Nizami Gəncəvi - Leyli və Məcnun

Здесь есть возможность читать онлайн «Nizami Gəncəvi - Leyli və Məcnun» весь текст электронной книги совершенно бесплатно (целиком полную версию без сокращений). В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2004, Издательство: LİDER NƏŞRİYYAT, Жанр: Поэзия, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Leyli və Məcnun: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Leyli və Məcnun»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Leyli və Məcnun — читать онлайн бесплатно полную книгу (весь текст) целиком

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Leyli və Məcnun», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Əldə şərab vardı, könüldə bahar,
Sövdadan danışıb, deyirdi onlar.
Gah şərab edirdi onlara əsər,
Gah dodaq-dodağa öpüşürdülər.
Gah keçən sövdanı anırdı onlar,
Gah da qoşa yatıb kam alırdılar
O taxta bir qoca baş söykəyərək,
Durmuşdu onların qulluğunda tək.
Qoca, aşiqlərin başına hər an
Şabaş dağıdırdı asimanlardan.
Zeyd bu yuxunu gördüyü zaman
Soruşdu gizlicə göy qocasından:
Əlləri qədəhli bu iki nəfər,
Bu behişt bağında, de, nəçidilər?
O can mənzilində havalanmışlar.
Hardan bu məqamda tutmuşlar qərar?»
O, dilsiz qoca da ona bir təhər
Eyhamla fikrini dedi, müxtəsər:
Dedi ki: «Dost olmuş bu iki vicdan
Yoldaş yaranmışdır başdan, binadan.
Biri doğruluqda dünya şahıdır,
O biri qəlb alan qızlar mahıdır.
O dediyim ayın adı Leylidir,
Yanındakı şaha Məcnun deyilir.
Səfa sandığında bu iki nəfər
Eşq ilə yaşamış saf ləldirlər.
Rahatlıq görməyib fani dünyada,
Indi yetişmişlər yalnız murada.
Burda görməyirlər dərd-qəmdən əsər,
Daima şadlıqla ömür sürürlər.
Kim ki, o dünyada bəhrəsiz qalar.
Onun bu dunyada başı ucalar.
Kim ki, o dünyada acı qəm içər,
Ömrü bu dünyada şadlıqla keçər».
Sübhün işığıyla yanan asiman

Gecə xırmanında od vuran zaman
Zeyd öz yuxusundan ayıldı birdən,
Hamıya söz açdı bu sirrlərdən,
Kim ki, o dünyadan istəyir bir bar,
Bu dünya keyfinə o ayaq basar.
Bu aləm fanidir, quru torpaqdır,
O aləm daimi, özü də pakdır.
Doğrudur, əbədi, təmiz bir aləm
Fani bir torpaqdan yaxşıdır, desəm!
Amandır, ağlını unutma ki, sən
Gülünü tikana dəyişməyəsən!
Özün çıxarmasan mədəndən gövhər,
Gövhər axtarma ki, müftə verməzlər.
Eşqin hərəminə can ver, ey insan!
Bəlkə özlüyündən can qurtarasan.
Eşqin aləmində ox kimi süz sən,
Uzaq düşməyəsən o nişanədən.
Ox düz getdiyindən öz nişanına,
Bil ki, layiq olmuş şah kamanına.
Varlığın açarı eşq ilə insan
Qürur girdabından qurtarar, inan!
Əgər qəm şərbəti olsa da zəhər,
Eşqin əlləriylə şirin içilər.
Baxma bu şərbətin acısı çoxdur,
Saqisi eşq isə, qorxusu yoxdur.
Dözülməz olsa da bu qəm, bu zillət,
Xoşdur! Yaratmışsa onu məhəbbət.
Artıq söz dəryası axıra yetdi,
Ayıq ol ki, gəmi ədəmə getdi,
Nizami! Allaha şükür edək biz,
Mükəmməl qurtardı bu hekayəmiz.
Bağlılar açarı olsun bu dastan,
Oxuyub ağ günə çatsın hər insan.
Əsər səadətlə yetişdi sona
Uğurlu aqibət diləyək ona.

KITABIN SONU

Ey şah, bu dünyaya özün pənahsan,
Sən bir şah deyilsən, bəlkə min şahsan.
İkinci Cəmşidsən taxt almaqda sən,
Birinci günəşsən misilsizlikdən.
Keyqubad görkəmli Şahi-Şirvansan,
Əbülmüzəffərsən, böyük xaqansan.
Yalnız Şirvan deyil, dünya şahısan,
Ikinci Keyxosrov, ey şah Axsitan.
Sən, ey padişahlıq bürcünün sonu,
Dünya çox görməsin şah olduğunu.
Insanlıq fəxr edir adınla hər dəm,
Səndən abad olmuş bu iki aləm.
Dəniz çeşməsisən, calalın vardır,
Sənin böyüklüyün — apaşikardır.
Mübarək başını, ey fəxri-cahan,
Fələkdən yuxarı tutduğun zaman.
Şadlıqla, nəşəylə xəyalata get,
Bu gözəl dastanı mütaliə et!
Bu fikir qızının gözəlliyindən
Xəzinə aparıb, murada yet sən.
Kaş ki, bəyənəydin bu gözəl yarı,
Əhsənin olaydı ipək paltarı.
Belə bir səxavət səndən istərəm,
Məndən təvəkküldür, səndən də kərəm.
Səndəki pak könül bir də qalib baxt,
Sənə nəsihətçi olsa da hər vaxt,
Bu allah vergisi nəsihətçidən
Iki-üç söz eşit səhər çağı sən,
Gör, dünya nə qədər baş yola saldı,
Gör hansı şahlardan bu vaxta qaldı.
Dünyanı abad et sən, ey hökmüdar,
Adın bu dünyada qalsın yadigar.
Sən ki, iş bilməkdə ayıq bir şahsan,
Daha da ayıq ol, nə qədər sağsan.
Sonsuz ədalətin, səxavətin var,

Daha da çox olsa, zərərmi olar?
Bir iş dövlətinə gətirsə cəlal,
Sən həyata keçir o işi dərhal.
Şahlıq zinətinə diqqətlə baş çək,
Tük qədər bir ləkə qonmasın gərək.
S ənin bayrağına layiq bir torpaq
Idarən altında yaşayır ancaq.
Səndən uzaq olan yerləri də sən
Öz torpağın bilib, şad ol ürəkdən.
Kim ki, sevir səni, boynunu burma,
Hər bir günah üçün qılınc da vurma.
Səndən üzr istəsə hiyləgər düşmən,
Onu qov qapından, heç aldanma sən.
Qüdrətli, təmkinli, həm də sayıq ol,
Şərab içsən belə yenə ayıq ol!
Qolların iş görən olsa da hər an,
Yenə kömək istə böyük allahdan.
Öz fikrin nə qədər ayıq olsa da,
Xor baxma sən başqa fikrə dünyada.
Heç iki ürəklə girişmə hərbə,
Taki qəlp çıxmasın vurduğun zərbə.
Gah yumşaq, gah da tünd olsa bir adam,
Onun söhbətindən pəhriz tut müdam.
Kimin ki, içində iki qapı var,
O heç yaşamasa daha xoş olar.
Irəliyə addım atdığın zaman
Geri dönməyi də unutma bir an.
Iş, doqquz addımla atılsa sən bil.
On addım atmağın məsləhət deyil.
Ədalət axtaran insanlara sən
Doğru cavab göndər doğru dillərdən.
Işində sadiq ol, sözündə möhkəm,
Kim aman istəsə, olsun xatircəm.
Hər kəsi sınaqdan keçirib düz bax,
Sınaqsız olmasın o sənə küstax.
Heç kəsin əhdinə bel bağlama gəl,
Onun iç üzünə atmayınca əl.

Kiçik görünməsin gözünə düşman,
Böylə təmizlənir yollardan tikan.
Incisən bir sirrin açılmağından,
Danışma bilməsin onu bir insan.
Vurduğun bir şeyi çıxart kökündən,
Hörmət etdiyini gözdən salma sən.
Gecəni, gündüzü çox vermə bada
Yaxşı ad uğrunda çalış dünyada.
Şərab halalsa da mindirmə başa,
O haramzadədən uzaqda yaşa,
Meyi qaydasınca nuş edə bilsən,
Sən şərab içərsən, keflənər düşmən.
Həddini aşırıb, çox içsən əgər,
Sənə bütpərəstlik ləkəsi dəyər.
O gün ki, xoşhalsan, xeyli dayan, dur,
Pis gözlərə qarşı üzərlik yandır
Təbin şad olduğu gecələr belə
Özünə bir dua nəfəsi üflə.
Kef vaxtı özünü nəşəli saxla,
Qoy məclis qızışsın daha maraqla.
Dünyada şir kimi sən göstər vüqar,
Taki igidlikdən dəm vurmasınlar.
Bir xərabə görsən, qurmağa tələs,
Məsləhət belədir, əməyin itməz.
Gətir bu dünyanı ağlın önünə,
Tələsmə heç kəsin ölüm gününə.
Diləyin baxma ki, uzaqda qalar,
Öz bəxtin qapıdan içəri salar.
Bu sözlər, bəlkə də, bir əfsanədir,
Sənlə danışmağa bir bəhanədir.
Yoxsa, ey dünyaya sahib hökmüdar,
Səndə nəsihətə ehtiyacmı var?
Nə qədər ki, sənsən, özünsən rəhbər,
Əlindən daima yaxşılıq törər.
Yaxşı kişilərin duasına bax,
Sənə çərx altında o sədd olacaq.
Nə qədər şadlıqdır, kefdir, həvəsdir,

Sənə Nizaminin hümməti bəsdir.
Ey allah, bu şahın gül camalından
Zilləti, zəhməti gizli tut hər an!
Qapını çalarsa, fəryadına yet,
Hər yerə gedərsə, ona kömək et!
Bütün sərkərdəsi zəfərə çatsın,
Düşməni basılıb yaslara batsın!
Onun əlindəki o şahanə cam
Həyat şərbətiylə qoy dolsun müdam.
Mənə də bir qətrə versin o camdan,
Yazmışam adına bir belə dastan.
Adıyla adlansın bu dastan hər dəm,
Şahın dövlətinə olsun xoşqədəm.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Leyli və Məcnun»

Представляем Вашему вниманию похожие книги на «Leyli və Məcnun» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Leyli və Məcnun»

Обсуждение, отзывы о книге «Leyli və Məcnun» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x