İmran Qasımov - Uzaq sahillərdə

Здесь есть возможность читать онлайн «İmran Qasımov - Uzaq sahillərdə» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Uzaq sahillərdə: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Uzaq sahillərdə»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylonun” mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

Uzaq sahillərdə — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Uzaq sahillərdə», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Kapitan cavab vermədi. Onlar salondan çıxandan sonra kapitan yaxındakı masanın arxasında əyləşən, sinəsi başdan-ayağa xaç və ordenlərlə bəzənmiş qoca bir polkovnikə müraciət etdi:

– Gördünüzmü bu cırtqozu?!

– Onunla ciddi danışmaq pis olmaz, – deyə polkovnik cavab verdi. – Yeməkdən sonra mən onunla haqq-hesab çəkərəm.

– İcazə verin, bunu özüm edim. Onun iştahını necə pozmaq lazım olduğunu mən yaxşı bilirəm. Özü də burada onun üçün yer saxlayıram…

Musiqi çalındı, təbilin gurultulu səsləri altında kürəyi açıq, parlaq və uzun paltarlı bir qadın yüyürə-yüyürə salona girdi. Qadın ilan kimi qıvrılaraq rəqs edir və kişi səsinə bənzər yoğun səslə oxuyurdu. Zabitlər qadını gözlərilə yeyir, ayağa qalxaraq onun hər bir hərəkətini izləyirdilər. Onlar “Cırtdan”ın stəkana qoyduğu salfetlərlə əllərini silərək, bu yarımçılpaq qadını alqışlamağa hazırlaşırdılar.

Birdən-birə salonda qarışıqlıq düşdü… Qoca polkovnik salfetin üstündə yazılar gördü. O, əzilmiş salfeti hamarlayıb eynəyini taxdı, yazıları oxuduqdan sonra qəddini düzəltdi. Hamının eşidə bilməsi üçün ucadan əmr verdi:

– Hamı masalardakı salfetlərə baxsın!

Musiqi kəsiləndə salfetlər xışıldamağa başladı. Hərə öz salfetindəki bu qısa sözləri oxudu: “Ölümə ölüm!” Bunların altında da “Xalq intiqamçıları” sözləri yazılmışdı.

– Direktor! – deyə kimsə vəhşicəsinə bağırdı.

Yarımlüt rəqqasə özünü itirərək orkestr meydançasının yanında durmuşdu. Çalğıçıların rəngi qaçmışdı.

– Qapıları bağlayın, heç kəsi buraxmayın! – deyə polkovnik bağırdı.

Qorxudan ölümcül hala düşmüş, top kimi yumru, balacaboy bir italyan, özünü yetirib soruşdu:

– Nə var, nə var?!

Əsgərlər yüyürüşərək içəri doluşdular. Xörəkpaylayan qadınlar bir küncə yığıldılar. “Döyçe soldatenhaym”ın bütün adamları bu salona toplaşmışdı.

“Görəsən, onların arasında paltarını dəyişmiş partizan kimdir?”

Axtarış başlandı, hitlerçilər o qədər çox idilər ki, böyük zala yerləşmirdilər…

Həmin vaxtda Triyestin küçələrində müharibə dövrünə xas olan adi həyat vardı.

Şəhər tramvayı başqa sərnişinlərlə bərabər ober-leytenantı və onun əsgəri “Cırtdan”ı funikulyorla yuxarı aparırdı.

Tramvay dayananda onlar qapıya tərəf yönəldilər. Sərnişinlər qaşqabaqlarını töküb kənara çəkilərək onlara yol verdilər.

Onlar tramvaydan düşüb, dinməz-söyləməz uzaqlaşdılar, sarı rəngli, hündür və sərt qayalarla örtülmüş dikə qalxmağa başladılar. Bir zaman Adriatik dənizinin dalğaları bu qayalara çırpılırdı.

Bu hündür yerdən baxanda aşağıdakı evlər balaca oyuncaq kimi görünürdü. Düzənliyin qurtaracağında isə dağlar ucalırdı. Bu dağların zirvəsi seyrək şam ağacları ilə örtülmüşdü.

Onların durduğu yer Opçina adlanırdı.

Ober-leytenantla əsgər dik qayanın yanında dayandılar.

– Bura bax, Vasya, – deyə ober-leytenant yavaş səslə “Cırtdan”a müraciət etdi, – o nə idi, şəhərin içində Ancelikanı qucaqlayırdın?

Vasya ötkəmliklə gülümsündü:

– Bütün almanlar qızlarla belə gəzirlər.

– Lazım deyil, Vasya. Əvvəla, bu hərəkətin yerli əhalidə Ancelikaya qarşı nifrət oyada bilər. İkinci də, Ancelika gözəl qızdır, başqaları da sənə baxıb, onu qucaqlamaq fikrinə düşər.

Vasya susurdu. Onun sifəti ciddi ifadə aldı, ağımtıl qaşları çatıldı.

– Yaxşı, – deyə o, cavab verdi, – əgər lazım deyilsə, daha Ancelikanı qucaqlamaram.

Ober-leytenant cib saatını çıxarıb baxdı və gözünü Vasyaya zillədi:

– Bu, nə deməkdir?

– Nə qədər keçib?

– 28 dəqiqə.

– Otuz olmalıdır.

Onların ikisinin də siması ciddiləşdi.

– Vasya! – deyə birdən-birə pıçıltı eşidildi.

Onlar səs gələn tərəfə çevrildilər.

Ancelika onlardan bir az aralı həyəcanlı vəziyyətdə, hərəkətsiz durmuşdu. Onun yanaqları od tutub yanırdı.

– Necə oldu? – deyə qız onlara yaxınlaşaraq soruşdu.

Ober-leytenant yenə saatına baxdı.

– Neçədir? – Vasya soruşdu.

Ober-leytenant güclə özünü ələ alaraq cavab verdi:

– 31 dəqiqə.

Ancelika sualedici nəzərlərlə gah Vasyaya, gah da zabitə baxırdı.

– Heç nə başa düşmürəm, – deyə ober-leytenant gözlərini şəhərə zilləyərək dilləndi. – Vasya, axı sən əlüzyuyan otaqda kapsulu sındırdın.

– Hə… 30 dəqiqəlik kapsulu.

– Bəs nə oldu? – deyə Ancelika səbirsizliklə soruşdu.

– Bəlkə, onlar masanın altındakı çantanı görüblər?

– Yox, Vasya, hər şey əvvəlcədən yaxşı düşünülmüşdü. Hər şey lazım olduğu kimi, öz qaydası ilə gedirdi… Axı biz salfetləri nahaq yerə dəyişdirmədik! O vərəqələr onların diqqətini yayındırmalı idi…

Birdən-birə şəhər üzərində uzaqvuran topların yaylım atəşinə bənzər boğuq bir partlayış səsi ucaldı.

Onların üçü də diksinib şəhərə tərəf çevrildi.

Qeqqa küçəsində sarımtıl tüstü sütunu qalxıb bir an içində qaraldı, yavaş-yavaş şəhərin üstünə enərək küçələri kül və toz qatı ilə örtməyə başladı.

– Viva aminçi! Yaşasın azadlıq! – deyə Ancelika cingiltili səslə qışqırdı. Qız elə həyəcanlı idi ki, ona qanad versəydilər, qalibiyyət carçısı kimi şəhərin üzərində uçardı.

Ancelika gülümsünüb səsini yavaşıtdı və sirr açırmış kimi pıçıldadı:

– Yoldaş “Mixaylo”, – deyə ober-leytenanta müraciət etdi, – heç bilirsiniz, yerli əhali sizi necə adlandırır? Onlar sizin adınızı Spartak qoyublar.

Birdən-birə yaxındakı qayaların dalından boz rəngli palto geymiş bir adam çıxdı. O, bir sıçrayışla bu üç dostun yanına çatıb, onları dartaraq qayanın dalına itələdi.

Bayaq onların durduğu yerdən indi addımlarını yerə döyə-döyə alman keşikçiləri keçirdi.

Patrullar uzaqlaşandan sonra gələn adam rahatlıqla nəfəs aldı və “Mixaylo”ya tərəf dönərək rus dilində dedi:

– Bura bax, cavan oğlan, evi partladanda bir az ehtiyatlı olmaq lazımdır.

“Mixaylo” qəddini düzəltdi.

– Başa düşmürəm, – deyə yad adamın gözlərinin içinə dik baxaraq, təmiz alman dilində təkəbbürlə cavab verdi.

Yad adam gülümsündü:

– Yaxşı, bizim mübahisə etmək üçün vaxtımız yoxdur. Mən sizinlə mühüm bir məsələ haqqında danışmalıyam.

“Mixaylo” cavab vermir və nüfuzedici nəzərlərlə təzə gələn adamı süzürdü.

Yad adam dönüb tərəddüdlə Vasya və Ancelikaya nəzər yetirdi. “Mixaylo” da onlara baxdı. Onlar heç bir söz deməyib, itaətlə kənara çəkildilər və söhbətin nə ilə nəticələnəcəyini gözlədilər.

– Briqadanın qərargahına xəbər verin ki, – deyə yad adam sözə başladı, – bu gün bizim təyyarə yeddinci təpənin üstünə gəlməyəcək. Həm də mənimlə təzədən görüşmək üçün vaxt təyin etsinlər.

“Mixaylo” susur, yad adamın bir hərəkətini belə gözdən qaçırmamaq üçün diqqətlə ona fikir verirdi. Naməlum adam ciblərini axtarıb siqaret çıxartdı, birini yandırıb çəkməyə başladı. “Mixaylo” siqaretlərin üstündə italyan markası olduğunu gördü. Lakin bunun məsələyə heç bir dəxli yox idi. Əsas məsələ bu deyildi. Bu adam onu tanıyırdı. Özü də bu gün yeddinci təpənin üstünə təyyarə gələcəyini bilirdi.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Uzaq sahillərdə»

Представляем Вашему вниманию похожие книги на «Uzaq sahillərdə» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Uzaq sahillərdə»

Обсуждение, отзывы о книге «Uzaq sahillərdə» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x