmişdir ki, romantik bədii irsdə tez-tez ziddiyyət və məhdudluq axtarılmışdır. Romantizmi büllur bir dünyagörüşü mövqeyindən, tənqidi realizmin ölçüləri ilə qiymət ləndirmək olmaz. Romantik əsərlərin bədii spesifikasına, estetik struktur və sisteminə əsaslanmayan hər cür təhlil subyektiv və birtərəfli görünür. Azərbaycan romantizminin estetikasınnın, fəl səfi-nəzəri əsaslarının, ideya-məzmun qaynaqlarının işlənib ha-zırlanmaması yuxarıdakı tədqiqat əsərlərində bəzi yanlış nəticə lərin ortaya çıxmasına səbəb olmuşdur. [1] Qeyd: Ə.Mirəhmədovun, K.Talıbzadənin sonralar yazdıqları bir çox məqalə lərdə, davam edən tədqiqlərinin nəticəsi kimi meydana gəlmiş "Məhəmməd Hadi" (1985), "Abbas Səhhət" (1986) kitablarında həmin qüsurların bir çoxu aradan qaldırılmışdır.

Həmin nəzəri vəzifəni M.Cəfərin 1963-cü ildə çap olunmuş "Azərbaycan ədəbiyyatında romantizm" adlı monoqrafiyası yeri nə yetirir. Əsər romantizmin tədqiqi sahəsində o zamankı ədəbiy yatşünaslığımızın nailiyyəti idi. Monoqrafiyada Azərbaycan ro mantizmi xüsusi ideya məzmununa malik yaradıcılıq metodu, özünəməxsus mövzu aləmi, problemləri, bədii ifadə vasitələri olan bir ədəbi cərəyan kimi alınır, əsaslandırılır və xarakterizə edilir. Tədqiqatçı qarşısına qoyduğu problemlərin elmi şərhində romantiklərimizin lirikasına da sıx-sıx müraciət etmiş, vətən mə həbbəti, humanizm, gələcəkçilik, inqilablara münasibət məsələlə rinin romantizmdə bədii əksinə xüsusi diqqət vermiş, həmin mövzu və ideyaların qabarıq olmasına təkan verən ictimai-siyasi amillərin izahına çalışmışdır. Müəllif Azərbaycan romantizminin nəzəri-estetik prinsiplərini də xüsusi bölmədə araşdırmış, roman tiklərimizin epiqonçuluğa qarşı mübarizəsini, onların ictimai hə yatda və tərbiyədə ədəbiyyatın roluna verdikləri əhəmiyyəti diq qət mərkəzində saxlamışdır.

Növbəti onillikdə, yəni 70-ci illərdə Azərbaycan romantizmi nin tədqiqi vulqar-sosioloji tənqidin qalıqlarından xilas olmaq cəhdləri baxımından maraqlıdır. 1974-cü ildə Zaqafqaziya alimlə rinin romantizm problemlərinə həsr olunmuş Tbilisi müavirəsin-dən sonra ədəbiyyatşünas Y.Qarayevin "Romantizmin hüdud ları" məqaləsi çap olunur. Ədəbiyyatşünas Azərbaycan romantiz minin mürtəce və mütərəqqi qollara ayrılmaması fikrini irəli sü rür. Elə həmin ildə Ə.Mirəhmədovun polemik ruhlu "Romantiz min hüdudlarını realistcəsinə müəyyənləşdirməli" və Y.Qarayevin öz opponentinin iradlarına cavab olaraq yazdığı "Mübahisə nin davamı" məqalələrindən sonra Azərbaycan romantizminin tədqiqində yeni bir canlanma əmələ gəlir. Y.Qarayevin roman tizmə qiymət verərkən onun öz poetika sistemindən, daxili qanu nauyğunluqlarından çıxış etmək haqqında çağırışları, "Hadidə irtica əleyhinə yox", "Hadi uğrunda və Hadi ilə birlikdə irticaya qarşı!" devizi romantik sənətkarlar haqqında yazılmış sonrakı əsərlərdə öz əks-sədasını tapır. M.Əlioğlunun "Hüseyn Cavidin romantizmi" (1975), M.Məmmədovun "Acı fəryadlar, şirin arzu lar" (1983), Ə.İsmayılovun "Dünya romantizm ənənələri və Hü seyn Cavid" (1983) kitablarında, M.Cəfərin, Y.Qarayevin, R.Zəka nın, Ə.İbadoğlunun və başqalarının məqalələrində şairin roman tizminin bədii xüsusiyyətləri, romantik qəhrəman axtarışları, ro mantik sənətin təbiətindən doğan ideya və mövzular aləmi mü asir elmi-metodoloji səviyyədə öyrənilməyə təşəbbüs göstəril mişdir.

M.Əlioğlu H.Cavidin lirikasına ayrıca bölmə həsr etmiş, təh lillərini "xəyal və həqiqət", "lirik qəhrəman və həyat", "ideal və varlıq" problemləri ətrafında cəmləmişdir. Tədqiqatçı Cavidin li rikasını ideya-bədii xüsusiyyətlərinə görə qruplaşdırmağa təşəb büs göstərmiş, lakin elmi cəhətdən tam formula etməmişdir. Belə ki, birinci qismi fəlsəfi, ikinci qismi məhəbbət lirikası adlandır mış, üçüncü qismi isə qeyri-müəyyən ad altında birləşdirmişdir. O, şairin lirikasını daha çox fəlsəfi istiqamətdə təhlil etmiş, kon kret nümunələrə bəzən sxemlərlə yanaşmışdır. Ədəbiyyatşünasın "Öksüz Ənvər", "Qız məktəbində", "Vərəmli qız" şeirlərindən məhəbbət lirikasının nümunələri kimi danışması özünü doğrulda bilmir. Çünki həmin şeirlərində də H.Cavid poeziyasının vətən daşlıq səciyyəsinə sadiq qalaraq özünün humanizm, mənəvi-əx laqi gözəlliyə çağırış ideyalarını təbliğ etmişdir.

Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşlərinin tədqiqi də romantizmin öyrənilməsi miqyasını genişləndirmişdir. K.Ta-lıbzadənin "XX əsr Azərbaycan ədəbn tənqidi (1905–1917-ci illər)" (1966) tədqiqatının müəyyən hissəsi, K.Əliyevin "XX əsr Azər baycan romantiklərinin ədəbi-nəzəri görüşləri" (1985) monoqrafi yası romantik şairlərimiznn estetik-ədəbi prinsiplərinin öyrənil məsi cəhətdən diqqətə layiqdir.

K.Talıbzadə göstərdiyimiz tədqaqatının "Demokratik tənqid" bölməsində romantiklərimizin də ədəbi mülahizələrindən danış mışdır. O, ədəbiyyatın həyatla əlaqəsi, ictimai vəzifəsi, "köhnə" və "təzə" şeir problemi ilə bağlı məsələlərin izahında romantik tənqidin realist tənqidlə oxşar və fərqli cəhətləri üzərində da yanmış, bəzi istisnalar nəzərə alınmazsa, hər ikisinin eyni ədəbi mövqedən çıxış etdiklərini söyləmişdir. Lakin tədqiqatçı nə ro mantiklərin ədəbi-nəzəri görüşlərini xüsusi fəsildə tədqiq etmiş, nə də onların yazıçının vətəndaşlıq mövqeyi barədə fikirlərini ay rıca problem kimi öyrənmişdir.

K.Əliyev ilk dəfə olaraq romantiklərimizin ədəbi-nəzəri gö rüşlərinə tədqiqat həsr etmişdir. Romantik şairlərin ədəbi-estetik görüşlərinin formalaşmasında rol oynayan amilləri, gerçəkliyin bədii ədəbiyyatda inikası probleminə münasibətlərini, sənətkar taleyi və yaradıcılıq azadlığı barədə düşüncələrini zəngin faktik material əsasında izah edən müəllif sələflərinin ayrı-ayrı roman tik sənətkarların nəzəri görüşləri barədə söylədikləri fikirləri elmi şəkildə ümumiləşdirmişdir. Ancaq müəllif "sənətkarın vətəndaş lıq borcu" məsələsini "ilk dəfə olaraq problem səviyyəsində həll etməyə çalışdığını" (43,8) iddia etsə də, müəyyən fikir və abzas lardan başqa, məsələnin problem səviyyəsində öyrənilməsi ilə rastlaşmadıq.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika»

Представляем Вашему вниманию похожие книги на «Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Andrea Camilleri - La Paciencia de la araña
Andrea Camilleri
Vurğun Əyyub - Ədəbi həyat
Vurğun Əyyub
Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan şairi Nizami
Məhəmməd Əmin Rəsulzadə
Müəllif kollektivi - Səməd Vurğun xatirələrdə
Müəllif kollektivi
Эмин Абид Гюльтекин - Azərbaycan türklərinin ədəbiyyatı tarixi
Эмин Абид Гюльтекин
Xavier Soler - Ara o mai
Xavier Soler
Claire Legendre - El nenúfar y la araña
Claire Legendre
Maira Àngels Julivert - Las Arañas
Maira Àngels Julivert
Vicente Blasco Ibáñez - La araña negra, t. 9
Vicente Blasco Ibáñez
Отзывы о книге «Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika»

Обсуждение, отзывы о книге «Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x