Nizami Gəncəvi - Leyli və Məcnun
Здесь есть возможность читать онлайн «Nizami Gəncəvi - Leyli və Məcnun» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2004, Издательство: LİDER NƏŞRİYYAT, Жанр: Поэзия, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.
- Название:Leyli və Məcnun
- Автор:
- Издательство:LİDER NƏŞRİYYAT
- Жанр:
- Год:2004
- Город:Bakı
- ISBN:нет данных
- Рейтинг книги:4.5 / 5. Голосов: 2
-
Избранное:Добавить в избранное
- Отзывы:
-
Ваша оценка:
- 100
- 1
- 2
- 3
- 4
- 5
Leyli və Məcnun: краткое содержание, описание и аннотация
Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Leyli və Məcnun»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.
Leyli və Məcnun — читать онлайн ознакомительный отрывок
Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Leyli və Məcnun», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.
Интервал:
Закладка:
Nofəl qılıncını çəkib dörd yana,
Bir sərxoş fil kimi girib meydana,
Hər oxda bir nəfəs, bir can alardı,
Hər bir həmləsində cahan alardı.
Qan arxı çəkirdi gəzdiyi yerdə,
Qan yeyib-içməkdən doymuşdu yer də.
Qılınc oynadırdı şöhrət gəzənlər,
Axşam qaranlığı çökənə qədər.
Canan zülfü kimi qaraldı göylər,
Gündüzün üzünə töküldü ənbər.
Siyah tellərini düzdükcə gürcü,
Qaraldı get-gedə göylərin bürcü.
Bu zaman ayrıldı düşmən qoşunlar,
Döyüş meydanında yatışdı onlar.
Elə ki, o qara ilan büküldü,
Ağ nəfəsli Zöhhak-günəş də güldü.
Qalxdı hər pəhlivan, hər igid əsgər,
Zöhhak ilanına döndü nizələr,
Qoşunla dolmuşdu Leylinin yurdu,
O yerdə dağ kimi ordu dururdu.
Düşməni qarşıdan, arxadan səf-səf
Oxlara tutmuşdu Leyligil tərəf.
Nofəli qorxutdu o daşğın ordu,
O artıq, sülh üçün dayanıb durdu.
Öz adamlarından tapıb bir nəfər,
Tapşırdı: «Sülh üçün bir tədbir göstər.
De ki, qan tökməyə gəlməmişik biz,
Yalnız bir könüldür istədiyimiz.
Divanə bir gəncə söz vermişəm mən,
Yalnız bir gözəldir istəyim sizdən.
Öz dövlətimdən də keçirəm bu dəm,
Sizə xalvar-xalvar qızıl verirəm.
Məsləhət görsəniz bu sövdanı siz,
Qəlb açan bir cavab verməlisiniz.
Şəkər satmasanız bu yerdə bizə,
Sirkə də tökməyin istəyimizə.
Yaxşılıq gəlməsə əllərinizdən,
İntiqam almayın qılıncla bizdən…»
Elçi bu sözləri verincə xəbər,
Qızmış orduları geri çəkdilər.
Hamıya xoş gəldi bu gözəl dilək,
Ordular döyüşdən geri dönərək,
Barışıq nəğməsi çaldıqca, çənglər,
O qanlı döyüşdən qalmadı əsər.
MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI
Sülhün qoqusunu duyunca Məcnun
Kinlə qəzəbləndi ürəyi onun.
O igid Nofələ acıqlanaraq,
Rişxəndlə dedi ki: «Qəhrəmana bax!
Sən, ey qucaq-qucaq vədlər verən,
Yaman başa vurdun öz vədini sən.
Buydumu sözündə möhkəm durmağın?
Bir də at oynadıb qılınc vurmağın?
Danış, qəribliyə salma sorğumu,
Vəhşini ram edən əfsunun bumu?
Buydumu meydanda at oynatmağın?
Havada ox tutub kəmənd atmağın?
Zidmiş iradəmə sənin iradən,
Nə yaxşı bir hünər göstərmisən sən?!
Salam düşməniydi o canan mənə,
Indi sən döndərdin tamam düşmənə.
Vəfaya açılmış o qapıya sən
Min qıfıl vuraraq bağladın nədən?
Ey dost, köməyindən əlim üzüldü,
Işimi korladın, belim büküldü.
Bu dostluq telləri qırıldı nədən?
Çox şahlar yıxılmış bir süvaridən.
Qurda ox atdısa dağlarda çoban,
Gedib itə dəydi aldığı nişan.
Hünərin aləmə səs salan zaman
Əfsus ki, əhdini ayaqlayırsan.
Bu acı sövdaya düşməmişkən mən
Sənə bel bağlardım bəlkə ürəkdən.
Bu yazıq aşiqdən niyə vaz keçdin?
Əkmədiyin yeri nə üçün biçdin?
Sən ki, başlamışdın bu böyük işi,
Hünəri yarımçıq qoyarmı kişi?
Qaranlıq könlümə işıq verənsən,
Bu xəstə ömrümün dərmanı sənsən.»
Döyüş qalxanını ataraq, əvvəl
Şirin dilə tutdu Məcnunu Nofəl;
Dedi: «Qoşunsuzam, köməksizlikdən
Siyasət işlədib sülhə girdim mən.
Qayıdıb yurdumdan qüvvət alaram,
Yenə qılıncımı işə salaram.
Qoşun toplayaraq qəbilələrdən,
Daşdan keçirərəm poladımı mən.
Qılıncla basmasam o qudurğanı».
Kor olsun Nofəlin qəlbi, vicdanı».
Sonra Mədinədən Bağdada qədər
Qoşun toplamağa getdi elçilər.
Nofəl hiddətindən yandı bir zaman,
Qoşun tələb etdi bir çox diyardan.
Nəhayət, topladı böyük bir ordu,
Dağlara döş gərib üz-üzə durdu.
Birinci hücumda sərhəddi aşdı,
Düşmənlər kor olub qorxudan çaşdı.
NOFƏLİN İKİNCİ MÜHARİBƏSİ
Bu söz gövhərini tapıb kəşf edən
Dastan qapısını açır sinədən:
Nofəlin başına toplaşan ordu
Heyrətə salmışdı böyük bir yurdu.
Nərədən torpağın bağrı söküldü,
Buqəbis zirvəsi yerə töküldü.
Onun nərəsindən titrəyən düşmən
Döyüş meydanında səf çəkdi həmən.
Qəbilə başçısı donuxub qaldı,
Nofəl ordusunun seyrinə daldı.
Gördü ki, nizələr almış hər yeri,
Ordu bulud kimi tutmuş göyləri
Təbil nərələri gəldikcə bəzən
Ölünün qəlbi də qopur yerindən.
Nofəl ordusunu görəndə düşmən,
Nə hərbə meyl etdi, nə qaçdı hərbdən.
Hücuma girişdi «bəxtə-bəxt» deyə,
Atını səyirtdi müharibəyə.
Ordular gəldikcə orda baş-başa,
Endi şimşək kimi qılınclar başa.
Qumları sel kimi apardıqca qan,
Əqiq göyərirdi sarı qumlardan,
Ürəklər yoruldu ciyər yarmaqdan.
Qılınclar utandı baş qoparmaqdan.
Nofəl qılınc çəkib qalxan tutaraq,
Hər hücum başında yıxırdı bir dağ.
Əıdahalar kimi qızıb meydanda,
Bir nəfəs kəsirdi o hər bir anda.
Şir kimi getdikcə Nofəl irəli,
Oxlara dönmüşdü sərt kirpikləri.
Hirsdən çatıldıqca qəzəbli qaşlar,
Toppuz zərbəsindən uçurdu başlar.
Gürzlü çomağını endirən zaman
Elburs dağı da uçardı, inan.
Hər kəsə bir qılınc vursaydı Nofəl,
Onu varaq kimi doğrardı əl-əl.
Məcnun da həvəslə hərbə gedirdi,
O həlak olmağa çox səy edirdi.
Döyüş meydanları qızışdığı vaxt
Tabut taxtasına dönmüşdü hər taxt.
Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxardar onların əli.
Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar.
O gün nofəlçilər qalib gəldilər,
Onların bəxtinə açıldı səhər.
Düşmən cəbhəsini yarıb sökdülər,
Baş-başa, leş-leşə vurub tökdülər.
Can verib öldükcə yaralananlar,
Ah çəkib sönürdü darda qalanlar.
Əsib kükrədikcə ölüm ruzgarı,
Leyligil tərəfin ağsaqqalları
Aman istədilər igid Nofəldən,
Yalvarıb dedilər: «Düşmüşük əldən.
Çəkmə qılıncını gəl indən belə,
Hamını ölmüş bil, əsir zənn elə.
Bizi qırmağından bir fayda varmı?
Igid basdığını boğazlayarmı?
Iki-üç nəfərik, olmuşu unut,
Əlinə ox alma, əlimizdən tut.
Gəl bu qiyaməti əlindən burax,
Qiyamət günü var… o dünyaya bax.
Düşmən silahlansa qarşında əgər,
Sən də qılınc vurub qüvvəni göstər.
Lakin, silah töksə qarşında düşmən,
O miskin düşmənlə gəl vuruşma sən.
Artıq tutmayırıq üzünə qalxan,
Gəl bağışla bizi sən, ey qəhrəman!
Qılıncla, nizəylə dindirmə bizi,
Görürsən qalxansız əllərimizi».
Nofəl bu naləni dinləyib o dəm,
Keçmiş günahlara çəkdi bir qələm.
Əmr etdi: «Gəlini gətirin ki, mən
Xoşluqla əl çəkim bu qəbilədən».
Leylinin atası, ürəyi qəmli,
Torpağa üz qoydu gözləri nəmli.
Yalvardı Nofələ: «Ey böyük insan,
Güvənir tacına bu Ərəbistan.
Dərdli bir qocayam, ürəyimdə qəm,
Səndən uzaq olsun, yaman gündəyəm.
Qorxaraq ərəbin tənələrindən,
Əcəm ləqəbini gəzdirirəm mən.
Başımın dərdinə, sövdasına bax,
Bəxtimdən görürəm mən bunu ancaq,
Xəcalət çəkirəm bu günahımdan,
Civə tək ərimək istərdim, inan.
Qızımı qarşına gətirsəm də, bil,
Quluna versəm də, əskiklik deyil.
Yenə fəxr edərəm, gəl inan ki, sən,
Boyun qaçırmaram sənin hökmündən.
Çöldə od yandırıb ocaq da çatsan,
Qızımı ud kimi oda da atsan,
Ya quyu dibinə tullasan onu.
Ya da qılınc çəkib vursan boynunu,
Bil ki, ağ olmaram üzünə yenə,
Can-başla hazıram hər bir əmrinə.
Baharda bir təzə gül olsam da mən,
Boyun qaçırmaram sənin əmrindən.
Ancaq, o dəliyə layiq deyil qız,
Dəliyə bir zəncir yaraşır yalnız.
Ay üzlü bir qıza sərsəm yararmı?
Çör-çöpün yanında od qalanarmı?
O, gicdir, mərd deyil, yoxdur sənəti,
Nə dünyası vardır, nə axirəti.
Dağları, daşları gəzir o sərsəm,
Inan, divanədir, dəlidir desəm.
Pis-pis adamlarla oturub durur,
Mənim adıma da min ləkə vurur.
Mərdə təmiz bir ad candan əfzəldir,
Ləkəli qalmaqdan ölüm gözəldir.
Ərəb torpağında küləklər belə
Qızımı salmışdır ağıza, dilə.
Leylinin adını o, dilə saldı,
Balam bu dünyadan min töhmət aldı.
Məcnuna tapşırsan cilovumu sən,
Mənə güləcəkdir hər yoldan ötən.
Bir nəhəng ağzında qəhr olub ölmək
Интервал:
Закладка:
Похожие книги на «Leyli və Məcnun»
Представляем Вашему вниманию похожие книги на «Leyli və Məcnun» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.
Обсуждение, отзывы о книге «Leyli və Məcnun» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.