Ağa oğlu - Solovkidə gördüklərim

Здесь есть возможность читать онлайн «Ağa oğlu - Solovkidə gördüklərim» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Solovkidə gördüklərim: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Solovkidə gördüklərim»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitaba 1923-1929-cu illərdə siyasi baxışlarına görə həbs edilərək Ağ dənizdəki Solovki adalarına göndərilmiş soydaşlarımızı acı taleyindən bəhs edən xatirələr və bir neçə kiçik qəzet məqaləsi daxil edilmişdir. Şəxsiyyətini müəyyənləşdirə bilmədiyimiz müəllif vətənin və millətin azadlığı yolunda savaşa atılan insanların başına bolşeviklərin açdığı müsibətləri təsvir etməklə adlarını eşitmədiyimiz və ya son illərdə eşitməyə başladığımız qəhrəmanlara sözdən bir abidə qoymuşdur.

Solovkidə gördüklərim — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Solovkidə gördüklərim», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Ağa oğlu

Solovkidə gördüklərim

“BİLDİRİŞ” QƏZETİ AZƏRBAYCANA GƏTİRİLDİ

Osmanlı İmperiyası Birinci Dünya Savaşında məğlub oldu. Lakin xalq bununla razılaşmadı. Anadoluda Mustafa Kamalın başçılığıyla yeni bir hərəkat başladı. Türklər öz müstəqilliklərini qorumaq uğrunda Antanta və onun himayə etdiyi qüvvələrə qarşı ölümdirim savaşına atıl-dılar. Bu işdə özlərinə xarici ölkələrdə də dəstək axtarmağa başladılar. Savaşdan məğlubiyyətlə çıxmış, ölkədə vətəndaş qarşıdurmasını son həddə çatdırmış Sovet Rusiyası bu işdə gənc Türkiyəyə münasib müttəfiq oldu. Qara dənizdən Antanta qüvvələrinin təzyiqini azaltmaq üçün Rusiya Türkiyənin müvəqqəti də olsa güclənməsini istəyirdi. Bu ona çar Rusi-yasının işğal dairəsində olmuş, indi azadlıq əldə edərək öz dövlətlərini qurmaq istəyən xalqları yenidən əsarət boyun-duruğu altına salmaq, iqtisadi cəhətdən önəmli olan bölgələri yenidən tutmaq üçün lazım idi.

1920-ci ilin aprelində Rusiyanın XI Ordusu “Anadoluda dö-yüşən türklərə köməyə gedirik” adıyla Azərbaycan Xalq Cüm-huriyyətini işğal etdi. Azərbaycanla kifayətlənməyib qısa müd-dətdə Qafqazı bütövlükdə öz təsir dairəsinə saldı. Lakin burada möhkəmlənmək Rusiya üçün problemə çevrildi.

Avropa dövlətlərinin təzyiqi altında sıxılan gənc Türkiyə də Sovet Rusiyasının güclənməsini həm istəyirdi, həm də bundan ehtiyat edirdi. Rusiyanın Antanta blokundan çıxması Avropa dövlətlərinin diqqətini Türkiyədən yayındıraraq Sovet Rusi-yasına yönəldirdi. Türkiyə strateqləri nə qədər “Biz Osmanlı dövlətinin varisi deyilik, əksinə, onun düşməniyik” desələr də yaxşı bilirdilər ki, yeniləşən Rusiya gücləndikcə onları sıxış-dıracaq. Buna görə Türkiyə Sovet Rusiyasına ikili münasibət bəsləyirdi. Sözdə əbədi dostluqdan bəhs etsə də, altdan-altdan Rusiyaya təzyiq vasitələri hazırlayırdı. Keçmiş Rusiya ərazi-sindən Türkiyəyə qaçıb antisovet baxışlarını gizlətməyən ictimai-siyasi xadimlərin dərnək qurmalarına, qəzet-jurnal nəşr etmələrinə şərait yaradırdı. Azərbaycan Xalq Cümhuriyyətinin məğlubiyyətindən sonra Türkiyəyə mühacirət etmiş soydaşlarımız burada daha yaxşı təşkilatlanmışdılar.

İki ildən çox parakəndə fəaliyyət göstərən ictimai-siyasi xa-dimlərimiz M.Ə.Rəsulzadənin gəlişilə təşkilatlanmağa başla-dılar. 1922-ci ildə İstanbulda “Yeni Kafkasya” adlı jurnal nəş-rə hazırlandı. Ayda iki sayı çap olunan jurnalın fəaliyyəti 1927-ci ilədək, yəni 100 sayadək davam etdi. Mühacirətdə nəşr edilən əksər qəzet, jurnal və kitablara redaktorluq etmiş Mirzəbala Məmmədzadə “Yeni Kafkasya”nı “yalnız azərbay-canlıların deyil, rus əsarəti altındakı bütün türklərin” jurnalı 1 1 Məmmədzadə Mirzə Bala, Milli Azərbaycan hərəkatı, Bakı, 1992, səh. 185. adlandırırdı.

İctimai-siyasi xadimlərimizin Türkiyədə çap etdirdikləri qə-zet və jurnallar haqqında son onillərdə xeyli araşdırma apa-rılıb. Lakin hələ çox qaranlıq məsələlər də qalır. Azərbaycanda mühacirət mətbuatından və ədəbiyyatından yazan araşdırıcı-larımız ara-sıra “Bildiriş” qəzetindən bəhs etsələr də, onun haqqında ciddi araşdırmaya rast gəlmirik. Xaləddin İbrahimli “Azərbaycan siyasi mühacirəti” kitabında yazır: “1930-cu il 7 avqustdan etibarən Azərbaycan mühacirləri ilk siyasi həftəlik qəzet olan “Bildiriş”in nəşrinə başladı. Bu qəzetin imtiyaz sahibi də A.Kazımzadə, məsul müdiri Kamal idi.(1931-ci ildən məsul müdir M.B.Məmmədzadə oldu)” 2 2 İbrahimli Xaləddin. Azərbaycan siyasi mühacirəti.”Elm” nəşriyyatı, Bakı, 1996, s.120

Türkiyədə isə Səbahəttin Şimşir “Azərbaycanlıların Türkiyədə siyasi və kültürəl fəaliyyətləri” kitabında 3 3 Şimşir Səbahəttin.Azerbaycanlıların Türkiyede siyasi ve kültürel fealiyyetleri.(1920-1991) . “Azerbaycan kültür dernegi yayınları № 49.” Ankara, s.57-61 “Bildiriş” qəzetinə 4 səhifədən çox yer ayırıb. Bu kitab 1999-cu ildə müəllifin tarix elmləri doktoru adı alması üçün hazırladığı dissertasiya əsasında yazılıb. “Bildiriş” qəzetini Ankarada olarkən Mehmet Kəngərlinin ofisində görmüşdüm, amma onu diqqətlə oxumağa imkan tapmamışdım. 2003-cü ilin martında Mersində Novruz bayramına həsr olunmuş konfransda məruzə edənlər sırasında mən də vardım. Oradan qayıdarkən bir neçə gün Ankarada yubanmalı oldum Vüsalə Rauf qızı Mehmet Kəngərlinin gəlişimdən xəbər tutduğunu və məni görmək istədiyini bildirdi. Türkiyədə ali təhsil almış, mühacirət mət-buatımızın tarixindən doktorluq dissertasiyası yazmaq üçün Qazi Universitetində təhsilini davam etdirən Vüsalə Rauf qızı və “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyasının rəhbəri Seyfəddin Altaylı ilə birlikdə M.Kəngərlinin görüşünə getdik. Söhbətimiz həmişəki kimi çox uzaqlardan başladı. Xatirələr dilə gəldi. Söz gəlib ömrün vəfasızlığına çatanda mən M.Kəngərlidən onda olan əlyazmaları və sənədləri Azər-baycan arxivlərinə bağışlamasını xahiş etdim . Həmişəki kimi “yox” demədi.

Biz getməyə hazırlaşanda “Bildiriş” qəzetinin səliqə ilə sax-lanmış dəstini gətirtdirdi və “Azərbaycana apar” dedi. Onun bu fikrə düşməsinin səbəbkarı V.Rauf qızı olmuşdu. Lakin S.Altaylı buna imkan vermədi. Qəzetin ona da lazım oldu-ğunu, CD-yə köçürmək istədiyini bildirdi. M.Kəngərli qəzet dəstini saxladı və mənə: “Sonra Vüsalədən yollayaram” dedi.

O, sözünə sadiq qaldı. 2003-cü ilin qışında “Bildiriş” qəze-tinin dəstini Vüsalə xanımdan yolladı. Qəzeti AMEA Əlyaz-malar İnstitutuna bağışlamağı qərarlaşdırsaq da oradakı yazılar diqqətimi çəkdi. Xüsusən də “Solovkidə gördüklərim” adlı xatirələr.

Mövzu mənə tanış idi. Rus yazıçısı Oleq Volkovun 1980-ci illərdə qəzet və jurnallara verdiyi müsahibələrdə, 1989-cu ildə Moskvada çap etdirdiyi “Zülmətdə” romanında müsavat-çıların aclıq aksiyasını təsvir etməklə, soydaşlarımızın hünə-rindən yazmaqla çoxlarımızı heyrətləndirmişdi.

Amma mən də əksər oxucular kimi Oleq Volkovdan 53 il əvvəl N.İ.Kiselyov-Qromovun Şanxayda 200 səhifəlik “Lageri smerti v SSSR” 4 4 Mehmetzade M.B. Kahramanlarımızın esaret dastanları. “Qurtuluş”(Berlin), 1937, sayı 28, s. 752 kitabının və B.E.Ağa oğlunun 1930-cu ildə “Bildiriş” qəzeti səhifələrində “Solovkidə gördüklərim” adlı xatirəsinin çap etdirdiyini bilmirdim. Onu da bilmirdim ki, N.İ.Kiselyov-Qromov Rusiyadakı vətəndaş müharibəsində Novorossiyskidə yaralı halda bolşeviklərə əsir düşüb. Həqiqi ad və familiyasını gizlədərək özünü Qızıl əsgər Karpov kimi təqdim edib. Sovet hökuməti ona inanıb vəzifə verib. O da əvvəl Quzey Qafqazın müxtəlif bölgələrində, sonra da Solovki sürgün düşərgəsində rəhbər vəzifələrdə çalışıb. Oradan da xaricə qaçaraq bolşeviklərə qarşı mübarizəyə başlayıb.

N.İ.Kiselyov-Qromovun kitabında da müsavatçıların aclıq aksiyası, xüsusən həkim Cahangir Ağayevin faciəli taleyi geniş təsvir edilib. Həmin hadisələrin iştirakçısı olmuş bir soydaşımız – B.E.Ağa oğlu da başlarına gələni qələmə alaraq 1930-cu ildə “Bildiriş” qəzetinin 14 sayında “Solovkidə gördüklərim” adı altında çap etdirib.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Solovkidə gördüklərim»

Представляем Вашему вниманию похожие книги на «Solovkidə gördüklərim» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Solovkidə gördüklərim»

Обсуждение, отзывы о книге «Solovkidə gördüklərim» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x