Ataqam - Qanadlı körpü

Здесь есть возможность читать онлайн «Ataqam - Qanadlı körpü» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Qanadlı körpü: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Qanadlı körpü»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Tanrı gildən Adam düzəltdı, ona nəfəs verdi. Adam Tanrıya yalvardı: “Məni yaratdın, indi mənə xoşbəxtlik də ver!” Tanrı artıq qalan gili onun ovcuna qoydu: “Buyur, hər kəs öz bəxtinin bəstəkarıdır, öz xoşbəxliyini özün yoğur”. Adam sevindi. Əvvəlcə gələcək xoşbəxtliyini yad nəfəsdən qorumaq üçün bir silah düzəltdi.
Başı işə necə qarışdısa, xoşbəxtliyə gil çatmadı”.

Qanadlı körpü — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Qanadlı körpü», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

– Aban Müəzzin, həbibi, – Cəmal ayağının ucu ilə qəfəsi mizin altına itələyib dedi, – tezdən “müqavimət”çilər gəlmişdi, səni soruşdular, dedilər, mərc qoşmaq şəriətdə yasaqdı. Ehtiyatlı ol, ya Aban, yaman acıqlı danışırdılar!

Aban Müəzzin dinmədi. Şəriət yasaqlarından xəbəri vardı. Dodaqlarını tərpədib hər cümlənin başında işlətdiyi “mafii müşkila”sını [19] Mafii müşkila – eybi yoxdur, problem deyil (ərəbcə) deyib ayağa durdu, əlini bir neçə dəfə yüngülcə Cəmalın kürəyinə vurdu, qəfəsin quşqusunu barmağına keçirib qəhvəxanadan çıxdı.

* * *

Dənizdən əsən nəsim çirkab suların üfunətini ətrafa yayırdı. Aban Müəzzin arxasını dənizə çevirmişdi. Qayıqları batırılıb iki balıqçı yoldaşını itirəndən sonra o, dənizə ancaq gözucu, sabahın havasını öyrənmək üçün baxardı. Elə bilirdi dənizə çox baxsa, orda mütləq Ala’anın suya qarışmış qanını görəcəkdi.

Əl-Kəbir məscidindən günorta azanının ucalması ilə işıqların sönməsi bir oldu. Maqnitofona yazılmış azan bir dəfə “Allahu-Əkbər” deyib susdu. Generatorlar uğultu ilə işə düşdü. Azan səsi generatorların qara tüstüsünə qarışıb Qəzzanın içinə doğru süründü.

Sahildə gəzişən iki ahıl kişi Ərəfatın [20] Ərəfat – Yasir Ərəfat (4 avqust 1929 – 11 noyabr 2004). Fələstin Milli Azadlıq hərəkatının ( Harakat al-Tahrir al-Vatani al-Filastini – FATH ) təşkilatının banisi. 1994-cü ildə Nobel Sülh mükafatı alıb. Yasir Ərəfatı Fələstində ümummilli lider, İsraildə isə terrorçu sayırlar. Ərəfatın Əl-Qüdslə (Yerusəlim) Ölü Dəniz arasında açdırdığı “Oazis” kazinosu islam ələmində böyük səs-küyə səbəb olmuşdu. “Oazis” kazinosu haqda qızğın mübahisə eləyə-eləyə Aban Müəzzinin qarşısından keçib getdilər, amma bir azdan qayıdıb onun yanına gəldilər. Kişilərdən biri əlini açıb beş şnekeli Aban Müəzzinin gözü qabağına tutdu:

– Oynayaq?

Aban Müəzzin dinməzcə qəfəsdəki sərçələrdən birini çıxarıb ovcunda gizlədi. Sərçənin başı ilə quyruğu görünürdü.

Aban Müəzzin rəqibinə baxdı.

– Ölüdü! – rəqibi kefikök dilləndi.

– Yox, diridi!

Rəqibi dostuna baxıb irişdi, Aban Müəzzinin burnuna bir çırtma vurdu:

– Dedim. ölüdü!

– Di-ri-di!!! – Aban Müəzzin var gücü ilə bağırdı.

Sahildə top qovan uşaqlar bir anda çəkişənləri dövrəyə aldı.

Rəqibi gülüşüb qışqırmağa hazır durmuş uşaqlara baxıb əlini Aban Müəzzinin əlinin üstünə şappıldatdı:

– Diridisə, aç, baxaq.

Aban Müəzzin barmaqlarını aralayan kimi sərçə qanadlarını sürətlə çalıb dənizə tərəf uçdu, amma tez də burulub Əl-Kəbir məscidinə sarı uçub getdi. Uşaqların sevinclə atılıb-düşməsi xeyli çəkdi. Ahıl kişi beş şnekeli bir-bir qumun üstünə atdı. Aban Müəzzin ona təşəkkür etdi, yerdən dəmir pulları götürdü, tozunu üfürüb təmizləyib qəfəsin küncünə yığdı.

* * *

Gün Aşdoda tərəf əyilirdi. Qəfəsdəki dörd sərçə qoxusunu hələ unutmadıqları yuvalarına tərəf uçmuş, Aban Müəzzinə qırx şekel qazanc gətirmişdi.

Aban Müəzzin boyu şərqə uzanan kölgədə oturdu. Mərcə girən təzə müştəri olmadığından, qəfəsi açıb sonuncu sərçəni ovcuna aldı. Birinci dəfə idi, gətirdiyi sərçələrdən geri qaytardığı olurdu.

Gözlərini yumub dənizə tərəf çevrildi. “Get bacılarının yanına, qanadlı məxluq!” – deyib sərçəni başı üzərinə qaldırdı.

– Oyun bitdimi, Aban Müəzzin?! – kimsə onun qolundan yapışdı.

Gözlərini açdı. Qarşısında dənizin mavi yeləni ilə uyuşmayan tünd palıd köynəkli, qalın qara saqqallı pota bir oğlan, bir də ondan on-on beş yaş böyük, pırpız saçlı, çal saqqallı bir kişi dayanmışdı. Aban Müəzzin “müqavimət”çilərlə görüşün elə belə də olacağını ağlından yüz dəfə keçirmişdi.

– Yox, bitməyib, – cavab verdi. Səsinin titrədiyini özü də duydu.

Pota cibindən yüz şekellik əsginas çıxarıb Aban Müəzzinin gözü qabağında yellədi:

– Şekel deyir, diridi, – sifətinin bir tərəfini əyib istehza ilə qımışdı, – sən nə deyirsən?

Aban Müəzzin “Hə, diridi” deyib ovcunu açmaq istədi, amma potanın qurşağında parıldayan gümüş qundaqlı tapançanın, bir də uduzacağı yüz şekelin qorxusundan fikrindən daşındı:

– Yox, ölüdü, – mızıldandı.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Примечания

1

Şekel – İsrailin rəsmi pul vahidi. Qəzza Zolağı da daxil, Fələstinin hər yerində şekel işlənir. Şnekel – el arasında 2-şekellik dəmir pula deyirlər. Şnayim (iki) və şekel sözlərinin birləşməsindən yaranıb.

2

Əl-Fürqan (Meyar, Gözüaçıqlıq) – Quranın 25-ci surəsi. İsrailin “Qurğuşun əməliyyatı”, Fələstinin isə “Qəzza Qətliamı” və ya “Əl-Fürqan savaşı” adlandırdığı, 27 dekabr 2008 – 18 yanvar 2009 arası baş vermiş Qəzza müharibəsi.

3

“Gürzə” – çoxməqsədli F-16 qırıcı təyyarəsi. Rəsmi adı: “Döyüşən Şahin”. Çevikliyinə görə, pilotlar ona “gürzə” (viper) deyirlər.

4

Kufiyə – ərəblərdə kişi baş örtüyü, yaylığı. Ş(a)max(q), kaffiya, keffiya, ğutra da deyirlər. El arasında “ərəfati” də işlənir. Örtüyü başda saxlamaq üçün üstündən qara dairə (iqal) taxırlar.

5

Səub (thawb) və ya soub (thobe) – uzunətəkli ərəb kişi geyimi.

6

Cəbəlyə qaçqın düşərgəsi – Şimali Qəzza qubernatorluğunda, Cəbəlyədən 3 km şimalda yerləşir.

7

Əl-Aqsa – Yerusəlimdə (Əl-Qüdsdə) yerləşən və islam dünyasının üçüncü müqəddəs məscidi. Beyt əl-Müqəddəs də deyilir.

8

“Müqavimət”çi – “İslam Müqavimət Hərəkatı”na (Harakat al-Muqāwamah al-İslāmiyyah – HAMAS) el arasında verilən qısa ad. “Hamas” sözünün özü isə ərəbcə “çalışqanlıq”, “inadkarlıq” anlamını verir. Qurum 15 dekabr 1987-ci ildə, misirli “Müsəlman Qardaşları”nın bazasında yaradılıb. 2007-ci ildən Qəzzada idarəçilik HAMAS-ın əlindədi.

9

Kadima – “İrəli”. İsrailin mərkəzçi- liberal siyasi partiyası.

10

Likud (HaLikud) – “Birlik”. İsrailin aparıcı mərkəzçi-sağ siyasi partiyası.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Qanadlı körpü»

Представляем Вашему вниманию похожие книги на «Qanadlı körpü» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Qanadlı körpü»

Обсуждение, отзывы о книге «Qanadlı körpü» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x