Qumral Sadıqzadə - Son mənzili Xəzər oldu

Здесь есть возможность читать онлайн «Qumral Sadıqzadə - Son mənzili Xəzər oldu» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Son mənzili Xəzər oldu: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Son mənzili Xəzər oldu»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

“Xatirə ədəbiyyatı” silsiləsində işıq üzü görən bu kitab 1-ci hissəsi 1991-ci ildə “Gənclik” nəşriyyatında, 2-ci hissəsi isə 1998-ci ildə “Boz Oğuz” nəşriyyatında çap edilmiş ikihissəli kitab əsasında çapa hazırlanıb.
Janr etibarilə bədii memuar kimi düşünülmüş bu roman görkəmli nasir və tənqidçi, Azərbaycan ədəbiyyatı, mətbuatı və təhsilinin inkişafında xüsusi xidmətləri olmuş Seyid Hüseyn Sadiqə (Hüseyn Mir Kazım oğlu Sadıqzadə) həsr olunub. Romanın müəllifi – yazıçının qızı Qumral Sadıqzadə təsdiq edir ki, insan bir şəxsiyyət kimi ailədə formalaşır, valideynlərinin nümunəsi əsasında tərbiyə alır. Seyid Hüseynin ailəsinin tarixçəsi səmimi və nəcib keyfiyyətlər, saxtakarlığa qarşı dözülməzlik haqqında nəsillərə örnək olacaq çox maraqlı bir hekayətdir. Əsərdə Seyid Hüseynin 1920-ci ildən repressiya olunduğu ilə qədər – 1937-ci ilə qədər həyat və fəaliyyətindən bəhs edilir. Kitab elmişəxsi arxiv materialları əsasında işlənmiş, milli adətənənələrimizi və etnoqrafiyamızı sənətkarlıqla əks etdirir.

Son mənzili Xəzər oldu — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Son mənzili Xəzər oldu», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Seyid Hüseyn surəni avazla oxudu, sonra mollanın dediklərindən yadında qaldığı kimi onun mənasını da izah etdi.

– Ay sağ ol, düz oxudun, indi də buranı oxu, – deyə qoca başqa bir surəni açdı.

Seyid Sadıq nəvəsinin çaşmadan, hıqqınmadan yavaş səslə oxuduqlarını başı ilə təsdiq edib, onu bir də qucaqladı, gümrah səslə arvadını çağırdı:

– Ay Mehin, hardasan, bir bura gəl, şad xəbər var…

Mehinbanu ara qapıdan boylandı:

Nə var, ay kişi, nə hay-küy salmısan?

– Sabah günortaya bir yaxşı toyuq plov bişirərsən. Hüseynimiz Quranı başa vurub. Yoldaşlarını plova qonaq eyləyərsən…

Nənə də uşağı bağrına basıb öpdü.

– Ay kişi, maşallah bu nə tez oldu? Məktəbə getdiyi heç il yarım deyil…

– Bəs nə bilmişdin arvad?! Bizim Hüseyn qoçaq oğlandır. Başqalarının üç-dörd ilə öyrəndiyini o bir ilə öyrənir. Hə arvad, yadında olsun, səhər uşağı məktəbə göndərəndə başına mənim köhnə papağımı qoy!

Seyid Hüseyn təəccüblə soruşdu:

– Ay baba, neyçün?

– Qaydadır bala, Quranı başa çıxan şagirdin yoldaşları onun papağını başından qapıb yerə atırlar. İndi yəqin sənin də papağını neçə dəfə yerə, toz-torpağın içinə salacaqlar. Bildin? Ona görə deyirəm ki, köhnə papaq qoyasan. Bir də mollana deyərsən ki, babam bu gün səfərə gedir, inşallah, qayıdanda onunla xüsusi görüşəcəyəm.

Seyid Sadıq kiçik nəvəsinin işləri ilə də maraqlanırdı:

– Ay Hüseyn, – soruşdu, – bəs Allah qoysa, Paşa nə vaxt Quranı başa vuracaq?

– Az qalıb, baba. O da bu yaxınlarda oxuyub qurtarar.

– Hə də, əlbəttə, Paşa səndən iki yaş kiçikdir. Həm də onun işi oxumaqdan çox, oynamaqdır. Hanı, heç görmürəm onu? Evə səninlə bir yerdə gəlməyib?

– Yox. Molla məni tez buraxdı ki, gəlim sənə xəbər eləyim. O da bir azdan gələr.

– Yaxşı bala, get, çörəyini ye. Yəqin ki, acmısan.

Seyid Hüseyn heybəsini götürüb pəncərənin küncünə qoydu, mətbəxə getdi. Burada böyük taxtın üstünə süfrə salınmışdı. Qonşu Məşədi Durnısa ilə on iki yaşlı Rübabə həvəngdə taqqatuqla qənd döyürdülər. Zübeydə ilə Zəhra taxtın aşağı tərəfində oturub qoz sındırırdılar. Seyid Hüseyn keçib bacısının yanında, süfrə arxasında oturdu. Bu vaxt Mirpaşa uşaqlarla qaçışmaqdan üzü qızarmış halda, təngnəfəs içəri girdi. Mehinbanu onun üçün də xörək çəkdi. Nəvəsinin pörtmüş sir-sifətinə baxıb başını buladı.

– Get əl-üzünü yu, otur sən də tez çörəyini ye. Sonra bizə kömək eləyəcəksiz. Bu gün işimiz çoxdur, – dedi.

– Hə, neynəməliyik, nenə? – deyə uşaq həvəslə soruşdu, – mən bu saat… – o cəld həyətə çıxdı, əlini dəsmalla silə-silə içəri qayıtdı, – nenə, biz qoz-fındığı sındırarıq, bibilər də içini çıxardar.

– Yaxşı, yaxşı, gəl hələ bir çörəyini ye, mən də gedim babanı yola salım.

… Mirkazımın vəfatından sonra Seyid Sadıq oğlunun qab-qacaq dükanını satmağa məcbur oldu. Qohum-əqrəba məsləhət gördülər ki, onun işini davam etdirsin. Çünki dükan yaxşı gəlir verirdi. Qoca buna razı olmadı. Həm oğlunun yerində oturmaq ona pis gəlirdi, həm də bilirdi ki, uzaq şəhərlərə gedib mal gətirməyə onun nə halı, nə də həvəsi var. Odur ki, dükanı satıb pulunu qızıla çevirdi, nəvələri üçün saxladı. Demək olar ki, onun heç yerdən gəliri yoxdu. Bəzən ona nəzir gətirirdilər:

Seyid Sadıq nəzir-niyaza etibar etmədi. Xeyli götür-qoydan sonra bu qərara gəldi ki, köhnə peşəsinin dalınca getsin: cavanlığında uzun müddət dənizdə üzmüş, əvvəllər adi matros, sonralar lap kapitan köməkçisi də olmuşdu. Yenə dənizçi oldu. Xəzər dənizinin hər yerinə bələd olduğundan ticarət gəmilərindən birində bosmanlığa başladı.

… Mehinbanu ərini küçə qapısından yola salıb dalınca yarım vedrə su atdı, dodaqaltı pıçıldadı:

– Allah köməyin olsun, sağ-salamat gedib qayıdasan! – boş vedrəni çarhovuzun kənarına qoyub mətbəxə getdi. Badam içini qaynar suya töküb qabığını çıxartmağa başladı.

Seyid Hüseynlə Mirpaşa kərpicin üstündə oturub qoz sındırıb süfrəyə tökür, Zübeydə ilə Zəhra onları arıdırdılar. Bir azdan Zübeydə qoz qabıqlarını xəlbirə yığıb Mirpaşaya verdi:

– Apar tök zibil yeşiyinə, – dedi.

Ertəsi gün səhər tezdən Mehinbanu xəmir yoğurub güllü çit yorğança ilə tabağın üstünü örtdü, mətbəxin bir küncünə, kətilin üstünə qoydu.

Həyətin sağ tərəfindəki bu böyük mətbəx hündür tağla iki hissəyə ayrılmışdı. Tağın içəri tərəfində təndir, yanında balaca kürə vardı. Kürənin yanında samovar üçün yer də düzəldilmişdi. Tağın üstünə palaz salınmış, divar dibində xırda döşəkçələr qoyulmuşdu. Adatən, burada süfrə açar, səhər-axşam yeyib-içərdilər. Orucluq ayında, hətta qış vaxtı belə isti yorğan-döşəkdən durub obaşdanlıq etməyə mətbəxə gələrdilər.

Mehinbanu taxtın üstündə qolları çirməkli əyləşib, par-par parıldayan birinci ləyəndə qoz içi qarışdırırdı. Bir az əvvəl xəmir yoğurduğundan yorulub əldən düşmüş, təndirdə çırtha-çırtla yanan odunların istisindən, mətbəxin damındakı qoşa bacadan düşən günəş şüalarından üzü qızarmışdı. O, yaylığı ilə üzünün tərini silib nəvəsini səslədi:

– Ay Rübabə, gəl bu pəncərəni aç, lap isti oldu mənə…

Məşədi Durnısa həyətdəki çarhovuzun yanında, kənarlarında Qurandan ayələr həkk olunmuş mis məcməyiləri küllə sürtüb təmizləyirdi. (Şəkərburanı, paxlavanı, şəkərçörəyini və sairə bayram şirnisini bu məcməyilərə düzüb, içinə bir qədər su tökülmüş mis qazanların ağzına qoyub təndirdə bişirirdilər). O, Mehinbanunun səsini eşitcək, yuyub pak elədiyi məcməyiləri götürüb mətbəxə getdi, qurumaq üçün onları kürənin üstünə dikinə qoydu, küçəyə baxan pəncərənin bir tayını açdı.

– Seyidxanımın nökəri gəlir bizə, – dedi:

Mehinbanu bir az qabaq istidən karıxanda başından açıb çiyninə atdığı örpəyini örtdüyü, əl saxlayıb qapıya tərəf çöndü, qızının nökəri Əlinin gəlməsini gözlədi.

Oğlan başını mətbəxin qapısından uzadıb soruşdu:

– Ağa evdədir? – sonra ortalıqdakı şeyləri görüb gülümsədi:

– Xanım, çox mübarəkdir, neçə belə bayramlara çatasınız, – dedi.

– Çox sağ ol! Xeyir ola, bala, ağanı neynirsən? Evdə deyil.

– Heç, ağam dedi ki, bizə gələsiz.

Mehinbanu təşvişlə soruşdu:

– Axı nə olub, uşaqlar xəstə-zad deyilki?

– Xeyir xanım, uşaqlar salamatdır. Neçə gündür xanımım xəstədir. Bu gün səhər deyirdi ki, sizi görmək istəyir…

Mehinbanunun dizləri əsdi. Bir müddət donub qaldı. Sonra əllərini silib qızlara dedi:

– Xəmirin üstünü açın, qıcqırar, gec gəlsəm, molla ilə başlayın bişirməyə. Gedim görüm, başıma nə daş salıram – o əllərini yaxalayıb tələsik paltarını dəyişdi, nökərlə qızıgilə getdi.

… Seyidxanım əvvəl də bərk xəstələnmişdi. Əri Ələkbər vaxtında xəbər tutub tez müalicəyə başlamış, ona yaxşı qulluq etmiş, yemək-içməyinə xüsusi diqqət yetirmiş, həkimin məsləhətlərinə dəqiq əməl etmişdi. Bütün bunların nəticəsində arvadını tez bir zamanda ayağa qaldıra bilmişdi. Ancaq yeganə qardaşının – Mirkazımın qəflətən həlak olması onu sarsıtdı. Matəm günlərində özünü döyüb ağlamaqla bir az da zəiflədi, vaxtında yeyib-içmədi. Xəstəliyi təzədən baş qaldırdı. Əri yenə həkim gətirdi, dava-dərman tapdı, uzun müalicədən sonra onu sağalda bildi. Seyid Sadıqla Mehinbanu da gecə-gündüz qızlarının şəfa tapması üçün allaha yalvarıb dua edirdilər ki, dərd-bəla tamamilə ondan uzaqlaşıb. Ona görə də Mehinbanu qızının xəstələnməsini eşidəndə qorxudan dizləri əsdi.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Son mənzili Xəzər oldu»

Представляем Вашему вниманию похожие книги на «Son mənzili Xəzər oldu» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Son mənzili Xəzər oldu»

Обсуждение, отзывы о книге «Son mənzili Xəzər oldu» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x