Nizami Gəncəvi - Leyli və Məcnun

Здесь есть возможность читать онлайн «Nizami Gəncəvi - Leyli və Məcnun» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2004, Издательство: LİDER NƏŞRİYYAT, Жанр: Поэзия, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Leyli və Məcnun: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Leyli və Məcnun»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Leyli və Məcnun — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Leyli və Məcnun», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Suha ulduzu da görərdi uzaq,
Bütün qonşuları geri qoyaraq.
Səhər çağının da Qurd nəfəsi var,
Yusif tək quyunun dibində parlar,
Fələkdə rəqs edən o səyyarələr
Nəş qızlarına salmışdı nəzər…
Məcnunun qəlbində gizli bir maraq,
Oyunbaz fələyi seyrə dalaraq,
Zöhrə ulduzuna dil açdı qəlbən:
«Ey sənə taleim etimad edən,
Gecənin alnında işıq yandıran,
Səadət bəxtini işıqlandıran,
Xoşbəxtlik yolunun sənsən məşəli,
Sənsən aşiqlərin sövda əməli.
Hər əməl açarı səndədir, yəqin,
Şərbəti səndədir hər piyalənin.
Şahlıq üzüyünün bir qaşısan sən.
Murad sarayının gözəli sənsən.
Səndən yaranmışdır incə hisslər,
Gözəl təbiətin yaranmış ənbər.
Var olan lütfündən ehsan ver bizə,
Bir umud qapısı aç üzümüzə.
Canıma dərmandır sevdiyim dilbər,
Sən yetir canandan mənə bir xəbər».
Üfüqdən göründü yenə Müştəri,
Bu oldu Məcnunun ona sözləri:
«Sən ey səadətin ulduzu sənəm,
Vədəsi, iqrarı daima möhkəm,
Sən ey baxışları bizə ruh verən,
Dünyanı adınla fəth elədin sən.
Ey umud məktubu yazan Müştəri,
Səndəndir ölkənin fəthi, zəfəri.
Bu aləm sayəndə tutmuşdur qərar,
Dünyanı yaşadan bir qüdrətin var.
Sən, ey taleimin şəni-şöhrəti,
Səndədir qəlbimin bütün qüvvəti.
Gəl vəfa gözüylə üzümə bir bax,

Mənim bu dərdimə çarə taparaq,
Gəl mərdlik əlini mənə də yetir,
Bu qara talei üstümdən götür.
Ah! Bir xəbər yetir mənə dostumdan,
Bir gül itirmişdir, fərz et, gülüstan».
Gördü ki, buxardan olan ulduzlar,
Qaçışıb tutmayır fələkdə qərar.
Bildi ki, xəyalın səfası çoxdur.
Amma ki, dərdinə dəvası yoxdur.
Üz tutub yalvardı aşiq bir daha,
Hər dərdin çarəsi böyük allaha.
Dedi: «Ey qapısı son sığınacaq,
S ənsən umud yerim dünyada ancaq.
Zöhrə, Müştəri tək sənin qulun var,
Adınla başlanır aləmdə adlar.
Hamıdan ucadır elmin, hikmətin,
Axar çeşməsisən sən səxavətin.
Sən, ey hər müşkülün açarı olan.
Səxavət ağası, dərdlərə dərman,
Səninlə yüksəlir hər böyük dilək,
Acizə, məzluma bir sənsən kömək.
Qarşında qul kimi bəndələrik biz,
Yoxdur səndən özgə ağamız, şəksiz.
Sən ey yeddi göyü yaradan qüdrət,
Hamımız bir sənin bəndənik, əlbət.
Kainat adlanır qurduğun əsər,
Sənin əlaltındır altı cəhətlər.
Sən o varlıqsan ki, kəc baxsa insan,
Bir dəmdə kor olar gözləri, inan.
Qulundur gövhəri pak olan bəşər,
Sənsiz olan başa torpaq səpilər.
Sən, ey torpağıma su verən allah,
Mənim bu halıma nəzər yetir, ah!
Mərhəmət sayəni kəsmə üstümdən,
Bil ki, bir acizəm, bir qəribəm mən.
Tanrılıq lütfündən mənə də göndər.
Qaranlıq gecəmi gündüzə döndər.

Günümü vəfayla mübarək elə,
Bəxtim kor olmasın bu gündən belə».
Məcnun mətləbini dedikcə göyə,
Yatdı bu sözləri o deyə-deyə.
Onun gözlərinə bir yuxu gəldi,
Bəxtinin ağacı göyə yüksəldi.
O yaşıl budaqdan bir quş uçaraq,
Məcnunun yanına gəldi qaçaraq,
Tacının üstündə düşərək haman,
Gövhər səpələdi o quş ağzından.
Elə ki, röyadan Məcnun oyandı,
Gün çıxdı, üfüqlər ala boyandı.
Aşiqin üzünə güldükcə səhər,
Oxşadı ruhunu gülgün şəfəqlər.
Məcnun o quş kimi qanad açmışdı,
Röya xəyalına şəfəq saçmışdı.
Aşiqin üzünə gülməsə visal,
Ona təsəllidir yuxuyla xəyal…

LEYLININ MƏKTUBUNUN MƏCNUNA YETIŞMƏSI

Parladı aləmə günəşin üzü,
Ondan aydın olsun hamının gözü.
Behiştdən doğmuşdu o gözəl səhər,
Isa nəfəsliydi əsən küləklər…
Işi düz gətirən hər məsud insan,
Sağ əli üstündə qalxdı yuxudan.
Tale usanmışdı acıqdan o vaxt,
Qayıdıb gəlmişdi gec olsa da vaxt…
Öz qəlbini əkib, ciyərni biçən,
Min bir məşəqqətin suyundan içən
Məcnun vəhşilərlə dağda durmuşdu
Onların içində tək oturmuşdu.
Səhradan kənarda, nəzərdən uzaq
Qalxdı dağa tərəf tünd bir tozanaq.

O toz pərdəsinin ardınca gələn
Bir atlı üzünü göstərdi birdən.
Bir nur parçasıydı o gələn insan,
Bir az yaxınlaşıb düşdü atından.
Məcnun duydu onun dost olduğunu,
Nəcib bir insana oxşatdı onu.
Baxıb yanındakı o vəhşilərə,
Işarə etdi ki, yatsınlar yerə.
Özüsə atlının yanına qoşdu,
Mehriban bir dillə belə soruşdu:
«Ey Yəmən ulduzu, bu nə gəlişdir?
Mən hara, sən hara, nə xeyir işdir?
Nə qədər olsa da siman mehriban,
Bu çöl vəhşiləri uzaqdır ondan.
Çatıdan qorxuram, ilan sancmış tək.
Əıdaha sancmışdır canımı, gerçək.
Bayaq hərzə-hərzə yalan danışan
Sinəmin üstünə sancdı bir tikan.
O dəmir tikandan çox ağrıdım mən,
Hələ mismar qalxır mənim sinəmdən.
Mətaın beləsə, yolunla düz keç,
Yaxşısı budur ki, ağız açma heç».
Yolçu mehribandı, qəlbi də kövrək,
Onun ayağına düşdü kölgə tək.
Dedi: «Ey dünyanın əşrəfi insan,
Vəhşilər dizinə baş qoyub yatan,
Ahular qəlbini vermişdir sana,
Aslanlar yolunda durur mərdana.
Bir qərib aşiqə sevgilisindən
Xoş xəbər gətirən bir insanam mən.
Sənə deyiləsi sözlərim vardır,
Gizli saxladığım bir yadigardır.
Açıb söyləyərəm, icazən olsa,
Yoxsa ağzımı da açmaram əsla».
Aşiq bu sözlərdən ürəklənərək,
Dedi: «Nəyin varsa, aç söylə görək»
Yolçu söylədi ki: — Tək qalan aşiq,

Bəxtinin tünd atı ram olan aşiq,
Dünən bir obadan keçirdim yalqız,
Yol üstdə durmuşdu ayüzlü bir qız.
Ay nədir, gün kimi üzü parlardı,
Qara bir ipəkdən niqabı vardı…
O, bağ sərvi kimi deyildi barsız,
Qapısız bir behişt bağıydı o qız.
Dinəndə bal dilli o gözəl nigar,
Lal olub yuxuya gedərdi sular,
Ahu gözləriylə baxsa o canan,
Dovşan yuxusuna gedərdi aslan…
Boyu «əlif» kimi, ağzı «mim» kimi,
Qıvrılmışdı saçı onun «cim» kimi.
Deyirdi: — Adımdır mənim də bu «cam»,
Dünyanı göstərir özündə bu cam.
Qoşa nərgiz kimi gözləri xumar,
Sanki bir bulaqda bitmişdi onlar.
Qaşları çatmaydı, həm də tamaşa,
Təkəm söyləyirdi, olsa da qoşa.
Könül ovlamağa bir sehr açardı,
Reyhan nəfəsindən ətir saçardı.
Xülasə, nə deyim, o gözəl bədən
Doğulmuş nəfəsdən, yaranmış gözdən.
Lakin, məhəbbətin üzündən bir az
Saralıb solmuşdu haman sərvinaz.
Kamana dönmüşdü o gözəl pəri,
Solğun yanağında yaş inciləri…
Xeyzaran biləyi bir neyə bənzər,
Ərqəvən yanağı xeyriyə bənzər.
Xeyri sarı deyil, bəlkə də zərdir,
O ney qamış deyil, bir ney-şəkərdir.
O göz qələsinin üstündə fələk
Kəmənd oynadırdı rəqsə gələrək.
Sultan ilə Ayaz müttəfiq olmuş,
Keşikçi məst idi, sərkərdə bihuş.
Dostuna can-başla umud bağlardı,
Ərindən qorxaraq pünhan ağlardı.

Gülab süzüldükcə kirpiklərindən,
Ay işıq səpirdi günəşə, bilsən.
Oxşatma dedikcə, daima ağlar,
Duydum ki, qəlbində bir məqsədi var.
Dedim ki: «Nə üçün ağlayırsan sən,
De, kimin həsrəti keçir qəlbindən.
Acı bir gülüşlə o bal dodaqlar
Dedi: «Ey yarama duz səpən dildar,
Bir zaman Leyliydim, indisə nakam,
Məcnundan min dəfə artıq məcnunam.
Bəxtinin ulduzu batan aşiqdən
Min dəfə şiddətli divanəyəm mən.
O hədəf oldusa bu dərdə, yasa,
Bir qadın deyildir o, heç olmasa.
Sövda yollarında göstərir hünər,
Kimsədən nə qorxar, nə də çəkinər.
O deyil mən kimi zillət dustağı.
Istədiyi yeri gəzir ayağı…
Zavallı mənəm ki, ürəyimdə qəm,
Dərdimi heç kəsə aça bilmirəm.
Qorxuram, əhvalım pərişan ola,
Yaxşı adım belə çox yaman ola.
Zəhəri bal kimi içirəm bu dəm,
Cəhənnəm odunu otla örtürəm.
Bir yandan əlimdən itirdiyim yar,
Bir yandan üstümə tökülən əğyar,
Bu iki dəstənin əlindən, inan,
Bəlalər çəkirəm hər zaman, hər an.
Ərlə vuruşmağa yox cəsarətim,
Atamdan keçməyə yoxdur qüdrətim.
Eşq ürək verir ki, sən də qanad aç,
Bu qarğa-quzğundan kəklik kimi qaç.
Ad ilə namussa: «tərpənmə»- deyər,
Tək uçan kəkliyi qızıl quş eyər…
Bir qadın nə qədər cəsur olsa da,
Yenə də qadındır adı dünyada.
Cəsarət olsa da qadın qəlbində,

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Leyli və Məcnun»

Представляем Вашему вниманию похожие книги на «Leyli və Məcnun» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Leyli və Məcnun»

Обсуждение, отзывы о книге «Leyli və Məcnun» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x