Cəfərzadə Əzizə - Bir səsin faciəsi
Здесь есть возможность читать онлайн «Cəfərzadə Əzizə - Bir səsin faciəsi» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.
- Название:Bir səsin faciəsi
- Автор:
- Жанр:
- Год:неизвестен
- ISBN:нет данных
- Рейтинг книги:5 / 5. Голосов: 1
-
Избранное:Добавить в избранное
- Отзывы:
-
Ваша оценка:
- 100
- 1
- 2
- 3
- 4
- 5
Bir səsin faciəsi: краткое содержание, описание и аннотация
Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Bir səsin faciəsi»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.
Bir səsin faciəsi — читать онлайн ознакомительный отрывок
Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Bir səsin faciəsi», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.
Интервал:
Закладка:
Böyük təsərrüfat böyük qayğı və çoxlu xidmətçi istər. Qul, qaravaş, nökər-naib, qulluqçu-günəmuzd Salman ağanın həyətində qaynaşırdı. Çobanlar, naxırçılar, dəvəçilər, balıqçılar, ilxıçılar. Aləmdi. Bunların hamısını idarə eləyənlər var idi. Şahnisə xanıma evdə bir neçə kəniz, qaravaş xidmət edirdi. O cümlədən bir az əvvəl çay qırağında gördüyümüz Gülsənəm. Qonşu Arbatan kəndindəndi. Əri öləndən sonra qucağındakı körpə qız uşağıyla birlikdə Salman ağa onu kattalarına 2gətirtdirmişdi. Kattalar arayıb, axtarıb çarəsiz, ərindən sonra ərə getməyən, dul qadınları, iş-güc bacaran, ehtiyacı olan arvadları tapır, buraya işə gətirirdilər. Özü gələnlər də olurdu. Gülsənəmin var-yoxu, gözünün ağı-qarası bircə qızıydı. Bircə qızdı Reyhan! Reyhan kimi ətirli, reyhan kimi göz oxşayan, reyhan kimi otların, çiçəklərin gözəli. Gülsənəm dul idi, dedik. İlki qucağında heç qırxı çıxmamış, cavan, cəsur ərini itirmişdi. İtirmişdi deyəndə ki, kişi dənizdə tufana düşmüşdü. O məşum gecə Xəzərdə balıqçıların bir neçə qayığı batmışdı. O qayıqların da birində Gülsənəmin əri Baxtıkəm batmışdı, Baxtıkəm. Əslində, Bəxtiyar idi adı. Amma indi heç kəs ona Bəxtiyar demirdi. Baxtıkəm deyirdi hamı. Öləndən sonra Bəxtiyardan Baxtıkəmə çevrilmişdi. Gülsənəm öz Bəxtiyarından sonra gəlin bəxtiyarlığını itirmiş, bütün həyatını qızına, sevgili ərinin bircə yadigarına həsr etməyi qərara almışdı. Heç olmasa, o görmədiyini qızı görsün, düşünmüşdü. O çəkənləri qızı çəkməsin. Ərinin qırxı çıxan kimi “el ağzı, çuval ağzı” açılmış, istəyənlərin, qapının dabanını çıxardanların hamısı rədd cavabı almışdı. Cavan gəlinin, qucağı bir körpəli qadının bu “yox” cavabı zəmanəsinə görə qeyri-adiydi. Nəylə dolanacaq, necə yaşayacaq, gecənin birində evinə “baş çəkmək” istəyən bir harının, qanmazın qabağını necə alacaqdı? Düşünmüşdülər. Bax, elə bu kimi səbəblərə görə də gəlib çıxmışdılar Salman ağanın evinə. Elə gətirmişdi ki, Salman ağanın evində Gülsənəmin bircəsi, balaca Reyhan Şahnisə xanımın sevimli “pişik balası” kimi böyümüşdü, evin pişik balası kimi. Xanımın oyuncağı kimi. Çox vaxt südünü də, çox vaxt başqa yeməklərini də Şahnisə xanım özü əylənə-əylənə verərdi. Uşağı anasına yaxın qoymazdı, deyərdi:
– A-a-az sən get öz işinə, işüvü-gücüvü gör. Nöyşün var bu küçüknən? Qoysanam bu at belində getmiş qalıb bizdə.
Ürəyi əssə də, balasından ayrı dözmək mümkün olmasa da, Reyhandan ayrı dura bilməsə də, Gülsənəm məcbur idi. Xanımın sözündən çıxa bilməzdi. Özü qulluqçuların arasında haradasa, imarətdən, xanımın otaqlarından aralı yatıb-dururdu. Ona qulluqçulardan bəxtəvərlik verən də vardı. “Reyhanın sağ əli yetimçələrimin başına” deyən də vardı. “Bəxtəvər xanımın yediyindən yeyir, geydiyindən geyir, qucağında da yatır. Böyüyəcək, səni də bəyənməyəcək, bizi də…” “Hə, elədi. Xanım ondan doyub yanbızına bir təpik vurub nökər-naib içinə qovandadı tamaşa…” Gülsənəm bu sözləri cavabsız qoyurdu. Amma ürəyi orada qalırdı. Orada qalırdı… Orada… O görünən binada. İş-güc başından aşsa da, bilirdi ki, yeməyi də var, bilirdi ki, büzüşüb Şahnisə xanımın dizləri dibində başını xanımın doqquz dənə üstdən-üst geydiyi gen tumanın bir balağına söykəyib yatıb. Şirin-şirin, mışıl-mışıl yatıb. Amma genə də canı orada qalırdı. Təkcə gecələr… Reyhanı götürüb aparar, qucaqlar, cavan gəlin məməsinin üstünə basar, Bəxtiyarın, talesiz Baxtıkəmin iyini, ətrini ondan alardı. Nə qədər ağır idi bu. Çox ağır idi. Gülsənəm Baxtıkəmin dərdini ancaq Reyhanın gözlərini görəndə, şəvə saçlı başını sinəsinə sıxanda unudurdu. Yox!!! Unutmurdu. Onda da unutmurdu. Amma təsəlli tapırdı. Bir azacıq təskinlik tapırdı ki, heç olmasa, bircə yadigar qalıb onu qarsalayan o sevgidən.
Salman ağa oğlu Səfərin bütün arzularını yerinə yetirirdi. Heyvanatda at qisminə olan maraq və həvəsini bilirdi. Odur ki, Qarabağdan sorağını aldığı məşhur “xanlıq” atlardan birini oğlu üçün almaq istədi. Amma Salman ağaya dedilər ki, “Xanlıq atları” satılmır, onları ancaq qohum-əqrabaya, xanların qohumlarına, yaxud məşhur şəxslərə hədiyyə verirlər. Ona görə də Salman ağa çox böyük çətinliklə də olsa, Qarabağa gedib xan övladlarına qonaq oldu. Neynədi, neynəmədi, bilmirik, amma oradan “Göyərçin” adlı boz, mavi, qara xallı gözəl bir atla qayıtdı. İki göz də gərək satın alaydın bu ata tamaşa eləməyə. Oğlan atın həvəsinə o qədər çalışırdı ki! Özü yedirir, özü çimdirir, özü qaşovlayır, özü tumarlayır, başlıcası üstünə bir an da olsa, heç kimin minməsinə razı olmur, suya da özü aparır, özü sürürdü. Nökərlərə etibar eləmirdi. Cibinə tökdüyü kişmişdən, bəzən ləbləbidən… Ata az qala gözünün yağını yedizdirirdi. O zaman cavan oğlanlar dəbdə olan al, yaşıl, abı məxmərdən çuxalar geyərdilər. İllah da dövlətli balaları, çuxaların dövrəsinə, kənarlarına, ətəyinə, qolağzına, yaxasına, belinə bafta tikdirərdilər. Cavanlar at üstündə par-par yanardılar. Amma boz, qara xallı “Göyərçin” gələndən sonra Səfər özünə boz mahuddan çuxa tikdirdi. Çuxanın ətəyini, yaxasını, qollarının qolçaqlarını gümüşü baftayla bəzətdirdi. Boz gümüşü Buxara dərisindən papaq tikdirdi. Atın yəhər-yüyəninə bəs deyincə gümüş nəsb elətdirdi. Bu libasda, bu yəhər-əsbabla atı minib uzaqdan görünəndə, elə bil gümüş heykəl gəlirdi. Günəş altında gümüş kimi parıldayan heykəl. Günəş altında gümüş yanırdı, min bir rəng çalırdı, göz qamaşdırırdı. Amma ürək oxşayırdı, eyni zamanda qəlb yandırıb-yaxırdı. Bu ərimiş gümüşdən tökülmüş boz heykəl Cavad mahalının gah bu, gah başqa yerində görünür, görənləri sevindirir, qəlbləri fərəhləndirirdi. Salman ağanın, Şahnisə xanımın ona baxmaqdan doymaq bilməyən ürəkləri əsirdi. “Allah əsirgəsin, yaman gözlərə şiş batsın, bəd nəzərdən uzaq olsun” deyə üzərlik üzərlik dalıycan yandırırdılar. Səfər boz atdan enəndə təkcə “Göyərçin” ağasının – Səfərin deyil, “Göyərçin”in özünün də başına üzərlik dolandırırdılar. Qurban sadağa gedirdilər. Nəzər duası yazdırıb boynundan asırdılar. Bununla da, ürəkləri soyumurdu. Gümüş işləməli yəhərin tapqırına da Mirmahmud ağaya dua yazdırıb bağlamışdılar. Bir sözlə, Səfər də, “Göyərçin” də dildən düşmürdü, ağızlarda nağıla dönmüşdü, göz qabağından getmirdi. Çox cavan ürəkləri titrədirdi. Qızların ürəyi əsirdi. Tanınmış ailələrin qızları, bəlkə də, pərdə dalından, pəncərə qapısı arasından Səfəri izləyir, bir zaman həmin bu gümüşdən tökülmüş heykələ bənzəyən atlının atına minib gəlin gedəcəyini gözləyirdi. Bu indi beləydi. Amma o zaman, o zaman Səfər hələ uşaqdı. Amma uşaq da olsa, kişi sayılırdı. Necə deyərlər, “tərəkəmənin uşağı əli tuburğı 2tutan gündən kişidi”. Səfəri də elə kişi kimi böyüdürdülər. Gələcək ağa, mülk-madar sahibi kimi.
Onu bir az mollaxanada oxutmuşdular. Bir az tüfəng təlimi almışdı. Bütün bu təlimlərdən bircə at – minici təlimi ürəyinə yatırdı. Balacalığından at belində böyüyürdü. Şahnisə xanımın əvvəllər həyəcanı, narahatlığı sonralar Səfərin at belində gəlişini, gedişini görəndən sonra azaldı. Oğlanın günləri cıdırda, dostları ilə çapış yarışlarında, ovda keçirdi. Amma hər halda hərdən-hərdən evdə, ana dizinin dibində oturduğu dəqiqələr, nağıllı, tapmacalı saatlar da olurdu. Belə saatlardan biri də, hə… Elə məsələ burdan başlayır. Şahnisə xanımın ilk gündən “pişik balası” adlandırdığı Reyhan, Şahnisənin qayğılarıyla, yaxşı yemək-içməklə tezliklə koppuş bir qıza çevrildi. Ağ maya, balaca kündə, pişik balasının oynatdığı ağ iplik yumağı… Nökər-naib də, qulluqçular da Şahnisə xanımın diliylə ona “pişik balası” deyirdilər. Reyhan adı unudulmuşdu. Bircə Gülsənəm gəlinin ürəyində Baxtıkəmin diliylə qız Reyhan çağrılırdı. Yalnız ana Gülsənəmin ürəyində. Qulluqçu ürəyini eşidən kimdi? Kim eşidib ana ürəyini? Ana ürəyindən keçənləri, arzuları, alqışları kim eşidib? Harda eşidib? Ananın bütün ümidləri balanın boya-başa çatmasına bağlıdır. Ana deyir bunu:
Читать дальшеИнтервал:
Закладка:
Похожие книги на «Bir səsin faciəsi»
Представляем Вашему вниманию похожие книги на «Bir səsin faciəsi» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.
Обсуждение, отзывы о книге «Bir səsin faciəsi» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.