Vahid Çəmənli - Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr
Здесь есть возможность читать онлайн «Vahid Çəmənli - Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: russian_contemporary, Поэзия, на русском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.
- Название:Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr
- Автор:
- Жанр:
- Год:неизвестен
- ISBN:9785448527531
- Рейтинг книги:5 / 5. Голосов: 1
-
Избранное:Добавить в избранное
- Отзывы:
-
Ваша оценка:
- 100
- 1
- 2
- 3
- 4
- 5
Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr: краткое содержание, описание и аннотация
Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.
Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr — читать онлайн ознакомительный отрывок
Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.
Интервал:
Закладка:
Şeri bitirib, bayaqdan imkan tapıb baxa bilmədiyim zala baxdım. Müəllimələrim, qızlar, oğlanlar – hamının gözündə yaş gilələnmişdi. Hönkür-hönkür ağlayanlar da vardı. Mən də artıq gözlərimdən sel kimi axan göz yaşlarını saxlayacaq halda deyildim. Yavaşca səhnəni tərk etdim. Arxamca eşitdiyim gürültulu alqışların arasından Qalib müəllimin həyəcanlı səsini eşitdim:-Oğlum, sən nə etdin, biz camaatı bura yəğmışdıq ki, bayram münasibətilə təbrik edək, xoş sözlərlə ürəklərini açaq. Sən aləmi göz yaşlarına qərq elədin ki… Bu gecədən sonra adımın əvvəlinə bir şair sözü də əlavə edildi. Gecə-gündüz bu şeri köçürüb dostlarıma paylayırdım. Kimə rast gəlirdimsə məndən şeri ona yazıb verməyimi xahiş edirdi. Şerin bədii səviyyəsi barədə bir söz demək fikrim yoxdur. Amma bu sadə sözlər insanların ürəyinə ona görə yol tapa bilmişdi ki, onlar ürəkdən gələn səmimi bir etiraf idi. Neçə illər sonra mən anama daha bir şer həsr elədim:
Bir an gecikəndə bənövşə kimi,
Doqqazın ağzında bitirdin, ana.
Bir ′′ana′′ deyəndə, əvəzində sən,
Yüz dəfə ′′can′′ deyə öpürdün, ana.
Beşiyim başında qaldın yuxusuz,
Qoymadın böyüyəm hissiz, duyğusuz,
Böyüdə-böyüdə məni qayğısız,
Özün gəncliyini itirdin, ana.
Nə toyda şad oldun, nə də düyündə,
Unutdun ətrini gül-çiçəyin də,
Bu qədər qayğını zərif çiyində,
Bilmədim, nə təhər götürdün, ana?
Vahidəm, sinəmdə dağ neçə-neçə,
Qarışdı gözümdə gündüzlə gecə,
Mən səni dünyadan aparım necə?
Sən məni dünyaya gətirdin, ana.
Atalarınızı sevİn
(Atam aşıq Valehin əziz xatirəsinə)
Həyatda bir atasız, xəyallarda bir atalı dünyam vardı, Ata. Hər addımımda, hər sözümdə, hər aldığım-verdiyim nəfəsimdə sən vardın. Adın dilimi göynədirdi. Atalı uşaqları görəndə dodağım həsrətdən paralanırdı. Amma özümü tox tuturdum. Qəribədi, mənə elə gəlirdi ki, bizim ayrılığımız müvəqqətidir. Haçansa qayıdacaqsan. Bu ayrılıq bitəcək.
Səni gözləyə-gözləyə sənsiz yaşamağı öyrəndim.
Səni gözləyə-gözləyə sənin kimi oturub-durmağı, danışmağı öyrəndim.
Səni gözləyə-gözləyə sənin kimi sevməyi öyrəndim.
Səni gözləyə-gözləyə dünyanı, insanları sənin kimi duymağı, onlara sənin kimi dəyər verməyi öyrəndim.
Səni gözləyə-gözləyə anladım ki, sən bir daha geri dönməyəcəksən, anladım ki, bu həsrət heç zaman bitməyəcək. Yazdığım şer də atasız cocuğun gəlimli-gedimli dünyaya sualları idi. Bu suallar uzun zaman cavabsız qaldı. Sonralar, çox-çox sonralar hər şeyi anladım. Bir şeyi də anladım. Bizi ayıran illər, zaman keçdikcə bizi bir-birimizə yaxınlaşdırır. Bir tövsiyyəm də var: Atalarınızı sevin.
Yenə qəlbimdə fərəh,
Sən yadıma düşürsən.
Saçımı oxşayır meh,
Sən yadıma düşürsən.
Çəmən, meşə göyərir,
Sən yadıma düşürsən.
Qış gedir, bahar gəlir,
Sən yadıma düşürsən.
Sarmaşıq gül sarılıb
Səhərlərin boynuna.
Yoxsa ulduzlar qopub,
Səpələnib eyvana,
Vaxt keçir, görünmürsən,
Qalıb qulağım səsdə.
Soyuyub buza dönür
Çayın masanın üstə,
Sən yadıma düşürsən.
Gecələrin nəğməsi
Mənə necə tanışdır.
Xan çinarın bu gecə
Təzə nağıl danışır.
Qızılgül qönçələnib
Budağında alışır.
Qonşuda toy çalınır,
İki aşıq yarışır,
Sən yadıma düşürsən.
Başımı sığallayıb
Qonşu bir noğul verdi,
Qonşu hardan biləydi,
Nədi körpənin dərdi?
Qonşu qonşu olsaydı,
Göz yaşımı silərdi.
Qonşu bir noğul verdi,
Atam bir cib verərdi —
Sən yadıma düşürsən.
Ay işığı tükənib,
Sanki süzgəcdən axır.
Sanki ay da utanır,
Mənə kənardan baxır.
Oynamağa səbrim yox,
Bu gün gözlərim gülmür.
Gəlib könül almaqda
Ay da bir məna görmür,
Sən yadıma düşürsən.
Kim düzsün ümidləri
Yoluma düzüm-düzüm,
Sənsizliyə dözməyə
Qalmayıb məndə dözüm.
Bacıma nişan gəlir,
Ata oluram özüm,
Mən səni hardan tapım?
Mən səni harda gəzim?
Sən yadıma düşürsən,
Sən yadıma düşürsən…
Əlvİda, dostum Yusİf Məmmədov

Yusif Məmmədov
Bu gün çox acı bir xəbər eşitdim. Əvvəlcə inanmadım. Sənə zəng elədim. Telefonun çağırdığını eşidəndə bir azca ürəkləndim. Bax, indi telefonu qaldıracaqsan, həmişəki kimi «Hə, Vahid» -deyəcəksən. Sənin təmkinli səsini eşidib, gülə-gülə, -sənin haqqında danışılan xəbərdən xəbərin varmı, -deyə soracağam. Sonra da deyəcəm ki, narahat olma, uzun yaşayacaqsan. Amma heç kim telefonu qaldırmadı. Bir neçə dəfə zəng elədim. Uzuz-uzadı cavabsız çağrılar məni nigaran etdi. Axı sən belə iş tutmazdın. Əllərim əsə-əsə mesaj yazdım: -Hacı, necəsiniz?
Yenə üzücü sükut. Sonra cavab mesajı: -Vahid dayı, mənəm, Zərifədi. Atam rəhmətə gedib. Desəydilər Kür çayı geri axar, inanardım. Desəydilər səmadakı bütün ulduzlar yerə tökülər, yer göylərə çıxar, inanardım. Desəydilər okeanların suyu quruyar, yenə inanardım. Bircə sənin ölümünə inanmazdım. Sən, -bütün həyatı boyu sağlam həyat tərzi sürən, heç vaxt səhhətindən zərrə qədər də olsa şikayətlənməyən Yusıf Məmmədov, -necə ölə bilərsən axı…
Sən demə Allahın öz qanunları varmış, sən demə yüz ildə bir dəfə ağac da atəş açarmış, sən demə milyon ildə bir dəfə Tanrı sap-sağlam, qocaman bir palıd ağacını da qurudarmış. Sən demə…

Sevimli nəvələrin ilə
Bu yazını sənin dəfn mərasimindən sonra yazıram. Səninlə həyatın yollarında birgə addımladığımız son 29 il bir sinema lenti kimi gözlərimin önündən keçib gedir. İlk tanışlığımız, sonra birgə işlədiyimiz, sonra ayrı-ayrı yerlərdə işləsək də, tez-tez görüşdüyümüz xoşbəxt çağlar, Kəbə-Məkkə yollarına birgə çıxdığımız günlər, gecə Mina dağında bir odeyala büründüyümüz gecələr, Həcəri-Əsvədi öpərkən bir ayaq üstündə qaldığım zaman son anda mənə doğru uzanan əllərin, qurban kəsib sonuncu tikəsini uşaq evlərinə göndərməyin, -hamısı, hamısı qəlbimdə həm şirin, həm da ağrılı bir xatirəyə çevridi. Sənə həmişə zarafatla 301-ci spartanlı deyirdim. Həyat tərzin əsil spartanlıların həyat tərzi kimi idi. Heç vaxt özünü əzizləməzdin, heç vaxt tənbəllik eləməzdin. İstər qar, istər yağış, istər tufan, -heç nə səni səhər saat 7-00-da səhər idmanından saxlaya bilməzdi. Bu idman ən azı iki saat çəkərdi. Bu iki saat ərzində bir dəfə də olsun şikayətlənməzdin, yoruldum deməzdin. Hətta 64 yaşında da daş kimi əzələlərini görənlərheyran qalardı. Sənə Tanrı çox yumşaq qəlb vermişdi. Hər hansı bir xoş xəbər eşidəndə gözlərin yaşarardı, üzünü yana çevirib, isti göz yaşlarını silərdın. Amma uşaq evlərində atasız uşaqlara yardım edəndə, sənə həsrətlə baxan uşaqlara tərəf çevrilməzdin. Bir dəfə səbəbini soruşanda dedin ki, çörək vermək ayrıdı, ümid vermək ayrı. Mən onlarıa çörək verə bilərəm, amma ümid verə bilmərəm. Onların onsuz da yaralı olan qəlblərinə daha bir yaramı vurum? İnanırsınız, bu məni qane etdi.
Читать дальшеИнтервал:
Закладка:
Похожие книги на «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr»
Представляем Вашему вниманию похожие книги на «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.
Обсуждение, отзывы о книге «Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.