Hüseyn Abbaszadə - Haradansınız, müsyö Abel?

Здесь есть возможность читать онлайн «Hüseyn Abbaszadə - Haradansınız, müsyö Abel?» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Haradansınız, müsyö Abel?: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Haradansınız, müsyö Abel?»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı Hüseyn Abbaszadənin “Haradansınız, müsyö Abel?” romanı İkinci Dünya Müharibəsində almanlara əsir düşən, amma möcüzə nəticəsində sağ qalan və anlaşılmazlıq üzündən vətənə qayıda bilməyib, Fransada qalmağa məcbur olan Əbil Xeybərovun acınacaqlı hekayəsindən bəhs edir. “Haradansınız, müsyö Abel?” romanı 2018-ci ildə Fransada fransızca nəşr olunub və tezliklə ən çox oxunanlar siyahısında yer alıb. Kitab ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan oxucusuna təqdim edilir.

Haradansınız, müsyö Abel? — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Haradansınız, müsyö Abel?», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Təlim təşkil etmə məntəqəsində əsir azərbaycanlılarından dörd rota düzəltmişdilər. Hər rotanın başında alman zabiti dururdu. Rota komandirinin müavini bir qayda olaraq azərbaycanlı zabit olurdu. Müavinlər tərcüməçilik eləyir, rota komandirinin göstərişlərini özümüzünkülərə yetirirdi.

Rotalardan bizimlə səhərdən-axşama kimi məşq keçir, əməliyyatlara hazırlaşdırırdılar. Təlim təşkiletmə hissəsindəkilərə alman silahı vermişdilər. Ancaq həmin silahlardan istifadə etmək olmazdı. Almanlar ipə-sapa yatmayan bu adamlara çox da etibar etmirdilər. Bizə döyüş sursatı verməyə qorxurdular.

Faşistlər buranı “təlim təşkiletmə hissəsi” adlandırsalar da, əslində, əsir düşərgəsi idi. Hündür hasar içində olan sahənin qapısında alman əsgərləri gecə-gündüz keşik çəkirdi. Bayıra çıxmaq qəti qadağan idi. Ara-sıra hasardan aşmağa cəhd edənləri ya oradaca güllə ilə vurur, ya da tutub möhkəm cəzalandırırdılar. Yalnız rota komandirlərinin müavinləri və tağım komandirləri bayıra çıxa bilərdilər. O da mayor Paul Vaykelin icazəsi ilə.

Məntəqənin qərargahı şəhərdəki “Dumi” adlı mehmanxanada yerləşirdi. Mayor Paul Vaykel və başqa alman zabitləri mehmanxanada qalırdılar. Məntəqə rəisi Vaykelin əsirlər saxlanan yerdə də kabineti vardı. O, günün çox vaxtını mehmanxanada olurdu. Bura isə gözlənilməz bir hadisə baş verəndə gəlir, əsirləri sıraya düzdürür, kimini söyür-hədələyir, günahkarı möhkəm tənbeh edirdi.

Tibb işçilərindən həkim və feltşer də məntəqədən bayıra çıxa bilərdi. Tibb işçiləri deyəndə, orada cəmi iki həkim var idi: Vəkil Əhmədli, bir də mən. Yaşına və tərcübəsinə görə,Vəkil Əhmədli tibb məntəqəsinin rəhbəri idi. Mən isə feldşerlik eləyirdim. Bəstəboy, arıq kişi olan Vəkil yaraşıqlı, məzəli adam idi. Xəstələri müayinə edəndə bir-iki məzəli söz deyir, könüllərini alırdı. Bu, onlara dərmandan daha yaxşı təsir eləyirdi. Dərman dedim, yadıma düşdü. Dərman sarıdan yaman korluq çəkirdik. Çox vaxt xəstələri müalicə olunmaq üçün şəhər xəstəxanasına göndərirdik. Onları bir qayda olaraq Əhmədli müşayiət edirdi. Əslində, bu iş feltşerlərin vəzifəsinə daxil idi. Amma Əhmədli bunu öz öhdəsinə götürmüşdü.

Yanımıza çox adam gələrdi. Tibb məntəqəsi həmişə dolu olurdu. Qoca həkim xəstələrin bəziləri ilə xısın-xısın söhbət edərdi. Mən onun hərbi əsirlərin Polşada yaradılan anti-faşist təşkilatının üzvü olmasından şübhələnirdim. Ancaq üzə vurmurdum. Belə eləyirdim ki, guya heç nədən xəbərim yoxdur. Heç nə görmürəm.

Bir gün könüllülərdən bir dəstəsi düşərgədən qaçıb aradan çıxdı. Onlar gecə yarı silahlarını da özləri ilə götürüb hasardan atılmışdılar. Deyilənə görə, dağlarda fransız partizanları yurd salmışdılar. Bizimkilər onların yanına qaçmışdılar. Kazarmada aləm bir-birinə qarışdı. Axtarış apardılar. Şübhə altında olanları həbs edib, dindirdilər. Sorğu-sualı qəzəbindən zəncir çeynəyən mayor Paul Vaykel özü aparırdı. Ertəsi gün növbə bizə çatdı…

O səhər doktor Vəkil Əhmədli bir nəfəri şəhər xəstəxanasına rentgenə aparmışdı. O, geri qayıdanda keşikçilər qocanı qapı ağzında yaxalamış, Vaykelin yanına sürümüşdülər. Bunu mənə lənkəranlı olan sanitarımız yenicə xəbər vermişdi ki, tibb məntəqəsinə üç nəfər alman əsgəri soxulub, hər yeri axtarmağa başladı. Həkimin kabinetini, mənim Əhmədli ilə yatdığım otağı ələk-vələk elədilər. Heç nə tapa bilmədilər. Getməyə hazırlaşanda əsgərlədən biri Əhmədlinin çarpayısındakı balışı götürüb yoxladı. Oradan bir yığın müraciətnamə çıxdı.

Məni tutub Vaykelin hüzuruna apardılar. Gözləmə otağında çox oturdum. Sonra bir unterofiser gəlib məni içəri itələdi. Təlim təşkiletmə məntəqəsinin rəisi masa arxasından qalxıb mənə sarı gəldi. Mayorun gözlərindən qan damırdı. O, əlindəki müraciətnaməni üzümə çırpıb dedi:

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Haradansınız, müsyö Abel?»

Представляем Вашему вниманию похожие книги на «Haradansınız, müsyö Abel?» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Haradansınız, müsyö Abel?»

Обсуждение, отзывы о книге «Haradansınız, müsyö Abel?» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x