İvan Turgenev - Rudin

Здесь есть возможность читать онлайн «İvan Turgenev - Rudin» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Русская классическая проза, literature_19, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Rudin: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Rudin»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Rudin – İvan Turgenevin 1855-ci ildə yazdığı ilk romanıdır. Qəhrəmanı 19-cu əsrin ""artıq adamları"" qalereyasını dolduran əsəri əvvəlcə müəllif hekayə kimi müəyyənləşdirib. 1860-cı ildə Turgenev ona qəhrəmanın ölümündən bəhs edən epiloq əlavə etdi.
Rudin ilk dəfə 1856-cı ildə ""Sovremennik""də çap olunub.

Rudin — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Rudin», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

İvan Turgenev

Rudin

I

Sakit bir yay səhəri idi. Açıq səmada gün xeyli ucalsa da, çöllərdə hələ şeh parıldayırdı. Yuxudan yenicə oyanmış dərələrdən ətirli bir təravət yayılır, hələ rütubətli və səssiz olan meşədə tez oyanmış quşlar şən-şən ötüşürdü. Başdan-başa yenicə çiçəklənmiş çovdarla örtülü yastı bir təpənin üstündə kiçik bir kənd görünürdü. Əynində ağ kisəyi paltar, başında dəyirmi həsir şlyapa və əlində çətir olan cavan bir qadın dar torpaq yolla bu kəndə tərəf gedirdi. Kazak paltarı geyinmiş nökəri uzaqdan ardınca gəlirdi.

Qadın gəzintidən ləzzət alırmış kimi tələsmədən yeriyirdi. Ətrafda hündür və yırğalanan çovdar əkini, gah gümüşü yaşıl, gah da qırmızımtıl rəngə çalan uzunsov dalğalarla tərpəşərək xəfif-xəfif xışıldayırdı, göyün üzündə torağaylar cəh-cəh vururdu. Bu cavan qadın bu kənddən bir verst aralıda yerləşən öz kəndindən gəlirdi; qadının adı Aleksandra Pavlovna Lipina idi. Dul, uşaqsız və xeyli varlı olan bu qadın, istefaya çıxmış qardaşı ştabs-rotmister Sergey Pavloviç Volınsev ilə bir yerdə yaşayırdı. Qadının qardaşı evli deyildi və bacısının mülkünü idarə edirdi.

Aleksandra Pavlovna kəndə çatıb kənarda xeyli köhnə və alçaq bir daxmanın qabağında dayandı və nökərini çağırıb tapşırdı ki, daxmaya girib daxma yiyəsi olan arvadın səhhətini xəbər alsın. Nökər tezliklə əldən düşmüş bir ağsaqqal kəndliylə qayıdıb gəldi.

– Hə, necədir? – Aleksandra Pavlovna soruşdu.

– Hələ diridir… – deyə qoca cavab verdi.

– İçəri girmək olar?

– Niyə olmaz?

Aleksandra Pavlovna daxmaya girdi. İçəri yaman darısqal, boğanaq və tüstüylə dolu idi… Sobanın səkisindəki yataqda kimsə tərpəşir, zarıyırdı. Aleksandra Pavlovna diqqətlə baxanda alaqaranlıq içində başına dama-dama yaylıq bağlamış bir qarının saralmış və qırışmış üzünü gördü. Sinəsinə qədər ağır bir armyak 1 1 Armyak – keçmişdə rus kəndlilərinin geyindikləri, qalın mahuddan kaftana oxşayan üst paltarı. salınmış qarı çətinliklə nəfəs alır, arıq əllərini zəif-zəif yırğalayırdı.

Aleksandra Pavlovna qarıya yaxınlaşıb barmaqlarını onun alnına toxundurdu… Alnı od içində yanırdı. Aleksandra Pavlovna yatağa tərəf əyilib:

– Hə, halın necədir, Matryona? – deyə soruşdu.

Qarı diqqətlə Aleksandra Pavlovnanın üzünə baxıb zarıdı, sonra dedi:

– Pisdir, əzizim, pisdir. Əcəlim çatıb, bala can.

– Allah kərimdir, Matryona, ola bilər ki, sağalasan. Göndərdiyim dərmanı içmisən?

Qarı dərdli-dərdli zarıyıb cavab vermədi, o, sualı eşitməmişdi.

– İçib, – deyə qapının ağzında dayanan qoca dilləndi.

Aleksandra Pavlovna qocadan soruşdu:

– Qarının yanında səndən başqa kimsə qalır?

– Bir qız da var, onun nəvəsidir, ancaq hey qoyub gedir, bir yerdə oturmur. Yaman dəcəl uşaqdır. Arvada bir stəkan su verməyə də tənbəllik edir. Mən özüm də ki, qocayam, əlimdən nə gəlir?

– Bəlkə arvadı bizim xəstəxanaya aparaq?

– Yox! Xəstəxanaya niyə? Fərqi yoxdur, onsuz da öləcək. Bəsdir yaşayıb, görünür ki, allahın əmri belədir. Yatağından qalxa bilmir. Xəstəxanaya necə gedəcək? Onu yerindən qaldırsalar, elə orda canı çıxar.

– Ox… – Qarı yenə zarıdı. – Ay gözəl xanım, mənim yetimimi gözdən qoyma, bizim ağalar uzaqda olurlar, ancaq sən…

Qarı susdu. O, zorla danışırdı.

– Narahat olma, – deyə Aleksandra Pavlovna dilləndi, – hər şey düzələr. Bax, sənə çayla qənd gətirmişəm. Ürəyin istəyəndə içərsən… – Sonra qocaya müraciət etdi. – Samovarınız var?

– Samovar? Samovar yoxdur, ancaq tapmaq olar.

– Elədirsə tap, ya da istəyirsən, mən özümünkünü göndərim. Bir də nəvənə tapşır ki, xəstənin yanından tərpənməsin. Ona de ki, eyibdir.

Qoca heç nə demədi, içində çayla qənd olan bağlamanı iki əlli aldı.

– Xudahafiz, Matryona! – Aleksandra Pavlovna qarıyla sağollaşdı. – Mən yenə sənin yanına gələcəyəm, sən də ruhdan düşmə, vaxtlı-vaxtında dərmanı iç…

Qarı başını qaldırıb Aleksandra Pavlovnaya tərəf boylandı.

– Ay xanım, bir əlini ver, – deyə qarı dili dolaşa-dolaşa səsləndi.

Aleksandra Pavlovna əlini ona vermədi, özü əyilib onun alnından öpdü. Gedəndə qocaya tapşırdı:

– Bax, dərmanı yazıldığı kimi, vaxtlı-vaxtında verin ha. Çay da içirdin…

Qoca yenə cavab vermədi, sadəcə baş əydi.

Aleksandra Pavlovna təmiz havaya çıxan kimi rahat nəfəs aldı. O, çətirini açıb evlərinə getmək istəyirdi ki, birdən daxmanın tinindən alçaq bir minik drojkisində 2 2 Drojki – dörd təkərli yüngül minik arabası. əynində boz kolomyankadan 3 3 Kolomyanka – möhkəm kətan parça. köhnə palto, başında da belə bir furajka olan, otuz yaşlarında bir adam çıxdı. O, Aleksandra Pavlovnanı görən kimi atını saxlayıb üzünü ona çevirdi. Onun qızartısız geniş üzünün rəngi də paltarının rənginə uyğun idi: gözləri xırda, açıq boz rəngdə, bığları isə ağımtıl idi.

– Salam, – deyə o, tənbəl-tənbəl gülümsəyib dedi, – icazənizlə, bilmək olarmı burda nə edirsiniz?

– Xəstə yanına gəlmişdim… Bəs siz hardan belə, Mixaylo Mixaylıç?

Mixaylo Mixaylıç onun gözlərinə baxıb yenə də güldü.

– Xəstələrə baş çəkməklə, siz yaxşı iş görürsünüz, ancaq xəstəni öz xəstəxananıza aparsanız, daha yaxşı olmazmı?

– Qarı çox zəifdir, onu yerindən tərpətmək olmaz.

– Bəs siz öz xəstəxananızı ləğv etmək istəmirsiniz ki?

– Ləğv etmək? Bu hardan çıxdı?

– Elə.

– Bu nə qəribə fikirdir?! Bu sizin başınıza hardan gəldi?

– Axı siz Lasunskaya ilə yaman dostluq edirsiniz və gərək ki, onun təsiri altındasınız. Onun sözlərinə görə isə, məktəblər və xəstəxanalar boş və lüzumsuz uydurmalardır. Xeyriyyə işləri də, maarif də şəxsi bir iş olmalıdır: bütün bunlar mənəviyyata aid işlərdir… Deyəsən, Lasunskaya belə deyir. Ancaq mən bilmək istərdim ki, bu sözləri o, kimdən öyrənib?

Aleksandra Pavlovna güldü.

– Darya Mixaylovna ağıllı qadındır, mən onu çox sevirəm və hörmət edirəm, ancaq o da səhv edə bilər, bir də ki, mən onun hər sözünə inanmıram.

– Lap yaxşı edirsiniz, – deyə hələ də drojkidən düşməyən Mixaylo Mixaylıç cavab verdi. – Çünki o özü də öz sözlərinə inanmır. Mən çox şadam ki, sizə rast gəldim.

– Nəyə görə?

– Bu nə sözdür?! Elə bil ki, sizə rast gəlmək həmişə xoş deyil! Bu gün siz, bu səhərin özü kimi təravətli və gözəlsiniz.

Aleksandra Pavlovna yenə güldü.

– Nəyə gülürsünüz ki?

– Nəyə güləcəyəm? Əgər siz komplimenti necə soyuq bir əda ilə dediyinizi görə bilsəydiniz! Təəccüb edirəm ki, axırıncı sözü deyəndə nə əcəb əsnəmədiniz.

– Soyuq əda ilə… Siz elə od istəyirsiniz, od isə heç nəyə yaramır. Alışır, tüstülənir və sönüb gedir.

– Həm də qızdırır, – Aleksandra Pavlovna əlavə etdi.

– Hə… Yandırır da.

– Yandıranda nə olar ki? Bu da heç pis deyil! Hər halda…

– Heç olmasa bircə dəfə yanmış olsaydınız, onda görəsən yenə belə deyərdinizmi? – deyə Mixaylo Mixaylıç onun sözünü kəsib küskün əda ilə dedi, sonra qamçını ata vurdu. – Xudahafiz!

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Rudin»

Представляем Вашему вниманию похожие книги на «Rudin» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Rudin»

Обсуждение, отзывы о книге «Rudin» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x