Vahid Çəmənli - Hər şey yaxşıya doğru

Здесь есть возможность читать онлайн «Vahid Çəmənli - Hər şey yaxşıya doğru» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Издательство: Литагент Ридеро, Жанр: Поэзия, russian_contemporary, на русском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Hər şey yaxşıya doğru: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Hər şey yaxşıya doğru»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitabda müəllifin son illərdə yazdığı şerlər və nəsr əsərləri toplanmışdır. Əsərlər sadə xalq dilində yazılmışdır. Yaş məhdudiyyəti yoxdur.

Hər şey yaxşıya doğru — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Hər şey yaxşıya doğru», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Sən çox gözəl təşkilatçı idin. Ülvi müəllimlə birgə rəhbərlik etdiyiniz Karate fedarasiyasının qazandığı uğurlardan gecə-gündüz danışsaq, qurtarmaz. Hələ gənc yaşlarından bu fedarasiyada söz sahibi idin. Sənin şərəfinə neçə dəfə Azərbaycan bayrağı qaldırıldı, neçə dəfə zəfər himnimiz səsləndi. 7-ci dan qara kəmər sahibi idin. Bu, yüz milyonlarla insanlardan yalnız birinə nəsib olur. Son zamanlar yarışılara hakimlik edirdin. Bu sahədə də uğurun ən yüksək pilləsinə qalxdın. Beynəlxalq dərəcəli hakim idin. Hamı səni ən oyektiv hakim kimi tanıyır, verdiyin qərarla razılaşırdılar. Sənin ədalətli hakimliyin də, idman zəfərlərin kimi Azərbaycan idmanına böyük şöhrət gətirirdi. Əllərindən tutub, idmanın sirrlərini öyrətdiyin gənclər öz əzmkarlığı ilə hamıdan seçilirdi. IV İslam Oyunlarında zəfər qazanan karateçi idmançılarımızın arasında sənin də layıqli payın var. Bu gün səninlə vidalaşdıq. Yaşadığın evdən Qurd qapısınacan uzanan qəm karvanına baxdıqca, kövrəlirdim. İnana bilmirdim… İnana bilmirdim ki, sən həyatda yoxsan. Məni ən çox ağrıdan amillərdən biri də canın qədər sevdiyin oğlun Emilin Bakıda olmaması idi. Bəli, bu məni ağrıdırdı. Ata oğul çiynində getməlidir. Təəssüf ki, Emil bu şərəfli yükə, bu qəm yükünə öz çiyinlərini verə bilmədi. Bu, məni hələ çox ağrıdacaq.

İnanmaq olmur ki bu sənin üzündəki son təbəssümdür Son zamanlar özünə ev - фото 4

İnanmaq olmur ki, bu sənin üzündəki son təbəssümdür!

Son zamanlar özünə ev tikirdin. Amma taleyin qismətii başqa imiş. O, sənə soyuq, dar məzar hazırlayırmış. Eybi yox, canın qədər sevdiyin vətən torpağıdır.

Əlvida, əziz dostum Yusif Məmmədov! Rahat uyu, Cənabi-Haqq son mənzilini nurla doldursun.

P.S. Deməyə bilmərəm. Sənin ölüm xəbərini yayan KİV-nin qərəzli yazılarını həzm edə bilmirəm. Doğrudur, sən IV İslam oyunlarındaki qələbəni restoranda qeyd edərkən dünyanı dəyişmisən. Amma, məlumatı yayanlar, onu oxuyan insanlarda belə bir fikir formalaşırdılar ki, guya sən kef məclisində yeyib-içəndən sonra bu hadisə baş verib. Bu cür söz dəllalarına demək istəyirəm ki, sən yüksək intizama malik bir idmançı idin. Heç vaxt siqaret çəkməzdin, spirtli içkilər qəbul eləməzdin. Belə məlumat yaymaq istəyənləri də öz vicdanı ilə baş-başa qoyuram Bakı 25 may 2017-ci il

Dəli Çəmənli haqqında ballada

Qarabağın qucağında,
Allı – güllü, Ən laləli,
Ən sünbüllü, Ən bülbüllü bucağında.
Bir kənd vardır,
Çəmənlidir onun adı.
Çəmənlimdir!
Şehə batmış çəmənimdir!
Ürəyimdir!
Dirəyimdir!
Çörəyimdir!
Əbədilik gərəyimdir!
Əbədilik verib mənə
Ulu Tanrı bu diyarı.
Neçə – neçə igidlərin yadigarı…
O sarsılmaz igidlərdən
İlham alıb bu gün mən də,
Böyük dastan yaratsaydım Çəmənlimdən…
Qarabağım, qəm otağım,
Qəza – qədər öz ortağım.
Tale yüklü arzulara
Həsrət qalan
bir yatağım.
Sakit – sakit keçib gedir
Bu zamanın gərdişində neçə insan.
Sənsə belə şax qalmısan,
Şux qalmısan.
Tarixlərdə adın qalıb «Dəli» kimi
Bir vüqarlı
Dəli ömrü yaşamısan.
Dəlidağ tək,
Dəli Kür tək ad almısan.
Sarsıdarmı səni fələk.
Dəli kimi tarixlərdə qalar aldın
Dəli Həsən,
Dəli Domrul,
Dəli Becan,
Tarixlərin neçə – neçə Dəlisi tək,
Bu gün məni bağışlasın
At oynadan babalarım,
Niyə mən də olmamışam
Bəs onların birisi tək…
Deyirlər ki, bir zamanlar
Bir qəddar şah
diş qıcıyıb bu torpağa.
Ürəyindən Qarabağda
Talan qurmaq gəlib keçib.
Qoşun yığıb,
Hücum çəkib.
Od vuraraq
neçə – neçə tarlasına
Gəlib çıxıb
Qədib Şuşa qalasına
Cuşə gəlib hayqırıbdır:
«Eheey!
Hanı bu torpağın kişiləri?
Mən gəlmişəm bu dağları,

Dərələri oylaq edəm.
Aran məni yandıranda
Bu yerləri yaylaq edəm.

Mən gəlmişəm
Sizdən baci – xərac alam.

Qılıncımın qəbzəsinə
Rəvac alam.

Güc məndədir,
Qüvvət məndə.
Elm, helm, qüdrət məndə.
Atdan düşün,
Qılıncımın altdan keçin,
Sonra rahat əkin, biçin.»
Qəribədir!
Diş qıcıyır hamı bura.

Hamı salır vurhavura.
Anlamırlar,
Bura elə bir diyardır,
Quş uçarsa qanad salar,
Qatır gəlsə dırnaq salar.
Bir kimsənin torpağına
Dikməsək də göz heç zaman,

Bizlərə xor baxan gözün
Didəsinə od salarıq. Biz özümüz
Torpağından bac alarıq!
Qala xanı məşvərətə adam yığdı:

– Balam bu şah at oynadır
Deyir baba,

Burda mənəm
Bağdadda da kor xəlifə.
İstəyirəm
Sahib çıxam hər tərəfə.
Anlatmışam neçə dəfə
– Bu fikirdən daşın bala!
Yığsam əgər
mən dövrəmə qoşun, bala
Başsız qalar
Bu qalada başın, bala.

Nə yazıq ki, bunu qanmır.
«Dava» deyir heç utanmır.
Bu gün gərək xəbər gedə
Hər obaya,

Hər yaylağa,
hər çadıra
Dəliləri yığaq bura.

Əfətlidən Əkbər gəlsin.
Mahrızlıdan Qəmbər gəlsin.
Üçoğlana salın nəzər,
Dəli Həsən harda gəzər?
Hər kənddən bir Dəli gəlsin.

Kəngərlidən Vəli gəlsin.
Ovşarlardan görün kim var?
Lənbərandan Dəli Qafar.

Göytəpədən Dəli Cabbar.
Qiyaslıdan vuran – tutan Dəli Aslan.
Unutma bax,
Qərvənd,
Xaçın,
Xındırıstan.
Dəli Əhməd,
Dəli Məmməd,
Dəli Qurban!
Quzanlıdan Dəli İmran.

Mərzilidən Dəli Yaqub,
Dəli Soltan Gülablıdan.
Xıdırlıda ayaq saxla
Dəli Rzanı bura yolla…
Tez yəhərlə köhlən atı,

Hə, igidim duma, atlan,
Tez bura yığ camaatı.
– Ay xan, ay xan…
Heç demədin Çəmənlidən?
Çəmənlidən kimi bura
Çağırım mən.

– Çəmənlidən?..
Çəmənlidən hansı Dəli
qənşərinə çıxsa əgər
Bura göndər!
…O zamandan keçib illər.

İndi xan da
qəddar şah da tarix olub.

Bu zamanın gərdişindən,
Sənin «Dəli» adın qalıb.
İndi hamı elə bilir,
Dəli olmaq asan işdir.
Dəlixana sarıdan da
Koroğlumuz yoxdu, «şükür»!
İndi çoxu
əsgərliyin orda çəkir.

Sonra ona daşdan keçən
Kağız verir dəlixana.

«Devit be”dir
Silah vermək olmaz ona.

Atasının pul kisəsi,
Cağbacağlı Mersedesi dura – dura,
Dəli hara, əsgər hara?
Ağrımasın təki başı,

Kim istəyir töhmət etsin.
O dəlidi – ağıllıdı,
Qoy dəlilər xidmət etsin.
Ay papanın gül dəlisi,
Ay mamanın gül dəlisi,
Get özünə başqa ad qoy
Dəliliyə dəymə, bala.

Dəli sənə tutar bir toy,
Çox özünü öymə, bala.
O dəlilik kağızını cırıb tulla.
Kəmər bağla,
Qılınc qurşa.
Xəbər göndər haykazlara.
Dəli, dəli görməyincə
Dəyənəyin qısmaz dala.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Hər şey yaxşıya doğru»

Представляем Вашему вниманию похожие книги на «Hər şey yaxşıya doğru» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Hər şey yaxşıya doğru»

Обсуждение, отзывы о книге «Hər şey yaxşıya doğru» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x