Mirzəbala Məmmədzadə - Köylü hərəkatı və Lenin milli siyasəti

Здесь есть возможность читать онлайн «Mirzəbala Məmmədzadə - Köylü hərəkatı və Lenin milli siyasəti» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Публицистика, Политика, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Köylü hərəkatı və Lenin milli siyasəti: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Köylü hərəkatı və Lenin milli siyasəti»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitabda görkəmli ictimai-siyasi xadim, elm adamı, publisist, dramaturq, yazıçı, ədəbiyyatşünas, Azərbaycan milli istiqlal davasının öndəri, siyasi düşüncə tariximizdə xüsusi yeri olan M.B.Məmmədzadənin “Azərbaycanda köylü hərəkatı. Tam istiklale müteveccih derin ve kuvvetli milli bir mücadeledir” və “Lenin milli siyasəti. Azərbaycanda nə nəticələr verdi?” əsərləri daxil edilmişdir. XX yüzillikdə Azərbaycanda gedən milli azadlıq mübarizəsi və ictimai fikir tariximizi öyrənmək baxımından olduqca dəyərli olan bu əsərlər universitet müəllimləri, araşdırıcılar, ictimai-siyasi fəaliyyətlə məşğul olan gənclər üçün olduqca əhəmiyyətlidir.

Köylü hərəkatı və Lenin milli siyasəti — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Köylü hərəkatı və Lenin milli siyasəti», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Mirzəbala Məmmədzadə

Köylü hərəkatı və Lenin milli siyasəti

Hazırlayanı:

İqtisad elmləri namizədi Ələddin Həsən oğlu

Redaktorları:

Əli Şamil

Elmira Fikrətqızı

© Həsən oğlu Ələddin

M.b. Məmmədzadə və “Bildiriş” qəzeti

Dünyanın altıda bir hissəsini tutaraq 130 xalqı əsarət altın-da saxlayan Rusiya XX yüzilliyin başlarında gücdən düşürdü. Əsarət altında qalan xalqlar isə bundan yararlanaraq öz azadlıqlarına qovuşmaq istəyirdilər. Birinci Dünya Savaşında Rusiyanın uduzması milli azadlıq hərəkatını gücləndirdi. 100 ildən çox əsarətdə qalan Azərbaycan 1918-ci il Mayın 28-də müstəqilliyini elan etdi. Təəssüf ki, nə məğlub Rusiya, nə də dünyanın başqa güclü dövlətləri yeni yaranan Cümhuriyyətləri tanımaq istəmədilər. Yenidən dirçələn, xalqlara azadlıq, sülh, bərabərlik vəd edən Sovet Rusiyası zor gücünə əvvəlki sərhədlərinə döndü. Doğunun 23 ay ömrü olan Doğunun ilk Respublikası-Azərbaycan Xalq Cümhuriyyəti Rus əsgərlərinin ayaqları altında qaldı. Toplum həbslər, güllələnmələr, sürgünlər ara vermirdi. Azərbaycanın siyasiləri və aydınları azadlıq savaşını davam etdirmək üçün xarici ölkələrə müraciət etdilər.

İki ildən çox pərakəndə fəaliyyət göstərən Azərbaycan ictimai-siyasi xadimləri M. Ə. Rəsulzadənin gəlişi ilə elə bil dirçəldilər. M.Ə.Rəsulzadə 1922-ci ildə Türkiyədə «Müsavat» partiyasının «Xarici ölkələr bürosu» nu, 1924-cü ildə Azərbaycan Milli Mərkəzini açdı. Türkiyənin İstanbul, Ankara, İzmir, Trabzon, Kars, İranın Tehran, Təbriz, Rəşt, Ərdəbil və b. şəhərlərində partiyanın özəklərini yaratdı.

1922-ci ildə İstanbulda “Yeni Kafkasya” adlı jurnal çapa hazırlandı. M. Ə. Rəsulzadənin qəzet, jurnal çıxarmağa icazəsi olmadığından jurnal Buxara Respublikasının keçmiş prezidenti, Türkiyədə mühacirətdə olan Osman Xocanın adıyla nəşrə başladı. 1927-ci ilədək, yəni 100 sayadək jurnalın ayda iki nömrəsini çıxara bildilər. Mühacirətdəki qəzet, jurnal və kitabların çoxuna redaktorluq etmiş Mirzə Bala Məmmədzadə “Yeni Kafkasya”nı “yalnız Azərbaycanlıların deyil, Rus əsarəti altındakı bütün türklərin jurnalı” adlandırırdı.

Sovetlər Birliyinin təzyiqi ilə «Yeni Kafkasya” bağlandı. Azərbaycan mühacirləri «Azəri Türk», «Yaşıl yaprak», «Odlu yurt» jurnallarını nəşr etdilər. Bu jurnalların proqramı da “Yeni Kafkasya”nın proqramı ilə eyni idi. Sovetlər Birliyinin təzyiqi çoxaldıqca mühacirlərin durumu da çətinləşirdi.

İctimai-siyasi xadimlərimizin Türkiyədə nəşr etdikləri qəzet və jurnallar haqqında son illərdə xeyli araşdırma aparılsa da, qaranlıq məsələlər hələ də qalır. Azərbaycanda mühacir mətbuatından və ədəbiyyatından yazan araşdırıcılarımız ara-sıra «Bildiriş» qəzetindən bəhs etsələr də, onun haqqında geniş araşdırmaya rast gəlinmir. Azərbaycançılıq davasının öndərlərindən M. Ə.Rəsulzadənin ideyasının məhsulu kimi meydana çıxan «Bildiriş» qəzeti milli mübarizə tariximizdə şərəfli bir yer tutur. Onun irəli sürdüyü ideyanın gec də olsa reallaşması, Azərbaycanın 1991-ci ildə yenidən müstəqilliyini elan etməsi, qəzeti yaradanların uzaqgörənliyindən xəbər verir.

«Bildiriş» qəzeti haqqında yazılanları iki qrupa ayırmaq olar:

1. Mühacirət mətbuatımızı öyrənməyi qarşısına məqsəd qoymuş araşdırıcıların məqalələri;

2. Mühacir ədəbiyyatımızı, tariximizi araşdıran müəlliflərin mövzuları ilə bağlı «Bildiriş» dən bəhs etmələri.

Birinci qrupa Abid Tahirli və Alxan Bayramoğlu kimi mətbuat tariximizdən kitablar yazan araşdırıcılar daxildir.

İkinci qrupa isə siyasi tariximizi, partiyaların tarixini, mədəniyyət tariximizi araşdıran Mövsüm Əliyev, Xaləddin İbrahimli, Nəsiman Yaqublu, Sabahattin Şimşir, Əli Şamil və b. daxildir. Onlar «Bildiriş» qəzeti haqqında yazmağı qarşılarına məqsəd qoymasalar da, bu barədə oxucuya olduqca maraqlı bilgilər vermişlər.

Dövrün ictimai-siyasi mənzərəsini göz önünə gətirməklə, mühacir mətbuatı tariximizdə «Bildiriş» qəzetinin mövqeyini müəyyənləşdirməkdə yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz müəlliflərin əsərlərinin xüsusi yeri var.

Birinci qrupa daxil etdiyimiz araşdırıcılardan Abid Tahirli «Azərbaycan mühacir mətbuatı» kitabında «Bildiriş» in də adını çəkib. Azərbaycan mühacir mətbuatını monoqrafiya yazmağı qarşısına məqsəd qoymuş araşdırıcı, təəssüflər ki, bu qəzetin mühacirət mətbuatı tarixində xidməti haqqında bir-iki cümlə verməklə kifa-yətlənmişdir. Halbuki, ondan öncə yazılmış kitablarda, X. İbrahimli, N. Yaqublunun əsərlərdə «Bildiriş» qəzeti haqqında xeyli bilgi vardır.

Filologiya elmləri doktoru Alxan Bayram oğlu «Azərbaycan mühacirət mətbuatına dair mülahizələr (1920–1990-ci illər)» kitabında A.Tahirlinin yol verdiyi diqqətsizliyi aradan qaldıraraq «Bildiriş» qəzeti haqqında 7 səhifə bilgi verib. Dərsliyin həcminə nisbətən böyük görünən bu bilgi öncə yazılanların təkrarıdır.

Biz «Bildiriş» qəzeti haqqında yazılanların geniş təhlilinə girişməyərək yalnız nöqsanları göstərməklə kifayətlənəcəyik ki, gələcəkdə yanlışlıqlar təkrarlanmasın.

İkinci qrupa daxil etdiyimiz araşdırıcılardan Mövsüm Əliyev yazır: «Haman illərdə onun (M.Ə.Rəsulzadənin-Ə.H.) redaktorluğu ilə «Azəri Türkü» (1928–1931), sonra isə «Odlu yurt» (1929–1930) jurnalları və həftəlik «Bildiriş» (1929–1931) qəzeti də nəşr edilməkdə idi”. M. Əliyev qəzet və jurnalların nəşri tarixlərində dolaşıqlığa yol verib. «Odlu yurt» jurnalının son sayı 1930-cu ildə deyil, 1931-ci ilin iyul-avqust aylarında, “Bildiriş” qəzeti 1929-cu ildə deyil, 1930-cu ilin 7 avqustunda çap olunmuşdur. «Bildiriş» qəzetinin M. Ə.Rəsulzadənin redaktorluğu ilə çıxmasını təsdiqləyən elə bir sənəd də hələlik əldə yoxdur.

Azərbaycanın siyasi mühacirətindən yazan Xaləddin İbrahimli «Bildiriş» qəzetindən söz açarkən yazır: «1930-cu il 7 avqustdan etibarən Azərbaycan mühacirləri ilk siyasi həftəlik qəzet olan «Bildiriş» in nəşrinə başladı. Bu qəzetin imtiyaz sahibi də A. Kazımzadə, məsul müdiri Kamal idi”. (1931-ci ildən məsul müdir M. B.Məmmədzadə oldu). Qəzetin imtiyaz sahibinin A. Kazımzadə, məsul müdirinin Kamal olmasını yazmaqda haqlı olan araşdırıcı nədənsə 1931-ci ilin iyunun 31-də çap olunan 45-ci sayından həmin ilin avqustun 27-də çap olunan 56-cı sayınadək məsul müdirin B.Süleyman olduğuna diqqət yetirməyib. Onu da xatırladaq ki, qəzetin son üç sayındakı “ümumi nəşriyyat və yazı işləri müdiri Mirzə Bala” da, “Kamal” da M. B. Məmmədzadədir.

Jurnalist Nəsiman Yaqublu «Müsavat partiyasının tarixi» kitabında «Bildiriş» qəzetinin nəşr tarixi, rubrikaları, mövzusu haqqında danışsa da, B.Süleymanlının adını qəzetin rəhbəri kimi çəkməmiş və B.Süleymanlının şəxsiyyətinə diqqət yetirməmişdir.

Türkiyədə isə Sabahattin Şimşir “Azərbaycanlıların Türkiyədə siyasi və kültürəl fəaliyyətləri” və “Azərbaycanın istiklal mücadələsi” kitablarında “Bildiriş” qəzetindən geniş söz açır. Birinci kitab 1999-cu ildə müəllifin tarix elmləri doktoru adı alması üçün hazırladığı elmi iş əsasında yazılıb. İkinci kitabça 2002-ci ildə İstanbulda çap olunub. Türkiyədə mühacirət tariximizi, eləcə də «Bildiriş» qəzetini təbliğ edən bundan dəyərli bir tədqiqata rast gəlməmişik. S.Şimşir yazır: “Gazetin ilk sayfası başyazı dışında Azerbaycan haberleri manşetten olmak üzere, Rusya'daki diğer olaylara önemine göre yer verirken, ikinci sayfa üst kısım itibari ile benzer haberlere devam etmiş, alt kısım da ise bir yazı dizisi yer almıştır. Üçüncü sayfanın bir kısmı Türkiye'ye ayrılırken, bir də hatıra yayınlamaya çalışılmıştır. Dördüncü sayfada ise Türk Dünyası haberleri ile birinci sayfanın devamı olan haberler yer almıştır”.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Köylü hərəkatı və Lenin milli siyasəti»

Представляем Вашему вниманию похожие книги на «Köylü hərəkatı və Lenin milli siyasəti» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Köylü hərəkatı və Lenin milli siyasəti»

Обсуждение, отзывы о книге «Köylü hərəkatı və Lenin milli siyasəti» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x