Müəllif kollektivi - General Polad Həşimov xatirələrdə

Здесь есть возможность читать онлайн «Müəllif kollektivi - General Polad Həşimov xatirələrdə» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

General Polad Həşimov xatirələrdə: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «General Polad Həşimov xatirələrdə»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

“General Polad Həşimov xatirələrdə” kitabı 14 iyul 2020-ci il tarixində Tovuz rayonu ətrafında gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov haqqında xatirələrdən ibarətdir. Kitabda şəhid generalın ailə üzvlərindən, yaxınlarından, zabit və əsgər yoldaşlarından götürülən xatirə yazıları yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və şəhid generalın cəmiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır.
Vətənimiz Azərbaycan uğrundan canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik!
Şəhidlərimizin ruhuna dərin ehtiramla,
“XAN Nəşriyyatı” komandası

General Polad Həşimov xatirələrdə — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «General Polad Həşimov xatirələrdə», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

– Polad bəy hansı kitabları oxuyardı?

– Müxtəlif cür kitabları oxuyurdu. Riyaziyyatı yaxşı bilirdi, hətta Sumqayıtda olimpiadada ikinci yeri tutmuşdu. İngilis dilini də yaxşı bilirdi. Bədii kitabları xüsusi zövqlə oxuyurdu. Evimizdə çoxlu kitab vardı: onları oxuyub bitirəndən sonra, yaxınlığımızda yerləşən kitabxanaya gedir, ordan kitablar alıb gətirirdi. Xatırlayıram ki, Rafaello Covanyolinin “Spartak” kitabını oxuyub bitirəndən sonra haqqında həvəslə danışırdı. Tarixi roman oxumağı sevirdi. O hər şeyə vaxt tapırdı: həyətə düşüb futbol oynayırdı, karateyə gedirdi və s.

– Qısqanclıq mövzusunda necə idi?

– Qəti qısqanc deyildi. O çox namuslu oğlan idi: özündə heç bir pis niyyət olmadığı üçün, hamını özü kimi bilirdi. Hətta bizim evə mənim rəfiqələrim gələndə o, evdən çıxıb gedərdi ki, biz rahat oturaq. Polad hər şeyin yaxşısını sevirdi – yeməyin də, geyimin də. Bir gün işdən evə gələndə mənim əynimdəki paltar onun xoşuna gəlməmişdi. Mənə dedi ki, gedək, sənə paltar alaq. Dedim, paltarım var, sadəcə bu, ev paltarıdır deyə belədir. O, qəşəng, səliqəli görünməyə önəm verirdi. Rəqs etməyi sevmirdi. Artıq-əskik hərəkətlərlə də arası yox idi. Polad çox yumşaqqəlbli adam idi və bundan çoxları istifadə edirdi. O, insanlara güvənirdi, amma bilirsiniz ki, adamın sinirlərinin də bir həddi var: Polad o həddə çatanda sakitcə çıxıb-gedirdi.

– Məktublaşırdınızmı?

– Yox, bir-birimizə məktub yazmamışıq. Gənclikdə birlikdə yazı yazardıq, sonra bir-birimizin yazısını müqayisə edərdik ki, görək, kim yaxşı yazıb. Onun yazısı həmişə səliqəli alınırdı – qəşəng yazırdı.

– Məktəb vaxtına aid xatirə dəftəri varmı?

– Özünə aid yox idi, amma bəlkə də, qız sinif yoldaşlarında qalmış olar. O, fotoaparatla şəkil çəkməyi xoşlayırdı. Kəndə gedəndə babama kömək edərdi, odun doğrayardı, hər kəsə kömək edərdi.

– Evlənmə prosesindən bəhs edin, zəhmət olmasa.

– Poladın 28 yaşı olanda atam xəstəydi. Hər kəs Poladı evləndirməli olduğumuzu deyirdi. Anam onunla danışdı ki, bəlkə, istədiyi ola. Polad onda da zarafatından qalmadı: “Dağın başında qız var ki, istədiyim də olsun?” Anam dedi ki, sənə qız tapaq, o da dedi, özünüz bilərsiniz. Anam kənddən qız tapdı, mən də gedib gördüm, sonra da Poladı aparıb görüşdürdük. Yəni çox uzun müddətli tanışlıq olmadı: bir dəfə görüşdülər, sonra toy oldu. 2003-cü ilin 6 sentyabrında evləndilər.

– Uşaqları ilə münasibəti necə idi?

– Uşaqlarını çox istəyirdi. Ümumiyyətlə, uşaqları çox sevirdi. Bacımın qızı balaca olanda onu başının üstündə gəzdirirdi. Uşaqlara qarşı çox həssas idi, amma ərköyünləşdirməzdi.

– Sizə qarşı işlətdiyi ən sevdiyi söz hansı idi?

– Maraqlıdır, mənə həmişə müraciət edəndə deyərdi ki, “gör, nə deyirəm”, yəni adımla nadirən müraciət edərdi, elə “gör, nə deyirəm”lə işi yola verərdi.

– Sizin ixtisasınız nə olub?

– Mən BDU-da meteorologiya ixtisasını bitirmişəm.

– Poladla bağlı elə bir xatirə varmı ki, yadınıza düşəndə istər-istəməz gülümsəyəsiniz?

– Deməli, mən məktəbə gedəndə iki qardaşım uşaq bağçasına gedirdi. Anam işdə olurdu deyə onları bağçadan mən götürürdüm. Bir gün gedəndə gördüm ki, Poladla İlham əl-ələ verib gəlirlər. Əyin-başları da səliqəsiz. Dedim, hara gedirsiz? Polad da dedi ki, mən bağçadan qaçmışam, ora getmək istəmirəm. İlhamı orada tək qoymasın deyə, onu da özüylə qaçırmışdı. Hər dəfə bu hadisə yadıma düşəndə gülümsəyirəm. Polad uşaqlıqda da cəsur olub.

Bizim uşaq vaxtı dəcəlliklərimiz çox olub. Bir dəfə Poladla mən dalaşanda o, əlindəki topu mənə atarkən mətbəxin qapısına dəydi və aynası sındı. Biz qorxub susduq, dava etməyimiz yadımızdan çıxdı. Sonra Polad balaca əllərilə o şüşələri təmizləməyə başladı. Anamızdan qorxduğumuz üçün bu haqda heç nə demədik. Polad şüşələri elə təmiz yığmışdı ki, anam pəncərədə şüşə olmadığını fərq etməmişdi. Yalnız bir ay sonra şüşələri siləndə bilmişdi.

Yadımdadır onun bir adəti vardı – dırnaqlarını yeyirdi. Atam da bunun qarşısını almaq üçün onun barmaqlarına “brilyant suyu” maddəsi sürtmüşdü. O da buna məhəl qoymadan barmaqlarını yeməyə davam edirdi.

– Sirlərini ən çox kimə danışırdı?

– Sirlərini ən çox mənimlə bölüşürdü. Çox yaxın idik, mənimlə dərdləşərdi. Amma hərbi sirri heç kimə deməzdi. Bilirdim ki, onun işi çox ağırdır, amma bu haqda bir kəlmə də şikayət etməzdi.

– Bəs həyatdan şikayətləri vardımı?

– Yox, qətiyyən şikayət etməzdi. Həyatdan zövq alırdı. O qədər əziyyətin qabağında yenə öz qaydaları ilə yaşamağı bacarırdı.

Yadıma gəlir ki, uşaq vaxtı çox qaçırdı: məktəbdə bu sinifdən o biri sinfə də qaçaraq gedirdi. Buna görə, həmişə paltarı dağınıq olurdu, köynəyi şalvarından çıxıb tökülürdü. Bəzən onun paltarlarını müəllimləri düzəldirdi. O, yaxşı oxuduğu üçün müəllimləri tərəfindən sevilirdi, dəcəlliklərinə göz yumurdular. Onun ruhunda azadlıq vardı, haqsız qərarlara tabe olmağı sevmirdi.

– Bir bacı olaraq Poladın yoxluğu sizə necə təsir edir??

– Çox ağır… İndi xatirələri gülümsəyərək danışıram, çünki xatirələrdə Polad mənimlədir, amma hər gecə yatarkən düşünəndə ki o artıq yoxdur, beynim sanki cərəyan keçirir, elə bilirəm, haradadırsa, indi yenə gələcək. Onsuz da gec-gec gəlirdi, telefonla danışırdıq. İndi onun haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Yadıma düşəndə ki onu bir də heç vaxt görməyəcəm… Çox ağırdır… Bilmirəm…

– O, söhbətlərində bu mövzuda nəsə danışırdımı?

– Danışırdı. “Şəhid olacam” demirdi, amma biz ona “Ehtiyatlı ol” deyəndə, “Vətən uğrunda o ölməsin, bu ölməsin, bəs kim ölsün?” kimi ifadələr işlədirdi. Sizə tam səmimi deyirəm: onun ölümü ilə bu vətən, bu ordu çox şey itirdi. Polad general vəzifəsinə öz əməyi ilə, öz əziyyəti ilə gəlmişdi. Çox təəssüf…

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «General Polad Həşimov xatirələrdə»

Представляем Вашему вниманию похожие книги на «General Polad Həşimov xatirələrdə» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «General Polad Həşimov xatirələrdə»

Обсуждение, отзывы о книге «General Polad Həşimov xatirələrdə» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x