Anar - Ağ qoç, qara qoç

Здесь есть возможность читать онлайн «Anar - Ağ qoç, qara qoç» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Ağ qoç, qara qoç: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Ağ qoç, qara qoç»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Məlik Məmmədli nağıl qəhrəmanı olan sələfi Məlikməmməddən fərqli olaraq şah oğlu deyil. Adi jurnalistdir. O, ağ qoça minib işıqlı, qara qoçu minib qaranlıq Azərbaycana düşür. Ağ qoçun gətirdiyi Azərbaycan cənnəti xatırladır. Torpaqlarımız işğaldan azad olunub, Bakı ən müasir şəhərə çevrilib. Bayramlar, mədəni tədbirlər göz və könül oxşayır. Məlik müəllimin ailəsi də hamı kimi xoşbəxtdir.
Qara qoç qəhrəmanımızı üç zonaya ayrılmış qaranlıq Azərbaycana atır. Nəinki bir ölkə, nəinki bir şəhər, hətta bir ailə də parçalanıb. Ana qara çarşabı ilə islamçılar ölkəsində, oğul alnı ulduzlu despot kommunizmdə, qız bədəni ilə pul qazandığı vəhşi kapitalizmdə… Və bir-biri görmək istəmirlər.
Lakin çıxış yolu həmişə var. Ağ qoç Xəzərin sahilindədir.
Yazıçının utopik və distopik janrların hər ikisindən bir arada istifadə etdiyi roman “Aqibətimizin yaxşı olması üçün nə etməliyik?” sualının cavabıdır. Əsər “Məlikməmməd” nağılı üzərində qurularaq çağdaş nəsr prinsiplərinə uyğun oxunaqlı dillə qələmə alınıb.

Ağ qoç, qara qoç — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Ağ qoç, qara qoç», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Turistlərə yadigar suvenirlər kimi Qubalı ustalarının düzəltdiyi metal döymələr, Quba xalçaları, Lahıc misgərlərinin məmulatı, Şəki ipəkləri, Basqal kəlağayıları, Gürcustan çaxırları, Erməni konyakları hədiyyə edilirdi.

Məlik Bildiriş bülleteninə göz atdı. Mirzə Fətəli Axundzadə adına Dövlət dram teatrında Hüseyn Cavid pyesləri həftəsi uğurla davam edirdi. Üzeyir Hacıbəyli Dövlət Opera Balet teatrında Milanın La Skala teatrının solistlərinin qastrolları haqqında anons vermişdi. Hüseynqulu Sarablı Muğam teatrında Yeddi muğam silsiləsində həftənin hər günü bir dəstgah səslənəcəkdi – Çahargah, Segah, Rast, Şur, Bayatı Şiraz, Humayun, Şüştər… Hüseyn Ərəbli səhnəsində, gürcü teatrı Şekspirin Koriolan pyesini göstərəcəkdi, Sinema-klubda Çaplin-Fellini filmləri retrospektivi başlanırdı.

Qara Qarayev musiqi mərkəzində, Niyazi konsert salonunda, Fikrət Əmirov oda musiqisi evində, Tofiq Quliyev estrada teatrında, Rəşid Behbudov Mahnı teatrında, Vaqif Mustafazadə caz-klubunda bayram konsertləri, İçəri şəhər teatrlarında Orta oyunu, Qaravəlli, Kilimarası, Zorxana, Şəbih tamaşaları və etnoqrafik bayram oyunları, Şah İsmayıl Xətai tarix muzeyində, Nizami ədəbiyyat muzeyində, Sultan Məhəmməd Milli rəsm qalereyasında, Hacı Zeynalabdin Tağıyev dünya mədəniyyəti muzeyində, Səttar Bəhlulzadə çağdaş sənət muzeyində, İlkəl sənət muzeyində, Ziya Bünyadov Ordu muzeyində, Həsən bəy Zərdabi və Mikayıl Müşfiq kitabxanalarında bayram sərgiləri açılırdı.

Məlik elektron yaddaş kitabçasında qeydlər etdi, əlbəttə, hamısına getmək, hamısını seyr etmək, hamısını dinləmək imkanı yox idi, odur ki, çeşidli teatrları, muzeyləri əməkdaşları arasında bölüşdürdü – hərəsinə birini göndərəcəkdi, özü isə mütləq vaxt tapıb Qorqud dağının ətəyində açıq səma altında yerləşən İlkəl sənət muzeyinə getməlidir. Deyirlər ki, oranın ekspozisiyasına Lerikdən yeni tapılmış daş at, qoç heykəlləri əlavə edilib – nə isə ayrı aləmdir. Mütləq gedib baxmalıdır. Vaxt eləyə bilir ki… Heç İçəri şəhərdəki Xalq sənəti muzeyinin yeni açılmış şöbələrində–zərgərlik, misgərlik, şəbəkə, dulusçuluq, təkulduz, xəttatlıq muzeylərinə də baş çəkə bilməyib. Dünən Puşkin mədəniyyət evində Dostoyevskinin "Karamazov qardaşları romanının ikinci nəşrinin təqdimatı olub. Nə yazıq ki, vaxt tapıb bu romanın yeni tərcüməsini oxuya bilməyib. Heyf ki, keçən həftə akademik Landau Yəhudi mərkəzində Abram Qubermanın Azərbaycanda dini dözümlülük dəyərləri məruzəsini də dinləyə bilmədi. Macal tapa bilir ki…

Behzad İran mədəniyyət evində Hafiz Şirazi gecəsinə dəvət etmişdilər, ora da gedə bilməmişdi. İran artistlərinin ifasında fars dilində Hafizi dinləməyin öz ləzzəti var.

Video-telefonun zəngi çalındı. Məlik dəstəyi qaldırdı və kiçik ekranda Aypərinin bir qədər narazı çöhrəsini gördü. Salam-kəlam, hal-əhval və bayram təbriklərindən sonra Məlik:

– Gözümə bir təhər dəyirsən – deyə xəbər aldı, – qanın niyə qaradır?

Aypəri: – Qanım qara olacaq da, – dedi, – Bakıdan bəzi dekorları yubadıblar. Tamaşanı Novruz bayramına çatdıra bilmədik.

Aypəri bir neçə həftəydi ki, Təbrizdəydi. Əbdülqədir Marağayi teatrında Koroğlu operası yeni quruluşda hazırlanırdı, rəssam kimi Aypəri dəvət olunmuşdu. İlk tamaşanı bayramda vermək istəyirdilər və budur bax, Çənlibel səhnəsinin dekorları gəlib vaxtında çatmamışdı.

Məlik Aypərini fikrindən yayındırmaq üçün, söhbəti dəyişdi: – Nə oldu, Nigar tapdınız? – deyə soruşdu.

Tapdıqlarını bilirdi.

Aypəri: – Bəs deməmişdim sənə, axır ki, tapdıq, – dedi, – Urməvi Konservatoriyasının 3-cü kurs tələbəsidir. Səhnə təcrübəsi azdır, amma səsi pis deyil, – yenə əvvəlki söhbətə qayıtdı:

–Gör sən Allah, hər şey hazır idi, gör işimizi necə pozdular. Axı demişdim onlara Qırat marşrut avtobuslarıyla göndərin dekorları, yox, pula qənaət ediblər, Düratla göndəriblər, odur ki, gecikir, – hec cür sakit ola bilmirdi.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Ağ qoç, qara qoç»

Представляем Вашему вниманию похожие книги на «Ağ qoç, qara qoç» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Ağ qoç, qara qoç»

Обсуждение, отзывы о книге «Ağ qoç, qara qoç» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x