Nizami Gəncəvi - Leyli və Məcnun
Здесь есть возможность читать онлайн «Nizami Gəncəvi - Leyli və Məcnun» весь текст электронной книги совершенно бесплатно (целиком полную версию без сокращений). В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2004, Издательство: LİDER NƏŞRİYYAT, Жанр: Поэзия, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.
- Название:Leyli və Məcnun
- Автор:
- Издательство:LİDER NƏŞRİYYAT
- Жанр:
- Год:2004
- Город:Bakı
- ISBN:нет данных
- Рейтинг книги:4.5 / 5. Голосов: 2
-
Избранное:Добавить в избранное
- Отзывы:
-
Ваша оценка:
- 100
- 1
- 2
- 3
- 4
- 5
Leyli və Məcnun: краткое содержание, описание и аннотация
Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Leyli və Məcnun»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.
Leyli və Məcnun — читать онлайн бесплатно полную книгу (весь текст) целиком
Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Leyli və Məcnun», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.
Интервал:
Закладка:
Onun bəlasına düşəcək aləm…
Belə uçurumu olan ruzgarda,
De, kimin həyatı qalmayır darda?
Deyin, tüstülənib yandıqca ruzgar,
Onda qovrulmayan bir yaramı var?
Hər yara üstündə qəm damğası var,
Zülmün dırnağıyla didilir onlar.
Ey çolaq eşşəyi bu dəyirmənin,
Üzün kəhrəbadan sarıdır sənin.
Uzaqlaş fırlanan bu dəyirmandan,
Çıxmaz azadlığa onunla insan.
Bir evdə olduqca sel təhlükəsi,
Qalx ki, yaxınlaşır o selin səsi.
Hələ sındırmamış körpünü fələk,
Dəvəni körpüdən kənara tez çək!
Dünyanın göbəyi yellə doludur,
Yel də ki, bir heçdir, heçlik yoludur.
Yelə bağlı olan bu diriliyə
Çox da bel bağlama dirilik deyə.
Tələs ki, rahatlıq getdi dünyadan,
Çox yavaş sürmə ki, getmişdir karvan.
Qan içən bu yeddi başlı əıdaha
Dövrəndə ilandır, açılmaz daha.
Özünə bir diqqət yetirsən əgər,
Bürümüş dövrəni bu əıdahalər.
Bu qoca dünyanı zənn etmə fağır,
Qarı görünsə də, bir əıdahadır.
Bu dünya oğrudur, köçünü tez çək,
Bu cığal oyunçu daş gizlədəcək.
Gəl əyri vurma ki, sən mümkün qədər,
Əyri zərbələrin özünə dəyər.
Qorxma öz könlünü elə abadan,
Yaqut ye, zərrəcə qorxma vəbadan.
Ağalıq atından aşağıya en,
Bir zəiflik göstər acizliyindən.
Taki əcəl şiri can alsa yenə,
Baxıb rəhmi gəlsin acizliyinə.
Təkəbbürlü gəzmə, bu işdən əl çək,
Bil ki, sənin yemin deyil bu çörək.
Torpaqdan məhəbbət kəsmək gəzirsən,
Deyəcəyəm deyib, heç dinməyirsən,
Sinə düyünləyən bu qıfıl ki, var,
Qızılı xəznənin qarnında saxlar.
Qıtlıqdan istərsən ölsün bu qarı
Taki sənə qalsın ev qızılları.
Gözə görünməmiş o bir hümadır,
Gözə göründümü, bir əıdahadır.
Düşəndə məhbəsə aqil bir adam
Baxıb yol axtarar qaçmağa müdam.
Dünya məhbəsində tutmusan qərar,
Sən ki, yol bilənsən, durma, yol axtar!
Bu işin dərmanı tapılar, şəksiz,
Bu yükün cövrünü çəkməliyik biz.
Gözündə işıq var, qəlbində qüvvət,
Boş ki, yaratmamış səni təbiət.
Özünü zənn etmə zəif bir çıraq,
Bil ki, zinət alır səndən yeddi bağ,
Fələyin üstündə vilayətin var,
Himayən altında durur varlıqlar.
Səcdə edənlərin Səlcuqisən sən,
Bir də son vücudun mirası sənsən.
Fələk kimi olan boyuna bir bax,
Saxla qiymətini, vüqar qalacaq.
Sarılma torpağa, o, tozdur, inan!
Uyma təbiətə, od çıxır ondan,
Sən öz mərtəbəndə otursan əgər,
Bil, ucalar başın göylərə qədər.
Dağ kimi, qaçırma başını seldən,
Sillə yesən belə, üz döndərmə sən.
O nalını salan daşı al ələ,
Qaldır, öp: «Nə gözəl ləlsən» söylə.
S əninlə qaynayan sirkəni su tək,
Gözünü yumaraq içəsən gərək!
Bu yol, bir vəfayla başa vurular,
Ondan vəfa ilə qurtarmaq olar.
Çox içən adamlar bədxumar olar,
Yaxşı içənlər də xoşgüvar olar.
Axar sular kimi sən də sakit ax,
Axdığın yerlərdə xoşlansın torpaq.
Bil ki, su nohurdan içilsə əgər,
Sərin ola bilməz axar su qədər.
Varlıq dünyasıdır torpağın, gerçək,
Dünyaya pərəstiş etmə torpaq tək.
Dünya gedərgidir, dalınca getmə!
Qalmayacaq şeyə sitayiş etmə!
Məcnun ki, dünyadan heçliyə vardı,
Dünya töhmətindən canı qurtardı.
Gəlin beşiyinə qoydu özünü,
O yuxuya gedib yumdu gözünü.
Bu fani dünyada öldü möhnətdən,
Köçüb o dünyaya, qurtardı dərddən.
Torpaqlar onu da qoynuna aldı,
Bir ay, bəlkə bir il o halda qaldı.
Qəbrin dövrəsində bir böyük dəstə
Vəhşi dayanmışdı gözü yol üstə.
Şah kimi yatmışdı sarayında tək,
Vəhşilər baxırdı keşik çəkərək
O hasarlı səhni bürüyüb onlar,
Yuva düzəltmişdi orda heyvanlar.
Baxıb vəhşilərə, can qorxusundan
O qəbrin yanına gəlməzdi insan.
Uzaqdan baxanlar görərdilər ki,
Vəhşilər qaynaşır arılar təki.
Zənn edirdilər ki, o qərib xəstə
Yenə də əyləşmiş o qəbrin üstə.
Qılınc vuranlar da hər axşam, səhər
Şahın sarayına keşik çəkirlər,
Bilməyirdilər ki, şah qəbrə varmış,
Tacla kəmərini külək aparmış.
Məcnun — o canını eşqə xərc edən,
Dürrünü torpağa basdırıb gedən
Məhv oldu fələyin zəlzələsindən,
Çürüyüb torpağa qarışdı bədən,
Onun canındakı nişanələrdən
Quruca bir sümük qalmışdı, bilsən!
Vəhşi heyvanlar da gəlib bir kərə.
Yaxın durmazdılar o sümüklərə.
Nə qədər hərəmi güddü vəhşilər,
Ayaq da basmadı ora bir nəfər,
Ölünü insanlar anıb, yad edər,
Yoxdur vəhşilərdə belə bir hünər.
Bir il bu qaydayla keçdi, əlqərəz,
Dağıldı vəhşilər istər-istəməz.
Bəzisi iy alıb, üz qoydu dağa,
Bəzisi də ölüb getdi torpağa.
Xəznə tilsimini qapanda dövran,
Xəznə qıfılı da çürüdü pasdan.
Bu halı görüncə yol adamları,
Qeyidsiz gəldilər hərəmə sarı,
Gördülər ki, yatır orda bir insan,
Sümüklər qalmışdır onun canından.
Bir vəfa gözüylə seyr edib onu,
Tezcə tanıdılar kim olduğunu.
O zaman yayıldı bu səs hər yana,
Yayıldı bu xəbər Ərəbistana.
Toplaşdı qohumlar, qəlbi yananlar,
Başına dərd gəlmiş qəmgin insanlar.
Baxdıqca meyidə, nalə çəkdilər,
Şivən qopardaraq, qan yaş tökdülər.
Gövhərini saçmış o qalıb-bədən
Bir ağ sədəf kimi düşmüşdü, bilsən!
Qızılla sildilər sədəf tozunu,
Yenə də sürtdülər ənbərlə onu.
Onun mişk kimi saçları vardı,
O öz nəfəsindən ətir saçardı.
Bu məzar ağlatdı hər yaslı qəlbi,
Axdı göz yaşları yağışlar kimi.
Bu göz yaşlarıyla yuyub Məcnunu,
Torpaqdan torpağa qoydular onu.
Daxmanın yanını açıb, müxtəsər,
Leylinin yanında dəfn eylədilər.
Şahı apardılar bir meyxanəyə,
Saqiyə verdilər, sərxoşdur, deyə.
Qiyamətə qədər yatdılar rahət,
Qalxdı yollarından dərdlə məlamət.
Sağkən vermişdilər bir əhdə qərar;
Ölüb bir beşikdə qoşa yatdılar…
Zaman dolaşdıqca hər iki qəbrə
Tikdilər ordaca bir daş məqbərə.
Hüsnünə bağ-bostan həsəd aparan
O türbə səcdəgah oldu çox zaman.
Bütün xəstələrə şəfa verərdi,
Cəfadan qurtarıb səfa verərdi.
Istəyi yerinə çatmasa əgər,
Geri qayıtmazdı ordan bir nəfər
Ey allah! Aləmdən o iki insan
Ismətlə, paklıqla uçduqlarından,
Kəsmə sən onlardan öz ülfətini,
Bağışla onlara öz rəhmətini!
Bizim də növbəmiz yetişən zaman
Sən özün bilərsən, böyük yaradan!
ZEYDİN LEYLİ VƏ MƏCNUNU YUXUDA GÖRMƏSİ
Bütün ömrü boyu dərd əhli olan
Zeydə rəhmət olsun, görüm hər zaman.
O, nur çeşmələrin məqbərəsindən
Bir an da uzağa getməzdi, bilsən!
Leyliylə Məcnunun nə vaxtdan bəri
Eşq üçün dediyi xoş qəzəlləri
Bəsirət gözüylə hafizəsindən
Arayıb, axtarıb, toplayıb bəzən,
Gəlib gedənlərə verərdi xəbər,
Afərin deyirdi qulaq verənlər.
O iki aşiqdən qalan yadigar,
Aləmə Zeyd ilə oldu aşikar.
Bir gün dostlarını anaraq yenə
Ağlayıb onların bu taleinə,
Dedi: «Nakam ölən, yazıq aşiqlər
Indi bir-birindən tuturmu xəbər?
Bəlkə yer altında kərpiç olmuşlar,
Ya behişt taxtında tutmuşlar qərar.
Nafənin başını qaşıyan gecə
Gündüzün üstünə ənbər səpincə
Zeydin yuxusuna girdi bir mələk,
Bir behişt göründü şəfəqlənərək.
Onun həyətində böylu sərvlər
Şad idi bəxtiyar könüllər qədər,
Hər gülün, çiçəyin ətəyində bağ,
Hər gül yarpağında yanar bir çıraq.
Hər çəmən qoynunda bir behişt vardı,
Yanar gözlər kimi işıqlanardı.
Zümrüdə bənzərdi o yer, dedikcə,
Parlaq görünürdü göz işlədikcə.
Əlində cam tutmuş hər növrəstə gül.
Baxıb dil açmışdı sövdalı bülbül.
Irmaqlar sim üstdə tutmuşdu qərar,
Quşlar orda min bir nəğmə oxuyar.
Güllər kölgəsində güldükcə səhər,
Bir taxt qurulmuşdu günəşə bənzər.
O taxt bəzənmişdi bir behişt qədər,
Onu bəzəmişdi ipək xəlçələr.
Orda iki mələk qoşa durmuşdu,
Nəcat dərgahında cüt oturmuşdu.
Onlar nur içində hurilər qədər
Başdan ayağadək bəzənmişdilər.
Интервал:
Закладка:
Похожие книги на «Leyli və Məcnun»
Представляем Вашему вниманию похожие книги на «Leyli və Məcnun» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.
Обсуждение, отзывы о книге «Leyli və Məcnun» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.