Vahid Çəmənli - Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr

Здесь есть возможность читать онлайн «Vahid Çəmənli - Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: russian_contemporary, Поэзия, на русском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitabda müəllifin son illərdə yazdığı şerlər və lirik lövhələr toplanmışdır. Əsərlər sadə xalq dilində yazılmışdır. Yaş məhdudiyyəti yoxdur.

Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Kəsib şırıltısı şəlalələrin,
Şırnaqlar qəlbin tək pərişandılar.
Zozalıb yanağı al lalələrin,
Onlar sən sarıdan nigarandılar.

Qayıt, gözlərimdə sevinc alışdır.
Elə istəyirəm ondan bir dadam.
Qayıt, bu dünyayla məni barışdır,
Sənsiz dünyaya da ögeyəm, yadam.

Könlüm yoxluğuna çətin uyuşa,
Adını anırlar toyda – büsatda.
Nə qədər dünyada nəğmələr yaşar,
O qədər ömrün var ata, həyatda…

BİR İMAN YERİ VAR MİN GÜMAN YERİ

Bir iman yeri var, min güman yeri,
İman olmayanda güman min olar.
İmanı qəlbinə çıraq eləsən,
Dünya qəmlərinə məlhəmin olar.

Halal qazancına haram qatmasan,
Kasıbı, fağırı heç unutmasan;
Özgənin haqqına əl uzatmasan,
Sənin HAQQ yanında aləmin olar.

Bəd dua eləmə bir kimə heç vaxt,
Kor şeytan önündə dayanıb sərvaxt;
Uğursuz yollara çıxma baxta – baxt,
Bu yolda çox dərdin, çox qəmin olar.

Yaxşıya yaxşı de, pisə pis demə,
Xeyir söyləyən ol, heç vaxt nəhs demə,
Bir kimə Xudadan ziyan istəmə,
Sənə də istəyən bir kimin olar.

Vahid, pozulmasın əhdin, ilqarın,
On dörd məsum olsun sevgili yarın;
Yapış ətəyindən Pərvərdigarın,
Məhşərdə əlində bir şəmin olar…

may 2011 – ci il.

ANA ANADI

Ananın dərdinə səssiz yanın.

Ana anadı.

Ana döyüşçü deyil.

Ana siyasətçi deyil.

Ana qisasçı deyil…

Ana zəifliyi ilə, göz yaşları ilə qəhrəmandı.

Ana böyütdüyü oğlu ilə qəhrəmandı.

Ana sevgisi, nəvazişi ilə qəhrəmandı.

Dəyməyin anaya, onun yaralarını təzələməyin, qoyun səssiz çəksin dərdini, qoyun doyunca ağlasın şəhid olan balasını…

Yanında dayanın, əgər ürəyiniz yanarsa siz də ona qoşulub ağlayın.

Toxunmayın anaya, kameralarınızı, mikrofonlarınızı ona tuşlamayın, başsağlığı verməyin, başın sağ olsun, deməyin…

Ana öz balasının əvəzinə yüz dəfə şəhid olardı, «uf» deməzdi…

Vəzir, sən demişdin ki, başımıza gələn işin içində bir hikmət var, mən sənə inanmamışdım. Mən bu gün həmin hadisəyə görə sağ qaldım. Sən düz deyirmişsən. İndi mən səni həbsdən azad edib, yenidən vəzir təyin edirəm. Sənə çoxlu ənam verirəm. İstə məndən, ürəyin nə istəyirsə…

Vəzir dedi ki, şah sağ olsun, mən artıq öz ənamımı almışam. Mən sənə dedim ki, bu işin içində bir hikmət var. Əgər güllə sənin əlinə dəyməsəydi, axırıncı ov zamanı mən zindanda yox, sənin yanında olardım. Onda iİkimizi də bişirib yeyərdilər. İndi o təsadüf nəticəsində sən də, mən də sağ qaldıq. Bundan artıq mənə nə ənam lazımdır?

Ananın öz övladlarına məktubu

Balalarım!

Əgər Allah qismət eləsə, elə bir gün gələr, görərsiniz ki, mən qocalıram, sözlərim, hərəkətlərim sizə qəribə gəlir, yaşlanıb ağlını itirən, deyingən bir qarıya çevrilirəm, onda bir anlığa ürəyinizin səsinə qulaq verib, səbirlə məni anlamağa çalışın.

O zaman ki, yediyim yemək titrək əllərimdən düşüb yaxama dağılar, o zaman ki, paltarlarımı geyinməyə gücüm qalmaz, mənim indi edə bilmədiklərimi sizə necə təmkinlə öyrətdiyimi yadınıza salaraq, siz də təmkinlə mənə yardım edin.

Əgər məndən xoşunuza gəlməyən qoxu hiss etsəniz məni danlamayın, sizdən qoxu gəlməsin deyə sizi necə yuyundurduğumu, necə tər – təmiz paltarlar geyindirdiyimi yadınıza salın.

Elədiyim hərəkətlərin sizin məntiqinizə sığmadığını görsəniz mənə gülməyin, mənim itən yaddaşım, getdikcə zəifləyən gözüm olun.

Əgər bu dünyada necə yaşamağın qaydalarını sizə mən öyrətdimsə indi siz mənə - фото 12

Əgər bu dünyada necə yaşamağın qaydalarını sizə mən öyrətdimsə, indi siz mənə necə yaşamağın yollarını öyrədə bilərsinizmi? Beşikdən qiyamətəcən necə yaşamalı olduğunuzu mən sizə öyrətmişdim axı…

Mənimlə söhbət edərkən asta – asta danışmağımdan, bəzən söhbətlərmin ardını gətirə bilmədiyimdən, bir zamanlar mənimlə dərdini – sərini bölüşdürən insanların adını unutmağımdan sinirlənib məni danlamayın. Unutmayın ki, bu dəqiqələrdə məni xoşbəxt edən sizə nə isə danışmağım yox, sizin mənim yanımda olmanız, mənim dediklərimə qulaq vermənizdir.

Əgər sizinlə bir yerə gedəndə ayaqlarım yer tutmasa, tez – tez yorulub dayansam səbirli olun, məni tələsdirməyin, əlimdən tutun, mənə dayaq olun. Yadınıza salın, mən sizin ayaq tutub yeriməniz üçün əllərinizdən tutub yıxılmağa qoymamışam. Əlimdən tutub mənə yeriməkdə kömək edərkən utanmayın…

Unutmayın ki, çox tez bir zamanda sizin özünüzün də əlinizdən tutub, sizə yardım edən bir ələ ehtiyacınız olacaq.

Unutmayın ki, mən sizin kimi həyata doğru yox, artıq ölümə doğru gedirəm, mən ölümü bir qurtuluş kimi gözləyirəm, ona görə də mənimlə birgə olun. Birgə olun ki, sonra yadınızda öz ananızı xatırlaya biləcək bir şey qalsın.

Əgər bir səhvimi görsəniz üzə vurmayın, mən nə etmişəmsə sizin yaxşılığınız üçün etmişəm.

Mənim ağır günlərimdə sizin mənə edəcəyiniz ən mühüm yaxşılığınız mənim nöqsanlarımı əfv etmənizdir. Məni əfv edin ki, Allah da sizi əfv eləsin.

Unutmayın, sizin təbəssümünüz həmişə mənə qol – qanad verdiyi kimi indi də mənə qol – qanad verir. Gülümsər çöhrənizi məndən əsirgəməyin, eşidirsiniz, gülümsər çöhrənizi məndən əsirgəməyin. Siz doğulanda mən sizinlə idim, mən öləndə siz də mənim yanımda olun, məni çiyninizdə apararkən müvəqqəti ağırlıqdan üzülməyin, bu sizin mənə etdiyiniz son yaxşılığınızdır, şikayətlənməklə onu qaraltmayın.

Bir gün, bu məktubumu oxumaq üçün öz övladlarınıza verin.

Sizi dərin məhəbbətlə sevən ananız…

Allah sizı qorusun.

Ananın məktubunu qələmə aldı Vahid Çəmənli 17.06.2016 Bakı şəhəri

Doğrudanmı qocalıram

Hərdənbir adamın ürəyi istəyir ki, keçdiyi həyat yoluna nəzər salsın, onun gözəl anlarını yenidən yaşasın, Tanrının verdiyi fürsətləri əldən buraxmasın. Amma kədərli anlarımı təzədən yaşamaq istəməzdim. İstəməzdim, yenə də incə səslə deyilən «yox» cavablarından təsirlənib, çıxıb gedim. Nədənsə, o zamanlar anlamırdım ki, əsil «hə» cavabları elə bu cür olur.

Aydın ata Valeh Şərqdə deyirlər ki insanın yaşadığı illər onun var - фото 13

Aydın, ata, Valeh

Şərqdə deyirlər ki, insanın yaşadığı illər onun var – dövlətidir. Mən altmış ildir, bu var – dövləti yığıram. Mən, özümün ağarmış saçlarımı, alnımdakı qırışları çox sevirəm. Mən, qışda bahar haqqında düşünürəm, baharda qışın bəm – bəyaz qarı üçün darıxıram. Şairlərin kədərli şerlərini çox sevirəm. Mən bir şeyi anladım ki, kədər insanı şair edir, rəssam edir. Kədər insanın qəlbini gözəlləşdirir, ruhunu cavanlaşdırır. Mənə elə gəlir ki, dünyanın ən gözəl şerləri şairin kədərli anlarında yazılır, ən gözəl tablolar rəssamların kədərli anlarında çəkilir. Mənə elə gəlir ki, bülbüllər də ən gözəl nəğmələrini kədərli anlarında oxuyurlar.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr»

Представляем Вашему вниманию похожие книги на «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr»

Обсуждение, отзывы о книге «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x