Nizami Gəncəvi - Leyli və Məcnun

Здесь есть возможность читать онлайн «Nizami Gəncəvi - Leyli və Məcnun» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2004, Издательство: LİDER NƏŞRİYYAT, Жанр: Поэзия, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Leyli və Məcnun: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Leyli və Məcnun»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Leyli və Məcnun — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Leyli və Məcnun», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Məcnuna bir yoldaş, bir qardaş oldu,
Hal bilib, hal duyan bir sirdaş oldu.
Əhd edib, əl açdı Nofəl dərgaha,
Ən əvvəl and içdi böyük allaha,
Sonra da and içdi peyğəmbərlərə,
Əqli, iradəsi dedi bir kərə:
«Bu vəfa yolunda qılınc çəkərək,
Qurd deyil, aslan tək döyüşəm gərək.
Bacarıb çatmasam bu xoş murada,
Rahət gün görməyim bir də dünyada.
Lakin xahişim var, bu sözümü tut,
Divanə qalma, gəl bu dərdi unut.
Azacıq sakit ol, döymə köksünə,
Özünü toxtaq tut iki-üç günə.
Gəl, odlu qəlbini kənara qoy sən,
O dəmir qapını tez açaram mən».
Içdi bu şərbəti bizim zavallı,
Qurtuluş gözlədi sövda xəyallı.
O artıq qaçmadı insandan bir də,
And içib, əhd etdi durduğu yerdə.
Səbr ilə bağlandı onun ayağı,
Sanki su səpildi, söndü ocağı.
Sığındı dostunun bu pənahına,
Gedib ayaq basdı qərargahına.
Hamama gedərək, paltar dəyişdi,
Artıq aram olub şərab da içdi.
Ərəb qaydasınca əmmamə qoydu,
Musiqi dinlədi, şərabla doydu.
Yarın camalını saldı yadına,
Dediyi qəzəllər yetdi dadına.
Dostuna yandıqca Nofəlin qəlbi,
Başına dürr səpdi bulutlar kimi.
O yedi, dincəldi, əynində libas,
Artıq gözəlləşdi siması bir az.
Saralmış rənginə qızartı gəldi,
Yay kimi bükülmüş qəddi düzəldi.
Yenə şəvə kimi qararmış xətti

Onun ay üzünə bir dövrə çəkdi.
O ətirli güldən şirə çəkərək,
Nə aparmışdısa, qaytardı külək.
Güldü dodaqları bir səhər kimi,
Parladı dişləri incilər kimi.
Artıq ağıllandı çöl divanəsi,
Kəsildi zəncirin pərişan səsi.
Yenə bağ içində boy atdı lalə,
Qızıl gül əlinə aldı piyalə.
Indi Məcnundakı əzəmət, vüqar
Hikmət məclisinə oldu hökmüdar…
O qonaqcıl Nofəl, o böyük adam
Məcnunu yüz nazla bəslərdi müdam.
Məclisi, şadlığı onsuz keçməzdi,
Üzünü görməsə bir mey içməzdi.
Onlar iki-üç ay şən keçirdilər,
Mehriban oturub şərab içdilər.

MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI

Bir gün ikilikdə oturmuşdular,
Yenə məclis açıb keyf qurmuşdular.
Məcnun zəmanəyə nifrət deyirdi,
Şerlər qoşaraq qəmlər yeyirdi:
«Ey mənim ahımdan xəbərsiz duran,
Aldadıb külümü göyə sovuran,
Yüz dostluq vədəsi verdinsə də sən,
Yarım dostluğa da vəfa etmirsən.
Gəl öz başındakı xəyalı unut,
Sən mənim sözümü, ilticamı tut.
Məni ağ yalanlar felinə verdin,
Yenə kimsəsizlik əlinə verdin.
Söz verdik dostluğa, səmimiyyətə,
Indi göz yumursan sən bu niyyətə.
Səndən mən eşitdim yüz dil yarası,
Görmədim bir dərman, bir dərd çarası.
Səbrim tükənmişdir, şaşqınam bu dəm,

Dadıma yetməsən əldən gedərəm.
Əvvəl bir yazığın dərdinə qalmaq,
Sonra öz sözünün ziddinə olmaq
Bil ki, böyüklükdən uzaqdır, məncə,
Dostluğun vəfası budurmu, səncə?
Vəfasız bir vədi vermə insana,
Layiq görməyirəm mən bunu sana.
Köməksiz, arxasız, qərib bir quşam,
Dirilik suyundan uzaq uçmuşam.
Xərabə bir kəndə xəzinə vermək,
Susuza su vermək şərt olsun gərək.
Bil ki, müşkülümü tez düzəltməsən,
Yenidən divanə olacağam mən.
Gəlməsə sevgilim-bəxtiyarlığım,
Bil ki, məhv olacaq bütün varlığım».

LEYLİNİN QƏBİLƏSİ İLƏ NOFƏLİN MÜHARİBƏ ETMƏSİ

Nofəl bu xoş olan umu-küsüdən
Odlarda mum kimi yumşaldı, bilsən.
Qalxıb hazırlaşdı yol səfərinə,
Havada parladı qılıncı yenə.
Atlandı quş kimi o böyük hünər,
Toplandı başına sadiq igidlər.
Atının nalından odlar qoparaq,
Meydana şir kimi girdi çaparaq.
Elə ki, yetişdi o qəbiləyə,
Bir elçi çağırdı, sözüm var, deyə,
Nofəl ismarladı: «Öz ordumla mən
Od kimi keçərəm üzərinizdən.
Bu saat Leylini gətirin mana,
Qılınc girəcəkdir yoxsa meydana.
Göstərin Leylini, hardadır o qız?
O öz aşiqinə yetişsin yalnız.
Qoy, susuz can verən bir suya çatsın,

Ona su verən də savaba batsın».
Çatdı qəbiləyə Nofəlin səsi,
Sındı ortalıqda eşqin şüşəsi.
Cavab verdilər ki: «Bu mümkün olmaz,
Leyli ayparadır, düşünün bir az.
Ona əl yetişməz, aydır o dilbər,
Heç kəsin əlindən gəlməz bu hünər.
Qılınca qılıncla qisas alarıq,
Qarurə atsan da daşa çalarıq».
Qasid baş götürüb qayıtdı geri,
Nofələ söylədi haman sözləri.
Nofəl acıqlanıb, dedi qasidə:
«Bu saat piyada qayıdıb yenə,
De: — Dadmamışsınız qılıncımı siz,
Bu köhlən atımdan xəbərsizsiniz,
Dəniz dalğasıyam, qaçın qarşımdan,
Yoxsa tufan qopar hər bir daşımdan.
Qasid yenə gedib cavab gətirdi,
Nofələ nalayiq sözlər yetirdi,
Nofəl acıqlandı qəzəblənərək,
Köksündə od tutub alışdı ürək.
Sonra qılıncını çəkdi dörd yana,
Qoşunla şir kimi girdi meydana.
Onlar da qabağa ordu tökdülər,
Dağ kimi tərpənib nərə çəkdilər.
Nofəlgil tərəfə at oynatdılar,
Şirin qarşısına qılınc atdılar.
Coşdu dəniz kimi, qızışdı meydan,
Havadan od yağdı, gölə döndü qan.
Qılıncın əlində qan piyaləsi,
Torpağı məst etdi bu qan laləsi.
Aslanlar gəldikcə pəncə-pəncəyə,
Toqquşdu nizələr, intiqam, deyə.
O tökülən qanlar çatdıqca dizə,
Oxlar quzğun kimi töküldü düzə.
Qılınclar beyinlə şirələndikcə,
Bədəndən ayrılan başlar əndikcə,

Qızmış ərəblərin o nərəsindən
Göylərin qulağı kar oldu bilsən.
Əcəl ildırımı şığıyan zaman
Alov püskürürdü daşın ağzından.
Deyləmi tükünün ucları kimi
Qəhr edən zubinin ucu itiydi.
Günəş on cıqqalı bayrağa bənzər,
Sanki qızarmışdı yenə ilk səhər.
Daşlar deşik-deşik Sürəyya kimi,
Yer qana dönmüşdü bir dərya kimi.
Hər şirin baxışı alov saçmışdı,
Qara ilan kimi ağız açmışdı.
Yırtıb dağıtdıqca o qara şirlər,
Ağ atlar div kimi əlləşirdilər.
Hər kəs bu döyüşə atlanan zaman
Məcnun can verirdi ruhu pərişan.
Hamı at çapdıqca müharibəyə,
O dua edirdi barışıq deyə.
Hər kəs çıxardıqca düşmən gözünü,
O həlak edirdi dərddən özünü.
Açıb öz qəlbində dua yelkəni,
Sülhə çağırırdı müharibəni.
O utanmasaydı, qalxıb durardı,
Bulud tək özünə qılınc vurardı.
El qınamasaydı bu dəmdə onu,
Qırıb qurtarardı öz qoşununu.
Olmasa düşmənin tənəsi əngəl,
Dostların başını kəsərdi əvvəl.
Təqdir kamanına çatsaydı əli,
Ox atıb dostları qırardı, bəli.
Onun dediyini desəydi ürək,
Öz yoldaşlarını qırardı, gerçək.
Bu qoşun içində coşurdu Məcnun,
Istərdi ki, bassın o biri qoşun.
Burda axtarışa at səyirdərdi,
Ordakı qoşuna dua edərdi.
Öz tərəflərindən ölsə bir nəfər,

Onu öldürənin əlindən öpər.
Leyligil tərəfdən məhv olanlara
Göz yaşı tökərdi bu bəxti qara.
Bu yandan o yana nizə tutardı,
Düşmən nizəsinə duası vardı.
Bəzən öz qoşunu gələndə üstün
Atardı kamanı, oxu büsbütün.
Elə ki, yar tərəf qalib gələrdi
Şir kimi nərəsi dağlar dələrdi.
Bir nəfər soruşdu: «Niyə, ey cavan,
Döyüşdən çarx kimi kənar qaçırsan.
Biz sənin uğrunda can qoyuruq bil,
Düşmənlə dostluğun heç insaf deyil».
Dedi: «Sevgilimdir dediyin əğyar,
Mənim qılınclarla nə işim aşar.
Düşməni qanına qərq etmək olar,
Dostla vuruşmağın mənasımı var?
Döyüşdən su kimi qanlar çağlayır.
Canansa o tayda yara bağlayır.
Məşuqə verdikcə aşiqə nəfəs,
Aşiq də verməli ona bir əvəz.
Yar sürmə göndərir ayaq tozundan,
Mən ona daş atsam, qıyarmı vicdan?
Mənə bal vədəsi vermişdir o yar,
Mən sirkə göndərsəm layiqmi olar?
Yarın əli varsa o yanda əgər,
Kim canan tərəfi zəlil istəyər?
Ordadır istəyim, qəlbim, həvəsim,
Qəlbim hardadırsa orda nəfəsim.
Canana can vermək xoşdur əzəldən,
Canmı əsirgəyim mən o gözəldən?
Mən ki, öz canımdan keçmişəm belə,
Yazığım gələrmi sizlərə, söylə! «
Soruşan bir ona, bir yerə baxdı,
Göz yaşı torpağa sel kimi axdı.
Məcnunsa döyüşdən uzaq düşərək,
Tozların içində oynayırdı tək.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Leyli və Məcnun»

Представляем Вашему вниманию похожие книги на «Leyli və Məcnun» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Leyli və Məcnun»

Обсуждение, отзывы о книге «Leyli və Məcnun» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x