Cəmşid Əmirov - Brilyant məsələsi

Здесь есть возможность читать онлайн «Cəmşid Əmirov - Brilyant məsələsi» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Brilyant məsələsi: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Brilyant məsələsi»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Azərbaycan ədəbiyyatında detektiv janrın banisi kimi tanınan Cəmşid Əmirov əlinizdə tutduğunuz bu kitabla yanaşı “Qara volqa”, “Şəhər yatarkən”, “Sahil əməliyyatı” əsərlərinin, “İstintaq davam edir” filminin ssenari müəllifidir.
Cəmşid Əmirov 1962-ci ildə qələmə aldığı “Brilyant məsələsi” povestinin baş qəhrəmanlarını – qumarbaz Yədullanı və Zerkola Klaranı (Klara Yusifzadə, red.) əsərə real həyatdan gətirib. Povest boyunca oxucu bu mənfi obrazlarla, kapitan İsayevin timsalında onlara qarşı mübarizə aparan, aman vermədən onları təqib edən personajların başına gələnlərə şahidlik edirlər və bu müddətdə nə zaman baş verdiyini hiss etmədən gözlərini açarkən özlərini qarışıq cinayət hadisələrinin düz ortasında tapırlar. Əsərlərində dolğun həyat cizgilərinə önəmli yer ayıran yazıçının “Brilyant məsələsi”ndə də DTK (Dövlət Təhlükəsizlik Komitəsi; rusca КГБ, red.) sistemində çalışan yaxın dostlarının köməkliyi ilə (Cəmşid Əmirovun atası – Çingiz Əmirov Ədliyyə polkovniki idi, red.) arxivlərdə qorunan real istintaq materiallarına, habelə, təcridxanalardakı məhbusların ifadələrinə istinad etdiyini görmək mümkündür.
Povestin kulminasiyalarına doğru Yədullanın sovet milisi tərəfindən ifşa olunmasından bəhs edən fəsillər maraqlı səhnələrdən biridir. Qumarbazın sonrakı taleyi necə olacaq? O, həbsdən qaçıb canını qurtara biləcəkmi? Mənzil oğurluğu ilə Klaranın əlaqəsi varmı? Ev sahibəsinin telefon danışıqları nə üçün dinlənilirdi? İttiham olunan şəxsin günahsız olduğu sübuta yetiriləcəkmi? Oxucular bütün suallara əsəri oxuyarkən cavab tapa biləcəklər.

Brilyant məsələsi — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Brilyant məsələsi», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

– Adə, sənin başına at təpib? Adam da bağ satar?

Axmaqlama, de görüm ildə bağınız nə qədər alma verir?

– Ağaclara yaxşı qulluq edəndə beş-altı ton, etməyən-də üç-dörd ton.

– Yaxşı, bəs siz almaları nə edirsiniz?

– Bir hissəsini yeyirik, bir qədərini quruduruq. Qalanını isə satmaq üçün kooperativ ticarəti idarəsinə veririk.

– Soruşmaq ayıb olmasın, kiloqramını neçəyə verirsiniz?

29

– Doğrusunu bilmək istəsən, mən bu işə qarışmıram.

Ancaq evdə ucundan-qulağından eşitmişəm ki, anam hər il payızda həmin ticarət idarəsi ilə müqavilə bağlayır. Gah almanın kiloqramını 30 qəpikdən, gah da 35 qəpikdən təhvil verir.

– Daha bir sualım var. De görüm bu il necə, bağın almalarını təhvil vermisiniz?

– Xeyr, bu ayın axırında gəlib aparacaqlar. Müqavi-lədə göstərilmişdir ki, almaları onların özləri dərməli və

yeşiklərə yığıb aparmalıdırlar. Anam elə bu gün-sabah Qubaya getmək istəyir.

– Hə, bax indi gəldik əsl mətləb üstünə. Əgər sən adam olmaq, insan kimi dolanmaq istəyirsənsə, həmin almaları kooperativ ticarət idarəsinə satmamalısan. Kasıb-lıqdan çıxmaq üçün bu sənin əsl qurtuluş yolundur, həqiqi qazanc yolundur.

– Heç nə başa düşmürəm. Belə mənə açıq de ey, almaları nə üçün satmayım?

Həsən istehza ilə gülümsünüb dedi:

– Çünki sizin alma bağınızda çoxlu mal-dövlət basdı-rılıb.

– Mal-dövlət? Nə deyirsən, Həsən! Səni qara basmır ki?

– Xeyr, qardaş, mən hələ huşumu itirməmişəm.

– Bəlkə… bəlkə keflisən. Ona görə də hətərən-pətərən danışırsan?

– Ağlını başına yığ, Ağəli! Mən sərxoş deyiləm. Sən özün yaxşı bilirsən ki, mən heç bir zaman sərxoş olmu-ram, şərab mənə təsir etmir. Mənə inan. Bağınızda həqiqətən çoxlu mal-dövlət basdırılmışdır. Orada böyük bir dəfinə vardır.

30

Sevincindən özünə yer tapa bilməyən Ağəlinin üzü güldü. Təəccüblə soruşdu:

– Bəs belə isə nə üçün indiyədək susurdun? Nə üçün bağımızda dəfinə olmasını mənə demirdin?

Həsənin üzündəki istehzalı təbəssüm hələ də yox olmamışdı. O, gülə-gülə dedi:

– Mən belə hesab edirəm ki, sən bunu bilirsən. Restoranda xərclədiyin pulları da həmin dəfinədən götürürsən.

Ağəlinin gözləri yağlı ətə baxan pişik gözləri kimi parıldadı. Onun səbri tükəndi. Tələsik dedi:

– Həsən, qadan alım, bəs onda nə üçün biz burada oturmuşuq.

Tez ol dur, maşın tap, Qubaya gedək. Bağımızdakı dəfinəni çıxardaq. Yarısı sənin, yarısı mənim.

– Sağ ol, dostum, mənə sənin bir qəpiyin də lazım deyil. Öz mal-dövlətim mənə bəsdir. Dəfinənin yerini isə

mən sənə sabah deyərəm.

– Sabah nə üçün, elə indi de, qurtarsın getsin.

– Çünki mən görürəm ki, sən xam adamsan. Dəfinənin yerini sənə indi desəm, gecə ilə başına adam yığıb ba-ğa hücum çəkəcəksən. Hər yanı qazıyıb alma ağaclarının kötüklərini açacaqsan, onları qurudacaqsan.

– Vallah, Həsən, and içirəm, heç nə etmərəm, sabaha qədər gözləsəm ürəyim partlar.

– Yaxşı, Ağəli, indi bu saat mən sənə dəfinənin harada basdırıldığını deyərəm. Ancaq sözümü kəsmə, dedik-lərimə diqqətlə qulaq as, yadında möhkəm saxla. Bil və

agah ol. Dünyada iki cür adamlar olur: ağıllılar və axmaqlar. Ağıllılar mənim kimi olurlar. Alver edib çoxlu pul qa-zanırlar. Axmaqlar isə sənin kimi qəpik-quruş əldə etmək 31

üçün özlərini ora-bura vurur, ayda yetmiş-səksən manata işə girməyə çalışırlar.

– Yəni deyirsən mən də gedim alver edim?

– Alver edəndə nə olar.

– Bazarda durub tuman-köynək satmaqdan nə çıxar?

– Kim sənə deyir ki, gedib bazarda tuman-köynək sa-tasan.

– Bəs sən hansı alverdən danışırsan?

– Mən, Ağəli, hər dəfə azı on min manat gəlir verən alver haqqında danışıram.

– O necə alverdir, qardaş?

– O dəfinə alveridir, Ağəli, dəfinə. Allah sənə böyük bir dövlət verib, sən isə ondan istifadə etməyi bacarmır-san? Bəli. Sənin dəfinənin bir ucu Nüğədi kəndindəki al-ma bağında, ikinci ucu isə Sverdlovsk, Çelyabinsk və

Çkalov şəhərlərindədir, başa düşdün?

– Dostluğumuz haqqı heç nə anlamıram. Bayaq deyirdin ki, dəfinə bağdadır, indi isə Sverdlovskidən, Çel-yabinskdən dəm vurursan.

Bilirsən, Ağəli, sənin alma bağın mənim əlimdə olsaydı, indi milyonerdim. Ağıllı adamlar sizin kimi hərəkət etmirlər. Onlar bağdan yığdıqları almanın kiloq-ramını otuz qəpiyə kooperativ ticarət idarəsinə satmırlar.

Onlar bağda, dərinliyi üç-dörd metr olan zirzəmi qazıyır-lar. Ora saman döşəyirlər. Almaları payızda dərib səliqə

ilə buraya yığırlar, qışa kimi saxlayırlar. Dekabr-yanvar aylarında isə kiloqramına 40 qəpik verib, təyyarə ilə Ural şəhərlərindən birinə daşıyırlar. Ayrı-ayrılıqda kiloqramını üç manat 50 qəpiyə, bir yerdən isə üç manatdan satıb ciblərini pulla doldururlar. Hər il azı on min manat təmiz qazanc əldə edirlər. Onda anladın ay axmaq, yoxsa…

32

Ağəli yerindən qalxıb dostunun boynunu qucaqladı, bir neçə dəfə üz-gözündən öpdü. Fındıqça çalıb oynadı.

Sonra dedi:

– Sağ ol, dostum, çox sağ ol. Sən ölümü yerdən götür-dün. Məni o dünyadan qaytardın. Adam etdin, dəfinənin yerini göstərdin. Mən bütün ömürboyu sənə minnətdar olacağam. Sən məni bir o qədər də axmaq sayma. İnan-dırıram ki, sənin layiqli şagirdin olacağam. Bağı bir az da genişləndirəcəyəm. Yeni alma ağacları əkdirəcəyəm.

– Baxaq görək, Ağəli, axırı necə olacaq?

– Arxayın ol, dostum. Görərsən analar necə oğullar doğub. Ancaq sən mənə özün haqqında heç nə demədin, sənin də alma bağın var?

– Xeyir əşi, mənim alma bağım olsaydı, özümü dünyada ən xoşbəxt adam sayardım. Mən alma-armudu kol-xozlardan satın alıram. Hərdən bir imkan düşəndə Mərdəkandan Moskvaya gül də aparıram. Şüvələn bağlarında gülün birini üç qəpiyə almaq olar. Moskvada isə biri ot-uz-qırx qəpiyə göydə fırlanır.

Dostlar səmimi görüşüb ayrıldılar. Ağəli dərhal qızğın fəaliyyətə başladı, anası ilə Qubaya getdi. Kooperativ ticarət idarəsi ilə müqaviləni pozdu. Gözəl bir anbar tik-dirib bağın almalarını səliqə ilə ora yığdı. Tanış tapıb kolxozçu olduğu haqqında arayış düzəltdi. Yanvar ayında bir-iki ton da yandan alma alıb, özünü verdi Maqnito-qorsk şəhərinə. Almaları üst-üstə kiloqramını üç manatdan satıb, yol xərcini çıxmaqla birdən-birə on iki min manat təmiz qazanc əldə etdi.

Beləliklə “haqqın yolunu tapan” Ağəli hər il qışda Ural şəhərlərindən birinə səyahət edir, sonra bir dəfə ya Novosibirsk, ya da Omsk şəhərlərinə gül aparır, ilin qalan 33

aylarını isə eyş-işrətdə keçirirdi. Adətən, hər dəfə Sibir şəhərlərinə gül səyahətindən sonra, yəni may aylarında Ağəli bir-iki ay Kislovodsk şəhərində istirahət edir, daha doğrusu qumar oynayıb Bakıya qayıdırdı.

QUMAR MƏCLİSİ

İndi də belə idi. Özünü günəşli Azərbaycanın ən xoşbəxt adamlarından biri sayan Ağəli Möhtacov Kislovodsk şəhərində təzə tanış olduğu sarışın bir qızla dağda yerləşən “Xram Vozduxa” restoranında oturub kef edirdi.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Brilyant məsələsi»

Представляем Вашему вниманию похожие книги на «Brilyant məsələsi» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Brilyant məsələsi»

Обсуждение, отзывы о книге «Brilyant məsələsi» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x