Oxucular onun əsərlərini oxuyarkən, əvvəlcə, onların dodaqlarını sonra dillərini, daha sonra isə ürəklərini “yandıra” bilsin!.. Şairin yaratdığı atəşin sözlər oxucularına əsil mənada dərin təsir göstərməyə qadir olsun!..
Belə bir təsir isə, heç şübhəsiz, aktyor-qiraətçilər daha ecazkar bir qüdrətlə dinləyicilərinə göstərə bilərlər. Bunun üçün onlardan tələb olunan basilica keyfiyyət nədir? Bədii sözə məhəbbət, klassik irsə və müasir ədəbi sərvətimizə məhəbbət, təkmilləşmək və ustad yetişmək naminə zəhmət, nəhayət, seçdiyi sənətə dərin hörmət,-məhz bu key fiyyətlər həqiqi aktyor–qiraətçinin formalaşmasına əsil mənada kömək edə bilər.
BƏDİİ QİRAƏTİN BƏZİ
XÜSUSİYYƏTLƏRİNƏ DAİR
Bədii qiraət ustası orfoepiya (düzgün tələffüz) qaydalarını çox diqqətlə və həvəslə öyrənib mənimsəməlidir. Hər mənalı söz mətndə qönçədirsə, onun düzgün tələffüzü isə özünün xüsusi cazibədar ətri, rəngi və gözəlliyi olan açılmış çiçəkdir. Hər hansı əsərdəki mənalı söz və ifadələr ancaq düzgün ədəbi tələffüz ilə dinləyici və tamaşaçılara çatdırıla bilər.
Məlumdur ki, tələffüz ərəbcə “söz” mənasında olan “ləfz” kökündən düzəldilmişdir. Bu, əsasən “söyləmək” mənasında işlənir. M.Füzulinin dediyi kimi, insan ancaq mənalı danışıqda, dürcdən (mücrüdən) dürrlər tökə bilir. İnsan öz danışıq qabiliyyəti ilə təbiətin gözəllikləri fövqündə qadir olur:
Dürcdür ləli-rəvanbəxşin, düri -şəhvar ləfaz,
Dürcdən dürlər tökərsən eyləsən izhar ləfz…
Qönçə ləlinlə lətafətdən dəm urmuş, bilməzəm
Neylər izhar eyləgəc ol ləli-göhərbar ləfz.
Qiraətçi-aktyor öz ləfzinin–ifadə etdiyi sözün həm bütün məna çalarını, həm də tələffüzünü yaxşı bilməlidir. O, söz və ifadələrin necə tələffüz edilməsi qayda-qanunları, vurğu, intonasiya və s. ilə dərindən tanış olmalı, bu cəhətlərə yaxşı yiyələnməlidir.
Orfoqrafiya yazı üçün əsas olduğu kimi, orfoepiya da eləcə şifahi nitq üçün vacibdir. Şagird orfoqrafiya qaydalarına biganə qalıb yazılarında xarakterik səhvləri təkrarladığı kimi, qiraətçi-aktyor da tələffüz qaydalarına etinasız yanaşdıqda, bəzi xarakterik səhvləri, tələffüz xətalarını fəaliyyəti boyu təkrarlayır, ciddi səhvlərə yol verir. Səhnədə belə səhvlər çox kobud səslənir, çox eybəcər görünür. Lakin kiçik bir bədii parçanın ifasında isə həmin qüsurlar zərrəbin altındakı ləkəyə çevrilir, daha qabarıq, daha eybəcər görünməyə başlayır.
Tarzən ağ və sarı simlərin köməyi ilə istədiyi mahnı və muğamı məharətlə ifadə edirsə, eləcə də qiraətçi-aktyor K.S.Stanislavskinin təbirincə desək, “sait və samit səsləri düzgün səsləndirməklə (tələffüz etməklə) öz məqsədinə nail ola bilir. Qiraətçi söz üzərində, onun tələffüzü üzərində işlədikcə, sözün daxili hərarət və atəşini iki qat daha artıq duymalıdır. O, sözü səs və mahnı kimi sevməlidir. Bu yolla da söz onun ifasında mahnı kimi səslənə bilər”.
Nitq texnikası aktyor-qiraətçinin yaradıcılıq prosesinə tabe olmalıdır. Lakin nitq texnikası onun yaradıcılığında texnisizmə çevrilməməlidir. Söz ancaq ucadan, aydın səslənməli, həm də özünün daxili mənası, dolğun mündəricəsi, aydın məqsədi ilə fərqlənməli və diqqəti cəlb etməlidir.
Məlumdur ki, nitq texnikası diksiya, nəfəs və səs anlayışlarını təmsil edir. Bunlar isə möhkəm vəhdət təşkil edib bir-birindən ayrılmazdır. Aktyor-qiraətçi mətn üzərində işləyərkən, ayrı-ayrı mətnlər (parçaları, əsərləri) ifa edərkən, özünün diksiyası, nəfəsi və səsinə xüsusi diqqət yetirməlidir. Quşun uçuşunu qanadlar, sözün pərvazlanıb ürəklərdə qərar tutmasını isə əsasən aktyor-qiraətçinin diksiyası, nəfəsi və səsi təmin edir. Bundan məhrum olan qiraətçi-aktyor, heç şübhəsiz, qarşısına qoyduğu məqsədə ya az, yaxud da heç nail ola bilməz. M.Füzuli hələ XVI əsrdə çox gözəl demişdir: “Bacarıqsız şeir deyənin pəltək dili lal olsun ki, ondan şeir inciləri səpələnmişdir. Onun məntiqi qəziyyətləri nəticə verməkdən ari etmiş, onun təsrifi zəmməli söz ləri kəsərli etmiş (yəni saitləri təhrif etmişdir – M.Ə.)… O dil kəsilsin ki, söz fəzasında ondan fikir sarayları uçurur. Onun pis ləhcəsinin inqilabından ibarələr gözəlliyinin vucudu məhv olur”.
Daha sonra şair yazır:
Binəsib olsun nəmi-xülddən ol zişt kim,
Namülayim ləhcəsi mövzunu namövzun edər.
Tişeyi- ləfzi binayi- nəzmi viran eyləyib,
Süst göftarı fəsahət əhlini məğbun edər.
Beləliklə, şair öz “tişeyi-ləfzi” (ifadə tərzi,) diksiyası ilə “nəzm binasını” dağıdan, “süst göftarı”– ehtirassız və sönük ifadələri ilə şerin əsil gözəlliklərinə xələl gətirən, nəsrlə nəzmə fərq qoymayan qiraətçiləri hələ XVI əsrdə çox kəskin tənqid etmişdir.
Füzulinin bu fikir və misraları müasir dövrümüzdə daha qüvvətlə səslənir, özünün yeni məna və məzmunu etibarı ilə diqqəti cəlb edir, çünki müasir dövrdə, ümumiyyətlə, bədii parçaların, o cümlədən də poetik parçaların, xüsusilə, klassik şeir nümunələrinin ifadəli qiraəti həmişəkindən daha ciddi münasibət, səy, əmək və müntəzəm “məşq” tələb edir. Lakin təəssüflə göstərməliyik ki, məktəblərimizdə, müxtəlif yığıncaqlarda, hətta radio və televiziya verilişlərində klassik şeir parçalarını, xüsusilə, Füzulinin şeirlərini “namövzun” edən – vəzn və ahəngini pozan müəllimlərə, qiraətçilərə, bədii qiraətçilərə, qiraətçi-aktyorlara və artistlərə getdikcə daha çox təsadüf olunur.
Tələbələrə bədii əsərlərin düzgün bədii qiraətini öyrətməyin çox böyük tərbiyəvi və estetik əhə miyyəti vardır. Lakin istər orta, istərsə də ali məktəblərimizdə klassiklərin ifadəli və bədii qiraəti, demək olar ki, lazımi səviyyədə deyildir. Şagirdlər və tələbələr əruz vəznli klassik şeir nümunələrini düzgün, səlis, rəvan bir tərzdə oxumaqda çətinlik çəkirlər. İstər orta, istərsə də ali məktəb müəllimlərimiz arasında da klassik əsərləri düzgün oxumayanların sayı az deyildir. Əkrəm Cəfər çox haqlı olaraq ya zır ki, “Bizdə inşad (bədd qiraət-M.Ə.) sənəti çox zəif vəziyyətdədir. Yalnız orta deyil, ali məktəblərimizdə, hətta aktyorlarımızın arasında da Azərbaycan şeirini layiqincə düzgün inşad edə bilənlər azdır”.
Doğrudan da, məktəblərimizdə klassik şeir nümunələrini çox gülünc şəkildə oxuyan müəllimlərimiz klassiklərimizin düzgün tədris işini təşkil edə bilmirlər. Təəssüflə qeyd etməliyik ki, belə müəllimlər öz səhv və gülünc iş üsullarını hətta mətbuat səhifələrinə belə “qabaqcıl iş nümunəsi kimi” qələmə verməyə imkan da tapırlar. Məsələn, Ağdaş rayonundakı Qəsid kənd məktəbinin müəllimi S. Qocayev “V sinifdə “Əkinci və xan” şeirinin tədrisi təcrübəsindən “adlı məqaləsində düzgün qiraət məsələsinə toxunaraq belə qeyri-elmi və gülünc mülahizələr irəli sürür:”…
Читать дальше