Su, su, deyə ziyaranırdı Ramiz içəridə, əliylə qapıdan tutub açıb baxmaq istədikdə arvadın sözlərini xatırladı, oglumu narahat etmirsən səs etmirsən. Əlini qapıdan çəkdi, getmək istəyirdi yenə ziyarandı su deyə. Aylın Məliyin sözlırini xatırladı. Ramiz yaxşıdır mənim xətrimi çox istəyir xanıma bənzəmir xasiyyətindən, dözmədi qapını açıb içəri baxdı Məlik yox idi. Ramiz su, su, deyib ziyaranırdı yatağında. Aylın baxdı masada su vardı dolu bakalda, gəlib bakalı götürüb uzatdıb, Ramiz bəy açın gözlərinizi için suyunuzu. Ramiz gözlərini zorla açıb baxdı Aylına hlsız – halzsız. Aylını tanımadı, heç yadınada gəlmədi ki bu gün bibisi qızı gələcəkdi özlərinə, sən kimsən? Aylının əli uzanılı qalmışdı su bakalıyla Ramizə tərəf. Heç vaxtdı qarşılaşmadıqlarından biri – birilərini tanımırdılar. Aylın zarafatla – Ramzə: mən mələyəm, duydum su istəyirsənmiş sənə su gətirmişəm al iç. Ramiz yerində oturdu gözlərini ovub baxdı, yuxumu görürdü? bir anlıq şaşırdı. Nə mələk mən ölmüşəmmi, yoxsa yuxudayammı? başını tutub bagırdı qorxub! Məlik dayııı. Səsə kişi gəldi qaçıb, nə oldu oğlum pis yuxumu gördün? sakit ol oğlum yanındayam qorxama burdayam. Aylın su bakalını masaya qoyub otaqdan çıxdı. Ramiz bərk – bərk kişinin boynunu quçaqlayıb – kişiyə: burda kimsə vardı gördüm, mənimlə danışırdı. Məlik anladı Aylından qorxmuşdu Ramiz, birdən anası duyar deyə ehtiyat edirdi yazıq kişi qalmışdı ortalıqda susaraq. Yaxşı bilirdi ki, anası bilsə ağzından qurtarmazdılar acıqlanardı Aylına. Ramizi sakitləşdirib yerını uzandırdı, yat oğlum mən yanındayam qorxama. Ramizi sakitləşdirib yanında oturub, söz dinləmədən bu qədər çox içməsinə narazı – üzgün baxışlarla baxdı.
Aylın otağına gəlib yerinə uzandı, öz – özünə: adamı ruh görə biləçəyin qədər içməsən olmazmı? Allahım sən kömək ol, belələrinə axıl ver. Yastığını quçaqlayıb anası gilin rəsimlərinə baxaraq – anasına: qardaşının oğlu zarafatımdan qorxdu anacan, gülümsədi.
Gecəc saat 10 olurdu, Ramız yuxudan oyanıb gelib divanda əyləşdi, başı yaman ağrıyırdı. Məlik əlində su bakalıyla gəldı, əlındəki ilacı suya salıb – Ramizə: al iç oğlum başının ağrısı azalsın. Ramiz ilaclı suyu götürüb içdi, bakalı qaytarıb sağol Məlik dayı sən olmasan işim çətin olardı. Məlik – Ramizə: oğlum sənə yemək hazırlayım ye biraz. Ramiz başını tutub, yox heçnə istəmirəm başım çox ağrıyır ofuldayıb ziyarandı, anam hanı? – Ramizə: atanla ad gününə gediblər. Ramizi elə bil tok vurdu bir anlıq baş ağrısını unutdu, atamlamı? offf – offf bu gün gəlirdilər axı, qarşılamağada unutdum. Kişi – Ramizə: sən unutmamısan oğlum, dostun Kamildən xayiş etmisən oları qarşılaşın, oda sağolsun qarşılayıb evə kimi gətirdi narahat olma. Ancaq atan çox əsəbləşdi sən qarşılamadığına görə, içdiyinidə bilmədi səni həmişəki kimi gizlətdik ondan. Atam təkmi gəlib? gəlmədimi bibim qızı bizə? kişi külümsədi, Ramizin sözünə. Oğlum sən hələ ayılmamısanmı? sənə su verən kimiydi otağına gəlib? Aylın idi bibin qızı, səndə qızdan qorxub bagırdın. Ramiz pərt oldu duyduğunda, burdadı indi? kişi başını narazılıqla sirkələyib güldü, burdadı oğlum harda olacaq artıq? yuxarıda otağındadır. Ramiz tez ayağa qalxdı, mən gedib görüşüm yaxşı olmadı heç, başını qaşıyıb baxdı. Tələsərək gedib piləkənlərlə yuxarı qalxırdı Məlik zarafatla, – Ramizə: qorxsan məni çağır oğlum burdayam. Ramiz arxaya baxaraq – kişiyə: sən gül Məlik dayı eybi yox.
Qapı döyüldü yavaşdan, Aylın yastığını qucaqlayıb yatmışdı anası gilin rəsiminə baxan yerində. Qapının döyülən səsinə oyandı, tez ayağa qalxıb gəlib qapını acdı. Ramizi görüb əlini üzünə çəkib gözlərini ovub baxdı. Zarafala – Ramizə: oyandınmı Ramiz bəy? bağışla səni qorxuzduğuma görə üzür istəyirəm. Bilmədim mələklər filan gözünüzə görsənirmiş içdiyinizdə, istəmədən qorxutdum səni. Ramiz başını qaşıyaraq Aylına baxdı, heç belə qorxmamışdım ömrümdə, yaxşı olmadı belə tanışmamız utandım düzü sizdən məndə. Düzü mən gəlməliydim sizi qarşılamağa, alınmadı. Atamdan öncə məni qorxuzaraq yaxşıca cəzalandırdın gülümsədi, qarşınıza gəlsəydim tanıyardım belə olmazdı əlbətddə. Necə demişlər? yerində və haq oldu mənə, bagışlayın dost – tanışla başım qarışıb, dostum Kamildən xayiş etmişəmmiş sizi qarşılamağı. Aylına əlini uzatdı gülümsəyərək, xoş gəldin səni görməyimə şadam bibimin qızı. Aylında Ramizin əlini sıxıb, məndə şadam səni görməyimə Ramiz bəy, dayım oğlunu görməyə bu günə qismətmiş. Ramiz – Aylına: Ramiz bəy nədir? Ramiz de yad deyilik biz səninlə. Dəridnən nəfəs alıb – Aylına: başın sagolsun olanlara görə çox üzüldüm. Mehribanlıqla Aylının boynunu quçaqladı, bağışla əslində gəlməliydim yanında olmalıydım, ancaq nə edim mən beləyəm gördüyün kimi, içki düşgünü və avara. Atam danlasada düzəlmirəm, Aylında Ramizin boynunu quçaqlayaraq kövrəldi, – Ramizə: səndən incimirəm eybi yox üzür istəmə, gəlsəndə geri qaytara bilməyəcəkdin öldüklərimi. Ramizin boynundan buraxıb üzgün baxışlarla baxdı. Mən sizə yuk olmaq istəməzdim, əslində bura gəlmək fikrim yox idi dayım zor etdi, əl çəkmədi gəlməlisən sənsiz getmərəm deyib tutdurdu. Ramiz üzünə baxaraq – Aylına: bir dəqiqə mənə bax, səni burda üzən xətrinə dəyənmi oldu? de mənə düzünü çəkinmə. Aylının yaşlı gözlərini mehribanlıqla əliylə silərək, bilirəm anamın agzı dinc durmaz sancmış yəqin səni, o atamlada düzgün yola gemir evdə. Bax burda mən varam, bir daha eşitməyim bizə yük filan olursan sözlərini, danışdıqmı? Aylın gözlırinin yaşını silib – Ramizə: yox anan heçnə deməyib narahat olma. Sadəcə olaraq mən narahat hiss edirəm özümü burda, evdən heç uzaqlaşmadım bu günə qədər. Ramiz Aylının könlünü almaqçün otaga baxıb, yəqin hər şeyini yerləşdirmisən, sözü agzında yarımçıq qaldı bir anlıq. Eyni Kamilin kimi şoka düşdü, gördüyündə otaqda çarpayıdan başqa heçnə yox idi. Ramiz otağa girdi nəzər salıb əsəblə baxdı. Aylin istəmirdi Ramiz otağı görsün söz – söhbət olsun, Ramiz otağa baxıb üzünün ifadəsi dəyişdi. Dərindən nəfəs alıb öz – özünə: haqlısan belə mərəfətlə qarşılansam məndə heç istımızdim burda qalmağa. Aylının canını dərt bürüdü – Ramizə: Allahını sevirsənsə bax heç kimə bir şey deməyəcəksən söz ver. Ramiz dönüb baxdi, – Aylına: orasını unut, mən kimsəyə tuta bilməyəcəyim sözü vermirəm bu həyatda. Aylının kefinin qalanıda getdi Ramiz belə dediyində, – Aylına: gedək aşağı mənimlə biraz söbet edək. Burda havam çatmır boğulmağa başlayıram, Aylin getmək istəmədi çəkindi ki, anası gələr yenə acılayar özünü. Ramizin eyni dayısı kimi hörmətçil olduğunu anlamışdı, bilirdi yanında tərs bir söz desə anasını acılayacaqdı. Ramiz gərçəkdən oxşamırdı anasına xasiyyətindən, haqsızlığı qəbul etmədiyi otağa girdiyində gördüklərini necə qarşıladığından bilindi. Ramiz hiss etmişdi Aylının anasından çəkindiyini. Aylının qolundan tutaraq, gəl gedək çəkinmə söhbət edək yaxından tanış olaq, dedim axı mən burdayam çəkinmə kimsədən. Aylın dərindən nəfəs alaraq – Ramizə: bir şərtlə, az vaxlığa tamammı? – Aylına: tamam az vaxlığa gedək. Aylınla otaqdan çıxarkən Ramiz əli ilə işarə edərək, xanım öndən buyursun. Aylin anladı nə dediyini otaqdan birinci çıxdı. Ramiz otaqdan çıxarkən, qapını əsəbindən bərk çirparaq örtdü. Aylın səsdən səksənsədə dönüb baxmadı, Ramizin üzünü nifrət dolu bir ifadə almışdı, ardınca addımladı.
Читать дальше