Nizami Gəncəvi - Leyli və Məcnun

Здесь есть возможность читать онлайн «Nizami Gəncəvi - Leyli və Məcnun» весь текст электронной книги совершенно бесплатно (целиком полную версию без сокращений). В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2004, Издательство: LİDER NƏŞRİYYAT, Жанр: Поэзия, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Leyli və Məcnun: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Leyli və Məcnun»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Leyli və Məcnun — читать онлайн бесплатно полную книгу (весь текст) целиком

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Leyli və Məcnun», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Tək eşqin göstərsə mənə özünü,
Görməsəm də olar sənin üzünü.
Qoy eşqin sirrimçin dönsün əğyara.
Könlümə şəfadır vurduğun yara.
Qoy heç tapılmasın yarama məlhəm,
Sən salamat qalsan, nə qüssə, nə qəm!
Qoy, məni zillətə salsa da hicran,
Sən ondan uzaq ol, sevimli canan!
Düşsə də eşşəyim mənim ayaqdan,
Sənin ərəb atın var olsun, canan!
Pis tale gizlədi üzünü məndən,
Daima xoşbəxt ol bu dünyada sən!
Bir baş əyilməsə əmrinə bir gün,
Görüm ayağının altına düşsün!»

MƏCNUNUN DAYISI SƏLİM AMİRİNİN MƏCNUNU GÖRMƏYƏ GƏLMƏSİ

Bəli, söz sərrafı o vaxtdan bəri
Düzmüş söz sapına bu inciləri:
Məcnunun aqil bir dayısı vardı,
Aşiqin halını yaxşı duyardı.
Hünər sahibiydi o halalzada,
Dadmışdı yaxşını, pisi dünyada.
Ona deyirdilər Səlim Amiri,
Samiri kimiydi ağlı, tədbiri.
Yaralı Məcnunun oydu məlhəmi,
Başından getməzdi aşiqin qəmi.
Hər ay əl tutardı yazıq Məcnuna,
Yemək də, paltar da verərdi ona.
Bir gün o qəribin dalınca yenə
Düşdü səhraların dərinliyinə.
Qovdu çöldən-çölə öz dəvəsini,
Dağ-daşı dolandı dəli div kimi.
Gördü ki, tayfadan, zəncirdən kənar,
Bir dağın dibində o tutmuş qərar.

İki-üç vəhşi də bürümüş onu,
Gəlib gedənlərin kəsmiş yolunu.
Qorxdu vəhşilərdən yorğun müsafir,
Uzaqdan-uzağa salam verdi bir.
Məcnun o salamı eşidən zaman:
«De, kimsən, nəçisən?» soruşdu ondan.
O sa cavab verdi: «Amiriyəm mən,
Yumruqlar yemişəm pis zəmanədən.
S ənin öz dayınam, dərk elə, bala,
Üzün möhtac deyil qara bir xala.
Sən də həbəşilər kimisən bu gün,
Üzün xal olmuşdur sənin büsbütün».
Məcnun tanıyaraq, dedi: «Yaxın gəl».
Onunla diz-dizə oturub, əvvəl
Olandan, keçəndən xəbərlər tutdu,
Söhbət şirin keçdi, dərdi unutdu.
Səlim qəbristanda kəfənsiz qalan
O çılpaq aşiqi gördüyü zaman
Bir əyin paltarı aldı yükündən,
Məcnuna verərək söylədi: «Bil sən,
Bu paltar halaldır, gey indən belə,
Halalzadə kimi davran mənimlə».
«Yox, mənim canımdan paltar uzaqdır,
Geyinsəm bədənim od tutacaqdır.
Zənn et ki, libasa mən meyil saldım,
Sonrasa cıraraq, yenə lüt qaldım».
Səlim çox əlləşdi orda, müxtəsər,
Paltarı geydirdi ona bir təhər.
Sonra heybəsini açıb tökərək,
Gətirdi Məcnuna ət ilə çörək.
Nə qədər dil töküb yalvardısa da,
Məcnun bir tikə də yemədi əsla.
Yeməzdi, içməzdi Məcnun bir kərə,
Nə tapsa verərdi o vəhşilərə.
Səlim soruşdu ki: «Ey bağrı qan, sən
Danış, gecə-gündüz bəs nə yeyirsən?
Adam ki, yeməklə, içməklə yaşar,

Danış, adamsansa, nə xörəyin var?»
Dedi ki: «Ey adı qəlbim tək Səlim,
Hər sözü, söhbəti, salamı həlim,
Könlümü doyuran yeməklər deyil,
Səhər çağlarının nəsimidir bil.
Budur, ac qalmaqdan canım sönmüşdür,
Yemək qüdrətim də heçə dönmüşdür.
Yarın qoqusunu gətirən külək
Mənə həm su olur, həm də ki, çörək.
Hər gecə daşların üzərindəyəm,
Ağ gün görməmişəm bu yerdə bir dəm.
Aclıqdan saralıb lap keçinirkən,
Ağacdan kitirgə qoparıram mən,
Gah da göz tikirəm ota, ələfə,
O da həftədə yox, ayda bir dəfə.
Yeməkdən əlimi üzmüşəm müdam,
Yemək qayğısından tamam azadam.
Boğazdan getməyir yediyim mənim,
Udanda, inciyir bütün bədənim.
Bu arıq canımla keçinirəm ac,
Canımda yeməyə yoxdur ehtiyac…
Lakin, buraxmaram ruzini əldən,
Yeyənlər tapılar, yeməsəm də mən.
Bir nemət yeyəndə aslanla maral,
Onlar çeynədikcə doyuram dərhal».
Səlim anladı ki, o mərd, o qoçaq
Çörəksiz, ot ilə dolanır ancaq.
Gülmədi aşiqin o xörəyinə,
Dəyib toxunmadı onun qəlbinə.
Dedi ki: — Dünyada yemək üzündən
Çox quşlar tələyə düşmüşdür, bilsən.
Nə qədər dən dərdi çəksə bir insan,
Onunçün o qədər dərd verər zaman.
Kim qənaət etsə ota, sənin tək,
O öz aləminin şahıdır, gerçək.

HEKAYƏ

Bir gün adlı-sanlı şahlardan biri
Gəzib dolaşırdı uzaq bir yeri.
Bir zahid evinə yetmişdi o şah,
Zahid o dünyaya tutmuşdu pənah…
Şah heyrət etdi ki, nə üçün, nədən
Xərabə olmuşdur zahidə məskən?
Şah sual etdi ki: «Deyin mənə bir,
Bu kişi yol üstdə durub neyləyir?
Nə yeyir, nə içir, sənəti nədir?
Kimdir, haralıdır, şöhrəti nədir?
Dedilər: «Bir məşhur zahiddir, ancaq,
Ömr edir yuxudan, eməkdən uzaq
Qatlaşır zillətə, zəhmətə bir-bir
Bütün insanlardan uzaq çəkilir»
Şah, onun halından olcaq xəbərdar,
Zahidin yanına at çapırtdılar
Qapıçı getdi ki, xəbər yetirsin,
Şahın hüzuruna onu gətirsin.
Dedi: «Ey dünyadan əlini üzən
Niçin xoşlanırsan bu xərabədən?
Burda nə yoldaşın, nə yeməyin var
Niçin mağarada tutmusan qərar?»
Ceyran ovlağından dərilib gələn
Bir çəngə quru ot götürüb həmən,
Zahid cavab verdi: «Budur xörəyim,
Bundan qüvvət alır mənim ürəyim».
Qapıçı şah kimi süzdü gözünü:
«Bəlaya salmısan — dedi, — özünü.
Yazıq, bizim şaha xidmət eyləsən,
Bir də ot yeməzsən bu çöllərdə sən».
Zahid cavab verdi: «Sözün əbəsdir,
Bu ot bir gülqənddir, mənə bu bəsdir.
Bu otun sirrini bilsən, ey insan,
Şahın qulluğundan azad olarsan».

Onu dinlədikcə şah, birdən-birə
Qızışıb atından sıçradı yerə.
Döşəndi zahidin önünə xaqan,
Öpdü o müqəddəs ayaqlarından.
«Azadlıq əzizdir, — dedi, — daima,
Budur sözlərində gizlənən məna».
Məcnun bu nağıldan sevinib durdu,
Açıq bir ürəklə şadkam oturdu.
Azacıq dostlara könül verərək,
Hamının halını soruşdu tək-tək.
Aşiqi ağlamaq tutdu o zaman,
Sorub əhval tutdu öz anasından:
«Necədir qanadı qırılmış o quş?
O da mı ayrılıq dustağı olmuş?
Yanında qaradır üzüm əzəldən,
Qara bir quluyam öz anamın mən.
Söylə, o, sağdırmı, necədir bu dəm?
Üzünü görməyi arzu edirəm».
Səlim hiss etdi ki, o qəlbi qırıq,
Ana həsrətilə can verir artıq.
Onun gövhərini boyadı qana,
Evdən anasını gətirdi ona.
Ana öz oğluna boylandı bir az,
Elə bil qəlbini doğradı almaz.
Gördü ki, qızıl gül solub saralmış,
Aynanın üzünü sarı pas almış.
Bir vaxt əlif kimi duran qaməti
Nun kimi bükmüşdür eşqin möhnəti.
Onu görən kimi titrədi həmən,
Dondu əl-ayağı onun qəmindən.
Gah göz yaşlarıyla yudu üzünü,
Gah yolub saçını, döydü özünü.
Sonra sığalladı onun canını,
Öpüb qucaqladı can dərmanını.
Canına əl çəkib, yazıq ağladı,
Oğul yarasını ana bağladı.
Tozlanmış başını yuyub islatdı,

Yorğun ayağından tikan çıxartdı.
Məhəbbət üzündən zavallı ana
Əlindən gələni göstərdi ona.
Dedi ki: «Can bala, bu nədir, de bir?
Oyunsa, oyunun yeri deyildir.
Əcəl qılıncını çəkdiyi anda
Yenə də sərxoşsan sən biyabanda.
Atan şikayətli getdi əlindən,
Məni də ölmüş bil yaxınlarda sən…
Qalx, evinə qayıt, bir anla bunu,
Sahibsiz buraxma gəl öz yurdunu.
Hətta bu gördüyün quşlar, vəhşilər
Çıxır yuvasından axşama qədər.
Elə ki, axşamın üzü görünür,
Hər quş yuvasına üz tutub dönür.
Xalqdan nə vaxtadək gizlənəcəksən?
Çöllərdə yuxusuz ömr edəcəksən?
Uzat ayağını öz evində gəl,
Bir-iki gün sonra gələcək əcəl.
Yetər, çöldə qalıb, dünyanı atmaq,
Qarışqa, ilanla baş-başa yatmaq.
Fərz et ki, canını ilanlar çalmış,
Qarışqa başında yurd-yuva salmış.
Can çınğıl deyildir, bir ayağa dur,
Canına qəsd etmə, gəl sakit otur.
Qəm yeyib, qəlbini çox incitmə bir,
Ürəyin daş deyil, canın da dəmir».
Məcnun anasının nalələrindən
Yandı alov kimi qızışdı birdən.
«Başımın tacıdır ayağın sənin,
Incimi bəsləmiş sənin sədəfin.
Sənin toxumunun məğziyəm, ana,
Ayaq torpağın da cənnətdir mana.
Min möhnət çəkmişəm bu sövdada mən,
Bu dəfə keçmişdir işim çarədən.
Ağlıma nə yol var, nə də çarə var,
Bil ki, mən deyiləm burda günahkar.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Leyli və Məcnun»

Представляем Вашему вниманию похожие книги на «Leyli və Məcnun» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Leyli və Məcnun»

Обсуждение, отзывы о книге «Leyli və Məcnun» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x