Vahid Çəmənli - Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Здесь есть возможность читать онлайн «Vahid Çəmənli - Səni sevmək üçün gəldim dünyaya. Şeirlər» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Поэзия, на русском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Səni sevmək üçün gəldim dünyaya. Şeirlər»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitaba Azərbaycanlı şair-publisist Vahid Çəmənlinin son dövrlərdə yazdığı şeirlər və Rahib Məmmədovun xatirəsinə həsr olunan sənədli hekayə daxil edilmişdir.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Səni sevmək üçün gəldim dünyaya. Şeirlər», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Mən elə bilirdim sənin zərrənəm,

Gərək, əhatəndə dönəm, hərlənəm.

Mən hardan biləydim ögey törənəm,

Hardan doğmalığı kəşf eləmişdim?

Atdın tufanlara məni bir vədə,

Sahibsiz yurdumu taladı gədə…

Adımı, soyumu qoydun kölgədə,

Amma yola verib, əfv eləmişdim.

Ay Vahid, tükətmə quru nəfəsi,

Kimlərin sağ ikən batacaq səsi?..

Adam hesab edib çox filankəsi,

Allahım, nə qədər səhv eləmişdim?

08.10.2019

Yağı əlİndədİ Vətən torpağı

Kaş bir də təzədən qoynuna dönəm,

Dolanam yurdumda ağa, bəy kimi.

Ömrümün nəğməli anına dönəm,

Çağlayam tar kimi,

Yanam ney kimi.

Çıxmır xəyalımdan çeşməli dağı,

Çiçəkli çəməni,

Meyvəli bağı…

Süzüb piyaləyə gözümün yağın,

Çəkirəm başıma şirin mey kimi.

Vahidəm,…
İllərin könül dustağı,
Qəm deşir sinəmi bu xəzan çağı.
Yağı əlindədi Vətən torpağı,
Dayanıb baxıram hələ key kimi.

16.10.2019

Ay Vətən oğlu

Başın nələr çəkdi, ay Vətən oğlu?

Gah şahlar, gah bəylər döydülər səni.

Birləşə bilmədin qardaşlarınla,

Təkləyib, birbəbir əydilər səni.

Zülmə əyilmədin, asi dedilər,

Bir tikə çörək də bəsi dedilər…

Dünyanın ən böyük tərsi dedilər,

«Tatar», «barbar» deyib söydülər səni.

Saldı pəncəsinə səni ağ ayı,

Böldü iki yerə dənizi, çayı…

Çəkib öz qabına ən dadlı payı,

Şoran umuduna qoydular səni.

Sənə demədilər türk oğlu türksən,

İgidlikdə təksən,

Mərdlikdə təksən…

Dedilər, gözünün yaşını tök sən,

Zavallı müsəlman saydılar səni.

Qədim Qobustanda daşdadır adın,

Tarix kitabında başqadır adın.

Babəkin… Nəsimin…

Başdadır adın,

Doğradılar səni,

Soydular səni…

Vətənin, torpağın dardadı hələ,

Mahnıdan kar aşmaz!

silah al ələ…

Azad yurd bəxş elə gələn nəsilə,

Düşmənin «kürənlər», «hay» dılar sənin!

23.10.2019

Kaİnatın nİzamı

Bir dövrəni Haqq özü əvvəl böldü dörd yerə,

Hər dörddə üç-üç olur, bəllidi bu bəşərə.

Hər üç olan birini yenə bölüb dörd yerə…

Çoxdan açılıb bu sirr, bilinir nə fəzl var!

Dörd parçanın cəm adı el içində fəsildi,

Yaz, yay, payız, qış… adı haqqdan belə kəsildi.

Bu haqq-hesab, bu ölçü ibrətdi hər nəsilə,

Hər günündə, anında Hakimi Əl-Ədl var!

Haqq sevir, haqq bəxş edir bizə verdiyi payı,

Ya qız olsun ya oğlan, yox bənzəri, yox tayı…

Dolandı Ay, Gün yenə çatdı Məhərrəm ayı,

Bu ayda qəm kədər var, ölüm, itim, qətl var!

Ruha cəza verilməz, Ruh Təala özüdür,

Cismə bəxşiş verilən öz adı, öz izidir.

Günah bəşərə məxsus, yuyanı da gözüdür,

Hər damla göz yaşında min etiraf, əcr var.

Doqquz Səyyarə süzər Günəşin dövrəsində,

Həyat adlı gövhər var təkcə Yer kürrəsində.

Yol alar Yolçular tək Ulduzlar ölkəsində,

On üç illik yolunda min-min qürub, fəcr var.

Allah təkdi, – Hökmündə Yer üzü, həm Göy üzü,

Odur şəfqət dəryası, sevgi, rəhmət dənizi,

Yaradan da Özüdü, yaşadan da tək Özü,

Hikməti də, Sirri də xəlq eləyib nə cür var!

Gövhər yaradar Rəbbim bircə damla saf sudan,

Sədəfin hikmətini dərk et, ayıl uyğudan.

Yazdı Şeyxi-Füzuli, gözü doldu duyğudan,

Şəninə tərif deyən gör nə qədər can, dil var.

Vahidəm, belə duydum Kainatda nizamı,

Yalan desəm, Haqq verər layiq olan cəzami.

Vətənin övladıyam, ulu babam Nizami,

Məndə şair ürəyi, bir nəğməli könül var.

30.09.2019

Nədİkİ

(qəzəl)

Bu qədər qəm çəkir aşıq, səbəbi qəm nədiki?

Qəm çəkən qəmbaz olar, qəmdə Əqlikəm 1nədiki?

Damla-damla əriyər can gözümün yaşı ilə,

Şəm ilə etmə qiyas, mumdan olan şəm nədiki?

Çəkilim xəlvətə yar, ismini zikr etmək üçün,

Mənə bir hücrə gərək, zülmət olan ləm nədiki?

Bu dərdin əncamı var, gələndə yar hasil olar,

Ahını zildən elə, bəlkə duya, bəm nədiki?

Şükr elə Haqqa hər an, ömür verən bəxt də verər,

Əqlə hacət yox isə, onda olan kəm nədiki?

Hərə öz halı ilə cəmdə olar sübhə qədər,

Sübh olar, cəm dağılar, kim soruşar cəm nədiki?

Var idi Vahidimiz, sadiq idi ilqarına,

Pir olan yerdə deyin, Vahidi-sərsəm nədiki?

25.10.2019 1. Şair İlqar Əqlikəm

Dostum Çİngİzə

Yüzdən az yaşamaq sənə günahdı,

Bu başdan günaha batma, əziz dost.

Sən xəstə…

Bizim də işimiz ahdı,

Sağlam ol,

Heç xəstə yatma əziz dost.

Sözlərin tikanlı, ürəyin ipək,

Sənintək insanlar tapılar tək-tək.

Dərdini sel alsın, aparsın külək,

Ardınca yüyürmə, çatma, əziz dost.

Vahidi qərq etdin kədərə, qəmə.

Əcəlin əlində çevrilmə yemə.

Yaşım çoxdu demə,

Vaxtımdı, demə,

Suyu aşımıza qatma, əziz dost…

26.10.2020

Adam

Sözlərin üstümə qar kimi yağır,

Qarla dəfn edirsən məni, qar adam.

Baxışım ağırdı, ya daşım ağır,

Ya sənin bir başqa dərdin var, adam?

Kələklə gələnlər küləklə gedər,

Kamanla gələnlər tütəklə gedər…

Yanına hər gələn istəklə gedər:-

«Sürtülmüş üzünü görsün gor, adam».

Nədir, yedirdiyin bu acı mənə?

Kədəri eylədin baş tacı mənə.

Tək Allah bəxş edər əlacı mənə,

Sən məni görməzsən, gözü kor adam.

Ömür keçib gedər öz davamında,

Sonu sülhə gələr hər davanın da…

Görərik, bir zaman Haqq divaninda,

Kimin təpəsinə yağar qor, adam?

Ay Vahid, ruhuna sarıma qara,

Nə qədər söz desən kar etməz kara.

Çoxları sözündən çəkilib dara,

Toxuma özünə sözdən tor, adam!

08.11.2019

Sevgİdən de, sevgİdən yaz

Sevgi sözdə olsa idi,
Kim sevərdi aşinanı?
Kim duyardı köç edəni,
Özgə yurda daşınanı?..

Sevgi Haqqa olur, dədə!
Hər gün Haqqın haqqın ödə…
Öz nəfsini güdə-güdə,
Sevib, seçmə aşınanı.

Sevgi ilə xoşdur avaz.
Könül olar sədəfli saz…
Vahid, sən də sevgidən yaz,
Çox qaşıma qaşınanı…
15.11.2019

Görüş

04.11.2019-cu ildə doğma Çəmənli məktəbində keçirdiyim görüşə həsr edirəm

Bu da həsrətində olduğum görüş Bu da doğma üzlər Doğma baxışlar Çiçək - фото 3

Bu da həsrətində olduğum görüş;

Bu da doğma üzlər,

Doğma baxışlar…

Çiçək dənizinə dönüb ürəyim,

Məni sevənlərə çələng bağışlar.

Hardasan, könlümü ovlayan gözəl?

Dəlitək çöllərə qovlayan gözəl…

Bir zaman başımı tovlayan gözəl,

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Səni sevmək üçün gəldim dünyaya. Şeirlər»

Представляем Вашему вниманию похожие книги на «Səni sevmək üçün gəldim dünyaya. Şeirlər» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Səni sevmək üçün gəldim dünyaya. Şeirlər»

Обсуждение, отзывы о книге «Səni sevmək üçün gəldim dünyaya. Şeirlər» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x