Ataqam - Qanadlı körpü

Здесь есть возможность читать онлайн «Ataqam - Qanadlı körpü» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Qanadlı körpü: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Qanadlı körpü»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Tanrı gildən Adam düzəltdı, ona nəfəs verdi. Adam Tanrıya yalvardı: “Məni yaratdın, indi mənə xoşbəxtlik də ver!” Tanrı artıq qalan gili onun ovcuna qoydu: “Buyur, hər kəs öz bəxtinin bəstəkarıdır, öz xoşbəxliyini özün yoğur”. Adam sevindi. Əvvəlcə gələcək xoşbəxtliyini yad nəfəsdən qorumaq üçün bir silah düzəltdi.
Başı işə necə qarışdısa, xoşbəxtliyə gil çatmadı”.

Qanadlı körpü — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Qanadlı körpü», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Aban Müəzzin bugünü dünəninə əkiz olan Cəbəlyə [6] Cəbəlyə qaçqın düşərgəsi – Şimali Qəzza qubernatorluğunda, Cəbəlyədən 3 km şimalda yerləşir. qaçqın düşərgəsindən sahilə, Qəzza yoluna çıxan kimi qəsəbə uşaqları yenə çığır-bağırla dalınca düşüb: “Ölüdü!”, “Diridi!”, “Gəl mərc qoşaq, ağoğlan!” deyib çiynindən asdığı dəmir qəfəsi daşladılar. Aban Müəzzin sərçələri çarpanaq daşlardan yayındırmaq üçün kufiyəsini başından açıb qəfəsin üstünə saldı.

Hərdən uşaqların ən dəcəli arxadan yaxınlaşıb səubunun ətəyini dartıb qaçır, Aban Müəzzin də dayanıb ona səssizcə göz ağardıb yoluna davam edirdi.

Qəzzanın girişində dayandı, yolboyu bir-birinə bitişik birmərtəbəli suvaqsız dükanlara baxdı. Luay Abdullahın ətir dükanından başqa hamısı bağlı idi. Qəfəsə göz atıb cümə günü olduğunu dəqiqləşdirdi. Gözü balıqçı dostu Ala’a oğlu Kənaanı axtardı.

Cəbəlyədə Kənaandan başqa hamı Ala’anın öldüyünü bilirdi. İnişil səs bombasından qorxub dili tutulmazdan qabaq kimiymişsə, – boynuna almasa da, deyilənə görə, Luay Abdullah olub, – dilindən qaçırdıb Kənaana atasının öldürüldüyünü deyibmiş. Kənaan xəbəri eşitcək evlərinə qaçmış, atasının İordan məxmərinə büküb soyuducunun üstündəki şahmat taxtasının içində saxladığı Quranı götürüb Aban Müəzzinin evinə cummuş, Kitabı onun qarşısına tutmuşdu. Aban Müəzzin çəpərin başından boylanan qonşularının gözü qabağında əlini yuyub silib qurulayıb Quranın üstünə qoymuş, bərkdən demişdi:

– Ya Ala’a oğlu Kənaan, and içirəm, mərmi partlayıb qayığımızı aşıranda atanın dənizə düşdüyünü gördüm, amma ölüsünü görmədim.

Aban Müəzzinin sözlərini eşidən qonşu kişilər içlərini çəkmiş, arvadlar isə üzlərini cırmaqlayıb qanatmışdılar.

Kənaan Quranı üç dəfə öpüb gözünün üstünə qoymuş, Kitabı səliqə ilə məxmərə büküb Əl-Aqsa [7] Əl-Aqsa – Yerusəlimdə (Əl-Qüdsdə) yerləşən və islam dünyasının üçüncü müqəddəs məscidi. Beyt əl-Müqəddəs də deyilir. imamları kimi təmkinli addımlarla evlərinə getmişdi.

O gündən Kənaan Cəbəlyədə təkcə hər kəsin üzdə “ağoğlan”, arxada “havalı” dediyi Aban Müəzzini görəndə təzim eləyirdi.

Kənaanın başı Luay Abdullahın dükanının arxasında öz əliylə əkdiyi, günaşırı məscidin həyətindən daşıdığı su ilə suvardığı zeytun ağacına qarışdığından, Aban Müəzzini görmədi. Heç Aban Müəzzin də onun gözdələn baxışlarına tuş gəlmək istəmirdi. O zeytun ağacına, illah da o ağacdan asdığı yazılara görə, Kənaanın başı çox ağrımışdı. Uzunsaqqal qəsəbə kişilərinin, yalnız sürməli gözləri görünən qarapaltar qonşu qadınların qınağı bir yana, Əl-Kəbir məscidinin imamı ilə “müqavimət”çi [8] “Müqavimət”çi – “İslam Müqavimət Hərəkatı”na (Harakat al-Muqāwamah al-İslāmiyyah – HAMAS) el arasında verilən qısa ad. “Hamas” sözünün özü isə ərəbcə “çalışqanlıq”, “inadkarlıq” anlamını verir. Qurum 15 dekabr 1987-ci ildə, misirli “Müsəlman Qardaşları”nın bazasında yaradılıb. 2007-ci ildən Qəzzada idarəçilik HAMAS-ın əlindədi. başqanın açıq hədəsi onu çox qorxutmuşdu. Təkcə ətirçi bəhayi Luay Abdullahla Aban Müəzzin Kənaanın “kadima”çıların [9] Kadima – “İrəli”. İsrailin mərkəzçi- liberal siyasi partiyası. “likud”çulara [10] Likud (HaLikud) – “Birlik”. İsrailin aparıcı mərkəzçi-sağ siyasi partiyası. , onların da “müqavimət”çilərlə “azadlıq”çılara [11] “Azadlıq”çı – Fələstində siyasi partiyaların konfederasiyası sayılan Fələstin Azadlıq Təşkilatının ən böyük qolu olan, əsası Yasir Ərəfat tərəfindən qoyulmuş FƏTH (Fatah və Fateh kimi də tanınır) partiyası. qoşulub birgə öldürdükləri qəzzalıların adını ağ boya ilə dəmir lövhəciklərə yazıb zeytunun budaqlarından asmasına təmkinlə baxırdı. Kənaan Luay Abdullahın da, Aban Müəzzinin də küləkli havada zeytun ağacının altında əlləri qoynunda durub yel vurduqca cingildəyən dəmir addaşların qarışıq müsiqisini dinlədiyini çox görmüşdü. Ötən milad bayramı gecəsi üç qarapaltarlı qadının da pir zeytunun altında ağlaşdığını, addaşlardan birini növbə ilə sığallayıb öpdüklərini görən olmuşdu.

Rəfah tuneli uçub dörd nəfər torpaq altında qalan gün isə Kənaan ətirçi ilə ağoğlanın “Əl-Fürqan” savaşı zamanı Qəzzaya girən tank tırtılları yeri titrədərkən addaşların vahiməli cingilti qopartmaları haqda xəlvəti söhbətini eşitmişdi.

Qəzzalılar Aban Müəzzinin harda sərçə gördü, “gürzə” bilib, çapan çala-çala dalınca qaçdığını Ayişənin qırxı çıxana qədər qəhərli boğazla, qırxdan sonra qəhqəhə ilə seyr eləyirdilər. Arvadlar isə Aban Müəzzini görəndə zağruta [12] Zağruta – lülüləmək. Ərəb qadınlarının toylarda, bayramlarda dillərini cəld hərəkət etdirməklə birlikdə çıxardıqları şən səs. çalıb lülüləyib şənlənirdilər.

Onun qəfəsində neçə sərçə olduğunu da hamı əzbər bilirdi: ara günlər iki, cümə günləri beş sərçə. Hər sərçə on şekel qazanc gətirirdi. Həftəlik qazancı pitaya [13] Pita – müxtəlif ölçülü dairəvi çörək. , hummusa [14] Hummus – Qaynadılmış noxuddan əzilib hazırlanmış, küncüt, zirə, sarımsaq, limon şirəsi, zeytun yağı və duz qatılmış yüngül yemək. , bir də tütünlə qəhvəyə bəs eləyirdi. Bir-iki dəfə Luay Abdullah Aban Müəzzinə falafel [15] Falafel – Noxud, lobya və başqa növ paxlalardan əzilib hazırlanmış, içi ədviyyatla doldurulub kündələnib kartof kimi qızardılmış təam. təklif etsə də, o, “toxam” deyib ətirçinin əlini geri qaytarmışdı.

Aban Müəzzinin hara gedəcəyini də hər kəs bilirdi: sahildəki üç tərəfi qamışla hasarlanmış “Baradays Qahve va İstiraha” kafesinin müştəriləri həmişə əliaçıq olurdu, müştərilər onunla mərcə girməsələr belə, kafenin yiyəsi Cəmal Atamneh onu heç vaxt əliboş qoymazdı.

Aban Müəzzin, adəti üzrə, qumsallıqdan balıqqulağı götürüb Luay Abdullahın pəncərəsinə sarı tulladı. Ətirçi səsə başını qaldırdı, “Əl-Əyyam”ı [16] “Əl-Əyyam” – Ramallahda (Fələstin) ərəbcə çıxan qəzet. qatlayıb kənara atdı, əlini yelləyib ona salam verdi.

Sərçələrin cikkiltisi gəlmirdi, eləcə, Aban Müəzzin addımladıqca, millərin üstündə müvazinətlərini saxlamaq üçün qanadlarını çırpırdılar.

Aban Müəzzin əlində su qabı, gözü dolmuş Kənaanı qarşısında görəndə duruxdu. Kənaan ona yüngülcə təzim edib ləpədöyən qayalığı göstərdi. Aban Müəzzin gözucu o tərəfə baxdı, qayalara aramsız çırpılıb sönən dalğalardan, bir də leş üstündə dimdikləşən iki kərkəsdən başqa bir şey görməyib Kənaanın başını sığallayıb alnından öpdü, salavat çevirıb şəhərə doğru addımladı.

O, daş yoldan sağa, kafeyə tərəf dönəndə, Cəmal Atamneh özü onu qarşılayardı. Bu dəfə belə olmadı. Cəmal qaşqabaqlı idi, Aban Müəzzinə dilucu “Səbah əl-Nur” deyib küncdəki boş kətili göstərdi. Dirəyə bərkidilmiş radiodan kafeyə Fayruzun [17] Fayruz – Nouhad Vadi Həddad (21 noyabr 1935-ci ildə doğulub). Dünya şöhrətli livanlı müğənni. Səhərlər əksər qəzzalılar Fayruzu dinləməyi çox sevir. “Bektob esmak, ya habibi” [18] “Bektob esmak, ya habibi” – “Sənin adını yazıram, əzizim” sızıltısı axırdı. Cəmal Atamneh radionun səsini alıb Aban Müəzzinlə üzbəüz oturdu. Cəzvədəki qəhvəni qarışdırıb onun fincanına tökdü.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Qanadlı körpü»

Представляем Вашему вниманию похожие книги на «Qanadlı körpü» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Qanadlı körpü»

Обсуждение, отзывы о книге «Qanadlı körpü» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x