Müəllif kollektivi - Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr

Здесь есть возможность читать онлайн «Müəllif kollektivi - Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitabda görkəmli xeyriyyəçi, mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyev haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanmışdır. Sağlığında “millət atası”, “müsəlmanlığın fəxri” adlarını qazanmış Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsini, onun sahibkarlıq və ictimai fəaliyyətini əks etdirən həmin xatirə və oçerklər bu böyük şəxsiyyətlə maraqlananlar üçün faydalı olacaq.

Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Həqiqət hal! Bu möhtərəm şəxs bir başqa insandır ki, ruzigar bizlərə bəxş edibdir! Millətin bəzəyi, ruzigarın qiymətli əsəri olan bu şəxsin adını tarixə salmaya bilərikmi?

Bəli, 62 yaşında hörmətli Hacı ruzigarın bəlalarına sinə gərib, milyonlar qazanıb, özü ilə qəbir evinə nə aparacaqdır? İki arşın bez! Həyatından sonra qoyduğu milyonlarmı adını tarixdə əbədi qoyacaqdır? Xeyr! 50 ildə qazanılmış milyonlar bir ayın ərzində fani ola bilər. Bu milyonların dinə və millətə rövnəq, insanın ruhuna qida verməklə sərf olunmağı onun adını qeyrətli din qardaşlarının ürəklərində həkk edəcəkdir.

Bu möhtərəm şəxsi tərif etməkdən qabaq lazım görürük oxucularımıza onun müxtəsər tərcümeyi-halını yazaq, ta görək, hörmətli Hacı milyonları necə qazanıb və millətə, insana nə xidmətlər göstəribdir. Görək, bu cins şəxsin hörməti bizlərə vacibdir, ya yox? Hərgah vacibdirsə, qeyrətli din qardaşlarımız, mədəniyyətli millətlər cənab Hacı Zeynalabdin Tağıyevə öz hörmətlərini, məhəbbətlərini 1901-ci il sentyabrın 20-də göstərə bilərlər. Həmin bu ayda cənab Hacının məişətinin, millətə və insanlara xidmətlər göstərməyə başlamasının 50 illiyi tamam olur (1). Həmin gün hörmətli Hacının ömründə gözəl və böyük bayramlardan biridir, hansı ki, mindən bir adama görməyə müyəssər olur. Həmin bu gün bu möhtərəm şəxsin ruhu fikrə gəlməyən ləzzəti hiss edəcəkdir! Həmin bu gün onun nəsli pərvərdigari-aləmə əl götürüb razılıq edəcək ki, bu şəxsin nəslindən dünyaya gəlib! Həmin bu gün məşhur, mərifətli, qeyrətli din qardaşlarımız və vətəndaşlarımız bu cür şəxsin varlığının daimi olmasını Xudavəndi-aləmdən yalvaracaqlar. Həmin bu gün ədəbiyyat əhlinin qələmləri tarixlər səhifəsində işləyəcəkdir! Həmin bu gün ürəkləri daş, ağılları pas, dilləri pis kəslər həsədlə bayram sahibinə baxacaqlar. Həmin bu gündə yaxşılığın əbədi olmağı və yamanlığın faniliyi gün kimi aşkar olacaqdır! Bəli, bu bir başqa gündür! Başqa bayramdır! Başqa səadətdir insanın ömründə! Bu bir başqa aləmdir! Başqa haldır! Başqa hissiyyatdır insanın həyatında! Xudavəndi-aləm əmr əta etsə, biz – çox kiçik millət qulu bugünkü günü görüb axırıncı sözümüzü deyərik və vaxtında cənab Hacının ətraflı tərcümeyi-halını yazmaqla məşğul olarıq.

Hacı Zeynalabdin Tağıyev 1256-cı ildə (yanvar, 1838) Bakıda anadan olub (2). Atası Tağı başmaqçılıq edib öz külfətini dolandırardı. On yaşından H.Z.Tağıyev atasının tərbiyəsində olubdur (3). Atası külfət qeyrəti çəkən, zəhmətdən qorxmayan bir şəxs idi və həmişə oğlu Zeynalabdinə bu nəsihəti edərdi: “Oğlum, zəhmətdən qorxma, çalış ta axırda özgəyə möhtac olmayasan”. Bu sözlər balaca, həssas uşağın qəlbində günbəgün yer edirdi. On yaşında uşaq atasının zəhmətini görüb, hisli ürəyi qəbul etmirdi ki, atası yalqız zəhmət çəksin. Ona görə təvəqqe edir ki, onu bir işə qoysun, tainki öz çörəyini qazana. Atası razı olub, on yaşında oğlunu bənna yanına palçıq daşımağa qoyur. Bu işdə uşağa gündə 6 qəpik verirlər, o isə birinci qazancını evə, atasına gətirir. Atası pulu götürüb, bir qədər çörək və pendir alır, sonra oğluna xeyr-dua verib deyir: “Pərvərdigara! Çox şükür ki, oğlumun qazancını yeyirəm”. Bu söz uşağın qəlbinə çox təsir edir. Bu gündən uşaq zəhmətini artırıb, öz gücündən artıq işlərə əl atır. Palçıq daşımağa kifayət etməyib, daşçıların işlərinə diqqət edir. On iki yaşında daş yonmağa başlayır, on beş yaşında bənnalıq sənətini yaxşı öyrənir, inşaatçı mühəndislərin işlərinə diqqət edirdi. Bənnalıqla kifayətlənməyib, bir müddətdən sonra podrat işlərinə yapışır. Mənfəətli podratlar hesabına bir qədər pul düzəldir (4). 1873-cü ildə podrat işlərini buraxıb, neft işlərilə məşğul olmağa başlayır. Neft işlərində dörd dəfə ruzigarın böyük zərbələrinə düçar olubdur ki, qazandığı pul əlindən birdəfəlik gedib. Amma bununla belə, məyus olmayıb özünə istirahəti haram edib və gününü zəhmətdə keçiribdir. Həmin bu vaxtlar atalıq borcunu fikrindən unutmayıb, uşaqlarına lazım olan tərbiyəni veribdir. Bu vaxtlar böyük oğlu İsmayıl (5)realnı məktəbi qurtarıb, atasına kömək edirdi, kiçik oğlu Sadıq (6)isə oxuyurdu. Vaxt oldu ki, Hacı şərikli Bibiheybətdə yer icarə edir və buruq salmağa məşğul olur. Xərc gündə artırdı, amma neft heç görünmürdü. Şərik yoldaşı buna davam gətirməyib, öz hissəsini Hacıya satır. Hacı isə borcdan qorxmayıb, başladığı işi qabağa aparır. Bu vaxtlar Hacı üçün çox ağır keçirdi. Xərc günbəgün artırdı, amma qazılan quyudan neft nişanəsi görünmürdü. Bunula belə, zəhmətkeş Hacı ümidini kəsməyib zəhmətinin meyvəsini gözləyirdi. Həmin bu məşəqqətdə olarkən qazıdığı quyudan neft fəvvarə vurdu və Hacı məqsədinə çatdı. Bu gündən Hacı günbəgün qabağa gedir (7).

Zavodda qulluq edənlər söylərlər: “Biz bu şəxsin səbrinə və zəhmətinə təəccüb edirdik: bilmirdik ki, Hacı 24 saatda nə vaxt rahat olur”. Hörmətli Hacı atasının sözlərini qulluqçularına deyirmiş: “Zəhmətdən qorxmayın, uşaqlar!” Həmin qulluq edənlər söylərlər: “Hərçənd bizə rahatlıq yoxsa da, Hacının mülayimliyi və insaniyyəti bizim ona can-dildən xidmət etməyimizə səbəb olmuşdu. Bizə yaman söz deməyib təqsirimizdən keçirdi”.

Bu minvalla dövlət günbəgün artırdı. Amma bununla belə, hörmətli Hacı yetimləri və yoxsulları yaddan çıxarmazdı. Canları saf adamlar yolçuluq edəndə, pul verməyib işə göndərərdi, ta özləri zəhmət çəkib pul qazansınlar, əlsiz-ayaqsızlara pul verib imkanı qədər kömək edirdi. Bunu öz dövlətinin müqabilində az görüb, hörmətli Hacı yavaş-yavaş millət işlərinə diqqət edir. Müsəlmanların mədəniyyətdə və məişətdə geridə qalmaqlarının ümdə səbəbini elm olmamaqda bilib başlayır yetim uşaqları öz xərcinə oxutmağa. Onun xərcinə elm təhsil edib qurtaranların tərbiyəsinə hörmətli Hacı 38848 rubl xərc edibdir. Bu cavanlar aldıqları elmlərin hesabına indi xoş həyat sürürlər. Elmlərini təhsil edib qurtaran cavanların yerinə təzə uşaqlar götürüb, lazım olan məxarici edir. Bu halda onun xərcinə oxuyan uşaqların hamısına ildə 3000 rubl sərf olunur.

Başqa məktəblərdə yetim uşaqlara kömək məqsədilə dörd məktəbə fəxri hamilik edir, onlara ildə 2000 rubl xərcləyir (8).

Hörmətli Hacı millətin xoşbəxtliyini məktəbdə görüb və kənd əhli üçün elm oxumağın çətinliyini nəzərə alıb, Mərdəkan əhlinə bir böyük xidmət göstəribdir. 1895-ci ildə Mərdəkan kəndində öz xərcinə 50 şagirdlik sənət məktəbi inşa edib. Bu məktəbdə Azərbaycanca və rusca oxumaqdan savayı uşaqlara elmi əsaslarla çöl və bağ işlərini öyrədirlər. Bu məktəb Mərdəkan və ətrafda olan başqa kəndlər üçün bir qiymətsiz bəxşişdir. Qədrini gərək bilsinlər! Həmin məktəbin binasının tikintisinə 31240 rubl sərf olunub və ildə 5000 rubl xərclənir (9).

Millətə ikinci qiymətli bəxşişi təzə açılan qız məktəbidir ki, orada müsəlman qızları tərbiyə alacaqlar (10). Bu məktəb barəsində bir az söhbət edərik. Filosoflar tifil uşağı yumşaq çubuğa oxşadıblar, yəni necə çubuğu hər tərəfə əymək olar, elə də tifilə nə cür tərbiyə verilsə, böyüyəndə o tərbiyədə olacaqdır. Tifilin hafizəsi çox iti olur: nə görsə götürür, nə eşitsə hafizəsində saxlayır. Bunu hər şəxs özündə mülahizə edə bilər. O şeirlər ki, şəxs uşaq vaxtında əzbər edir, qocalanadək həmin şeirlər hafizəsində qalır. Amma 20-30 yaşında və daha gec öyrəndiyi şeirlər gündə təkrar etməsə, unudulur. Beləliklə, uşağın ibtidai tərbiyəsi ilə üsullu rəftar etmək gərəkdir, çünki əvvəldən uşağa nə yol göstərsən, o yol ilə gedər. 8 yaşınadək uşağa tərbiyə verən anadır… İndi insaf nəzəri ilə baxaq, bizim analarımızın tərbiyəsinə: mədəniyyətli tayfalarda uşaqların dili açılanda əvvəlinci sözləri dualardır, bizimkilərinki – söyüş! Onların uşaqları şəkilli kitablar ilə oynayırlar, bizimkilər palçıqda, tozda, torpaqda dələnirlər! Onların uşaqları nahardan qabaq əllərini yuyub dua oxuyurlar və bir yerdə nahar edirlər, bizimkilər əlləri çirkli, əllərində bir parça çörək və pendir küçələrdə göyşüyürlər. Onların ata və anaları uşaqların yanında gözəl söhbətlər edirlər, bizimkilər uşaqların yanında bir-birinə pis sözlər deyib qarğış edirlər və çox vaxt ağac alıb bir-birini döyürlər. Onlarda evə qonaq gələndə, övrət övrət ilə qeybət edəndə, uşaqları başqa otaqda saxlayırlar, bizimkilər qeybət edəndə uşaqları dizlərinin üstündə otuzdururlar. Belə analardan bizim biçarə tifillər nə tərbiyə alsınlar? Belə tərbiyədən sonra bu uşaqlardan nə gözləmək? Əlbəttə, analarımız tərbiyəli olsalar, uşaqlarımız da tərbiyəli olarlar. Heç bir ata və ana uşağının bədbəxtliyini onun ağlının naqisliyində görməsin: öz tərbiyəsində gərəkdir görsün… Övlad yaman dərdə mübtəla olanda, onun əvvəlinci düşmənini öz tərbiyəsində görsün. Doğrudur, heç bir ata və ana övladının bədbəxtliyini istəməz, amma nə fayda, işin mahiyyətinə diqqət edəndə görürük ki, övladın bədbəxt olmağına birinci səbəb özümüzük…

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr»

Представляем Вашему вниманию похожие книги на «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr»

Обсуждение, отзывы о книге «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x