İzahatdan sonra əruz vəzninin xəfif bəhrinin “ failatün məfailün fəlün ” şəklindən istifadə ilə (?) şeiri nümunə üçün bir də özüm oxuyuram. Sonra da danışıqları yaxşı qiraət bacarığı olan dörd şagird, biri əkinçinin arvadı, ikincisi xan, üçüncüsü əkinçi və dördüncüsü isə şair arasında bölüşdürüb (?), şeiri dialoqlarla oxuduram…
Burada şagirdə başa salıram ki, ağzı əyərək “xanə” demək ərəb dilinə aiddir. Azərbaycanca ahəng qanuna uyğun olaraq “xana” demək lazımdır. Bu qəbildən olan başqa sözlərin də ifadəsini eyni qayda ilə düzəldirəm” (“Azərbaycan dili və ədəbiyyat tədrisi”, IV buraxılış, 1960, səh.132-133). Bu, müəllimin belə pedaqoji “iş təcrübəsi” klassik şeir nümunələrinin bəzi orta məktəblərimizdə tədrisi üçün xarakterikdir. Onun “danışıqları yaxşı qiraət bacarığı olan” (?), şagirdləri oxutdurması, “xanə” kəlməsində “ağızlarını əydirməsi” (?), bu kimi sözlərin mənşəyini özü düzgün bilmədən (“xana” fars dilindədir) müəyyən “qayda ilə düzəltməsi” nə qədər gülüncdür.
Burada xarakterik bir faktı da qeyd etmək yerinə düşərdi. M.Füzuli yaradıcılığını tədris edən bir ədəbiyyat müəlliminin dərsində iştirak etdiyimiz zaman, o, şairin aşağıdakı beytini əzbərdən deyib şərh etməyə başladı:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
Müəllim mətlənin ikinci misrasını aşağıdakı şəkildə təhrif etdi:
Aşiq Sadıq mənəm, Məcnunun ancaq adı var.
M.Ə.Sabirə həsr olunmuş ədəbi axşamların birində bədii qiraətçi şairin məşhur şeirlərindən olan “Oxutmuram, əl çəkin!” şerindəki “riza” (bu sözün ərəb dilində mənası “razılıq” deməkdir) sözünü xüsusi isim kimi başa düşdüyündən, həmin sözün işləndiyi parçanı belə oxudu:
Eyləmənəm rəhm onun gözdən axan yaşına,
Baxsın özündən böyük öz qoçu qardaşına,
Ölsə də verməm Rza şapqa qoya başına…
Aktyor və bədii qiraətçilərimiz arasında isə (hətta bəzi professional-ustad aktyor- qiraətçilər də daxil edilməklə) daha kobud səhvlərə yol verənlərə təsadüf olunur. Məsələn, C.Cabbarlının yubiley gecə sində şair-dramaturqun məşhur “Ana” şeirini söyləyən professsional aktyor ayrı-ayrı tərkibləri (“ədüvvü canım”, “dəhşətü qiyamət”, “dövlətü cahanı”, “aləmü xəyalətdə” və s.) yanlış söyləməsi və bununla da beytlərin məzmununu kobud təhrif etməsi bir kənara dursun, onun aşağıdakı bənddə “sön” sözünü “sən” şəklində söyləməsi daha ciddi təhrifə, anlaşılmazlığa və məntiqsizliyə gətirib çıxartdı:
Əs, ey külək, bağır ey bəhri-biaman, ləpələn,
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
Aktyor- qiraətçi “sən, ey günəş!” müraciəti ilə özü də bilmirdi ki, günəş hansı yağışın yağ dırsın. Halbuki mətndə söhbət günəşin “sönməsindən” (“
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.